Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-6/2020 15.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-6/20 Bakı şəhəri xx xxxxxx 2020-cu il Açar sözlər: səyyar vergi yoxlamasının keçirilməsi müddətlərinə dair, işin hallarının araşdırılması prinsipinin pozulması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, iddi açı Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1i təmsilçisi xxx1in, nümayəndə xxx2in və vəkili Dərgah Mehdiyevin iştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentinin baş direktoru xxx3 tərəfindən Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(107)-352/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı Mingəçevir şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstahsalat Birliyi (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx xxx 2018-ci il tarixl i, **********150745 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı məhkəməyə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 3043,45 manat vəsaitin (işsizlik müavinəti üçün 359,11 azn, həmkarlara 279,83 azn, əmək haqqı kartlarına 926 azn, YAP-a 18,54 azn, SQYF-yə 53,17 azn, kredit ödənişlərinə 378, İcra vərəqəsinə əsasən ödənişə 162 azn, alimentə 50 azn, Azərcell-ə 11.37 azn, poliqrafiyaya 10 azn, bank xidmətinə 250 azn, materiala 545.43 azn) X5 ASCdəki AZ34AİİB******************** saylı hesablaşma hesabına bərpası, 28.321,81 manat və buna hesablanmış faizlərin və digər tutulmaların vergi şəxsi hesab vərəqəsinə bərpası və 2018-ci ildə yaranmış vergi borcu və 2019-cu ildə yarana biləcək vergi borclarına istifadə olunması, cava bdehin xx xxx 2018-ci il tarixli, **********150745 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. Daha sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehin xx xxx 2018-ci il tarixli qərarının ləğv edilməsi, həmin qərara əsasən mübahisəyə baxılıb qutaranadək iddiaçının hesablaşma və depozit hesablarından cavabdeh tərəfindən silinmiş vəsaitlərin müvafiq olaraq onun hesablarına geri qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən icraata qəbul olunmuşdur. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, cavabdeh tərəfindən müəssisədə növbəti səyyar vergi yoxlaması keçirilərkən vergi qanunvericiliyinin bir sıra müddəaları pozulmuşdur. Qanu nvericiliyin tələblərinə görə səyyar vergi yoxlaması 30 gün ərzində keçirilməli olduğu halda, cavabdeh tərəfindən səyyar vergi yoxlaması 9 ay ərzində keçirilmiş, yoxlamanın müəssisənin rəhbərinin xəstə olması səbəbindən dayandırıması qeyd olunsa da, göstərilən hal öz təsdiqini tapmamışdır. Cavabdeh tərəfindən yoxlamanın xx xxxxxx 2017ci il tarixdən xx xxxxxxx 2018-ci il tarixədək keçirilməsinə dair vahid məlumat reyestrində qeyd aparılsa da, yoxlama xx xxxxx 2018-ci il tarixədək aparılmış və bu barədə reyestrə hər-hansı məlumat daxil edilməmişdir. Cavabdeh tərəfindən qəbul olunmuş məsuliyyət qərarı əsaslandırılmamış, qərar qəbul edilərkən səyyar vergi yoxlaması aktında qeyd olunanların həqiqətə uyğun olubolmaması araşdırılmamışdır. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edər ək bildirmişdir ki, vergi orqanının xx xxxxxx 2017-ci il tarixli qərarı ilə müəssisədə xx xxxxxx 2017-ci il tarixdə növbəti səyyar vergi yoxlaması başlanılmış və xx xxxxxx 2018-ci il tarixədək davam etdirilmişdir. Vergi yoxlaması xx xxxxxx 2018-ci il tarixdə vergi ödəyicisinin onlayn kargüzarlıq ünvanından onun rəhbərinin əmək qabiliyyətini müvəqqəti itirməsi barədə müraciəti əsasında dayandırılmış, daha sonra isə sənədlərin ətraflı öyrənilməsi və araşdırılmasına əlavə vaxt tələb olunduğu üçün yoxlamanın keçirilmə müddəti xx xxxxxx 2018-ci il tarixdən xx xxxxx 2018-ci il tarixədək artırılmışdır. Vergi orqanı tərəfindən yoxlamanın dayandırılması və uzadılması barədə qərarlar qəbul olunduğu tarixlərdə iddiaçının nümayəndəsinə təqdim olunmuş, habelə vahid məlumat reyestrində qeydə alınmışdır. Yoxlamanın dayandırılması və uzadılmasına dair reyestrdən çıxarışların iddiçıya verilməsi qanunvericiliklə vergi orqanının vəzifələrinə aid edilməmişdir. Bundan başqa bildirilmişdir ki, yoxlama zamanı iddiaçının balansında olan əsas vəsaitlərə hesablanmış və maya dəyərinə aid edilmiş amortizasiya ayırmalarının İcra Hakimiyyətinə təqdim olunmuş “Gəlir və xərclərin smetası” sənədində öz əksini tapmadığı və maliyyələşdirilmədiyi müəyyən olunmuşdur. Amortizasiya ayırmaları üzrə xərclərin maliyyələşdirilməməsinə baxmayaraq, iddiaçı tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannamələrində xərclərin tərkibinə daxil edilmişdir. İddiaçı tərəfindən əsas vəsaitlərə hesablanmış amortizasiya ayırmaları təqdim edilmiş işlərin və xidmətlərin dəyərinə daxil edilməklə ümumi gəlirə aid edilmədiyindən onl ar gəlirin əldə edilməsi ilə bağlı xərclərə aid edilə bilməz. Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2-1(84)-21/2019 saylı qərarı ilə (hakim Vidadi Qasımov) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, vergi qanunvericiliyinin tələblərinə əsasən, cavabeh tərəfindən səyyar vergi yoxlaması 30 təqvim günü ərzində aparılmalı olduğu halda, xx xxxxxxxx 2017-ci il tarixli qərarla başlanılmış yoxlama xx xxxxxx 2018-ci il tarixədək davam etmişdir. Bundan başqa, qanunvericilik vergi ödəyicisinin aktın imzalanmasından imtina etdiyi və ya ona etiraz etdiyi tarixdən 30 iş günündən az olmayan müddət keçdikdən sonra müvafiq sansksiyanın tətbiq olunmasını nəzərdə tutmuş, hazırki halda iddiaçı yoxlama aktını imzalamaqdan xx xxxxx 2018-ci il tarixdə imtina etmiş, cavabd eh tərəfindən isə məsuliyyət qərarı qanunvericiliklə nəzərdə tutulmuş müddət pozulmaqla xx xxx 2018-ci il tarixdə qəbul olunmuşdur. Cavabdeh əsassəz olaraq Vergi Məcəlləsinin ayrı-ayrı maddələrində nəzərdə tutulmuş “30 gün” ifadəsinin bir halda təqvim günləri, digər halda isə iş günləri kimi təfsir etmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, qanunvericilik vergi ödəyicisinin rəhbəri və ya fərdi sahibkarın əmək qabiliyyətini itirdiyi halda yoxlamanın vergi orqanının əsaslandırılmış qərarı ilə vergi ödəyicisinin əmək qabiliyyəti bərpa olunanadək, lakin 9 aydan çox olmamaqla dayandırılmasını nəzərdə tutmuşdur. İddiaçının rəhbərinin əmək qabiliyyətinin itirilməsinə dair hər-hansı sübut olmadan, cavabdeh iddiaçının ərizəsi əsasında səyyar vergi yoxlamasını onun əmək qabiliyyətinin bərpa olundu ğu tarixədək deyil, konkret olaraq xx xxxxxx 2018-ci il tarixədək dayandırmışdır. Qanunvericilik yoxlamanın dayandırılması əsası kimi əmək qabiliyyətinin itirilməsini müəyyən etdiyindən, vergi ödəyicisinin xəstələnməsi və ya ərizəsi yoxlamanın dayandırılması üçün əsas ola bilməzdi. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(107)-352/2019 saylı qərarı ilə (sədrlik edən Gündüz Abbasov, hakimlər Rövşən Rəfiyev və Mübariz Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməs inin qərarında qeyd olunmuş əsasları öz qərarında təkrarlamış və əlavə olaraq bildirmişdir ki, cavabdeh vergi orqanı yoxlama müddətinin artırılması zamanı qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük müddəti 2 aydan artıq ötürmüş, habelə müddətin artırılmasına dair qərarını əldə edilmiş məlumatların və sənədlərin əlavə araşdırılması ilə əsaslandırmağa çalışsa da, göstərilən halların müstəsnalığının nədən ibarət olmasını göstərməmiş və artırılmış müddət ərzində yoxlamaya dair hər-hansı tədbir görməmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.1, 38.2, 38.2, 37.2, 3.11, 39.5, 39.6, 38.7.2, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.1, 67.2, 67.3-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kas sasiya şikayəti verərək onun ləğv, iddia tələbinin vergi orqanının mübahisələndirilən qərarının ləğv olunması hissəsində rədd edilməsi, həmin qərar əsasında iddiaçının hesablaşma və depozit hesablarından tutulmuş vəsaitlərin geri qaytarılması hissəsində isə mümkünsüz hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində iddia ərizəsinə qarşı təqdim etdiyi etirazda qeyd olunmuş yoxlamaya dair halları təkrarlamış və əlavə olaraq bildirmişdir ki, iddia tələbi vergi orqanının mübahisələndirilən qərarının ləğv edilməsi və həmin qərar əsasında iddiaçının hesablarından tutulmuş vəsaitlərin geri qaytarılması şəklində iki hissədən ibarət olmuş dur ki, məhkəmə iddia tələbini tam həcmdə təmin etsə də, vəsaitlərin hesaba qaytarılması hissəsinə dair qərarında hər-hansı əsaslandırma aparmamışdır. Məhkəmə ümumiyyətlə cavabdeh tərəfindən iddiaçının konkret olaraq hansı hesabından hansı vəsaitlərin tutulmasına dair araşdırma da aparmamışdır. Məhkəmə iddia tələbinin ikinci hissəsinə münasibətdə iddianın mümkünlüyü şərtlərini də yoxlamamışdır. Digər dəlillərdə cavabdeh apellyasiya məhkəməsinin mübahisələndirilən qərarın qəbul edilməsi ilə bağlı müddətlərə dair vergi qanunvericiliyin pozulmasına dair apardığı qiymətləndirməyə münasibətdə bidirmişdir ki, apellyasiya məhkəməsi qanunvericiliyin tələblərini düzgün tətbiq etməyərək “30 gün” anlayışını təqvim günləri kimi qiymətləndirmiş, halbuki həmin günlər iş günlərini ehtiva etməklə, səyyar vergi yoxlaması ümumilikdə 95 gün davam etmişdir ki, bu da 120 gündən az olduğundan səyyar vergi yoxlaması müddətinin pozulması kimi qiymətləndirilə bilməz. Daha bir dəlil kimi cavabdeh səyyar vergi yoxlamasının dayandırılmasına əsas olmuş hal kimi vergi ödəyicisinin rəhbərinin xəstəliyi ilə bağlı apellyasiya məhkəməsinin qiymətləndirilməsinə münasibətdə bildirmişdir ki, xəstəlik vərəqəsi əmək qabiliyyətinin itirildiyi gün əmək qabiliyyətini itirən şəxsdə ola bilməz ki, o da bu vərəqi səyyar vergi yoxlamasının müvəqqəti dayandırılması barədə müraciətinə əlavə edərək vergi orqanına təqdim etsin. Xəstəlik vərəqi yalnız müalicə tamamlanaraq əmək qabiliyyəti bərpa olunduqdan sonra əmək qabiliyyəti itirmiş şəxsə bağlanaraq və təsdiq edilərək təqdim oluna bilər. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh Azərbaycan Respublikası Vergi Məcəlləsinin 130.1, 108, 114.1, 38.1, 38.2, 70.3-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1993-cü il tarixli qərarı ilə təsdiq olunmuş “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında” Təlimata, Azərbaycan Respublikası Səhiyyə nazirinin xx xxxx 2011-ci il tarixli, 30 nömrəli əmri ilə təsdiq eidlmiş “Əmək qabiliyyəti olmamaq vərəqəsinin doldurulması” Qaydalarına istinad etmişdir. Kassasiya şikayətinə etiraz İddiaçı kassasiya şikayətinə dair etiraz təqdim edərək bildirmişdir ki, cavabdehin kassasiya şikayətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2001-ci il tarixli, 48 saylı qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, f aizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması” Qaydalarına istinad etməklə iddiaçı tərəfindən artıq ödənilmiş vergilərin qaytarılmasına dair vergi orqanına müraciətin olmamasına isitnad etməsi qanunsuz olmuşdur. Belə ki, göstərilən Qaydalara müvafiq olaraq məsələlərin həlli mübahisələrin yalnız icra qaydasında həll olunmasına aiddir. Hazırki halda isə, məhkəmə mübahisəsinin predmetini cavabdehin qanunsuz inzibati aktının ləğvi və həmin aktın hüquqi nəticələrinin aradan qaldırılmasından ibarət olmuşdur. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndələri və vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin olunmamasını xahiş etmişdirlər. Məhkəmə kolle giyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiyası məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. 11 saylı Ərazi Vergilər Departamentinin xx xxxxxx 2017-ci il tarixli **********127445 nömrəli "Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar"ı ilə Mingəçevir Mənzil Kommunal X2 Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericil iyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə oktyabr 2015-ci il – sentyabr 2017-ci il vergi dövrü üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmiş, yoxlamanın müddəti 30 iş günü müəyyən edilmişdir. 11 saylı Ərazi Vergilər Departamentinin xx xxxxxx 2018-ci il tarixli **********101600 nömrəli "Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında qərar"ı ilə həmin səyyar vergi yoxlaması xx xxxxxx 2018-ci ildən xx xxxxxx 2018-ci ilədək olan müddətə müvəqqəti dayandırılmışdır (təxirə salınmışdır). Azərbaycan Respublikası Vergilər Nazirliyi Vergi qanunvericiliyinin icrasına nəzarət departamentinin xx xxxxxx 2018-ci il tarixli, **********140719 nömrəli "Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında qərar"ı ilə həmin səyyar vergi yo xlamasının müddəti 30 iş günü artırılmışdır. Yoxlamanın nəticəsinə dair xx xxxxx 2018-ci il tarixli, **********131397 nömrəli "Səyyar vergi yoxlaması aktı" tərtib edilmişdir. 11 saylı Ərazi Vergilər Departamentinin xx xxx 2018-ci il tarixli, **********150745 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar"ı ilə Mingəçevir Mənzil Kommunal X4 mənfəət vergisi üzrə 2015ci il üçün 3270,29 manat, 2016-cı il üzrə 6477,87 manat azaldılmış vergi, həmin məbləğlərə müvafiq olaraq 1635,15 manat və 3238,94 manat maliyyə sanksiyası, bundan başqa, əlavə dəyər vergisi üzrə 2015-ci il üçün 246,55 manat, 2016-cı il üçün 13732,35 manat, 2017-ci il üçün 2764,11 manat maliyyə sanksiyası, ümumilikdə 31365,26 manat hesablanmışdır. Sadalanan hər üç qə rar barədə məlumatlar "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri"nə daxil edilmişdir. İddiaçının yoxlama aktını imzalamaqdan imtina etdiyi tarix xx xxxxx 2018-ci il, vergi məsuliyyətinə cəlb edilmə barədə qərarın tarixi isə xx xxx 2018-ci ildir. Cavabdehin iddia etdiyi kimi, müddətləri iş günləri ilə hesablasaq, xx xxxxx 2018-ci ildən başlayan 30 iş günü xx xxx 2018-ci ildə başa çatır və vergi orqanının qərarı həmin tarixdən sonra çıxarılmalı idi. Lakin göründüyü kimi, cavabdeh həmin 30 günlük müddəti iş günləri ilə deyil, məhz təqvim günləri ilə hesablamış və qərarı xx xxx 2018-ci ildə çıxartmışdır. Belə olan halda, VM-in ayrı-ayrı maddələrində nəzərdə tutulmuş "30 gün" ifadəsinin cavabdeh tərəfindən bir halda "təqvim günləri", digər halda isə "iş günləri" kimi təfsir edilməsi yolverilməzdir və məntiqli görünmür. Göründüyü kimi, xx xxxxxx 2017-ci il tarixli qərarla başlanmış yoxlama xx xxxxxx 2017-ci ildə başa çatdırılmalı olduğu halda, başa çatdırılmamış və qanunsuz olaraq xx xxxxxx 2018-ci ilədək davam etdirilmişdir. Mingəçevir Mənzil Kommunal X3 rəhbəri əmək qabiliyyətini itirmədiyi halda, özünün xx xxxxxx 2018-ci il tarixli qərarı ilə səyyar vergi yoxlamasını xx xxxxxx 2018-ci ildən xx xxxxxx 2018-ci ilədək dayandırmışdır. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayə ti ilə qərarın ləğv olunması xahiş edildiyindən məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyini apellaysiya məhkəməsi müəyyən etlmiş, lakin iddia tələbinin bir hissəsinin mümkünlük şərtini cavabdeh mübahisələndirmişdir. İddia tələblərindən göründüyü kimi, iddia tələbi iki hissədən ibarətdir: (1) xx xxx 2018-ci il tarixli qərarının ləğv edilməsi, (2) həmin qərara əsasən mübahisəyə baxılıb qutaranadək iddiaçının hesablaşma və depozit hesablarından cavabdeh tərəfindən silinmiş vəsaitlərin müvafiq olaraq onun hesablarına geri qaytarılması. Apellyasiya məhkəməsi tərəfindən tələblərə qiymət verilərkən iddianın mübahisələndirmə haqqıda iddia növünə aid olduğu müəyyən edilmişdir. Cavabdeh bu mövqeyi mübahisləndirərək bildirmişdir ki, iddia tələbinin ikinci hissəsi öhdəliyin icrası haqqında iddia növünə aid olduğu üçün, həmin iddia növünə dair mümkünlük şərtlərinə qiymət verilməli idi. Məhkəmə kollegiyası dəlillə aşağıdakılara əsasən qismən razılaşdığını qeyd edir. Tələblə iddiaçı artıq ödənilmiş vergi məbləğinin qaytarılmasını xahiş etmişdir. Tələbin hüquqi əsasını Azərbaycan Respublikası Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 87-ci maddəsi təşkil edir: - 87.1-ci maddəsinə əsasən, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda,, artıq ödənilmiş məbləğlər: 87.1.1. digər vergilərin, faizlərin, maliyyə san ksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.1.2. vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir; - 87.3-ci maddəsinə əsasən, bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır; - 87.4-cü maddəsinə əsasən, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Sonuncu müddəaların tələblərinin tətbiqi ilə bağlı Azərbaycan Respublikas Nazirlər Kabineti tərəfindən xx xxxxxx 2001- ci il tarixli, 48 saylı qərarı ilə “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları” təsdiq edilmişdir. Həmin Qaydaların: - 5.5-ci bəndinə əsasən, vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada vergi ödəyicisinin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə (...) 4 nüsxədə rəy tərtib edirlər. Rəydə ayrı-ayrı vergi növləri üzrə artıq ödənilmiş məbləğlər, habelə digər vergilər, faizlər maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borcların olmadığı əks etdirilməli və rəy müvafiq qaydada təsdiq olunmalıdır; - 5.7-ci bəndinə əsaəsn, tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 (...) artıq öd əmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına, 1 nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 nüsxəsi isə vergilərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır; Sadalanmış müddəaların təhlili o nəticəni yaradır ki, vergi ödəyicisinin artıq ödənilmiş vergilərin qaytarılması barədə müraciəti olduqda, cavabdeh tərəfindən öhdəliyin icrası ilə bağlı vəzifə deyil, müvafiq rəyin tərtib edilməsi və vergi ödəyicisinə təqdim edilməsi vəzifəsi nəzərdə tutulmuşdur. Bununla da müəyyən edilir ki, iddiaçının irəli sürdüyü tələb məcburetmə haqqında iddia növünə aiddir, çünki cavabdeh tərəfindən inzibati akt kimi müvafiq rəy verilməli və təsdiq olunmuş qaydada vergi ödəyicisinə təqdim olunmalıdır. Azərbaycan Respublikası İPM-nin: - 2.2.2-ci maddəsinə əsasən, in zibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; - 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər; - 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur; - 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb o lunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər - 39.1-ci maddəsinə əsasən, inzibati aktın qəbul olunmasına dair müraciətlə bağlı və ya şikayət instansiyasına verilmiş şikayətlə bağlı müvafiq inzibati orqan tərəfindən qanunla müəyyən olunmuş müddətdə və kifayət qədər əsaslar olmadan qərar qəbul edilmədiyi hallarda, həmin müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçənədək (qanunvericiliklə daha qısa və ya daha uzun müddətin müəyyən olunduğu hallar istisna olmaqla) məhkəmədə iddia qaldırılmasına yol verilmir. Sadalanmış müddəaların tələblərindən göründüyü kimi, məcburetmə haqqında iddia ilə iddiaçı arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoyilmasını xahiş edir və həmin iddia həm cavabdehin imtina edildiyi, həm də cavabdehin hərəkətsizliyi səbəbindən qəbul edilmədiyi hallarda da irəli sürülə bilər. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda in zibati məhkəmə icraatı qaydasında baxıla bilər. Məcburetmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, inzibati orqanın publik hüquqdan irəli gələn vəzifəsinin icrası ilə bağlı iddiaçının müraciəti əsasında inzibati aktın qəbulundan imtina edildiyi və ya cavabdehin hərəkətsizliyi hallarında, həmin şəxs hüquqlarının və ya qanunla qorunan maraqlarının pozulmasına əsaslanmaqla inzibati məhkəmədə mübahisə qaldıra bilər. Məcburetmə haqqında iddianın irəli sürülməsi ilə bağlı xüsusi mümkünlük şərti isə cavabdehə müraciət edilməsi və onun müddəti ilə bağlıdır. Bir halda imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi vaxtdan 30 gün müddətində, digər halda isə müraciətin edildiyi və ya şikayətin verildiyi vaxtdan 35 gün keçəndən sonra qərar qəbul edilmə diyi hallarda, iddiaçının iddia qaldırmaq hüququ nəzərdə tutulmuşdur. Lakin aşağı instansiya məhkəmələri iddianın növünü düzgün müəyyən etmədiyindən, onun mümkünlük şərtlərini də yoxlamamışdır. Bundan başqa, aşağı instansiya məhkəmələri həmin iddia tələbini təmin edərkən hər hansı bir hüquqi əsaslandırma aparmamışdırlar və bu hissədə məhkəmə kollegiyası cavabdehin bildirdiyi dəlili əsaslı hesab edir. Azərbaycan Respublikası İPM-nin 92.0-ci maddəsinə əsasən, aşağıdakı hallarda məhkəmə qərarı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır: 92.0.6. bu Məcəlləyə uyğun olaraq əsaslandırılması zəruri olan qərar əsaslandırılmadıqda. Qeyd edilənləri nəzərə almaqla məhkəmə kollegiyası bildirir ki, apellyasiya məhkəməsinin iddia tələbinin ikinci hissəsinə dair gəldiyi nəticə prosessual qan unverciiliyin tələblərinə uyğun olmadığından, ləğv edilməlidir. İddia tələbinin qərarın ləğv edilməsi hissəsinə münasibətdə apellyasiya məhkəməsi hesab etmişdir ki, səyyar vergi yoxlaması 30 təqvim günü müddətində keçirilməli olduğundan, cavabdeh tərəfindən müddətə riayət edilməmiş və bu hal mübahisələndirilən qərarın ləğvi üçün əsaslardan biridir. Bu mövqeyi mübahisələndirən cavabdehin dəlillərinə görə, apellyasiya məhkəməsi “30 gün” anlayışını təqvim günləri kimi qiymətləndirmiş, halbuki həmin günlər iş günlərini ehtiva etməklə, səyyar vergi yoxlaması ümumilikdə 95 gün davam etmişdir ki, bu da 120 gündən az olduğundan səyyar vergi yoxlaması müddətinin pozulması kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası dəlil üzrə aşağıdakı qaydada qiymətləndirmənin aparılmasını zəruri hesab edir V ergi Məcəlləsinin: - 38.1-ci maddəsinə əsasən, növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir; - 38.2-ci maddəsinə əsasən, növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər; - 38.4-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Maddələrin tələblərindən göründüyü kimi, səyyar vergi yoxlaması yalnız iş günlərində aparılmaqla, onun müddəti 30 gün və əlavə olaraq yuxarı vergi orqanının qərarın a əsasən 90 günlə məhdudlaşdırılmışdır. Məsələyə hüquqi qiymət verilərkən qeyd edilməlidir ki, səyyar vergi yoxlamasına dair qaydaları müəyyən edən Məcəllənin 38-ci maddəsində nəzərdə tututlmuş 38.1 və digər maddələr, o cümlədən 38.2 və 38.4-cü maddələri ayrı-ayrılıqda deyil, əlaqəli şəkildə tətbiq olunmalıdır. Hər iki maddələrin əlaqəli tətbiqi isə onu ehtiva edir ki, yoxlama 30 gün və yalnız iş günü ərzində aparıldığından, yoxlamanın aparılmalı olan müddəti iş günləri ilə hesablanmalıdır. Bu maddələrə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən düzgün olaraq xx xxxxxx 2017-ci il tarixli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarda yoxlamanın müddəti 30 iş günü kimi müəyyən edilmişdir. Məcəllənin 38.2-ci maddəsində əks olunmuş 30 günün bilavasitə təqvi m gününü ehtiva edilməsini apellyasiya məhkəməsi Vergi Məcəlləsinin 37.2-ci maddəsinə istinadla əsaslandırmışdır. Vergi Məcəlləsinin 37-ci maddəsi kameral vergi yoxlamasının aparılması qaydalarını tənzimləmiş və həmin maddədə ayrı bənd kimi vergi yoxlamasının iş günü və iş vaxtında aparılması göstərilməmişdir. Bu səbəbdən xx xxxxxx 2017-ci il tarixinə qədər olan maddənin redaksiyasında kameral vergi yoxlamaların 30 gün ərzində aparılması onu ehtiva edirdi ki, bu günlər təqdim günləri kimi hesablanmalıdır. Azərbaycan Respublikasının xx xxxxxx 2016-cı il tarixli “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Qanunu ilə 37.2-ci maddədə kameral vergi yoxlamasının “30 gün” müddətində keçirilməsi ifadəsi əvəzinə “30 iş günü müddətində keçirilir” ifadəsi əks olunm uş və bu qayda xx xxxxxx 2017-ci il tarixindən qüvvəyə minmişdir. Bu qaydadan fərqli olaraq Məcəllənin 38-ci maddəsinə müddətlərlə bağlı dəyişiklik edilməmiş, çünki həmin maddənin 38.2 və 38.4-cü hissələri yoxlamaların iş günü ərzində aparılmalı olduğunu nəzərdə tutduğundan, 30 gün anlayışı bilvasitə 30 iş gününü nəzərdə tutmuşdur. Qanunvericliyə edilmiş dəyiiklik isə hər iki yoxlamaların yalnız iş günü ərzində aparılmalı olduğuna dair yanaşmanı dürüstləşdirmişdir. Apellyasiya məhkəməsinin mövqeyi həmçinin o məntiqi əsasla da qəbul edilə bilməz ki, kameral vergi yoxlamasının yerlərə getmədən 30 iş günü ərzində aparılmasına münasibətdə səyyar vegi yoxlamasının bundan daha həcmli və əhatəli yoxlama olmaqla 30 təqvim günü ərzində aparılması həmin yoxlamaların məqsədlərinə uyğun olmadığı kimi qiymətləndirməlidir. Bununla da, məhkəmə kollegiyasının gəldiyi nəticə ondan ibarətdir ki, səyyar vergi yoxlaması iş günü ərzində aparılmalı olduğundan, müddətlərə dair apellyasiya məhkəməsinin müəyyən etdiyi işin halları qanunvericliyin tələblərinə uyğun deyildir və qeyd edilmiş hüquqi mövqe əsas olmaqla səyyar vergi yoxlaması müddətlərinə düzgün riayət edilib-edilməməsi yenidən yoxlanılmalıdır. Apellyasiya məhkəməsi mübahisələndirilən qərarın ləğv edilməsinin digər əsası kimi hesab etmişdir ki, vergi ödəyicisinin rəhbərinin xəstəliyinin cavabdeh tərəfindən araşdırılmaması səyyar vergi yoxlamasının dayanadırılmasına dair qanunverciliyin tələblərinin pozulması kimi qiymətləndirilmlidir. Bu mövqeyi mübahisələndirən cavabdehin dəlillərinə görə, vergi ödəyicisinin rəhbərinin xəstəliyi ilə bağ lı xəstəlik vərəqi yalnız müalicə tamamlanaraq əmək qabiliyyəti bərpa olunduqdan sonra həmin şəxsə təqdim oluna bilər. Bu səbəbdən həmin vərəq səyyar vergi yoxlamasının müvəqqəti dayandırılması barədə vergi ödəyicisinin müraciətinə əlavə edələrək vergi orqanına təqdim oluna bilməzdi. Məhkəmə kollegiyası dəlil üzrə aşağıdakıların bildirilməsini zəruri hesab edir. Vergi Məcəlləsinin: - 38.7-ci maddəsinə əsasən, yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda — həmin şəxsin olduğu yer müəyyən olunana qədər; 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə — əmək qabiliyyəti bərpa olunanadək; 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə — mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda — xarici ölkədən cavab alınanadək; 38.7.5. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda — məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Maddə ilə tənzimlənən qa yda iki faktlarla - səyyar vergi yoxlamasının dayandırılması üçün halların və dayandırılmanın başa çatmasının müddətlərinin müəyyən edilməsi ilə bağlıdır. Yəni dayandırmanın axımının başlanması tarixi müəyyən edilmiş halla, sona çatması isə həmin halın nəticəsindən asılıdır. Əgər sadalanmış hallar səyyar vergi yoxlamasının dayandırılması üçün müddətin axımının başlanmasını dəqiq müəyyən edilməsinə imkan verirsə, onun başa çatması qeyri-müəyyən vaxtla məhdudlaşdırılmışdır. Bu mənada məhkəmə kollegiyası cavabdehin bildirdiyi hüquqi əsaslandırması ilə razılaşır və qeyd edir ki, maddənin tələblərini tətbiq edərkən cavabdeh tərəfindən səyyar vergi yoxlamasının hansı tarixdən dayandırılmalı olması konkret halın baş veməsi ilə əlaqəli olsa da, lakin başa çatması yalnız ehtimallarla müəyyən edilə bilər ki, bu zaman yalnız Məcəllənin 38.2-ci maddəsində əks olunmuş müddətlər nəzərə alınmalıdır. Belə ki, səyyar vergi yoxlamasının dayandırılması halına Məcəllənin 38.7.2-ci maddəsinə görə səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin müvəqqəti olaraq əmək qabiliyyətini itirilməsi aid edilmişdir. Cavabdehin inzibati praktikasına görə bununla bağlı vergi ödəyicisinin müraciəti olduqda, cavabdeh bu müraciəti dayandırmanın əsası kimi qəbul edir. Həmin müraciətin mötəbərliyinin qəbul edilməsi istinad edilən Vergi Məcəlləsinin 38.7.2-ci maddəsinin tələbinin pozulması kimi şərh oluna bilməz. Lakin dayandırılmanın başa çatmasının tarixi maddədə əmək qabiliyyəti bərpa olunanadək kimi müəyyən edilmişdir ki, vergi ödəyicisinin rəhbərinin hansı tarixdə əmək qabiliyyətli hesab olundu ğunu müəyyən etmək imkanı cavabdehə məxsus olmadığından və dəqiq müəyyən edilməsi mümkün olmadığından, cavabdehin bu məsələnin tənzimlənməsində müəyyən qiymətləndirmə sərbəstliyinə malik olması qəbul olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarına 2 nömrəli əlavə kimi təsdiq edilmiş “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqındaTəlimat”ın 1,6,7,8,9-cu bəndlərinin mənasına görə, sığorta haqları ödəyən şəxsin müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi yalnız xəstəlik (əmək qabiliyyətini itirmək) vərəqəsi ilə təsdiq olunur ki, həmin xəstəlik vərəqəsində əmək qabiliyyətini itirilməsi müddəti müvafiq olaraq 3, 6, 10 günlərindən başlayaraq xəstələnmə müddəti son 12 ayı əhətə edə bilər. Qey d edilənləri nəzərə alaraq məhkəmə kollegiyası bu hissədə cavabdehin bildirdiyi dəlilləri əsaslı və qanunamüvafiq hesab edir, apellyasiya məhkəməsinin bu hissədə qiymətləndirməsini isə anlaşılmaz qəbul edir. Gəldiyi nəticəyə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi” və apellyasiya məhkəməsinin səlahiyyətləri ilə bağlı 82-ci maddəsinin tələbləri pozulmuşdur. Müddəaların tələblərinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan apellyasiya məhkəməsi iş üzrə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdud olmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə a raşdırmağa borcludur. Bu müddəalara əsaslanmaqla məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiya məhkəməsi yuxarda əks olunmuş prosessual qanunverciliyin tələblərinə uyğun olaraq iddia tələbinin mümkünlük məsələsi üzrə, habelə mübahisələndirilən qərar üzrə maddi hüquq normalarının tətbiqi üçün faktiki hallara dair araşdırma aparmaqla, tələblərə qiymət verməlidir. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə uyğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə tam uyğun qəbul edilməmişdir və kassasiya şikayətində göstərilmiş dəlil qərarın ləğv olunması üçün əsaslıdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 sa ylı Ərazi Vergilər Departamentinin baş direktoru xxx3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2-1(107)-352/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-6/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-6/2020
15.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver