Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-60/2022 19.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (əmək pensiyasının təyin edilməsinə dair məlumat vərəqəsinin aidiyyəti orqana göndərilməsi, işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı (üçüncü şəxs-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi F ilialı) məlumat vərəqəsinin aidiyyəti orqana göndərilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.08.2021-ci il tarixli, 2-1(103)-2025/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 02 sentyabr 1992-ci ilin tarixdə Cəbrayıl RPŞ-si tərəfindən daxili işlər orqanlarına qəbul olunmuşdur. 21.04.2006-cı il tarixli 134 saylı əmrlə öz arzusu ilə daxili işlər orqanlarından xaric edilmişdir.
2. İddiaçı 20.04.2019-cu il tarixində cavabdeh Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət edərək, daxili işlər orqanlarında təqvimi və imtiyazlı xidmət illərinin yenidən hesablanaraq müvafiq məlumat vərəqəsinin Əmək və Əhalini n Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsini xahiş etmişdir.
3. Cavabdehin 15 may 2019-cu il tarixli, 022/14-2131 1İ-3219 saylı cavab məktubunda onun ərizəsinin baxılması üçün DİN-nin Baş Mühafizə İdarəsinə göndərildiyi bildirilmişdir. Qeyd olunan idarə tərəfindən iddiaçıya cavab verilməmişdir.. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, daxili işlər orqanlarında 20 ildən artıq xidmət etdiyindən ona əmək pensiyasının təyin edilməsi üçün məlumat vərəqəsinin tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına gönd ərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 02 sentyabr 1992-ci ilin tarixində Cəbrayıl RPŞ tərəfindən daxili işlər orqanlarına qəbul olunmuşdur. Xidmət dövründə Cəbrayil RPŞ-nin növbətçi hissəsində imza etməklə silahla təmin olunmuş, xidməti postlara çıxaraq daxili işlər orqanlarında xidmət keçmişdir. Lakin, əmək kitabçasında 01.07.1994-ci il tarixli, 24 saylı əmrlə daxili işlər orqanlarına qəbul olunduğu, 21.04.2006cı ildə öz arzusu ilə həmin orqanlardan xaric edildiyi qeyd olunmuşdur. Daxili işlər orqanlarında xidmət müddətinin təqvimlə 13 il, 11 ay, 14 gün, imtiyazlı 16 il, 09 ay, 14 gün təşkil etdiyi göstərilmişdir. Daxili işlər orqanlarında təqvimlə xidmət və imtiyazlı illərinin hesabl anması ilə razı deyil. Belə ki, yuxarıda qeyd etdiyi kimi, faktiki olaraq daxili işlər orqanlarında 1992-ci ilin iyun ayından xidmət etmişdir və daxili işlər orqanlarına daxil olmağı haqqında əmrin olmaması ona bildirilməmiş və ümumi qaydada xidmət etmişdir. Bununla bağlı Cəbrayıl RPŞ-nin növbətçi hissəsinin qeydiyyat kitabında qeydlər edilmişdir. Lakin onun daxili işlər orqanlarına daxil olması Cəbrayıl RPŞ-nin 01.07.1994-ci il tarixli, 24 saylı əmri ilə rəsmiləşdirilmişdir. Beləliklə, iddiaçının H3 ******* saylı hərbi biletinə əsasən, 10.05.1985-ci ildən 26 iyun 1987-ci ilədək olan hərbi xidmət müddəti 2 il, 1 ay, 21 gün, faktiki olaraq daxili işlər orqanlarında xidmət etməyə başladığı 01.07.1992-ci ildən 21.04.2006-cı ildə öz arzusu ilə DİO-dan xaric olunduğu vaxtadək xidmət müddəti təq vimlə 15 il, 11 ay, 14 gün hesablanmalı, imtiyazlı xidmət müddəti hesablanarkən Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin, o cümlədən Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 nömrəli qərarının və X1 08.05.1992-ci il tarixli, 245 saylı, həmçinin 01.06.1998-ci il tarixli, 06 saylı əmrlərinin tələbləri nəzərə alınmalı idi. 20.04.2019-cu il tarixdə Daxili İşlər Nazirliyinə ərizə ilə müraciət edərək, daxili işlər orqanlarında təqvimlə və imtiyazlı xidmət illərinin yenidən hesablanaraq xidmət illəri barədə məlumat vərəqəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsini xahiş etmişdir. Lakin, cavabdehin 15 may 2019-cu il tarixli, 022/14-2131 1İ-3219 saylı cavab məktubunda onun ərizəsinin baxılmas ı üçün aidiyyəti üzrə DİN-nin Baş Mühafizə İdarəsinə göndərildiyi bildirilmişdir. Qeyd olunan idarədən iddiaçıya cavab verilməmişdir. Lakin, 2017-ci ildə DİN-ə təkrar müraciəti əsasında 21.06.2017-ci il tarixli, 022/12-4062-1217 saylı cavab məktubunda əmək kitabçasında aparılmış təqvimi və imtiyazlı xidmət illəri təkrar olunmuşdur. “Əmək pensiyaları haqqında” 07 fevral 2006-cı il tarixli Azərbaycan Respublikası Qanununun qəbul olunduğu 21.04.2006-cı il tarixə kimi onun daxili işlər orqanlarında uzun müddətli xidmət illəri 28 il 03 ay 0 gün təşkil etmişdir. İddia tələbinin təmin edilməsi məhkəmədən xahiş olunur.
6. Bakı İnzibati Məhkəməsinin 15.04.2021-ci il tarixli, 2-1(112)-171/2021 nömrəli qərarı ilə (hakim M.Qarayeva) iddia tələbinin təmin edilməsi qərara alınmışdır.
7. Məhkəmə hesab et mişdir ki, barəsində məlumat vərəqəsinin tərtib edilərək DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsini xahiş edən iddiaçının ərizəsi, cavabdeh tərəfindən onun xidmət ilərinin 20 ildən az olması səbəbi ilə təmin edilməmişdir. Halbuki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, daxili işlər orqanlarından xidmətdən azad edildiyi 21.04.2006-ci il tarixə qədər 20 ildən artıq xidmət etdiyi üçün, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Buna görə də, iddiaçının 20 ildən az xidmət etməsini əsas gətirərək ona pensiya təyin edilməsi üçün məlumat vərəqəsinin aidiyyəti orqana göndərilməsindən cavabdehin imtinası iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
8. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apelyas iya şikayəti verilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27.08.2021-ci il tarixli, 2-1(103)-2025/2021 nömrəli (hakimlər Səadət Bəktaşi - sədrlik edən və məruzəçi, Azər Hüseynov və Vüsalə Baxışova ) qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 15.04.2021-ci il tarixli, 2-1(112)-171/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh, kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur. Kassasiya şikayətində xüsusi olaraq vurğulanmışdır ki, məhkəmələr iddiaçının 80 saylı Bakı Texniki Peşə Məktəbində və Bakı Sənaye-Pedaqoji Texnikumunda təhsil aldığı müddəti daxili işlər orqanlarında xidmət illərinə əlavə edərək xidmət illərini süni olaraq artırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 1.1. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasın ın Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSAS İYA BAXİŞİNİN HƏDLƏRİ
15. Kassasiya şikayət mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
16. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası işin materiallarının və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilməli, apelyas iya instansiya məhkəməsinin qərarı ləğv olunmalıdır. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
18. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
19. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir hald a məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə mübahisəyə aid sənədlərin, faktların və digər mübahisəli halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərarın qəbuluna imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Bu prosessual məhkəmə qənaəti prinsipinin tələblərindən və məhkəmə mübahisəsinin uzanmasının qarşısının alınması məqsədlərindən də irəli gəlir. Lakin apelyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır.
20. Belə ki, kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkəmələr iddiaçının 80 saylı Bakı Texniki Peşə Məktəbində və Bakı Sənaye-Pedaqoji Texnikumunda təhsil aldığı müddəti daxili işlər orqanlarında xidmət illərinə əlavə edərək xidmət illərini süni olaraq artırmışdır.
21. İş üzrə materiallara əlavə olunmuş Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin 08.04.2021-ci il tarixli, 34\1 saylı arayışından görünür ki, İddiaçı 30 avqust 1984-cü il tarixində “Kişi və uşaq geyimləri dərzisi” ixtisası üzrə 80 nömrəli orta texniki peşə məktəbinə qəbul edilmiş və 24 iyun 1988-ci ildə həmin ixtisas üzrə tam kursu bitirmiş və ona təhsil haqqında 471152 nömrəli diplom verilmişdir.
22. İş üzrə materiallara əlavə olunmuş Bakı Sənaye-Pedaqoji Texnikumu tərəfindən verilmiş iddiaçıya aid AB-İİ 003672 nömrəli diplomun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 1991-24.06.1994 -cü illərdə həmin təhsil müəssisəsində təhsil almışdır.
23. İddiaçının daxili işlər orqanlarında xidmətə qəbul olunduğu tarixə qədər peşə məktəbində 1 il 08 ay və texnikumda 3 il təhsil aldığı iş üzrə materiallarla təsdiq olunur. 24. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.11.1992-ci il tarixli, 631 nömrəli qərarının 1-ci bəndinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis hey əti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, o cümlədən ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir.
25. Nəzərə almaq lazımdır ki, həmin Qaydalara əsasən pensiya təyin edilərkən, şəxsin daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl təhsil aldığı bütün orta ixtisas təhsil müəssisələrində deyil, yalnız hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində təlim vaxtının bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir.”
26. Hazırkı mübahisəyə münasibətdə məhkəmələ r tərəfindən iddiaçının orta ixtisas təhsili müəssisələrində təlim vaxtının yarısının onun xidmət illərinə daxil olunması qərara alınmışdır. Lakin bu zaman məhkəmələr həmin təhsil müəssisələrində hərbi hazırlıq silsilə və bölmələrinin olub-olmamasını, iddiaçının hərbi hazırlıq silsilə və bölməsində hərbi hazırlıq və ya təlim keçib-keçməməsini araşdırmamışdır.
27. Halbuki, iş üzrə düzgün və obyektiv qərarın qəbulu baxımından işin həmin hallarının yoxlanılması və müəyyən edilməsi xüsusilə mühüm əhəmiyyətə malikdir. Belə ki, iddiaçının təhsil aldığı orta ixtisas təhsili müəssisələrində hərbi hazırlıq silsilə və bölmələrinin olduğu, onun hərbi hazırlıq silsilə və bölməsində hərbi hazırlıq və ya təlim keçdiyi müəyyən olunduğu təqdirdə, yuxarıda istinad olunan Qaydalara uyğun olaraq, təhsil dövr ünün yarısı uzun müddət xidmətə daxil edilməlidir.
28. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmadan, iddiaçının orta ixtisas təhsili müəssisələrində təhsil aldığı müddəti daxili işlər orqanlarında xidmət illərinə daxil etməkdə haqlı sayılmamalıdır.
29. Beləliklə, apelyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1-ci, 58.7-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv olunmalı, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apelyasiya baxışına göndərilməlidir.
30. İşə təkrar baxılması zamanı apelyasiya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.
31. Yuxarıda şərh edilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 avqust 2021-ci il tarixli, 2-1(103)-2025/2021 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.