Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-6/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə (hazırkı DSMF-nin Nərimanov rayon Xidmət Nümayəndəliyinə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın yenidən hesablanması; “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirmədən, İddiaçı cavab deh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon şöbəsinə (hazırkı DSMF-nin Nərimanov rayon Xidmət Nümayəndəliyinə) “pensiyanın yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 aprel 2021-ci il tarixli, 2-1(103)-251/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx xxxxxx il təvəllüdlüdür və ona 23 fevral 2016-cı il tarixindən ömürlük yaşa görə pensiya təyin edilmişdir. Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışlarda İddiaçı 01 yanvar 2006-cı il tarixindən 01 sentyabr 2009-cu il tarixədək 3 il 7 ay sosial sığorta stajının, sığorta hissəsində fərdi şəxsi hesab üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-i və 01 yanvar 2017-ci il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 13.551,44 manat pensiya kapitalının, 01 aprel 2011-ci il tarixdən 01 yanvar 2017-ci il tarixədək 5 il 9 ay sosial sığorta stajının, fərdi hesabın sığorta hissəsində 01 yanvar 2017-ci il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi və ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-i nəzərə alınmaqla 37.805,75 manat pensiya kapitalının olduğu qeyd edilmişdir.
2. İddiaçı məcburi sosial sığorta haqlarının tam həcmdə hesablanması, pensiyanin yenidən hesablanaraq yaranmış fərq məbləğinin ödəni lməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh 04 dekabr 2019-cu il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.
3. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, iddiaçının pensiya hüququnun yarandığı 23 fevral 2016-cı il tarixdən ona əmək pensiyası təyin edilmişdir. 53.739,43 manat pensiya kapitalı və 01 yanvar 2006-cı il tarixədək sığorta stajı ilə (32 il 02 ay 04 gün) pensiyası 506,27 manat hesablanaraq ödənilmişdir. 01 yanvar 2019-cu il tarixdə pensiyası 605,16 manat olmaqla ödənilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili Nəzarət və audit şöbəsinin araşdırması nəticəsində pensiya kapitalının 50% ilə yox, 90% ilə hesablanması müəyyən edilmiş, bu səbəbdən əmək pensiyası yenidən hesablanaraq 01 oktyabr 2019 -cu il tarixdən 414,60 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı məhkəməyə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək məcburi sosial sığorta haqlarının tam həcmdə hesablanması, pensiyanın yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun 01 yanvar 2006-cı ildən 01 iyul 2017-ci il tarixədək 11 il 6 ay sosial sığorta stajı və sığorta hissəsində fərdi şəxsi hesab üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-i və 01 yanvar 2017-ci il tarixədək istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla 53.739,43 manat pensiya kapitalı vardır. O, pensiyaya çıxarkən pensiyası pensiya kapitalına uyğun hesablanaraq ödənilmişdir. Lakin sonradan pensiyasının məbləği azaldılmışdır. Cavabdeh ona istinad etmişdir ki, pensiyası səhvən kapitalının 90%-dən hesablanmışdır. Məcburi dövlət sosial sığorta haqlarının tam həcmdə ödənilməsi pensiyanın əvvəlki hesablanmış formada verilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nərimanov rayon Şöbəsinə müraciət etsə də, müraciəti təmin edilməmişdir.
6. Cavabdeh iddiaya dair yazılı etiraz verərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Etirazın əsaslarını imtina məktubunda qeyd olunanlar təşkil edir. Etirazda əlavə olaraq qeyd edilmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Daxili Nəzarət və audit şöbəsinin araşdırılması nəticəsində pensiya kapitalının 50% ilə yox, 90% ilə hesablanması müəyyən edilmiş, bu səbəbdən vətəndaşın əmək pensiyası yenidən hesablanaraq 01 oktyabr 2019-cu il tarixdən 414,60 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsində edilmiş dəyişiklik 01 iyul 2017-ci il tarixdən sonra pensiyaya çıxmış şəxslərə aiddir. İddiaçı isə 23 fevral 2016-cı il tarixində yaşa görə pensiyaya çıxmışdır.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2085/2020 nömrəli 03 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakim Aytən Oruczadə) iddia tələbinin təmin edilməsi, iddiaçıya məcburi sosial sığorta haqlarının tam həcmdə nəzərə alınmaqla pensiyanın yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmı şdır.
8. Məhkəmə hesab etmişdir ki, qanunvericilikdə dövlət sosial sığorta haqqının 50%nin pensiyaçının fərdi hesabının sığorta hissəsində nəzərə alınması yalnız hərbi qulluqçulara münasibətdə nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən iddiaçıya pensiya yenidən hesablanarkən dövlət sosial sığorta haqqının 50%-nin nəzərə alınması qanunvericiliyin tələblərinə zidd olmuş və bu səbəbdən də iddiaçının hüquqları pozulmuşdur.
9. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edilmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
10. Apellyasiya baxışı zamanı iddiaçı dəqiqləşdirmə ərizəsi təqdim edərək iddia ərizəsində yazdığı “bütün sosial sığorta haqlarının yenidən hesablanması” dedikdə, kapita l yığımının 90 faizini nəzərdə tutmuşdur. Buna görə də “Əmək pensiyaları haqqında” Qanuna 01 iyul 2017-ci il tarixindən edilmiş dəyişikliyi nəzərə alaraq ona pensiyasının təyin edildiyi 31 oktyabr 2017-ci il tarixindən yenidən hesablanıb fərqin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 aprel 2021-ci il tarixli, 2-1(103)-251/2021 nömrəli qərarına əsasən (sədrlik edən Xəyalə Cəmilova, hakimlər Namiq Cəfərov və Vahid Sadıqov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2085/2020 nömrəli 03 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilərək İddiaçı təyin edilmiş yaşa görə əmək pensiyasının ödənilmiş məcburi sosial sığorta haqlarının 90 faizindən yığılan kapitaldan olmaqla 31 oktyabr 2017-ci ildən yenidən hesablanamsı və yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçıya pensiyanın ödənilmiş məcburi sosial sığorta haqlarının 90 faizindən toplanan kapitaldan yenidən hesablanması barədə düzgün nəticəyə gəlsə də, bu hesablamanın və yaranmış fərq məbləğinin hansı tarixdən aparılmasını qərarında dəqiq göstərməmişdir.
13. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 aprel 2021-ci il tarixli, 2-1(103)-251/2021 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsində 01 iyul 2017-ci il tarixindən edilmiş dəyişikliyin iddiaçının pensiya sığorta kapitalının hesablanmasında nəzərə alınması Azərbaycan Respublikası Prezidentinin Fərmanına zidd olduğundan mümkün deyil. Məhkəmə isə göstərilən halı nəzərə almamış, iş üzrə tam, hərtərəfli araşdırma aparmamış, düzgün əsaslandırma aparmadan qərar qəbul etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları ha qqında” Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı)—hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 377 saylı 6 mart 2006-cı il tarixli Fərmanının 2.9-cu bəndinə əsasən həmin Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır. 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543VQD nömrəli Qanununun tətbiqi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişikliklər edilmiş və Azərbaycan Respublikası Prezidentinin 1352 saylı 01.05.2017-ci il tarixli Fərmanına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqinin təmin edilməsi qərara alınmışdır. 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1352 saylı 01 may 2017-ci il tarixli Fərmanı ilə Qanunun “2.9-cu bəndinə əsasən, həmin Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır” bəndi ləğv edilmişdir. 20. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən (hazırda) qüvvədə olan redaksiyasına görə fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır;
21. Həmin Qanunun 1.0.8-ci maddəs inin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına görə fərdi hesabın sığorta hissəsi - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığortaolunanlər üzrə ödənilmiş və əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan məcburi dövlət sosial sığorta haqlarının qeydə alındığı subhesabdır.
22. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
23. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçı larının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
24. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
25. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
26. Həmin Məcəllənin 96.5-ci maddəsinə əsasən şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə v ə işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.
27. Həmin Məcəllənin 96.9-cu maddəsinə əsasən Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.
28. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən Ali Məhkəmənin inzib ati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışd ır.
32. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh 02 noyabr 2017-ci il tarixli qərarı ilə iddiaçıya yaşa görə pensiya təyin etmiş və təyin edilmiş pensiyanın (ödəmənin) əvvəlini 23 fevral 2016-cı il tarixindən hesablamışdır. Cavabdeh tərəfindən pensiya təyin edərkən “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8ci maddəsinin 01 iyul 2017-ci il tarixindən qüvvədə olan redaksiyası nəzərə alınmış, sonradan cavabdeh pensiyanın yenidən hesablanması qərarına gəlmiş və bu zaman həmin Qanunun 1.0.8-ci maddəsinin 01 iyul 2017-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyasını tətbiq etmişdir.
33. İddiaçı hesab edir ki, ona pensiya təyin edilən zaman “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinin yeni redaksiyası qüvvədə olduğundan, yeni redaksiya əsasında pensiya təyinatı həyata keçirilməlidir.
34. Cavabdehin şikayətinin dəlillərinə görə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsində edilmiş dəyişiklik 01.07.2017-ci il tarixindən sonra pensiyaya çıxmış şəxslərə aid olduğundan, həmin dəyişikliyin iddiaçının pensiya sığorta kapitalının hesablanmasında nəzərə alınması müvafiq Fərmana ziddir.
35. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. 36. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinin 1 iyul 2017-ci il tarixdən (hazırda) qüvvədə olan redaksiyasına görə fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesa bdır;
37. Həmin Qanunun 1.0.8-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına görə fərdi hesabın sığorta hissəsi - müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nisbətlərə uyğun olaraq sığortaolunanlər üzrə ödənilmiş və əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan məcburi dövlət sosial sığorta haqlarının qeydə alındığı subhesabdır.
38. Qeyd olunmalıdır ki, 8 noyabr 2006-cı il tarixli 184-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 12, maddə 1019) ilə 1-ci maddəyə yeni məzmunda 1.0.3-cü—1.0.5-ci maddələr əlavə edilmişdir, 1.0.3-cü—1.0.12-ci maddələr 1.0.6-cı—1.0.15-ci maddələr hesab edilmişdir.
39. Nəticədə “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minən vaxt hazı rkı 1.0.8-ci maddə 8 noyabr 2006-cı il tarixə qədər 1.0.5-ci maddə adlanırdı. 40. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli 277 nömrəli Fərmanının 2.9-cu bəndində qeyd edilirdi ki, həmin Qanunun 1.0.5-ci maddəsinə (yəni 8 noyabr 2006-cı ilə qədər Qanunun 1.0.5-ci maddəsinə) uyğun olaraq məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınır. 41. 1 may 2017-ci il tarixli 1352 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 3 may 2017-ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 756) ilə 2.8-ci, 2.9-cu, 2.10-cu bəndlər və 3-cü hissə ləğv edilmişdir.
42. Bəhs olunan normativ sənədlərə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinin 8 noyabr 2006-cı ilə qədər olan redaksiyası həmin Qanunun 8 noyabr 2006-cı ildən edilən dəyişikliyə görə hazırkı 1.0.8-ci maddəsi ilə əvəz edildiyindən, Prezidentin 6 mart 2006-cı il tarixli 277 nömrəli Fərmanının 2.9-cu bəndi də Qanunun 1 iyul 2017-ci ilə qədər qüvvədə olmuş 1.0.8-ci maddəsinin tətbiqi ilə bağlı olmuşdur.
43. Odur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinin hərbi qulluqçulara aid olması və Prezidentin 6 mart 2006-cı il tarixli 277 nömrəli Fərmanının 2.9-cu bəndinin hərbi qulluqçulara şamil edilməsi barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmamışdır. 44. “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci madd əsinə əlavə edilmiş və 1 iyul 2017-ci il tarixdən qüvvədə olan üçüncü cümləsində qeyd edilir ki, sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. 45. “Əmək pensiyaları haqqında” Qanunun hazırda qüvvədə olan 1.0.8-ci maddəsini və 27.1-ci maddəsinin üçüncü cümləsini əlaqəli şəkildə təhlil edən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının pensiya hüququ 2016-cı ilin fevral ayında yaransa da, ona yaşa görə əmək pensiyası noyabr 2017-ci il tarixdə təyin edi lmişdir, yəni Qanunun yuxarıda qeyd edilən maddələrində dəyişiklik və əlavə edilərkən iddiaçıya hələ pensiya təyin edilməmişdir.
46. Hər iki normanın işığında mübahisənin həlli üçün həm 1 iyul 2017-ci ilə qədər, həm də noyabr 2017-ci il tarixdə iddiaçıya pensiya təyin edilən vaxt onun rəsmi olaraq əmək fəaliyyəti ilə məşğul olub-olmaması və pensiya təyini zamanı “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinin üçüncü cümləsinin tətbiq olunmasının mümkünlüyü müəyyən edilməlidir. 1 iyul 2017-ci il tarixə qədər iddiaçının fərdi hesabının sığorta hissəsində nə qədər pensiya kapitalı olmuşdur, 1 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş 1.0.8 və 27.1-ci maddələrin tətbiqindən sonra iddiaçının fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış pensiya kapitalı nə qədər olmuşdu r, pensiya kapitalının hesablanması hansı qaydada aparılmışdır, noyabr 2017-ci il tarixdə pensiya təyin edilən zaman istifadə edilən və edilməyən pensiya kapitalı hansı məbləğdə olmuşdur, pensiya təyini zamanı hansı məbləğdə pensiya kapitalından istifadə edilmişdir?
47. Qeyd edilən hallar müəyyən edilmədən mübahisə düzgün həllini tapa bilməz.
48. Odur ki, kasasiya şikayəti qismən təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməli, apelyasiya instansiyası məhkəməsində əhəmiyyətli sayda sübutların araşdırılması tələb olunduğundan iddianın rədd edilməsi hissəsində şikayət təmin edilməməlidir.
49. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəm əsinin İnzibati Kollegiyasının 14 aprel 2021-ci il tarixli, 21(103)-251/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılsın. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.