Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-60/2024 09.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər “Bank VTB (Azərbaycan)” ASC və X6) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarışın ləğvi və qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs in 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər “Bank VTB (Azərbaycan)” ASC və X6) qarşı “Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 17 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59.5 kv.m olan qeyri-yaşayış sahəsinə X2 tam mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyatın ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 17 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59.5 kv.m olan qeyri-yaşayış sahəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2023-cü il tarixli, 2-1(103)-1935/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(001)1192/2016 saylı qətnaməsi ilə Bakı şəhəri 12 saylı Notariat kontorunda 18 mart 2015-ci il tarixdə X11 ilə X6 arasında bağlanmış Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində istifadədə olan 0.1073 ha torpaq sahəsində yerləşən 17 nömrəli binanın 1-ci mərtəbəsində 59.5 kv.m ümumi, 45.9 kv.m əsas, 13,6 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış sahəsinin, ünvan 1 ünvanda yerləşən 0.12 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 213,98 kv.m, yaşayış sahəsi 101.07 kv.m, yardımçı sahəsi 112.91 kv.m olan 6 otaqlı fərdi yaşayış evinin, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres, Dənizkən arı küçəsində istifadədə olan 0.03933 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32 kv.m yaşayış, 57.3 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinin, Bakı şəhəri 12 saylı Dövlət Notariat kontorunda X7 ilə X11 arasında 29 mart 2015-ci il tarixdə bağlanmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres, Dəniz döngəsi küçəsində 0.023 ha torpaq sahəsində yerləşən 77.34 kv.m-dən ibarət 1 otaqlı yaşayış evinin alqı-satqı müqavilələri etibarsız hesab edilmiş, X8 və X2 İddiaçı qarşı “fərdi yaşayış evinin və qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilmişdir. Qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)-8717/2016 nömrəli qətnaməsi, kassasiya şikayəti isə Azərbaycan Resp ublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(102)-2121/2017 nömrəli qərarı ilə təmin edilməmişdir.
2. Binəqədi rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(001)-1192/2016 nömrəli qətnaməsi xx.xx.2017-ci il tarixdə qanuni qüvvəsini almış, həmin məhkəmə aktı əsasında verilmiş icra sənədi icra edildiyindən Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2020ci il tarixli qərarına əsasən icra icraatına xitam verilmişdir.
3. İddiaçı mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə dair üçüncü şəxsin adına aparılan qeydiyyatın ləğv edilməsi və adına çıxarış verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal DRES Dəniz döngəsi küçəsi, 4/30 saylı və 48 saylı, ünvan 2 ünvanlarda yerləşən fərdi yaşayış evləri və ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsi Bank VTB (Azərbaycan) ASC-nin xx.xx.2015-ci il tarixli müraciətlərinə əsasən ipoteka ilə yüklü edilmişdir. Qeyd olunan daşınmaz əmlaklara dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5781/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı daxil olmuş, lakin qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı idarəyə daxil olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 17 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59.5 kv.m olan qeyri-yaşayış sahəsinə X2 tam mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyatın ləğv edilməsi və həmin qeyri-yaşayış sahəsinə onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. İddiaçı tələbini əsaslandırarkən işin hallarında göstərilən xüsusatlara istinad etmiş və cavabdehin imtinasının əsassız olduğunu bildirmişdir.
6. Cavabdehin iddia tələbinə yazılı etirazının dəlilləri iddiaçının müraciətindən imtinanın dəlilləri ilə eynilik təşkil edir.
7. Bakı İnzibati Məhkəməsinin 09 iyun 2022-ci il tarixli 2-1(112)-5265/2022 nömrəli qərardadı ilə “Bank VTB (Azərbaycan)” ASC və X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar.
8. Bakı İnzibati Məhkəməsinin (hakim: P.A.H üseynov) 15 noyabr 2022-ci il tarixli, e-2-1(112)-5265/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 17 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59.5 kv.m olan qeyri-yaşayış sahəsinə X2 tam mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat ləğv edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 17 nömrəli binanın 1-ci mərtəbəsində ümumi sahəsi 59.5 kv.m olan qeyri-yaşayış sahəsinə iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, 18 mart 2015-ci il tarixdə X11 ilə (İddiaçı nümayəndəsi) X6 arasında bağlanmış Bakı şəh əri, Nərimanov rayonu, Mayakovski küçəsi, 17 ünvanında yerləşən (1-ci mərtəbə, ümumi sahəsi 59.5 kv.m) qeyri-yaşayış sahəsinin alqı-satqı müqaviləsi məhkəmə tərəfindən etibarsız hesab edilmiş və həmin qərar qanuni qüvvəyə minməklə icra edilmişdir. Belə olan halda, həmin ünvana X2 tam mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat ləğv edilməli və əvvəlki mülkiyyətçi olan iddiaçının həmin qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Həmçinin, əmlakın ipoteka ilə yüklü olması alqı-satqı müqaviləsi etibarsız hesab edildikdən sonra həmin qeyri-yaşayış sahəsinə iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina üçün əsas sayıla bilməz. Məhkəmə cavabdeh inzibati o rqanın imtina üçün istinad etdiyi halları əsassız hesab edərək, həmin halları hüquqların dövlət qeydiyyatından imtina üçün əsas hesab etməmişdir.
10. Üçüncü şəxs “Bank VTB (Azərbaycan)” ASC həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və R.Ə.Səmədov) 14 iyun 2023-cü il tarixli, 21(103)-1935/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5265/2022 nömrəli, 15 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci inst ansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Üçüncü şəxs “Bank VTB (Azərbaycan)” ASC həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
14. Üçüncü şəxs kassasiya şikayətini onunla əsaslandırmışdır ki, qanuni qüvvəsini almış məhkəmə qərarı ilə ipoteka müqaviləsi etibarlı sayılmış və tərəflərin ilkin vəziyyətə qaytarılması istisna edilmişdir. Həmçinin, həmin məhkəmə qərarları ilə bankın vicdanlı sahib olması müəyyən edilmişdir. Mübahisəli əmlaklar ipoteka ilə yüklü edilən zaman həmin əmlaklar barədə qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilmədiyi üçün daşınmaz əmlakın dövlət reyes trindəki qeydin səhv ola bilməməsinə, eləcə də, mübahisələri əmlaklara dair qeydin daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyasına uyğun olaraq aparılmasına hüquqi qiymət verilməlidir. Həmçinin, iddiaçı tələbində və məhkəmədəki izahatında mübahisəli əmlak üzərində bankın ipoteka hüququnun saxlanılması ilə razılaşmadığını bildirmiş və həmin əmlak üzərində bankın ipoteka hüququ ilə yüklü edilməsinin nəzərə alınmadan mülkiyyət hüququnun qeydiyyata alınmasını və müvafiq dövlət reyestrindən çıxarışın verilməsini tələb etmişdir. Hazırkı qərar qəbul edilərkən, qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə etibarlı hesab edilən ipoteka müqaviləsinə əsasən, mübahisəli daşınmaz əmlak üzərində yaranmış olan bankın ipoteka hüququ (əmlak hüququ) pozulmuşdur. Bank ilə X6 və X4 arasında bağlanmış 05 iyun 2015-ci il tarixli 306336 nömrəli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən, baş kredit razılaşması və onun ayrılmaz hissələri olan kredit müqavilələri üzrə Y.S.Abdullayevin öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə ipoteka qoyan X3 xüsusi mülkiyyət hüququ ilə məxsus olan ünvan 4 ünvanında yerləşən 59.5 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Kredit alan tərəfindən üzərinə götürülmüş kredit öhdəlikləri lazımınca icra edilmədiyindən, Bank tərəfindən Bakı Kommersiya Məhkəməsinə müraciət edilmiş və işə məhkəmədə baxılarkən tərəflər arasında yaranmış mübahisənin həllinə dair razılıq əldə olunmuş, barışıq sazişi bağlanmış və həmin barışıq sazişi məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixli qərardadl a təsdiq edilmişdir. Sözügedən barışıq sazişinin şərtlərinə əsasən, saziş üzrə cavabdehlər tərəfindən öz üzərinə götürülən öhdəliklər lazımınca icra edilmədiyi təqdirdə, borcun tutulması sözügedən mübahisəli əmlak da olmaqla yanaşı, digər ipoteka predmetlərinə yönəldilməsi, ipoteka predmetləri olan daşınmaz əmlakların açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına borcun ödənilməsi nəzərdə tutulmuşdur. Lakin hazırkı qərar ipoteka saxlayan və kreditor olan bankın bu hüququnu istisna edir. Belə ki, hazırki qərara əsasən heç bir məhdudiyyət olmadan, yəni bankın ipoteka hüququ saxlanılmamaqla, iddiaçının mülkiyyət hüququnun müvafiq dövlət reyestrində qeydiyyata alınmasını nəzərdə tutur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
15. Kassasiya şikayətinə etiraz təqdim e dilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
29. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əm laka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.... Maddə
146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi... 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.... Maddə
152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.... 18. “Daşınmaz əmlakın dö vlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə
4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış döv lət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə
8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar... 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;... Maddə
10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi... 10.2.1. Hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Maddə
12. Hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya q ərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, ape llyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəli lləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. İşin aşağı instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallarına əsasən, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(001)1192/2016 saylı qətnaməsi ilə Bakı şəhəri 12 saylı Notariat kontorunda 18 mart 2015-ci il tarixdə X11 ilə X6 arasın da bağlanmış Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsində istifadədə olan 0.1073 ha torpaq sahəsində yerləşən 17 nömrəli binanın 1-ci mərtəbəsində 59.5 kv.m ümumi, 45.9 kv.m əsas, 13,6 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış sahəsinin, ünvan 1 ünvanda yerləşən 0,12 ha torpaq sahəsi və üzərində ümumi sahəsi 213,98 kv.m, yaşayış sahəsi 101.07 kv.m, yardımçı sahəsi 112,91 kv.m olan 6 otaqlı fərdi yaşayış evinin, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimal Dres, Dənizkənarı küçəsində istifadədə olan 0.03933 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 32 kv.m yaşayış, 57.3 kv.m köməkçi sahədən ibarət 4 nömrəli fərdi yaşayış evinin, Bakı şəhəri 12 saylı Dövlət Notariat kontorunda X7 ilə X11 arasında 29 mart 2015-ci il tarixdə bağlanmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qə səbəsi, Şimal Dres, Dəniz döngəsi küçəsində 0.023 ha torpaq sahəsində yerləşən 77.34 kv.m-dən ibarət 1 otaqlı yaşayış evinin alqı-satqı müqavilələri etibarsız hesab edilmiş, X8 və X2 İddiaçı qarşı “fərdi yaşayış evinin və qeyri-yaşayış sahəsinin boşaldılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilmişdir. Qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(103)-8717/2016 nömrəli qətnaməsi, kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(102)-2121/2017 nömrəli qərarı ilə təmin edilməmişdir. Binəqədi rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli 2(001)-1192/2016 nömrəli qətnaməsi xx.xx.2017-ci il tarixdə qanuni qüvvəsini almış, həmin məhkəmə aktı əsasında verilmiş icra sənədi icra edildiyindən, Ba kı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən icra icraatına xitam verilmişdir.
27. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin X1 barədə alqı-satqı müqavilələri etibarsız sayılmışdır ki, belə olan halda da, əvvəlki mülkiyyətçi olan iddiaçının həmin qeyri-yaşayış sahəsi üzərində X2 adına aparılmış dövlət qeydiyyatının ləğv edilməsi barədə tələbi qanuni və əsaslıdır.
28. İddiaçının həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 18-ci bəndində istinad edilən qanunvericiliyin tələbindən göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiy yatı üçün əsasdır.
29. Hazırkı iş üzrə Binəqədi rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2016-ci il tarixli 2(001)-1192/2016 nömrəli qətnaməsi əsasında mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə dair müqavilələr etibarsız sayıldığından və qətnamə əsasında verilmiş icra sənədi icra edilməklə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən icra sənədi üzrə icraata xitam verildiyindən, məhkəmə kollegiyası hesab edir ki, həmin daşınmaz əmlaklar üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı və bu barədə, iddiaçının adına müvafiq çıxarış verilməlidir.
30. Üçüncü şəxsin kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, mübahisə predmeti olan daşınmaz əmlakın əvvəlki mülkiyyətçi tərəfindən ipoteka ilə yüklü edilmiş olmuşdur. Bu səbəbdən, həmin mülkiyyətçi ilə bağlı aparılan dövlət qeydiyyatının ləğvi bankın ipoteka hüququnun pozulması ilə nəticələnir. Odur ki, bankın ipoteka hüququ saxlanılmaqla, iddiaçının həmin daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alına bilər.
31. Apellyasiya instansiyası məhkəməsinin qərarında qeyd edilmişdir ki, əmlakı özəlləşdirməyə haqqı çatan şəxsə münasibətdə ipoteka ilə yüklülük həmin əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması üçün heç bir maneə təşkil edə bilməz və buna də cavabdeh qurumun həmin əsasla iddiaçının tələbinin təmin olunmasından imtina etməsi əsassız və qanunsuz olmuşdur.
32. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşır və kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edi r.
33. İş materiallarından görünür ki, İddiaçı cavabdehlər X11, “Bank VTB (Azərbaycan)” ASC, X6 və X5 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edərək, ipoteka müqavilələrinin etibarsız hesab edilməsi, əmlakların yüklülükdən azad edilərək əvvəlki vəziyyətinə qaytarılması və mənəvi ziyan ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edi lmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia rədd edilmişdir. Qətnamədən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli qərarı ilə təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
34. Qeyd olunan mübahisənin məhkəmə araşdırmaları zamanı bankın (“Bank VTB (Azərbaycan)” ASC) vicdanlı əldə edən olmasını istisna edən hər hansı hal müəyyən edilməmiş və sübuta yetirilməmişdir.
35. Eyni zamanda, qeyd olunan mübahisə üzrə kassasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə b ağlı tərəflər arasında yaranmış mübahisə üzrə aparılmış məhkəmə icraatı zamanı “Bank VTB (Azərbaycan)” ASC həmin iş üzrə tərəf olmamışdır. Ona görə də, həmin qərarla müəyyən edilmiş hallar hazırkı işə baxılan zaman preyudisial xarakter daşımır.
36. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddiaçı ilə əmlakı ipotekaya qoyan arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi mübahisəsiz olaraq həmin əmlakın ipoteka ilə yüklülüyünün də ləğv edilməsi anlamına gəlməyə əsas vermir. Digər tərəfdən, yuxarıda qeyd edildiyi kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən, ipoteka müqaviləsinin ləğv edilməsi barədə iddia tələbi rədd edilmişdir. Odur ki, hazırkı vəziyyət əmlakın ipoteka ilə yüklülüyünə təsir etmir və mübahisəli qeyri-yaşayış sahəsi üçüncü şəxsin xeyrinə ipo teka yüklülüyü saxlanılmaqla iddiaçının adına qeydiyyata alınmalıdır.
37. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxsin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2023-cü il tarixli, 21(103)-1935/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.