Məhkəmə qərarları › İş №2-1(102)-6/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-6/2025

30.01.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-6/2025 30.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MTK-nın cavabdeh Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vergi orqanının qərarının mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı MTK-nın cavabdeh Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-83/2024 nömrəli, 4 aprel 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. Abşeron rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2017-ci il tarixdə “X5” MMC-yə “Tikinti obyektinin istismarına icazə” verilmişdir (13 ha torpaq sahəsi ilə bağlı; tikinti obyektinin podratçısı -“X5” MMC; tikinti obyektinin sifarişçisi - "xxxx" MMC).

2. RX ******* saylı xx.xx.2013-cü il tarixli çıxarışa əsasən, Abşeron rayonunun Masazır kəndində 2 ha torpaq sahəsi (ehtiyat fondu torpaqları) X1 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

3. RX ******* saylı xx.xx.2018-ci il tarixli çıxarışa əsasən, Abşeron rayonunun Masazır kəndində 13 ha (yəni, 130 000 kv.m) torpaq sahəsi (yaşayış məntəqələrinin torpaqları) “X5” MMC-nin adına xüsusi mülkiyyət hüqu qu əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 4. xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın təhvil-təslim aktına əsasən “Kooperativ üzvü” “X5” MMC-nin xüsusi mülkiyyətində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda (Seriya RX №1413511, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2018, Daşınmaz əmlakın reyestr nömrəsi **********41) qeyd olunan, 25 dekabr 2017-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə alınmış, Abşeron rayonu Masazır kəndində yerləşən, dəyəri 200000,00 (iki yüz min manat 00 qəpik) manat olan, 13.0 ha torpaq sahəsini İddiaçı MTK-nın Nizamnamə fondunun artırıl ması məqsədilə, Nizamnamə fonduna daxil edilməsi üçün pay olaraq “Kooperativ”ə təhvil verir, “Kooperativ” isə daşınmaz əmlakı Nizamnamə fonduna pay olaraq təhvil götürür. 5. xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın təhvil-təslim aktına əsasən “Kooperativ üzvü” X2 özünün xüsusi mülkiyyətində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda (Seriya RX №0234960, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2013, Daşınmaz əmlakın reyestr nömrəsi **********11) qeyd olunan, 06 sentyabr 2013-cü il tarixli AN-İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə alınmış, Abşeron rayonu Masazır kəndində yerləşən, dəyəri 100000,00 (bir yüz min manat 00 qəpik) manat olan, 2.0 ha torpaq sahəsini İddiaçı MTK-nın Nizamnamə fondunun artırılması məqsədilə, Nizamnamə fonduna daxil edilməsi üçün pay olaraq “Kooperativ”ə təhvil verir, “Kooperativ” isə daşınmaz əmlakı Nizamnamə fonduna pay olaraq təhvil götürür. Abşeron rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2019-cu il tarixdə iddiaçıya “Tikinti obyektinin istismarına icazə” verilmişdir (2 ha torpaq sahəsi ilə bağlı; tikinti obyektinin podratçısı-"xxxx" MMC; tikinti obyektinin sifarişçisi -"xxxx" MTK).

6. İddiaçı MTK cavabdeh vergi orqanına 2019-cu ilin torpaq vergisi bəyannaməsini təqdim etmiş və bəyannamənin 2 nömrəli Əlavəsinin “Torpaq sahəsi” sütununda istifadəsində olan torpağın ümumi sahəsini “150.000.00” kv.m. göstərməklə “vergiyə cəlb olunmayan sahə” kimi bəyan etmişdir.

7. Vergi orqanı tərəfindən göndərilmiş xx.xx.2020-ci il tarixli, **********481600 saylı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” məktubla iddiaçıdan 150.000 kv.m torpaq sahəsinin vergiyə cəlb edilməli olmamasını təsdiq edən sənəd təqdim edilmədiyi üçün həmin dövr üzrə dəqiqləşdirilmiş torpaq vergisi bəyannaməsinin təqdim edilməsi tələb olunmuşdur. 8. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 6 iyul 2020-ci il tarixli, **********040400 saylı qərar ilə kameral yoxlama nəticəsində vergi ödəyicisi (iddiaçı) tərəfindən təqdim edilmiş bəyannamənin 2 nömrəli Əlavəsinin “Torpaq sahəsi” sütununda 150.000,00 kv.m vergiyə cəlb olunmayan sahə göstərilməsinə baxmayaraq, bu barədə təsdiqedici sənədlərin təqdim edi lməməsi əsası ilə 23.200 manat torpaq vergisi hesablanmışdır İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

9. İddiaçı MTK cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə (Bakı şəhəri X4 üzrə Baş İdarəsinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 06 iyul 2020-ci il tarixli, **********040400 saylı qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus torpaq sahəsi yaşayış məntəqəsi torpaqlarına aid olduğundan və Vergi Məcəlləsinin 207.1.1-ci maddəsinə əsasən yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları torpaq vergisinə cəlb edilmədiyinə görə həmin qərar əsassızdır. Çünki, “Torpaq vergisinin müəyyən edilməsi və ödənilməsi haqqında” Təlimatın 5-ci maddəsinin “a” bəndinə əsasən, yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları (bu torpaqlara meydanlar, parklar, küçələr, səkilər, keçidlər, ümumi yaşayış binalarının həyətində ağac altı sahələr, uşaq meydançaları, yollar və s. torpaqlar) vergidən azad edilir. Bundan əlavə, vergi orqanının tələb etdiyi təsdiqedici sənədlər elektron, yəni elektron kargüzarlıq vasitə ilə vergi orqanına 01 iyun 2020-ci il tarixdə təqdim edilmişdir.

11. Cavabdeh iddiaya dair etirazında göstərmişdir ki, iddiaçı tərəfindən vergi orqanına təqdim edilmiş sənədlərdə MTK-yə məxsus torpaq sahəsi “13 ha, yəni 130.000.0 kv.m” göstərilsə də, vergi ödə yicisi tərəfindən təqdim edilmiş torpaq vergisi bəyannaməsinin 2 nömrəli əlavəsində “Torpaq sahəsi” sütununda “150.000.0 kv.m” vergiyə cəlb olunmayan sahə olaraq öz əksini tapmışdır. Belə olan halda vergi ödəyicisinin bəyan etdiyi “20.000,00 kv.m” əlavə sahə ilə bağlı təsdiqedici sənədlər təqdim edilməli idi, hansı ki, vergi ödəyicisi vergi orqanına ünvanladığı müraciətlərdə bu məsələyə ümumiyyətlə toxunmamışdır. Vergi orqanı isə vergi qanunvericiliyinin tələblərini nəzərə alaraq vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamə məlumatlarını əsas götürərək kameral hesablama aparmışdır. Vergi ödəyicisi tərəfindən araşdırmaya təqdim edilən torpaq sahəsinin iddiaçıya məxsus olduğunu bildirən sənədlərin hər birində torpaq mülkiyyət forması “xüsusi mülkiyyət” olaraq göstərilmişdir. Başqa söz lə, iddiaçı özünə məxsus olan torpaq sahəsi ilə əlaqədar sırf “yaşayış məntəqələrinin ümumi istifadəsində olan” topraq sahəsi olduğunu əsas gətirərək torpaq vergisini ödəməkdən azad olduğuna bəraət qazandırmışdır. Halbuki həmin azadolmalar dövlət və bələdiyyə mülkiyyətində olan, yaşayış məntəqələrinin ümumi istifadəsində olan torpaq sahələrinə aid edilir. Bu halda vergi ödəyicisi üçün hər hansı güzəşt nəzərdə tutulmamışdır.

12. Bakı İnzibati Məhkəməsinin (hakim F.İ.Mədətli) e-2-1(112)-1339/2021 saylı, 21 dekabr 2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.

13. İddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasın ın (hakimlər: C.A.Yusifov (sədrlik edən və məruzəçi), H.Ü.Həmidov və X.A.Cəmilova) 21 iyul 2022-ci il tarixli, 21(103)-1365/2022 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1339/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.N.Bədəlov (sədrlik edən və məruzəçi), N.İ.Rəsulbəyova və İ.K.Hüseynov) 2-1(102)65/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli, qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edil miş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyul 2022ci il tarixli, 2-1(103)-1365/2022 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən 15.0 ha torpaq sahəsinin iddiaçının mülkiyyətində və ya istifadəsində olması ilə bağlı ətraflı araşdırılmamışdır. Həmçinin, vergitutma obyektini təşkil edən həmin torpaq sahəsinin mülkiyyətçisi və istifadəçiləri ilə bağlı təqdim edilmiş sənədlər də ziddiyyətlidir. Odur ki, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi Vergi Məcəlləsinin 207.1.1-ci maddəsi ilə iddiaçının vergidən azad olunması məsələsinə qiymət verməmişdən öncə, hesablanmış verginin vergitutma obyektini təşkil edən torpaq sahəsinin iddiaçının istifadəsində və ya mülkiyyətində olmasını müəyyənləşdirməlidir. Digər tərəfdən, məhkəmə kollegiyası razılaşır ki, sözügedən torpaq sahəsi Vergi Məcəlləsinin 207.1.1-ci maddəsinin təsiri dairəsinə düşmür. Belə ki, Torpaq Məcəlləsinin 18.2-ci maddəsinə əsasən, ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlərin altındakı torpaq sahələri yaşayış məntəqələrinin torpaqlarının tərkibinə daxildir. Hazırkı iş üzrə isə torpaq sahəsinin Torpaq Məcəlləsinin müddəalarına uyğun olaraq yaşayış məntəqələrinin ümumi istifadəsində olan torpaqlara aid olması halı təsdiqlənmir və bu halda, Vergi Məcəlləsin in 207.1.1-ci maddəsindəki güzəştin iddiaçıya münasibətdə tətbiq edilməsi istisna edilir. İddiaçı kassasiya şikayətində “Torpaq vergisinin müəyyən edilməsi və ödənilməsi haqqında” Təlimatın 5-ci maddəsinin “a” bəndinə istinad edərək, Vergi Məcəlləsinin 207.1.1-ci maddəsindəki güzəştin ona tətbiq edilməli olduğunu iddia etsə də, qeyd edilməlidir ki, həmin Təlimat xx.xx.2003-cü il tarixdən qüvvədən düşdüyündən hazırkı işin hallarına tətbiq edilə bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin təqdim edilmiş xx.xx.2021-ci il tarixli məktuba münasibət bildirmədiyini göstərmişdir. İş materiallarında cavabdehin aşağıdakı məzmunda məktubu vardır: “Vergiyə cəlb edilməyən 15 ha torpaq sahəsinin tə sisçilərin mülkiyyətində olması və müvafiq aktlarla kooperativə təhvil verilməsi ilə bağlı 2020-ci il üzrə təqdim edilmiş torpaq vergisi bəyannaməsində yaranmış uyğunsuzluqların aradan qaldırılması barədə müraciətlərə baxılmışdır.... torpaq vergisi bəyannaməsində yaranmış uyğunsuzluqlar müraciətləriniz əsasında... nəzərə alınmışdır...” (iş v.101). Qeyd edilən məktubun məzmunu tam anlaşılan olmadığından, eyni zamanda iddiaçının qeyd edilən məktuba istinadən irəli sürdüyü dəlil aydın olmadığından, işə təkrar baxan apellyasiya instansiyası məhkəməsi məktubun məzmunu ilə bağlı cavabdehdən izah istəməli, o cümlədən məktubla bağlı iddiaçının dəlillərini dəqiqləşdirməli və qeyd edilən məktubu işdəki digər sübutlarla birgə qiymətləndirməlidir. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icra at

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: K.H.Əkbərov (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və M.N.Tağızadə) 4 aprel 2024-cü il tarixli, 21(103)-83/2024 nömrəli qərarı ilə İddiaçı MTK tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1339/2021 saylı xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar qəbul edilməklə, iddia tələbinin təmin edilməsi, cavabdeh Bakı şəhəri X4 üzrə Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 06 iyul 2020-ci il tarixli, **********040400 saylı qərarının ləğv edilməsi qərara alınmışdır.

19. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, vergi ödəyicisinin 2019-cu ilin hesabat dövrü üzrə vergi orqanına təqdim etdiyi dəqiqləşdirilmiş Bəyannamənin 2 nömrəli əlavəsində “Torpaq sahəsi” sütununda istifadəsində olan torpağın ümumi sahəsinin “150.000.00” kv.m. olduğu göstərilməklə “vergiyə cəlb olunmayan sahə” kimi bəyan edilsə də, iş materiallarında olan Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 18 fevral 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, “ vergiyə cəlb edilməyən 15 ha torpaq sahəsinin təsisçilərinin mülkiyyətində olması və müvafiq aktlarla kooperativə təhvil verilməsi ilə bağlı 2020-ci il üzrə təqdim edilmiş torpaq vergi bəyannaməsində yaranmış uyğunsuzluqların aradan qaldırılması barədə müraciətlərə baxılmışdır. 2020-ci il üzrə təqdim edilmiş torpaq vergisi bəyannaməsində yaranmış uyğunsuzluqlar müraciətlər əsasında nəzərə alınmışdır.” Göründ üyü kimi hazırkı iş üzrə mövcud olan uyğunsuzluqlar Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən nəzərə alınsa da, cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, işin təkrar apellyasiya icraatı zamanı məhkəmə tərəfindən tədqiqat obyektinə tərəflərin və Abşeron İcra Hakimiyyətinin nümayəndələrinin iştirakları ilə yerində baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, göstərilən torpaq sahəsində yaşayış binaları və məktəb binası (dövlət məktəbi), avtobus dayanacağı yerləşməklə ümumi istifadədədir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi göstərilən halları nəzərə almamış və iddia tələbinin rədd edilməsi barədə yanlış nəticəyə gəlmişdir.

20. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın l əğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası qərarını əsaslandırarkən Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 18 fevral 2021-ci il tarixli, “vergiyə cəlb edilməyən 15 ha torpaq sahəsinin təsisçilərinin mülkiyyətində olması və müvafiq aktlarla kooperativə təhvil verilməsi ilə bağlı 2020-ci il üzrə təqdim edilmiş torpaq vergi bəyannaməsində yaranmış uyğunsuzluqların aradan qaldırılması barədə müraciətlərə baxılmışdır. 2020-ci il üzrə təqdim edilmiş torpaq vergisi bəyannaməsində yaranmış uyğunsuzluqlar müraciətlər əsasında nəzərə alınmışdır.” məzmunlu məktubunu əsas götürərək qeyd etmişdir ki, mövcud olan uyğunsuzluqlar Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən nəzərə alınsa da, cavabdeh vergi orqanı tərəfindən mübahisələndirilmişdir. Göründüyü kimi məhkəmə iş materiallarında olan mövcud sənədlərə, faktlara hüquqi qiymət verməli olduğu halda inzibati orqanın vergi ödəyicisinə ünvanladığı məktubla kifayətlənərək ədalətsiz qərar qəbul etmişdir. Vergi Məcəlləsinin 203.1-ci maddəsinə görə torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. Vergitutma obyektini təşkil edən 15.0 ha torpaq sahəsinin həmin torpaq sahəsinin mülkiyyətçiləri tərəfindən iddia çıya pay olaraq təhvil verilməsi iddiaçını müvafiq vergini ödəməkdən azad etmir. Eyni zamanda qeyd etməyi zəruri hesab edirlər ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-65/2023-cü il tarixli qərarında hüquqi mövqe olaraq qeyd edilmişdir ki, sözügedən torpaq sahəsi Vergi Məcəlləsinin 207.1.1-ci maddəsinin təsiri dairəsinə düşmür. Həmçinin məhkəmə qərarında qeyd edilmişdir ki, işin təkrar apellyasiya icraatı zamanı məhkəmə tərəfindən tədqiqat obyektinə tərəflərin və Abşeron İcra Hakimiyyətinin nümayəndələrinin iştirakları ilə yerində baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, göstərilən torpaq sahəsində yaşayış binaları və məktəb binası (dövlət məktəbi), avtobus dayanacağı yerləşməklə ümumi istifadədədir. İş material larında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan (Seriya RX №1413511, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2018, Daşınmaz əmlakın reyestr nömrəsi **********41) görünür ki, “X5” MMC-yə məxsus 13.00 ha torpaq sahəsinin mülkiyyət növü “xüsusi”, təyinatı isə “yaşayış məntəqələrinin torpaqları” olaraq göstərilmişdir. Ümumi istifadədə olan torpaqlar bələdiyyə mülkiyyətində olan torpaqların bir növüdür. Xüsusi mülkiyyətdə olan və yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinin ümumi istifadəyə verilməsi yol verilməzdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz təqdim ed ilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

23. Azərbaycan Respublikasının Vergi Məcəlləsi (mübahisələndirilən qərar qüvvədə olan redaksiyası): Maddə

203. Torpaq vergisi 203.1. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçisinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyyə şəklində hesablanır. Maddə

207. Vergi güzəştləri 207.1. Aşağıdakı torpaqlar torpaq vergisinə cəlb edilmir: 207.1.1. yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları;

24. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə

18. Yaşayış məntəqələrinin torpaqları və onların tərkibi

1. Şəhər, qəsəbə və kəndlərin hüdudları daxilindəki bütün torpaqlar yaşayış məntəqələrinin torpaqları hesab edilir.

2. Yaşayış məntəqələrinin torpaqlarının tərkibinə aşağıdakılar daxildir: i ctimai və yaşayış, tikinti massivlərində yerləşən yaşayış, mədəni-məişət, inzibati, ibadət və digər bina, tikili və qurğular altındakı, habelə bunlar üçün nəzərdə tutulan torpaq sahələri; ümumi istifadədə olan torpaqlarda yerləşən meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələri; sənaye, kommersiya, kommunal, anbar tikinti massivlərində sənaye, kommunal, anbar tikililəri altında olan və bu kimi istehsal obyektlərinin inşası üçün nəzərdə tutulan torpaq sahələri; nəqliyyat, rabitə və mühəndis kommunikasiyaları torpaqlarında dəmir yolu, avtomobil, çay, dəniz, hava, boru kəməri nəqliyyatına, mühəndis infrastrukturu və rabitə magistralına aid binalar, tikilil ər və qurğular altındakı, habelə bu məqsədlər üçün nəzərdə tutulan torpaq sahələri; təbiət abidələri, təbii parklar, milli dendroloji parklar, nəbatat bağları, meşə yerləşən, turizm və rekreasiya, habelə əhalinin kütləvi istirahəti üçün istifadə olunan xüsusi qorunan ərazilərin, təbiəti mühafizə, təbii qoruq, sağlamlaşdırma, istirahət (rekreasiya) və tarix-mədəniyyət təyinatlı obyektlərin torpaqları, habelə təbii müalicəvi xassəyə malik olan mənbələr yerləşən və tarix-mədəniyyət abidələri, muzey-qoruqlar və xatirə parkları, qəbiristanlıqlar, məzarlar, arxeoloji abidələr və digər obyektlər yerləşdiyi torpaq sahələri; yerüstü su axarları, sututarlar, akvatoriyalar, su mühafizə zonaları, hidrotexniki və digər su təsərrüfatı qurğularının yerləşdiyi su obyektləri torpaqları; kənd təsərrüfatı üçün istifadə olunan torpaqlardan şum və çoxillik əkmələr, habelə kənd təsərrüfatı binaları, tikililəri və qurğuları altındakı torpaq sahələri; hərbi və digər xüsusi hüquqi rejimli zonaların torpaq sahələri; şəhərsalmaya və digər fəaliyyətə cəlb olunmayan ehtiyatda qalan torpaq sahələri. Maddə

7. Bələdiyyə torpaqları

1. Müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrin, meydanların, parkların, meşə- parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı, habelə əhalinin mal-qarası üçün örüş sahələri, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların və ümumi istifadədə olan digər obyektlərin yerləşdiyi torpaqlar aiddir. Maddə

49. Torpaq üzərində xüsusi mülkiyyət hüququ

1. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

91. Ali Məhkəmə müb ahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Madd ə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qan uniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyindən apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalıdır.

29. Hazırkı işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən 2019-cu ilin torpaq vergisi üzrə dəqiqləşdirilmiş bəyannamə xx.xx.2020-ci il tarixində vergi orqana təqdim edildikdən sonra aparılmış kameral yoxlamanın nəticələrinə dair “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 06 iyul 2020-ci il tarixli, **********040400 saylı qərar qəbul edilməklə iddiaçıya 2019-cu ilin hesabat dövrü üçün 23.200,00 manat məbləğində əlavə torpaq vergisi hesablanmışdır.

30. RX ******* saylı xx.xx.2013-cü il tarixli çıxarışa əsasən, Abşeron rayonunun Masazır kəndində 2 ha torpaq sahəsi (ehtiyat fondu torpaqları) X1, RX ******* saylı xx.xx.2018-ci il tarixli çıxarışa əsasən, Abşeron rayonunun Masazır kəndində 13 ha (yəni, 130 000 kv.m) torpaq sahəsi (yaşayış məntəqələrinin torpaqları) “X5” MMC-nin adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 31. xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın təhvil-təslim aktına əsasən “Kooperativ üzvü” “X5” MMC-nin xüsusi mülkiyyətində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınm az əmlakın dövlət reyestrindən çıxarışda (Seriya RX №1413511, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2018, Daşınmaz əmlakın reyestr nömrəsi **********41) qeyd olunan, 25 dekabr 2017-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə alınmış, Abşeron rayonu Masazır kəndində yerləşən, dəyəri 200000,00 (iki yüz min manat 00 qəpik) manat olan, 13.0 ha torpaq sahəsini İddiaçı MTK-nın Nizamnamə fondunun artırılması məqsədilə, Nizamnamə fonduna daxil edilməsi üçün pay olaraq “Kooperativ”ə təhvil verir, “Kooperativ” isə daşınmaz əmlakı Nizamnamə fonduna pay olaraq təhvil götürür. 32. xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın təhvil-təslim aktına əsasən “Kooperativ üzvü” X2 özünün xüsusi mülkiyyətində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komi təsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda (Seriya RX №0234960, Qeydiyyat nömrəsi **********, Qeydiyyat tarixi xx.xx.2013, Daşınmaz əmlakın reyestr nömrəsi **********11) qeyd olunan, 06 sentyabr 2013-cü il tarixli AN-İ № ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə alınmış, Abşeron rayonu Masazır kəndində yerləşən, dəyəri 100000,00 (bir yüz min manat 00 qəpik) manat olan, 2.0 ha torpaq sahəsini İddiaçı MTK-nın Nizamnamə fondunun artırılması məqsədilə, Nizamnamə fonduna daxil edilməsi üçün pay olaraq “Kooperativ”ə təhvil verir, “Kooperativ” isə daşınmaz əmlakı Nizamnamə fonduna pay olaraq təhvil götürür. Abşeron rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2019-cu il tarixdə iddiaçıya “Tik inti obyektinin istismarına icazə” verilmişdir (2 ha torpaq sahəsi ilə bağlı; tikinti obyektinin podratçısı-"xxxx" MMC; tikinti obyektinin sifarişçisi -"xxxx" MTK).

33. Göründüyü kimi, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın təhvil-təslim aktına əsasən “X5” MMC-nin xüsusi mülkiyyətində olan 13.0 ha torpaq sahəsini və xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın təhvil-təslim aktına əsasən X1 xüsusi mülkiyyətində olan 2.0 ha torpaq sahəsini İddiaçı MTK pay olaraq təhvil almışdır.

34. Kollegiya qeyd edir ki, işin hallarının araşdırılması zamanı iddiaçıya münasibətdə vergi borcunun hesablanması onun təqdim etdiyi bəyannamə əsasında vergi orqanında olan məlumatlar üzrə həyata keçirilmişdir. İddiaçı tələbini əsaslandırmaq üçün yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlara görə qanunver iciliklə vergi borcunun hesablanmalı olmamasına istinad etsə də, məhkəmə araşdırması ilə iddiaçıya münasibətdə qeyd olunan torpaq sahəsinə görə torpaq vergisinin hesablanmasını istisna edən şərtlər müəyyən edilməmişdir.

35. Belə ki, Vergi Məcəlləsinin torpaq vergisinə münasibətdə güzəştləri müəyyən edən 207-ci maddəsinə əsasən torpaq sahəsinin torpaq vergisinə cəlb edilməməsi üçün aşağıdakı şərtlərin mövcud olması müəyyən edilmişdir:

1. Torpaq sahəsi yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlara aid olmalıdır.

36. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrin, meydanların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı, habelə əhalinin mal-qaras ı üçün örüş sahələri, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların və ümumi istifadədə olan digər obyektlərin yerləşdiyi torpaqlar aiddir.

37. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 18-ci maddəsinə əsasən yaşayış məntəqələrinin torpaqlarının tərkibinə daxil olan növlərdən biri yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqlarında yerləşən - meydan, küçə, keçid, yol, sahil, park, meşə-park, xiyaban, bulvar, sututarlar, çimərlik və əhalinin ictimai tələbatının ödənilməsinə xidmət edən digər obyektlər altındakı torpaq sahələridir.

38. İddiaçının istifadəsində olan xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın təhvil-təslim aktına əsasən “X5” MMC-nin xüsusi mülkiyyətindəki pa y olaraq təhvil verdiyi 13.0 ha torpaq sahəsini və xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın təhvil-təslim aktına əsasən X1 xüsusi mülkiyyətindəki pay olaraq təhvil verdiyi 2.0 ha, ümumilikdə 15 ha torpaq sahəsinin yaşayış məntəqələri torpaqlarının ümumi istifadədə olan torpaq sahələrinə aidiyyəti müəyyən edilmir.

39. Odur ki, göstərilən normanın tələbləri baxımından həmin torpaq sahəsinə münasibətdə güzəştlərin tətbiq edilməsi istisna olunur.

40. İddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur, cavabdehin mübahisələndirilən qərarı əsaslıdır, cavabdehin iddiaçıya münasibətdə vergi borcunun hesablanması ilə bağlı qərarın qəbul olunması ilə nəticələnmiş hərəkətləri qanunauyğundur, iddianın təmin olunmasını istisna edən faktiki şərtlərin mö vcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur.

41. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələblərin təmin edilməsi vergi qanunvericiliyinin istinad olunan normalarının pozulmasına gətirib çıxaracağından, iddiaçının hazırkı iddia tələbinin qanuni əsası yoxdur və bu səbəbdən iddia təmin edilməməlidir.

42. Odur ki, kassasiya şikayəti təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.

43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-83/2024 nömrəli, 4 aprel 2024-cü il tarixli qəra rı ləğv edilsin, yeni qərar qəbul edilsin. İddia tələbi rədd edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar