Məhkəmə qərarları › İş №2-1(102)-6/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-6/2021

19.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-6/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs Ülvi Namət oğlu Həsənovun iştirakı ilə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (yaşayış yeri üzrə qeydiyyata alınma) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, İddiaçı və vəkili Aynur Abdullayevanın iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə (üçüncü şəxs Ülvi Namət oğlu Həsənovun iştirakı ilə) qarşı uşaqları X3, X4 və Teymur Ülvi oğlu Həsənzadənin ünvan 1 ünvanına qeydiyyata alınmaları vəzifəsinin cavabdehin üzərinə qoyulmas ı tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2654/2019 nömrəli iş üzrə 04.12.2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 19 may 2021-ci tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı uşaqları X3, X4 və Teymur Ülvi oğlu Həsənzadənin ünvan 1 ünvanına qeydiyyata alınmaları vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, uzun müddətdir ki, ünvan 1 ünvanında yaşayırlar. Həmin evi həyat yoldaşı ilə birlikdə öz hesablarına bir neçə il əvvəl tikdirmişlər. Ancaq ilkin sənəd olaraq bələdiyyədən torpaq eskizini və evin ləyihəsini ala bilmişlər, lakin mülkiyyətə aid heç bir sənəd ala bilməmişlər. Evə aid bütün kommunal xərclər onlar tərəfindən ödənilir. Evdə olan telefon, qaz sayğacı və elektrik sayğacı onun həyat yoldaşının adınadır. Qeyd olunan ev onların sərəncamında və sahibliyindədir. Yuxarıda göstərilən ünvanda onlarla birlikdə ailə üzvləri olan azyaşlı övladları yaşayır. Binəqədi rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbə üzrə nümayəndəsinin vermiş olduğu arayışa əsasən həqiqətən də o, ailə üzvləri ilə birlikdə həmin ünvanda qeydiyyatsız yaşayırlar. Lakin, cavabdeh həmin ünvana qeydiyyata alınmasına rəsmi olaraq imtina etmişdir. Göründüyü kimi cavabdehin hərəkəti qanunsuz olmuşdur. İş üzrə qəbul edilmi ş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

3. Birinci instansiya məhkəməsinin 16.08.2019-cu il tarixli, 2-1(81)-3314/2019 nömrəli (sədrlik edən hakim Tahirə Əsədova) qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən “Azərbaycan Respublikası İPM-nin 28-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 12.04.2017-ci il tarixli qərarına istinad edərək, belə hesab etmişdir ki, iddiaçının mübahisəli evə qeydiyyata alınması üçüncü şəxs Ü.N.Həsənovun razılığı olmalı idi. Bu əsasdan da mübahisəli evə qeydiyyata alınması barədə iddiası əsaslı sayıla bilməz.

5. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 16.08.2019-cu il tarixli, 2-1(81)-3314/2019 nömrəli qə rarının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04.12.2019-cu il tarixli, 2-1(103)-2654/19 nömrəli (hakimlər Afaq Nuriyeva - sədrlik edən və məruzəçi, Valeh Ağayev və Cahangir Yusifov) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 16.08.2019-cu il tarixli, 2-1(81)-3314/2019 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsinin də istinad etdiyi maddi hüquq normasını, həmçinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsini tətbiq etməklə belə hesab etmişdir ki, birinci inst ansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün heç bir əsas yoxdur. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri

8. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi keçmiş əri Ü.Həsənovu üçüncü şəxs qismində işə cəlb etmişdir və nəticədə özü öz qərarını ləğv etmişdir. Ü.Həsənovun işə cəlb edilməsi və daha sonra onun şikayəti ilə xeyrinə olan qərarın ləğv edilməsi əsassız və qanunsuz olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12.04.2017-ci il tarixli qərarına əsasən inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqları na toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Ü.Həsənovun əhəmiyyətli dərəcədə pozulduğu hüquqları bəlli deyil. Məhkəmə onun “pozulmuş hüquqlarının” nədən ibarət olmasını və pozulması iddia olunan hüquqların məzmunu və tərkibinin nədən ibarət olmasını yazmamışdır. Ü.Həsənovun təqdim etdiyi sənədlər onun qeydiyyata düşdüyü binaya (tikiliyə) deyil torpaq sahəsinədir. Tikiliyə və ya torpağa çıxarış verilməyib. Onun həmin tikiliyə qeydiyyata alınmağı Ü.Həsənovun heç bir (rəsmi, qeydiyyata alınmış) hüquqlarını pozmur. Buna görə də onun cəlb olunması və daha sonra ilkin qərarın ləğv olunması qanunsuzdur. Nəzərə alınmalıdır ki, Ü.Həsənova məxsus əmlak nikah dövründə əldə edilmiş əml akdır. Binəqədi Məhkəməsi “evə köçürülmə” barədə iddianı təmin edib, onun həmin evə köçürülməyi barədə qərar qəbul edib.

9. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətinin təmin edilməsini, Ü.Həsənovun işə üçüncü şəxs qismində cəlb edilməsinin qanunsuz hesab edilməsini, apelyasiya instansiyası məhkəməsinin 04.12.2019-cu il tarixli qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Kasasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili A.Abdullayeva kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazır kı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 04.12.2019-cu il tarixli qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

12. Məhkəmə iclasında iştirak edən İddiaçı da vəkili A.Abdullayevanın çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 04.12.2019-cu il tarixli qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərarın qəbul edilməsini Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.

13. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs Ü.Həsənov məhkəmə iclasına vəkilsiz gəldiyi üçün, cavabdehin nümayəndəsi isə məhkəmə iclasına gəlmədiyi üçün işə onların iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

14. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

15. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:

16. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının və vəkilin in izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 04.12.2019-cu il tarixli qərarı ləğv edilməli, iş isə təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

18. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respu blikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.

19. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının kasasiya şikayətindəki dəlilləri nəzərə alınaraq, apelyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən işin həqiqi hallarını tam və hərtərəfli araşdırmamış, işdə olan sübutlara düzgün qiymət verməmiş, bununla da İPM-nin 12.1, 58.7, 68.2, 82-ci maddələrini pozmaqla yanaşı iş üzrə yanlış nəticəyə gəlmişdir.

20. Belə ki, apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.1981-ci ildə Ağdarə rayonu, Narıştar kəndində doğulmuş və bu barədə (1 saylı Asan Xidmət Mərkəzi tərəfindən AZE seriyalı ******** №-li vətəndaşın şəxsiyyət vəsiqəsi verilmişdir).

21. İddiaçı İddiaçı ilə üçüncü şəxs X5 birgə nikahdan 09.05.2006-cı il tarixdə Nərmin, 02.02.2008-ci il tarixdə Şəfiqə və 27.10.2010-cu il tarixdə Teymur adlı uşaqları doğulmuş, bu barədə Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən AZ-İİİ seriyalı 180739 №-li, AZ-İİ seriyalı 625838 №-li və AZ-İİ seriyalı 081614 №-li doğum haqqında şəhadətnamələr verilmişdir.

22. İddiaçı İddiaçı ilə üçüncü şəxs X5 arasında olan nikah ləğv edilmiş və bununla bağlı 02.10.2017-ci il tarixdə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 65 nömrəli qeyd aparılmış, bu barədə Kəlbəcər rayon Qeydiyyat Şöbəsi tərəfindən 02.10.2017-ci il tarixdə AZ-İ seriyalı 262755 №-li Nikahın pozulması haqqında Şəhadətnamə verilmişdir.

23. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 08.10.2012-ci il tarixli qərarına əsasən Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 29.12.2006-cı il tarixli 566 saylı qərarı ilə Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində yerləşən vətəndaş X1 adına rəsmiləşdirilmiş 300 kv.m torpaq sahəsinin X5 adına sənədləşdirilməsinin cavabdeh Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə həvalə edilməsi qərara alınmışdır.

24. Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 10.12.2012-ci il tar ixli 51 №-li qərarına əsasən Binəqədi rayonu, 6-cı mikrorayonun qərb hissəsində vətəndaş X2 fərdi yaşayış evinin tikintisi üçün mülkiyyətinə verilmiş 300 kv.m torpaq sahəsinə dair bələdiyyənin 29.12.2006-cı il tarixli 566 saylı qərarı X5 adına dəyişdirilmişdir.

25. Həmin qərara əsasən X8 ilə Binəqədi rayonu Binəqədi Bələdiyyəsi arasında bələdiyyənin mülkiyyətində olan torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında 10.12.2012-ci il tarixli 06 №-li müqavilə bağanmışdır.

26. Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Bağ Park küçəsi, 67 №-li evə dair elektrik enerjisi və qaz təhcizatı ilə təmin olunması barədə X8 ilə müvafiq müqavilələr bağlanmışdır.

27. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının uşaqları ilə birl ikdə ünvan 1 ünvanında qeydiyyatsız yaşamaları barədə Binəqədi rayon İcra Hakimiyyəti Başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən 15.11.2018-ci il tarixli 3324 saylı Arayış verilmişdir.

28. Apelyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisə üzrə öz hüquqi mövqeyini əsaslandırmaq üçün qərarında yazmışdır ki, ««Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2017-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməmə sinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir.

29. Plenumun bu mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mübahisəli evi Həsənov Ülvi Namət oğlu ilə birlikdə öz hesablarına inşa etmələri, evə aid bütün kommunal xərclərin onlar tərəfindən ödənilməsi, evdə olan telefon, qaz sayğacı və elektrik sayğacının Həsənov Ülvi Namət oğlunun adında olması barədə göstərdiyi dəlillər məhkəmənin 29.11.2018-ci il tarixli qərar ilə maraqlarına toxunan üçüncü şəxs Həsənov Ülvi Namət oğlunun hüquqlarının bərpa edilməsi üçün əsasdır.

30. Həmçinin yuxarıda qeyd edilən sənədlərdən də müəyyən olunur ki, X5 mübahisəli evin yerləşdiyi torpaq sahəsinə qanuni hüququ yaranmış, evə dair elektrik enerjisi və qaz təhcizatı ilə təmin olunması barədə müqavilələr onunla bağlanılmış, kommunal xidmət haqları da onun tərəfindən ödənilir.

31. Yuxarıda sadalanan hallardan göründüyü kimi, iddiaçının mübahisəli evə qeydiyyata alınması üçün üçüncü şəxs X5 razılığı olmalı idi.

32. Bu əsasdan da birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiçının mübahisəli evə qeydiyyata alınması barədə iddiası əsaslı saylıa bilməz. »

33. Daha sonra apelyasiya məhkəməsi 04.12.2019-cu il qərarında göstərir ki, “Bakı şəhəri Binəqədi rayonu, Rəsul-zadə qəsəbəsi, Bağ Park küçəsi ev 67 özbaşına tikilidir və həmin evin heç bir hüquqmüəyyənedici sənədi yoxdur.”

34. Bununla əlaqəda r olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, ünvan 1 özbaşına tikili olsa da, apelyasiya instansiyası məhkəməsinin özünün Binəqədi rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15.11.2018-ci il tarixli, 3324 saylı arayışa əsasən müəyyən edilmişdir ki, dövlət reyestrində ünvan 1 ünvan mövcuddur və iddiaçı uşaqları ilə birlikdə həmin ünvanda qeydiyyatsız yaşayırlar.

35. Digər tərəfdən xüsusi olaraq vurğulanmalıdır ki, iddiaçı tərəfindən təqdim edilmiş Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının 10.11.2020-ci il tarixli, 2(103)7985/2020 saylı qərardadının lazımi qaydada təsdiq olunmamış kserosurətindən görünür ki, İddiaçı cavabdeh X6 qarşı ünvan 1 ünvanda yerləşən yaşayış evinə məcburi köçürülməsi, həmin yaşayış evind ən istifadəyə dair maneələrin törədilməsinin Ü.N.Həsənova qadağan edilməsi barədə iddiası təmin edilmiş, cavabdeh Ü.N.Həsənov bu qətnamədən apelyasiya şikayəti versə də, sonradan apelyasiya şikayətindən imtina etmiş, buna görə də həmin iş üzrə apelyasiya şikayətinə əsasən başlanmış apelyasiya icraatına xitam verilmiş, Binəqədi rayon Məhkəməsinin 06.09.2019-cu il tarixli qətnaməsi qanuni qüvvəyə minmişdir.

36. Beləliklə iddiaçının mübahisəli evə köçürülməsi barədə sözügedən qətnamə qanuni qüvvəyə minsə də, iddiaçının həmin evə qeydiyyata alınması məsələsi, apelyasiya instansiyası məhkəməsinin “iddiaçının mübahisəli evə qeydiyyata alınması üçün üçüncü şəxs Ü.Həsənova razılığı olmalı idi” qənaətinə görə həll olunmamış qalmış, yəni iddiası rədd edilmişdir.

37. Halbuki “Yaşayış yeri və olduğu y er üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə əsasən Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması:

38. Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir.

39. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec o lmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: - şəxsiyyət vəsiqəsi - yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Burada qeyd edilməlidir ki, iddiaçının Binəqədi rayon Məhkəməsinin 06.09.2019cu il tarixli, 2(001)-6017/2019 nömrəli qətnaməsi ilə İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi, c avabdeh X7 tərəfindən İddiaçı həmin evdən istifadəsinə yaradılmış maneələr aradan qaldırılması məhz bu bəndin təsiri altına düşür. Belə ki, istifadə hüququ əldə edən şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması əsas sayılmalıdır.

40. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, nəzərə alaraq ki, məhkəməyə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasınin 10.11.2020-ci il tarixli qərardadının yalnız lazimi qaydada təsdiq olunmamış qərardadı təqdim edilmiş, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 04.12.2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, apelyasiya instansiyası məhkəməsində işə təkrar baxılarkən Binəqədi rayon Məhkəməsinin 2(008)-6017/2019 saylı işi tələb edilərək öyrən ilməli, bunun əsasında da hazırkı iş üzrə qanuni və əsaslı qərar qəbul edilməli, kasasiya şikayəti qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04.12.2019-cu il tarixli 2-1(103)-2654/2019 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar