Məhkəmə qərarları › İş №2-1(102)-60/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-60/2020

25.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-60/2020 25.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Səbail rayon şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-60/2020 Bakı şəhəri xx xxxxxx 2020-ci il Açar sözlər: sabiq hakimin pensiyasının hesablanmasında əlavələri nəzərə alınması Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanı nda Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Səbail rayon şöbəsinin vəkili Vəkil iştirakları ilə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Səbail rayon şöbəsinin müdiri xxx tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019cu il tarixli, 2-1(103)-1552/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Səbail rayon şöbəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş pensiyanın yenidən hesablanması və pensiya hesablanarkən “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilməsi barədə” xx xxxxxxx 2010-cu il tarixli, 1092111QD saylı Qanunu ilə birinci instansiya məhkəmələrinin hakimlərinə ödənilən vəzifə maaşlarının 15 faizi miqdarında aylıq pul təminatı nəzərə alınmaqla və birinci instansiya məhkəmə hakimlərinə verilən məzuniyyətə çıxdıqda iki aylıq əmək haqqı miqdarında və hakimlərə müalicə olunmaları üçün iki aylıq əmək haqqı məbləğində pul təminatının hakimlik stajı olan 45 faizin üstünə gəlməklə hesablanmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, 1988-2007-ci illərdə Goranboy və Beyləqan rayon məhkəmələrinin hakimi və sədri vəzifələrində işləmiş və 2008-c i ildən əlil olmuş hakim kimi ona pensiya təyin edilmişdir. Lakin, pensiyanın hesablanması zamanı qanunvericiliyin tələbləri nəzərə alınmamış və onun əmək pensiyasına hakimlərin müalicə alması üçün 2 aylıq əmək haqqı miqdarında müavinət və illik məzuniyyətə görə əlavə 2 aylıq əmək haqqı onun 45 faizlik hakimlik stajının üstünə gəlinməmiş, habelə vəzifə maaşının 15 faizi miqdarında pul təminatı da nəzərə alınmamışdır. İddiaçının müraciəti nəticəsində cavabdeh tərəfindən onun əmək pensiyası yenidən hesablanan zaman 617 manat əlavənin əvəzinə 322 manat əlavə hesablanmış, iddiaçının növbəti müraciətlərini isə cavabdeh təmin etməkdən imtina etmişdir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-c u il tarixli, 2-1(81)1413/2019 saylı qərarı ilə (hakim Aygün Abdullayeva) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, əmək pensiyaları və məhkəmələr və hakimlər haqqında qanunvericilik, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaışının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatının, müalicə olunmaları üçün iki aylıq əmək haqqı məbləğində pul təminatının, iki aylıq əmək haqqı məbləğində müavinətin ödənilməsini və hakimlərin əmək pensiyasına tutduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda həmin artımların nəzərə alınmasını müəyyən etmişdir. İddiaçının əmək pensiyasının hesablanması zamanı qanunvericiliyin göstərilən tələbləri nəzərə alınmadığından iddiaçı əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlı olmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-1552/2019 saylı qərarı ilə (sədrlik edən Həmid Həmidov, hakimlər Elmira Nağıyeva və Vüsalə Baxışova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarında qeyd olunmuş əsasları öz qərarında təkrarlamış və əlavə olaraq bildirmişdir ki, qanunvericilik hakimlərin əmək haqqındakı sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və bu artımların əmək pensiyası yaşına çatmış sabiq hakimlərə də tətbiq edildiyini birməlanı o laraq nəzərdə tutmuşdur. Bu səbəbdən, əmək pensiyası yaşına çatmış sabiq hakimlərin işlədikləri dövrdə həmin artımları alıb-almadıqlarından, həmçinin həmin əlavələri almasını göstərən arayışı təqdim edib-etməməsindən asılı olmayaraq onların bu hüququ təmin olunmalıdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 107, 109, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 20.1.4, 29.3-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəb dən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində bildirmişdir ki, qanunvericiliyin tələblərinə əsasən, hakimlərin pensiyası hesablanarkən hakim vəzifəsindəki fəaliyyəti son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzində aldığı faktiki əmək haqlarından hesablanır. İddiaçı isə, hakim vəzifəsində işlədiyi dövrdə 15 faiz miqdarında aylıq pul təminatı, məzuniyyətə çıxdıqda iki aylıq əmək haqqı miqdarında müavinət, habelə hakimlərə müalicə olunması üçün verilən iki aylıq əmək haqqı miqdarında pul təminatını almamışdır. Bundan başqa, birinci instansiya məhkəmələrinin hakimlərinə verilən 15 faiz miqdarında əlavə haqq vergilərdən azad oldunduğundan və məcburi dövlət sosial sığorta ayırmalarına cəlb olunmadığından onun orta aylıq əmək haqqının tərkibinə daxil oluna bilməz. Cavabdeh hesab edir ki, apellyasiya məhkəməsi birinci instansiya məkhəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlayarkən həmin qərarda göstərilmiş hallara istinad etmiş, lakin cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə lazımi qaydada araşdırma və qiymətləndirmə aparmamışdır. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1, 20.7, 1.0.2, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən vək il olan iddiaçı kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. İddiaçı xx xxxxx 1954-cü il tarixdə Ağcabədi rayonunda anadan olmuşdur və iddiaçı 1988-2000-ci illərdə xxx3 (Goranboy)rayon Xalq Məhkəməsinin hakimi və sədri vəzifəsində, 2000-2007-ci illərdə Beyləqan Rayon Məhkəməsində hakim vəzifəsində işləmişdir. Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Səbail rayon şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 2018-ci il tarixli arayışın surətindən görünür ki, iddiaçı xx xxxxxx 2008ci il tarixdən ömürlük yaşa görə əmək pensiyası alır. Hal-h azırda pensiyasının miqdarı 2109.40 (iki min bir yüz doqquz min 40 qəpik) manat təşkil edir. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək vəzifə maaşının 15 faiz miqdarında aylıq pul təminatının nəzərə alınmaqla və birinci instansiya məhkəmə hakimlərinə veriən məzuniyyətə çıxdıqda iki aylıq əmək haqqı miqdarında və hakimlərə müalicə olunmaları üçün iki aylıq əmək haqqı məbləğində pul təminatının hakimlik stajı olan 45 %-nin üstünə gəlməklə hesablanmasını xahiş etmiş, cavabdeh inzibati orqan onun müraciətini təmin etməkdən imtina etmişdir. İddiaçının məhkəmə kollegiyasına təqdim etdiyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx xxx 2019-cu il tarixli, № 8/419 nömrəli arayışdan görünür ki, iddiaçıya 2003-cü ildən illik müalicə pulu, həmçinin, 2005-ci ildən isə illl ik məzuniyyət pulu hesablanmışdır. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apelly asiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, qanunvericilik hakimlərin əmək haqqındakı sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və bu artımların əmək pensiyası yaşına çatmış sabiq hakimlərə də tətbiq edildiyini birməlanı olaraq nəzərdə tutmuşdur. Bu mövqeyi cavabdeh o əsasla mübahisələndirmişdir ki, qanunvericiliyin tələblərinə əsasən, hakimlərin pensiyası hesablanarkən hakim vəzifəsindəki fəaliyyəti son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzində aldığı faktiki əmək haqlarından hesablanır. İddiaçı isə, hakim vəzifəsində işlədiyi dövrdə 15 faiz miqdarında aylıq pul təminatı, məzuniyyətə çıxdıqda iki aylıq əmək haqqı miqdarında müavinət, habelə hakimlərə müalicə olunması üçün verilən ik i aylıq əmək haqqı miqdarında pul təminatını almamışdır. Məhkəmə kollegiyası dəlillə aşağıdakılara əsasən razılaşmadığını qeyd edir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda hakimlərin maddi-təminatı ilə bağlı məsələlər aşağıdakı kimi tənzimlənmişdir: - 106-cı maddəsinə əsasən, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün (...) birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilir (2010-cu il oktyabrın 1-dən qüvvəyə minmiş); - 107-ci maddəsinə əsasən, hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq vəzifə maaşı (2010-cu il oktyabrın 1-dən əmək haqqı) məbləğində məzuniyyət haqqı verilir; - 109-cu maddəsinə əsasən, hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Maddələrin tələblərindən göründüyü kimi, hakimlərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə vəzifə maaşlarına əlavə olaraq müəyyən ödənclərin verilməsi nəzərdə tutulmuşdur. Bunlara müalicə olunmaları ilə bağlı müavinət, məzuniyyətlə bağlı müavinət və aylıq pul təminatına görə əlavə aiddir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 20.1.4-ci maddəsinə əsasən, əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir; - 20.7-ci maddəsinə əsasən, bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə — hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında əlavə ödənilir. (xx xxxx 2017-ci il tarixədək olan redaksiyasına görə); - 20.7-ci maddəsinə əsasən, bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1.15 il hakim işləmiş sabiq hakimlərə — hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında əlavə ödənilir. (xx xxxx 2017-ci il tarixdən sonra olan redaksiyasına görə) - 29.3-cü maddəsi nə əsasən, bu Qanunun 20.1.1-20.1.15-ci maddələrində nəzərdə tutulmuş şəxslərin bu maddəyə uyğun olaraq əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta hissəsi indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Maddələrin mətnindən göründüyü kimi, sabiq hakimlərə pensiya hesablanarkən qulluq stajına görə əlavənin ödənilməsi nəzərdə tutulmuşdur. Əlavənin məbləği isə əmək haqqının məbləğindən (onun orta aylıq məbləğindən) asılıdır və onun yenidən hesablanması əmək haqqında baş verilmiş dəyişiklik nəzərə alınmaqla müəyyən e dilmişdir. Maddələri tətbiq edərkən “əmək haqqı” anlayışının açıqlanması zəruriyəti yaranmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ (1), habelə ona edilən əlavələrin (2), mükafatların (3) və digər ödənclərin (4) məcmusudur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda sadalanmış müddəalarına əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr əmək haqqının (orta aylıq) məbləğinə münasibətdə müəyyən edildiyindən, əmək haqqına isə vəzifə maaşından başqa digər əlavələr və ödənclər də daxil olduğundan, onlar nəzərə alınmaqla pensiyanın yenidən hesablanması tələbində iddiaçı haqlı olmuşdur. Bundan başqa, məhkəmə kollegiyası “O.Gərəkməzlinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının xx xxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarında bildirilmiş hüquqi mövqeyinə əsaslandığını qeyd edir. Həmin qərarda Konstitusiya Məhkəməsi bildirmişdir ki, ədalət mühakiməsinin müstəqil və qərəzsiz məhkəmə tərəfindən həyata keçirilməsinin təmin olunması məqsədilə hakimin hüquqi statusu, xüsusilə də onun dəyişilməzliyi və müstəqilliyi konstitusiya prinsipi kimi təsbit edilmişdir (Konstitusiyanın 126-cı maddəsi, 127-ci maddəsinin İ və İİ hissələri, 128-ci maddəsinin İ və İİ hissələri). Bununla əlaqədar olaraq dövlət hakimə və onun peşəkarlığına yüksək tələbkarlıq göstərməklə yanaşı, ədalət mühakiməsinin həyata keçirilməsi prosesində onun fəaliyyətinə hərtərəfli təminatlar verməlidir. Hakimlərin müstəqilliyi həm ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipi, həm də dövlət tərəfindən hakimlərə verilən konstitusiya təminatı olduğundan, hakimlərin sosial müdafiəsi onların müstəqilliyinin ayrılmaz mühüm elementi kimi çıxış edir. Hakimlərin statusunun konstitusiya - hüquqi xüsusiyyətləri, onların fəaliyyətinin növü və xarakteri nəzərə alınaraq, sabiq hakimin sosial təminatı fəaliyyətdə olan hakimin müstəqilliyinin təminatı hesab olun ur, belə ki, belə tənzimləmə gələcəkdə onların maddi təminatının zəmanəti kimi çıxış edir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərb aycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Səbail rayon şöbəsinin müdiri xxx tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-1552/2019 saylı qərarı dəyişdiilmədən qüvvədə saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar