Məhkəmə qərarları › İş №2-1(102)-599/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-599/2022

20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-599/2022 20.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (iddia tələbinin mümkünsüzlüyü; subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X6 və X4) “mənzilin ilkin qeydiyyatın ləğv edilməsi” tələbi nə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 21(103)-2246/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı (Ş/V - AA*******, FİN - xxxxxxx) xx.xx.1958-ci il tarixdə Qazax ray., Çaylı kəndində anadan olub, Bakı şəh., Nərimanov ray., Faiq Yusifov küç., ev 71, mən. 309-da qeydiyyatda olmaqla yaşayır.

2. Bakı şəhəri Suraxanı rayonu Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi ev 123, mənzil 11 Bakı Qarnizonu Hərbi Prokurorluğuna (sonradan Müdafiə Nazirliyi Mənzilİstismar Sahəsinə) məxsus olmuş, 1995-ci ildə aparılmış məhkəmə araşdırması zamanı (Suraxanı Rayon Məhkəməsinin 16 fevral 1995-ci il tarixli, 2-127/95 nömrəli qətnam əsi ilə) işə baxılarkən iddiaçıya 10 iyun 1993-cu il tarixdə Abşeron rayon Mənzil-İstismar Hissəsi tərəfindən həmin mənzilə köçürülmək üçün verilmiş orderin xidməti order olduğu müəyyən edilmişdir. 3. 1993-cü il tarixdə Laçın rayonundan olan məcburi köçkün X6 öz ailəsi ilə həmin mənzildə məskunlaşmışdır.

4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 16 fevral 1995-ci il tarixli, 2-127/95 nömrəli qətnaməsi ilə iddiaçı Bakı Qarnizonu Hərbi Prokurorluğunun cavabdeh X5 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddiası təmin edilərək, X2 ailəsi ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” yaşayış massivi, 123 saylı evin 11-ci mənzilindən çıxarılması qət edilmişdir.

5. Yasamal rayon İcra Hakimiyyətinin 10 oktyabr 1997-ci il tarixli, 1648 saylı sərənca mına əsasən X6 14 noyabr 2001-ci il tarixdə 030458 saylı order almış və 02 aprel 2005-ci il tarixdə Bakı şəhəri Suraxanı rayonu Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi ev 123, mənzil 11 onun adına ilkin qeydiyyatdan keçmişdir. 6. 07 iyun 2005-ci il tarixdə 37 saylı X3 4-Ə-2/308 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Suraxanı rayonu Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi ev 123, mənzil 11 X1 adına qeydiyyatdan keçmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 123, 11 saylı mənzilin 02.04.2005-ci il tarixli X2 adına ilkin qeydiyyatının - özəlləşdirilməsinin ləğv edilməsi barədə qərar qəbul edi lməsini xahiş etmişdir

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 fevral 1995-ci il tarixli qətnaməsi, Bakı Apellyasiya Məhkəməsinin 14 fevral 2019-cu il tarixli qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəmənin 18 iyun 2019-cu il tarixli, 2(102)-4473/2019 saylı Qərarı ilə hazırkı iddianın verilməsi üçün subyektiv hüququ yaranmışdır. Belə ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi Bakı Hərbi Qarnizonu tərəfindən 10 iyun 1993-cü il tarixli order əsasında həmin dövrdə hərbçi olan İddiaçı verilmiş, lakin qeyd edilən mənzil Laçın rayonundan məcburi köçkün X6 tərəfindən zəbt edildiyindən iddiaçı mənzildən istifadə edə bilməmişdir. İddiaçı verilən mənzilin balans saxlayıcısı Bakı Hərbi Qarnizonu olduğundan, mənzil isə özəlləşməyən mənzil olduğunda n, lakin məhz həmin dövrdə hərbçi olan İddiaçı verildiyindən Bakı Hərbi Qarnizonu iddia ilə məhkəməyə müraciət etmiş və X2 və ailə üzvlərinin mübahisəli mənzildən çıxarılması barədə qətnamə qəbul edilmişdir. Mənzildə yaşadığı müddətdə Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 123, 11 saylı mənzil 02.04.2005-ci il tarixdə Yasamal Rayon İcra Hakimiyyətinin 10.10.1997-ci il tarixli, 1648 saylı sərəncamına əsasən verilmiş 14.11.2001-ci il tarixli, 030458 saylı Orderə əsasən X2 adına ilkin qeydiyyatdan keçmişdir. Tərəflər arasında olan inzibati mübahisənin araşdırılması zamanı arxivdən alınan arayışa əsasən müəyyən edilmişdir ki, Yasamal Rayon İcra Hakimiyyətinin 10.10.1997-ci il tarixli, 1648 saylı sərəncamında və sərəncama əlavə edilmiş adlı siyahıda X2 adı yoxdur, lakin buna baxmayaraq, sərəncamda adı olmayan şəxsin adına özəlləşmə proseduru başa çatmışdır. Qeyd edilən sənədlər əsasında mənzilin özəlləşdirilməsi, ilkin qeydiyyatın aparılması qanunsuz və əsassızdır. Bununla əlaqədar inzibati orqana müraciət edilsə də, 26.10.2020-ci il tarixli cavab məktubu ilə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.

9. Üçüncü şəxs X6 iddiaya qarşı etiraz təqdim edərək iddianın mümkünsüz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək iddianın təmin edilməməsini xahiş etmişdir.

11. Bakı İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2-1(112)-4060/2021 nömrəli qərardadı ilə (sədrlik edən hakim Pərviz Hüseynov) iddia mümkün sayılmamışdır.

12. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati m əhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarının 1.3, 1.4, 2.1, 2.3, 8.6-ci bəndlərinə istinad etməklə hesab etmişdir ki, iddiaçının ilkin qeydiyyatın əsasını təşkil edən Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısının 10.10.1997-ci il tarixli 1648 saylı sərəncamını mübahisələndirməyə subyektiv hüququ olmadığından iddiaçı onun əsasında aparılmış qeydiyyatı mübahisələndirmək üçün də subyektiv hüquqa malik deyildir.

13. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 2-1(103)-2246/2021 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi – Səadət Bəktaşi, hakimlər – Azər Hüseynov və Aidə Hüseyn) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2-1(112)-4060/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

17. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim edilmiş sərə ncam və sərəncamın əlavəsində nə İddiaçı nə də X2 adları olmadığı halda, sərəncamın heç kimin subyektiv hüququna aid olmadığı halda, nə də subyektiv hüququna təsir etmədiyi halda buna dair qərarları hazırkı işə tətbiq etməklə hazırkı predmetə də aid olmaması nəticəsinə gəlinməsi, mübahisənin bu faktiki halını düzgün araşdırmaması iddiaçıya qarşı qərəzli münasibətdir.

18. Suraxanı Rayon Məhkəməsinin 1995-ci il və həmin qətnaməni 20 ildən sonra yenə də dəyişdirilmədən qüvvədə saxlayan Bakı Apellyasiya Məhkəməsinin 14.02.2019cu il tarixli, 2(103)-449/2019 saylı, Ali Məhkəmənin 18.06.2019-cu il tarixli, 2(102)4473/2019 saylı qərarları ilə iddiaçının mübahisəli olan mənzilə köçürülməli olması hüququ tanınmışdır. Beləliklə sərəncama və çıxarışa münasibətdə deyil məhz, mübahisəli mənzilə münasibə tdə iddiaçının subyektiv hüququ yaranmışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı üçüncü şəxs X6 etiraz təqdim edərək şikayətin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarı: Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

21. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan dig ər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərç ivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.

25. İddiaçı Bakı şəhəri Suraxanı rayonu Günəşli qəsəbəsi, “AB” yaşayış sahəsi ev 123, 11 saylı mənzilin 02 aprel 2005-ci il tarixli X2 adına ilkin qeydiyyatının özəlləşdirilməsinin ləğv edilməsini xahiş edir.

26. İddiaçı tələbini onunla əsaslandırır ki, Bakı Hərbi Qarnizonu tərəfindən 10 iyun 1993-cü il tarixli order əsasında həmin dövrdə hərbçi olan iddiaçıya verilmiş, lakin qeyd edilən mənzil Laçın rayonundan məcburi köçkün X6 tərəfindən zəbt edildiyindən iddiaçı mənzildən istifadə edə bilməmişdir.

27. Ap ellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısının 10 oktyabr 1997-ci il tarixli 1648 saylı sərəncamına əsasən verilmiş 14 noyabr 2001-ci il tarixli 030458 nömrəli order əsasında Bakı şəhəri, Suraxanı rayonu, Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, 123 saylı evin 11 saylı mənzilinə dair mülkiyyət hüququ ilkin olaraq X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra X6 ilə X4 arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli 07.06.2005-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında həmin mənzil X1 adına özgəninkiləşdirilmişdir.

28. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli, 2-1(81)-398/2019 saylı q ərardadından görünür ki, İddiaçı cavabdeh Yasamal rayon İcra Hakimiyyətinə qarşı 3-cü şəxslər X6, X4 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi 3-cü şəxs qismində cəlb edilməklə Yasamal rayon İcra Hakimiyyətinin 10.10.1997-ci il tarixli 1648 saylı sərəncamının ləğv edilməsinə dair iddiası, İddiaçı həmin sərəncamı mübahisələndirməyə subyektiv hüququ olmadığından mümkün sayılmamışdır.

29. Eyni zamanda apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 10 iyun 2020-ci il tarixli, 2-1(103)-934/2020 saylı qərardadından görünür ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 11 dekabr 2019-cu il tarixl i, 2-1(81)-398/2019 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə müəyyən olunmuşdur ki, mübahisəli Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, ev 123, 11 saylı mənzil Bakı Qarnizonu Hərbi Prokurorluğuna (sonradan Müdafiə Nazirliyi Mənzil-İstismar Sahəsinə) məxsus olmuş, 1995-ci ildə aparılmış məhkəmə araşdırması zamanı (Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 fevral 1995-ci il tarixli, 2-127/1995-ci il tarixli qətnaməsi ilə) işə baxılarkən iddiaçıya 10 iyun 1993-cü il tarixdə Abşeron rayon Mənzil İstismar Hissəsi tərəfindən həmin mənzilə köçürülmək üçün verilmiş orderin xidməti order olduğu müəyyən edilmişdir. Lakin həmin order iddiaçıda mövcud olmamış, nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya məhkəməsinə təqdim edi lməmiş və təqdim edilməsi də mümkün olmamışdır. Suraxanı Rayon Məhkəməsinin 16 fevral 1995-ci il tarixli, 2-127/1995-ci il tarixli qətnaməsində iddiaçıya verilmiş 10 iyun 1993-cü il tarixli orderə istinad edilməsi isə həmin orderin halhazırda mövcud olmasına əsas vermir. Bundan başqa Yasamal rayon İcra Hakimiyyəti tərəfindən 10 oktyabr 1997-ci il tarixli, 1648 saylı sərəncam qəbul edilərkən Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin təqdim etdiyi siyahıya istinad edilmişdir ki, bu da özlüyündə onu göstərir ki, mübahisəli mənzil həmin tarixdə Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin balansında olmuşdur. Eləcə də, həmin sərəncamın çıxarıldığı müddətdən 22 ildən çox müddət keçməsinə baxmayaraq, Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsi tərəfindən mənzillə bağlı hər hansı bir tələb irəli sürülməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, Abşeron rayon Mənzil İstismar Hissəsi tərəfindən mübahisəli mənzilə dair 10 iyun 1993-cü il tarixli orderin iddiaçıya daimi olaraq verilməsi, iddiaçının həmin sərəncam qəbul edilərkən və hal-hazırda həmin mənzilə dair hər hansı bir hüququnun olması iş materialları ilə sübuta yetirilmədiyindən (əksinə təkzib edildiyindən), bununla da, onun hazırki iş üzrə mübahisəli sərəncamı mübahisələndirməyə subyektiv hüququ olmadığından iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

30. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ilkin qeydiyyatının əsasını təşkil edən Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısının 10 oktyabr 1997-ci il tarixli 1648 saylı sər əncamını mübahisələndirməyə subyektiv hüququ olmadığından iddiaçı onun əsasında aparılmış qeydiyyatı mübahisələndirmək üçün də subyektiv hüquqa malik deyildir.

31. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfində n qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir.

32. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.

33. İnzibati məhkəmə icraatı qaydasında veri lən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”.

35. İddiaçının hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olması işdə olan sənədlərlə sübuta yetməmişdir.

36. Kassasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır

37. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 21(103)-2246/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar