Məhkəmə qərarları › İş №2-1(102)-60/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-60/2023

23.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-60/2023 23.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğvi, iddianın mümkünlüyü, iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1975-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 4 saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarların ləğv ed ilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 avqust 2022-ci il tarixli, 2-1(105)-516/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı və cavabdeh arasında bağlanmış “Elektron sənəd mübadiləsi haqqında” 15 may 2015-ci il tarixli müqavilənin 2.7-ci bəndinə əsasən, vergi orqanı tərəfindən göndərilmiş və vergi ödəyicisinin elektron qutusuna daxil olmuş sənədlər ona təqdim edilmiş sayılır.

2. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********1827 nömrəli və **********1829 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarları ilə iddiaçı müvafiq olaraq 1000 mana t və 12000 manat, ümumilikdə, 13000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir.

3. İddiaçı qeyd edilən qərarlardan xx.xx.2021-ci il tarixdə inzibati şikayət vermiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 20 dekabr 2021-ci il tarixli, **********266100 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarı ilə iddiaçının inzibati şikayəti təmin olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

4. İddiaçı 19 may 2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, **********1829 nömrəli və **********1827 nömrəli qərarların ləğv edilməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələ bi onunla əsaslandırılmışdır ki, iddiaçı 2015-ci ildə VÖEN almış, amma VÖEN üzrə başqa fəaliyyətlər göstərmişdir (yük maşını ilə yük daşıma fəaliyyəti, kənd təsərrüfatı məhsullarının daşınması, satışı və əkilməsi). Təqribən 1 il və ya 1 il yarımdır ki, VÖEN üzrə fəaliyyət göstərməmişdir. Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, **********1829 nömrəli və **********1827 nömrəli qərarlar tərtib edilərək, ona 13.000 (on üç min) manat maliyyə sanksiyası tətbiq edilmişdir. Belə ki, 28 sentyabr 2021-ci il tarixində Dövlət Vergi Xidmətinin Bakı şəhər X3 üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən Həsən bəy Zərdabi 65 ünvanında yerləşən Dönər evində reyd keçirilmiş və orada qonaq olan, az yaşlı iki nəfər uşaq oranın işçisi kimi qeydə alınmış və cərimə yazılmışdır. Həmin şəxslər, yəni X2 və Amay Seyidov ora yemək yeməyə gəldikləri halda, vergi orqanın əməkdaşları tərəfindən işçi kimi qeydə alınmışlar. Rusif onun öz oğludur, Amay isə əmisi oğludur. Hər iki şəxs oraya nahar etmək üçün gəlmişdilər. X4 Aqrar Universitetinin birinci kurs tələbəsidir və hal-hazırda orada təhsil alır. İddiaçı vergi orqanının əməkdaşları tərəfindən aldadılaraq aktı imzalamışdır. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, **********1829 nömrəli və **********1827 nömrəli qərarların ləğv edilməsi barədə şikayət etsə də, heç bir nəticə verməmiş, şikayəti təmin edilməmişdir.

6. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazında göstərmişdir ki, iddiaçı vergi orqanının müvafiq qərarlarından iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən, hazırkı iddia ərizəsi məhkəmə tərəfindən mümkün süz hesab edilməlidir. Dövlət Vergi Xidmətinin Bakı şəhər X3 üzrə Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********0454 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 50.1.3-cü maddəsinə əsasən “əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması”nın yoxlanılması və həmin Məcəllənin 50.1.7-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi” məqsədi ilə iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında yerləşən “Alanyalı dönər” obyektində həyat a keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 6 (altı) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmiş və “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” xx.xx.2021-ci il tarixli, DVX seriyalı 0 04144 nömrəli aktla rəsmiləşdirilmişdir. İddiaçı aktın doğruluğunu imza etməklə təsdiq etmiş, bir nüsxəsini qəbul etmiş, 6 nəfər fiziki şəxs operativ vergi nəzarəti tədbiri zamanı izahat verərək iddiaçının onlarla əmək müqaviləsi və ya xidmət müqaviləsi bağlamadan işlərin görülməsinə cəlb olunduqlarını etiraf etmişlər. Eyni zamanda, həmin qərar əsasında Vergi Məcəlləsinin 50.1.3-cü maddəsinə əsasən “əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması” üzrə nəzarət keçirilən zaman iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında yerləşən “Alanyalı dönər” obyektində əhali ilə nağd pul hesablaşmaları qaydalarına riayət etmədiyi müəyyən edilərək xx.xx.2021-ci il tarixli, DVX seriyalı 009146 nömrəli “Əhali ilə pul h esablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında” aktla rəsmiləşdirilmişdir. İddiaçı aktın doğruluğunu imza etməklə təsdiq etmiş və aktın bir nüsxəsini qəbul etmişdir. Tərtib edilmiş aktlar əsasında cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********1829 nömrəli qərar qəbul edilərək, vergi ödəyicisinə 12000,0 manat və xx.xx.2021-ci il tarixli, **********1827 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərarlar idarənin xx.xx.2021-ci il tarixli, **********301300 nömrəli məktubu ilə vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana göndərilmiş, məktub poçtdan geri qayıtmamışdır. İddiaçı yuxarı vergi orqanı olan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə xx.xx.2021-ci il tarixli, **********679301 nömrəli inzibati şikayət vermiş, sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında yerləşən “Alanyalı dönər” adlı obyektdə keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı obyektə qonaq kimi gəlmiş Amay Seyidovun aldadılaraq ondan izahat alındığını, onun Dağıstan Aqrar universitetində tələbə olduğunu, yoxlama zamanı aparılan sənədləşmə işlərinin aşkar edilmiş çatışmazlıqların 10 gün müddətində aradan qaldırılması ilə bağlı olduğunu, operativ vergi nəzarəti nəticəsində ona maliyyə sanksiyasının tətbiq edilməyəcəyinin bildirildiyini qeyd etmiş və barəsində tətbiq edilmiş 12000,0 manat maliyyə san ksiyasının ləğv olunmasını xahiş etmişdir. Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli, **********266100 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarı ilə İddiaçı inzibati şikayəti təmin edilməmiş, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********1829 nömrəli qərar dəyişdirilmədən saxlanılmışdır. “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********266100 nömrəli qərar xx.xx.2021-ci il tarixli, **********897900 nömrəli məktubla vergi ödəyicisinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana göndərilmiş, məktub poçtdan geri qayıtmamışdır. Həmin qərar eyni zamanda xx.xx.2021-ci il tarixdə iddiaçı ilə vergi orqanı arasında bağlan mış “Elektron sənəd mübadiləsi haqqında” xx.xx.2015-ci il tarixli müqaviləyə uyğun olaraq iddiaçının elektron kargüzarlıq sistemində olan şəxsi kabinetinə göndərilmişdir. İddiaçı həmin qərarı şəxsi kabinetində xx.xx.2022-ci il tarixdə oxumuşdur. Bununla yanaşı, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********1829 nömrəli və **********1827 nömrəli qərarları elektron qaydada xx.xx.2021-ci il tarixdə iddiaçının elektron kargüzarlıq sistemində olan şəxsi kabinetinə göndərilmişdir. İddiaçı həmin qərarları elektron kabinetdə xx.xx.2022-ci il tarixdə oxumuşdur.

7. Sumqayıt İnzibati Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2-1(118)-1939/2022 nömrəli qərardadı (hakim C.B.Məmmədov) ilə iddia mümkün sayıl mamışdır.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisələndirilən qərarlar qəbul edildikdən sonra iddiaçı tərəfindən qanunla nəzərdə tutulmuş müddət ərzində məhkəmədə mübahisələndirilməmişdir. Qeyd olunan xx.xx.2021-ci il tarixli, **********1829 nömrəli və **********1827 nömrəli qərarlardan narazı qalan iddiaçı yuxarı instansiya qaydasında Dövlət Vergi Xidmətinə şikayət etmiş, lakin yuxarı instansiya orqanı xx.xx.2021-ci il tarixdə cavabdeh tərəfindən qəbul edilmiş qərarları dəyişdirmədən qüvvədə saxlamışdır. Yuxarı instansiya orqanının müvafiq qərarından xəbərdar olan iddiaçı, 5 aydan sonra müvafiq qərarları məhkəmədə mübahisələndirmişdir. İddiaçı ilə vergi xidməti arasında bağlanmış “Elektron sənəd mübadiləsi haqqında” müqavilənin 2.7ci bəndinə əsasən, vergi orqanı tərəfində n göndərilmiş və vergi ödəyicisinin elektron qutusuna daxil olmuş sənədlər ona təqdim edilmiş sayılır. Bundan başqa, Vergi Məcəlləsinin 70.2-1.2 və 70.1-1.3-cü maddələrinə əsasən, poçt rabitəsinə sənəd təqdim edildikdən 5 gün sonra, elektron qutuya yerləşdirilmiş sənəd 3 gündən sonra çatdırılmış hesab edilir. İddiaçı imperativ xarakter daşıyan qanunun tələbinə riayət etməmiş və cavabdeh tərəfindən onun barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, **********1829 nömrəli və **********1827 nömrəli qərarların ləğv edilməsi üçün məhkəmədə iddia qaldırmaq müddətini üzrlü səbəb olmadan ötürmüşdür.

9. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi və iddianın mümkün hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 avqust 2022-ci il tarixli, 2-1(105)-516/2022 nömrəli qərardadı (hakimlər: H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, Z.T.Məmmədov və F.Ə.Məmmədov) ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 16 iyun 2022-ci il tarixli, 2-1(118)-1939/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı apellyasiya şikayətinin dəlillərində xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək X1 Mərkəzinin nəzarəti altında stenokardiya xəstəliyindən müalicə aldığını, qeyd olunan müddət ərzində həkim nəzarətində olduğunu göstərən sənədlər təqdim etmişdir. Sözüged ən sənədlər X1 Mərkəzinin möhürü ilə təsdiq edilməmiş, həmçinin, müvafiq səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Eyni zamanda, həmin sənədlərdən iddiaçının Diaqnostika Mərkəzində stasionar qaydada müalicə aldığı müəyyən edilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir.

12. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsi və iddianın mümkün hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

13. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. İddiaçı kassasiya şikayətində təkrar olaraq qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixdən xx.x x.2022-ci il tarixədək X1 Mərkəzinin nəzarəti altında stenokardiya xəstəliyindən əziyyət çəkdiyinə görə müalicə almış, qeyd olunan müddət ərzində həkim nəzarətində olduğu üçün vaxtında məhkəməyə müraciət edə bilməmişdir. Bu isə üzrlü səbəb hesab edilməlidir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Cavabdeh kassasiya şikayətinə dair etiraz təqdim edərək kassasiya şikayətinin təmin olunmamasını, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 avqust 2022-ci il tarixli, 2-1(105)-516/2022 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

15. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə

70. Vergi ödəyiciləri ilə yazışma... 70.2. Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya d igər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. 70.2-1. Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elek tron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra.... 16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

62. İnzibati aktın qəbul olunması haqqında məlumat verilməsi... 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır.... 17. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümk ün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar....

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inz ibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadı nın təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından apellyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

22. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qan unvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

23. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

24. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı cavabdehin xx.xx.2021-ci il tarixli, **********1829 nömrəli və **********1827 nömrəli qərarlarının ləğv edilməsinə yönəlmişdir. Bu baxımdan hazırkı iddia mübahisələndirmə haqqında iddia növünə aiddir.

25. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir.

26. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cüm lədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.

27. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilməlidir.

28. Yuxarıda istinad olunan normalara görə, mübahisələndirmə növündə iddiaların qaldırılması da iddia müddətinə bağlıdır və iddia müddəti, inzibati aktın təqdim (el an) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə, şikayətə dair qəbul olunmuş inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur.

29. Hazırkı mübahisə üzrə mübahisələndirilən qərara münasibətdə nəzərə almaq lazımdır ki, işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarına əsasən iddiaçı mübahisələndirmə haqqında iddia ilə məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür.

30. Belə ki, iş üzrə materiallardan görünür ki, iddiaçı mübahisələndirdiyi qərarlardan, yəni cavabdehin xx.xx.2021-ci il tarixli, **********1829 nömrəli və **********1827 nömrəli qərarlarından xx.xx.2021-ci il tarixdə inzibati şikayət vermiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 20 dekabr 2021-c i il tarixli, **********266100 nömrəli “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərarı ilə iddiaçının inzibati şikayəti təmin olunmamışdır. Qeyd edilən qərar xx.xx.2021-ci il tarixli, **********897900 nömrəli məktubla iddiaçının vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərilmiş, eyni zamanda iddiaçı ilə vergi orqanı arasında bağlanmış “Elektron sənəd mübadiləsi haqqında” xx.xx.2015-ci il tarixli müqaviləyə uyğun olaraq xx.xx.2021-ci il tarixdə iddiaçının elektron kargüzarlıq sistemində olan şəxsi kabinetinə göndərilmiş və iddiaçı tərəfindən xx.xx.2022ci il tarixində oxunmuşdur.

31. İddiaçının özünün də bunu təkzib etmədiyi iş üzrə materiallarla təsdiq olunur. İddiaçı tərəfindən apellyasiya şikayətinə əlavə edilən və eləcə də kassasiya şikayətinin dəlillərində istinad edilən, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixədək X1 Mərkəzinin nəzarəti altında stenekardiya xəstəliyindən müalicə aldığına dair sənədlər X1 Mərkəzi tərəfindən müvafiq qaydada rəsmiləşdirilməmiş, onun möhürü ilə təsdiq edilməmiş, müvafiq səlahiyyətli şəxs tərəfindən imzalanmamış, həmçinin, müalicə və sənədlərin tərtib edilmə tarixləri göstərilməmiş, müalicənin ambulator və ya stasionar qaydada aparılması müəyyən edilməmişdir.

32. Bundan başqa, iddiaçı tərəfindən təqdim edilən və zəruri rekvizitləri özündə əks etdirməyən həmin sənədlərdə iddiaçının müalicə aldığı deyil, müayinə olunduğu göstərilmişdir və bu da prosessual müddətin beş aydan artıq buraxılması üçün üzrlü səbəb hesab oluna bilməz.

33. Nəzərə almaq lazımdır ki, inzibati akt ünvanlandığı şəxsə v ə ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Bu baxımdan iddiaçı mübahisələndirdiyi qərar barədə məlumat aldığı zaman kəsiyində iddia qaldırmaq imkanına malik olmasına rəğmən, həmin zaman kəsiyində iddia qaldırmamışdır. İddia müddətinə əməl olunması şəxsin iradəsinə bağlıdır və onun məsuliyyət sferasına aid edilməlidir. Bu baxımdan şəxs müddətin ötürülməsinin onun təqsirkar davranışına bağlı hüquqi nəticələrini qəbul etməyə borcludur.

34. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəl i hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir.

35. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsi zliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər.

36. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.

37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı və düzgün sayılmalıdır.

38. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilmir. Su mqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 avqust 2022-ci il tarixli, 2-1(105)-516/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar