Məhkəmə qərarları › İş №2-1(102)-6/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-6/2024

14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-6/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə X2rşı iş üzrə QƏRARİ (Açar sözlər: diplomun tanınması) 14.03.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Təhsildə X2rşı “Kiyev Milli Ticarət-İqtisadiyyat Universiteti Xarkov Maliyyə İnstitutu tərəfindən verilmiş B18 seriyalı 075220 nömrəli diplomun tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəmə sinin İnzibati Kollegiyasının 19 aprel 2023-cü il tarixli, 2-1(103)-849/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 2015-2016-cı illərdə S.Kuznets adına Xarkov Milli İqtisadiyyat Universitetində təhsil almış, 2016-cı il həmin ali təhsil müəssisəsindən Kiyev Milli Ticarətİqtisadiyyat Universitetinin Xarkov Maliyyə İnstitutuna köçürülərək bakalavr təhsilini (20152018-ci illər) bitirmiş və ona B18 seriyalı 075220 nömrəli 30 iyun 2018-ci il tarixli bakalavr diplomu verilmişdir.

2. İddiaçı diplomun tanınması və şəhadətnamənin verilməsi ilə bağlı cavabdeh inzibati orqana elektron qaydada müraciət etmiş, sonuncu elektron məktubla imtina edərək bildirilmişdir ki, ali təhsil sənədlərinin araşdırılması zamanı Kiyev Milli Ticarət-İqtisadiyyat Universitetinin Xarkov Maliyyə İnstitutunun tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olduğundan, diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyri-mümkündür. Bu səbəbdən onun aldığı ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Kiyev Milli Ticarət-İqtisadiyyat Universiteti Xarkov Maliyyə İnstitutu tərəfindən verilmiş B18 seriyalı 075220 nömrəli diplomun tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi öhdəliyin in cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2006-2009-cu illərdə Bakı Biznes Kooperasiya Kollecinin “mühasibat uçotu və audit” fakültəsində təhsil almış və ona 30 dekabr 2009-cu il tarixdə BB-İİ seriyalı 097295 nömrəli diplom verilmişdir. 2015-ci ilin avqust ayında Ukrayna Respublikasının Xarkov şəhərinə getmiş və Xarkov Milli İqtisadiyyat Universitetinə müsahibə yolu ilə kollec diplomu əsasında və kolleclə Universitetin keçirilmiş fənlərdə yaranan (kollecə göndərilmiş rəsmi sorğuya əsasən) imtahan fərqlərini verərək 2-ci kursa, qiyabi olaraq uçot və audit fakültəsinə daxil olmuşdur. 10-31 may 2016-cı il tarixlərində sessiyaya çağırılmış və 14-25 may 2016 tarixlərində sessiyada iştirak etmişdir. Universitetdə həmin vaxt ailəli və ciddi iş rejimində işləyən tələbələrə güzəşt olunmuşdur. Sessiyanı bitirdikdən sonra təhsil haqqı çox olduğundan universitetdən akademik arayış əsasında çıxaraq, 2016-cı il oktyabr ayında Kiyev Milli Ticarət-İqtisadiyyat Universiteti Xarkov X5 və Audit fakültəsinə fərq imtahanlarını verərək 3-cü kursa qiyabi qəbul olmuşdur. 17-28 aprel 2017-ci il tarixlərdə növbəti sessiyaya çağırılmış, 16-27 aprel 2017-ci il tarixlərdə sessiyada iştirak etmişdir. 2017-ci ilin 27 noyabr-24 dekabr tarixlərində qış sessiyasına çağırılmış, lakin həmin vaxt xəstə olduğundan sessiyaya gedə bilməmişdir. 2017-ci ilin mart ayının 12-dən 27-dək yaz sessiyasına çağırılmış, qış sessiyasında iştirak etmədiyinə görə, kəsri olduğu üçün dekanatlıq ondan vaxtından tez gəlməyini tələb etmiş və sessiya müddətindən əvvəl 05 mart 2018-ci il tarixdən 06 aprel 2018-ci il tarixədək Xarkova gedərək qalan imtahanları vermiş, sessiyada, həm də 28 mart 2018-ci il tarixdən 06 aprel 2018-ci il tarixədək birinci dövlət imtahanında iştirak etmişdir. 30 aprel 2018-ci il tarixdən 07 may 2018-ci il tarixədək Yardımlı rayon "xxxx" MMC-də ixtisası üzrə təcrübə keçmişdir. Praktikanın sənədlərini 08 may 2018-ci il tarixdə instituta təqdim etmiş, 08 may 2018-ci il tarixdən 15 may 2018-ci il tarixədək axırıncı dövlət imtahanına çağırılmış və 12 may 2018-ci il tarixdən 16 may 2018ci il tarixədək axırıncı dövlət imtahanında iştirak etmişdir. 2018-ci ilin oktyabr ayında diplomunu almışdır. Diplomunun tanınması ilə bağlı cavabdehə müraciət etmiş, bildirişlə “müsahibə”yə dəvət edilmişdir. Müsahibədə 15 dəqiqə ərzində tədris dilindən sual- cavab olunmuş və müsahibədən keçdiyi bildirilmişdir. Daha sonra isə bildirilmişdir ki, sənədlərini araşdıraraq təhsil aldığı müəssisəyə təhsil normativini bilmək üçün sorğu göndərilmişdir. Bundan sonra o, təhsil aldığı institutla əlaqə saxlamış və belə bir sorğunun gəlmədiyini bildirmiş, sonradan Akkreditasiya və Nostrifikasiya İdarəsindən 12 mart 2003-ci il tarixdə onun şəxsi kabinetinə mənfi rəy göndərilmişdir.

5. Cavabdeh iddia tələbinə yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçının sənədləri araşdırılarkən təqdim etdiyi diplomun Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçının diplomuna əlavədən də göründüyü kimi, təhsil proqramı (qiyabi) 4 il nəzərdə tutulmuşdur. Sənədlər araşdırılarkən məlum olmuşdur ki, iddiaçı kollec diplomuna əsasən, S.Kuznets adına Xarkov Milli İqtisadiyyat Universitetinə qəbul olaraq 2015-2016-cı illərdə həmin təhsil müəssisəsində təhsil almışdır. Daha sonra 2016-cı ildə həmin ali təhsil müəssisəsindən Kiyev Milli Ticarətİqtisadiyyat Universitetinin Xarkov Maliyyə İnstitutuna köçürülmüş, bakalavr təhsilini 3 ilə (2015-2018-ci illər) başa vuraraq 2018-ci ildə bitirmişdir. Bununla əlaqədar ekspert rəyində qeyd edilir ki, təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur: 1-ci il 20152016-cı illərdə S.Kuznets adına Xarkov Milli İqtisadiy yat Universiteti -12 gün, 2-ci il 12 gün, 3-cü il 1 ay 3 gün. Göründüyü kimi, qeyd edilən ali təhsil müəssisəsinin diplomunda göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir və qısa müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri- mümkündür.

6. Bakı İnzibati Məhkəməsinin (hakim: R.L.Kərimli) 27 may 2021-ci il tarixli, 21(112)-866/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırılmışdır ki, iddiaçının təhsil aldığı dövrdə Azərbaycan Respublikasının hüdudlarındən kənarda olma vaxtları barədə aidiyyəti orqandan məhkəmə icraatında alınmış yazılı məlumat da onun diplomu verən təhsil müəssisəsinin olduğu Ukraynada təhsil proqramına münasibətdə qısa müddət qalmasını təsdiqləyir. Bundan ba şqa, iddiaçının birinci təhsili tam ali təhsil sayıla bilməz, sonrakı təhsili isə qiyabi formada olduğundan, 3 illik təhsil müddəti Azərbaycan Respublikasının təhsil standartı ilə ziddiyyət təşkil edir.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.S.Hüseynov /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.Ə.Hüseyn) 27 aprel 2022-ci il tarixli, 2-1(103)222/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-866/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat

12. Ali Məhkəmənin İnzibati Kollegiyasının (hakimlər: Z.M.Quliyev /sədrlik edən və məruzəçi/, N.İ.Rəsulbəyova və S.Ə.Kərimov) 21 sentyabr 2022-ci il tarixli, 2-1(102)1504/2022 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-222/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.

13. Kassasiya instansiyası məhkəməsi qe yd etmişdir ki, iddiaçı Kiyev Milli Ticarətİqtisadiyyat Universiteti Xarkov Maliyyə İnstitutu tərəfindən verilmiş B18 075220 nömrəli diplomun tanınması və şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ilə məhkəməyə müraciət etsə də, apellyasiya məhkəməsi tərəfindən sözügedən diplomu vermiş Ukrayna Respublikasında yerləşən tədris müəssisəsinə iş üzrə sübutların tələb edilməsi məqsədi ilə ümumiyyətlə heç bir sorğu verilməmiş, yalnız ekspert rəyi əsas götürülmüşdür. Halbuki, apellyasiya məhkəməsi İPMnin 12.1-ci maddəsinin tələbləri baxımından iddiaçının oxuduğu və diplom aldığı tədris müəssisəsinə sorğu göndərərək, iddiaçının həmin tədris müəssisəsində oxuduğu dövrün (müddətin) Ukrayna Respublikasında hansı qaydada hesablandığını, iddiaçının təhsil proqramını tam mənimsəyib-mənimsəməməsini, iddiaçının təhsil aldığı müddətin Ukrayna Respublikasında qüvvədə olan hüquq normativlərinə uyğun olub-olmamasını araşdırmalı idi. Belə ki, apellyasiya məhkəməsi iddiaçının iddiasının əsassız olması qənaətinə gələrkən faktiki olaraq yalnız iddiaçının təhsil aldığı zaman Ukrayna Respublikasında qısa, yəni az müddətdə olmasını əsas götürmüşdür, halbuki əslində bu iddiaçının Ukrayna Respublikasında təhsil aldığı tədris müəssisəsinin daxili proseduruna aid olan məsələdir, ən vacib məqam isə iddiaçı tərəfindən təhsil proqramının mənimsənilibmənimsənilməməsidir ki, işin sözügedən halı apellyasiya məhkəməsi tərəfindən hərtərəfli olaraq araşdırılmamışdır. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və R.Ə.Səmədov) 19 aprel 2023-cü il tarixli, 21(103)-849/2023 nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-866/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, iddia təmin edilmiş, iddiaçıya Kiyev Milli Ticarət-İqtisadiyyat Universitetinin Xarkov Maliyyə İnstitutu tərəfindən verilmiş B18 seriyalı 075220 nömrəli 30 iyun 2018-ci il tarixli bakalavr diplomunun tanınması və şəhadətnamənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

15. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçının təhsil aldığı müddət onun təhsil aldığı tədris müəssisəsinin daxili proseduruna aid olan məsələ olmaqla yanaşı, təhsilin onun tərəfindən mənims ənilməsi üçün həmin müddətin yetərli olduğu təhsil aldığı müəssisə tərəfindən təsdiq olunmuş və ona bu barədə müvafiq dövlət nümunəli diplom verilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının 2000-ci il 18 iyul tarixli Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ilə Ukrayna Nazirlər Kabineti arasında elmi adların və təhsil sənədlərinin qarşılıqlı tanınması və ekvivalentliyi haqqında Saziş”in 1-ci maddəsinə görə, bu Saziş Azərbaycan Respublikası və Ukraynada verilmiş dövlət nümunəli təhsil və elmi dərəcələr haqqında sənədləri əhatə edir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tədris yükünü yerinə yetirdiyi halda, mənfi rəyin verilməsinə əsas olan qanunvericiliklə nəzərdə tutulan hər hansı halın mövcudluğu cavabdeh tərəfindən sübuta ye tirilmədiyindən, cavabdehin diplomun tanınmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Beləliklə, cavabdehin təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının həmin ölkədə qısa müddət ərzində olduğu və diplomda qeyd olunmuş tədris yükünün yerinə yetirilmədiyinə dair bildirdiyi dəlillər əsassız olmuşdur, işdəki mövcud sübutlarla bunun əksi təsdiq olunur. Apelyasiya baxışı zamanı aparılan araşdırmalar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iş materialları ilə kifayətlənərək natamam araşdırma aparmış, xidməti vəzifəsinə görə əlavə zəruri olan araşdırmanı aparmamış, qərar qəbul edərkən isə maddi hüquq normalarını işin hallarına düzgün tətbiq etmədiyi üçün iddiaçı apellyasiya instansiyası qaydasında həmin qərarı mübahisələndirməkdə h aqlı olmuşdur.

16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

17. Cavabdehin kassasiya şikayətində iddiaçının müraciətindən imtinanın və iddia tələbinə etirazın dəlilləri təkrarlanmaqla, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının tam və hərtərəfli araşdırılmaması, maddi və prosessual hüquq normalarının pozulması göstərilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək şikayətin rədd edilməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “ Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.4. Təhsil - sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prosesi və onun nəticəsidir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 34 saylı 3 fevral 2023-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” Bənd 1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü və 29.0.21-ci maddələrinə əsasən hazırlanmışdır və xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən edir. 1.2. Tanınma Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir. 1.3. Tanınma Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikası nın tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, bu Qaydalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin digər qərarları, həmçinin sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir. Bənd

3. Ərizəçinin müraciətinə bu Qaydaların 2.4-cü bəndində qeyd edilən sənədlər TMİS-ə tələb olunan qaydada daxil edildiyi gündən etibarən ən geci 3 (üç) ay müddətində baxılır. İlk növbədə ərizəçinin təqdim etdiyi sənədlərin rəsmi məlumat mənbələri (Azərbaycan Respublikasının və xarici ölkələrin aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatları və sistemləri, təh sil sənədlərinin tanınması üzrə beynəlxalq şəbəkə, xarici ölkələrin aidiyyəti dövlət orqanlarının informasiya sistemləri, xarici ölkələrin ali təhsil müəssisələrinin ali təhsilə dair məlumat bazaları və s.) vasitəsilə doğruluğu müəyyən edilir. Apostil reyestri mövcud olan ölkələr tərəfindən verilmiş apostil şəhadətnaməsinin (möhürünün) həqiqiliyi həmin reyestr vasitəsilə yoxlanılır. Ərizəçinin müraciətinə baxılması üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə uyğun olaraq aşağıdakı məlumatların yoxlanılması məqsədilə aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya sistemlərinə və ehtiyatlarına sorğular edilir: ərizəçinin fərdi məlumatlarındakı (adı, soyadı, atasının adı, yaşayış ünvanı, qeydiyyat ünvanı, vətəndaşlığı və s.) dəyişiklik; əriz əçinin təhsilalma tarixi; ərizəçinin hərbi mükəlləfiyyəti; ərizəçinin əmək fəaliyyəti; ərizəçinin sərhədkeçmə qeydiyyatı. 3.6. Agentlik tanınma üçün yerli və xarici müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb edə bilər. 3.8. Tanınma ilə bağlı Agentlik aşağıdakı qərarlardan birini qəbul edir 3.8.1. ali təhsilə dair kvalifikasiyanın akademik və peşə tanınması; 3.8.2. ali təhsilə dair kvalifikasiyanın akademik tanınması (tam, qismən, şərti və ya alternativ tanınması); 3.8.3. ali təhsilə dair kvalifikasiyanın peşə tanınması; 3.8.4. ali təhsilə dair kvalifikasiyanın tanınmasından imtina edilməsi. 3.9. Bu Qaydaların 3.8.1 – 3.8.3-cü yarımbəndlərində nəzərdə tutulan qərarlar tanınma şəhadətnaməsi ilə rəsmiləşdirilir və həmin qərarın qəbul edildiyi tarixdən 3 (üç) gün müddətində ər izəçinin şəxsi kabinetinə göndərilir. 3.10. Aşağıdakı hallarda kvalifikasiyanın tanınmasından imtina edilir: 3.10.1. bu Qaydaların 4.1-ci bəndində nəzərdə tutulan ümumi tələblərə riayət olunmadıqda; 3.10.2. ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda; 3.10.3. peşə tanınmasına münasibətdə bu Qaydaların 6.2-ci bəndinə uyğun olaraq, ərizəçi sınaq imtahanında müvəffəqiyyət qazanmadıqda. 3.11. Tanınmadan imtina edildiyi halda bu barədə qərar səbəbləri göstərilməklə həmin qərarın qəbul edildiyi tarixdən 3 (üç) gün müddətində ərizəçinin şəxsi kabinetinə göndərilir. Bənd 4.2. Ali təhsil üzrə kvalifikasiyaların akademik və peşə tanınması zamanı aşağıdakı meyarlar əsasında əhəmiyyətli fərqin mövcud olub-olmaması müəyyənləşdirilir: 4.2.1. kvalifikasiyanın aid olduğu təhsil səviyyəsi; 4.2.2. əldə olunmuş təlimin (tamamlanmış kreditlərin) həcmi; 4.2.3. yekun attestasiyanın nəticəsi və ya ümumi orta müvəffəqiyyət göstəricisi; 4.2.4. kvalifikasiyanın istiqaməti (profili); 4.2.5. təlimin nəticələri. 4.3. Tədris müddətində tədris planında göstərilən fənlər üzrə yaranmış akademik borcların növbəti tədris ilində aradan qaldırılması və tədris proqramının tərkib hissəsi olaraq xarici ölkədə tədqiqat aparmaq və ya təcrübə keçmək faktı aidiyyəti təhsil müəssisəsinə göndərilən sorğu əsasında əldə olunmuş müvafiq arayışla təsdiq olunduğu halda, qiymətləndirmə zamanı nəzər ə alınır.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikay ət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə bax ılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə idd ia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə lazımi qaydada araşdırma aparmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normaların ın tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

29. Kassasiya instansiya məhkəməsinin göstərişinə uyğun olaraq apellyasiya instansiya məhkəməsi tərəfindən müvafiq araşdırma aparılmış və iddiaçının təhsil aldığı Universitet tərəfindən təqdim edilmiş 45 nömrəli xx.xx.2023-cü il tarixli arxiv arayışı ilə müəyyən edilmişdir ki, iddiaçı həqiqətən şəxsi ərizəsi, Semyon Kuznets adına Xarkov Milli İqtisadiyyat Universitetinin xx.xx.2016-cı il tarixli 235/07-33/B16 nömrəli akademik arayışı və Kiyev Milli Ticarət-İqtisadiyyat Universitetinin Xarkov Maliyyə İnstitutunun direktorunun xx.xx.2016-cı il tarixli 253 nömrəli "Tələbələrin instituta bərpası barədə" əmri əsasınd a 20 oktyabr 2016-cı il tarixdən fiziki şəxsin vəsaiti hesabına 0305 "İqtisadiyyat və sahibkarlıq" bilik sahəsi, 6.030509 'Uçot və audit" hazırlıq istiqaməti üzrə Kiyev Milli Ticarət-İqtisadiyyat Universitetinin Xarkov X4 vətəndaşların hazırlığı fakültəsinin qiyabi təhsil şöbəsinin lll-cü kursuna bərpa edilmişdir. xx.xx.2018-ci il tarixli Kompleksli dövlət ixtisas imtahanlarının verilməsinə və Dövlət imtahan komissiyasının qərarına (xx.xx.2018-ci il tarixli 5 saylı protokol) əsasən, o, "Uçot və audit" hazırlıq istiqaməti, "Uçot və audit" ixtisaslaşması üzrə Bakalavr ali təhsil dərəcəsini əldə etmişdir. Kiyev Milli Ticarət İqtisadiyyat Universitetinin elmi şurasının sərəncamına (05 sentyabr 2019-cu il tarixli 1 saylı protokol, bənd 4), Kiyev Milli Ticarət-İqtisadiyyat Universitetinin rektor unun 05 sentyabr 2019-cu il tarixli 2734 saylı əmrinə və Ukrayna Təhsil və Elm Nazirliyinin xx.xx.2019-cu il tarixli 1392 saylı əmrinə müvafiq olaraq Kiyev Milli Ticarət-iqtisadiyyat Universitetinin Xarkov Maliyyə İnstitutu Kiyev Milli Ticarət-İqtisadiyyat Universitetinin Xarkov Ticarət-İqtisadiyyat İnstitutuna birləşmə yolu ilə yenidən təşkil edilmişdir. Kiyev Milli Ticarət-İqtisadiyyat Universitetinin elmi şurasının 27 may 2021-ci il tarixli qərarını (12 saylı protokol), Ukrayna Mühəndis-Pedaqoji Akademiyasının 27 may 2021-ci il tarixli qərarını (12 saylı protokol) və 23 iyun 2021-ci il tarixli qərarını (15 saylı protokol) nəzərə alaraq, Ukrayna Təhsil və Elm Nazirliyinin 18 iyun 2021-ci il tarixli 688 nömrəli "Ali təhsil müəssisələrinin fəaliyyətinin bəzi məsələləri barədə" əmrinə və Uk rayna Mühəndis-Pedaqoji Akademiyasının 24 iyun 2021-ci il tarixli 188 nömrəli "Ukrayna Mühəndis-Pedaqoji Akademiyasının struktur bölməsi kimi Xarkov Ticarət-İqtisadiyyat İnstitutunun yaradılması barədə" əmrinə əsasən Kiyev Milli Ticarətİqtisadiyyat Universitetinin Xarkov Ticarət-İqtisadiyyat İnstitutu struktur bölməsi kimi Ukrayna Mühəndis-Pedaqoji Akademiyasına birləşmə yolu ilə yenidən təşkil edilmişdir. Kiyev Milli Ticarət-İqtisadiyyat Universitetinin Xarkov Ticarət-X1 Mühəndis-Pedaqoji Akademiyasına göndərdiyi xx.xx.2022-ci il tarixli 12 saylı məktubuna əsasən, arxiv sənədləri Kiyev Milli Ticarət-İqtisadiyyat Universitetinin Xarkov Ticarət- iqtisadiyyat Kollecində saxlanılır. Ukrayna Təhsil və Elm Nazirliyinin xx.xx.2022-ci il tarixli 43 saylı əmrinə əsasən, Kiyev Milli Ticarət-İqtisad iyyat Universiteti onun bölünməsi və Dövlət Ticarət-İqtisadiyyat Universitetinin yaradılması yolu ilə yenidən təşkil edilmişdir. Kiyev Milli Ticarət-İqtisadiyyat Universitetinin xx.xx.2022-ci il tarixli 374 saylı əmrinə əsasən, Kiyev Milli Ticarət İqtisadiyyat Universitetinin Xarkov Ticarət-İqtisadiyyat Kolleci "Dövlət Ticarətİqtisadiyyat Universitetinin Xarkov Ticarət-X3" X6 adlandırılmışdır.

30. Göründüyü kimi, iddiaçının təhsil aldığı müddət onun təhsil aldığı tədris müəssisəsinin daxili proseduruna aid olan məsələ olmaqla yanaşı, təhsilin onun tərəfindən mənimsənilməsi üçün həmin müddətin yetərli olduğu təhsil aldığı müəssisə tərəfindən təsdiq olunmuş və ona bu barədə müvafiq dövlət nümunəli diplom verilmişdir.

31. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, təhsil almaq üçün tələb olunan müddətin qarşılığında vətəndaşın həmin ölkədə qısa müddət ərzində olması dəlili özü - özlüyündə bir qədər qeyri-müəyyəndir. Belə ki, sözügedən dəlil Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndində mənfi rəyin verilməsinə əsas olan hal kimi təsbit edilməmişdir. Həmin bəndə əsasən, xarici ölkədə alınan təhsilin ümumi normativ müddəti, sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar və təhsilin forması ilə bağlı qiymətləndirmə meyarları nəzərdə tutulmuşdur ki, iddiaçının ixtisasının bu meyarlardan birinə uyğun gəlmədiyi iş üzrə sübuta yetiri lmir.

32. Bundan başqa, iş materialları ilə müəyyən olunur ki, iddiaçı təhsil aldığı müddətdə mütəmadi olaraq təhsil aldığı xarici ölkəyə gedib gəlmiş və ən əsası iddiaçının təhsil aldığı müəssisə tərəfindən ona tədris yükünün tam mənimsənilməsinə görə bakalavr diplomu verilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tədris yükünü yerinə yetirdiyi halda, mənfi rəyin verilməsinə əsas olan qanunvericiliklə nəzərdə tutulan hər hansı halın mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, cavabdehin diplomun tanınmasından imtina etməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

33. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qər arı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 aprel 2023-cü il tarixli, 21(103)-849/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar