Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-60/2025 15.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: meşə fondu torpağında inşa edilmiş qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun qeydə alınmasından imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın döv lət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 iyun 2024-cü il tarixli, 2-1(105)-600/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Yalama Meşə mühafizəsi və bərpası müəssisəsi ilə iddiaçı arasında bağlanmış “Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi barədə” xx.xx.2015-ci il tarixli, 01 nömrəli müqaviləyə əsasən Yalama meşəbəyliyinin 17-ci kvartalının 2 və 4-cü bölməsindən meşəbərpa tədbirlərinin aparılması nəzərdə tutulmayan, meşə ilə örtülü (meşə ilə örtülü olmayan) sahədən istirahət-rekreasiya məqsədilə 2 ha torpaq sahəsi 10 il müddətinə iddiaçıya ayrılmışdır.
2. Xaçmaz rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 180 nömrəli sərəncamı ilə iddiaçıya, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti ilə bağladığı xx.xx.2005-ci il tarixli, 270 nömrəli müqaviləyə əsasən ölkədə turizmin inkişafına köməklik üçün Yalama meşəsinin 17-ci kvartalının 4-cü bölməsində icarəyə götürdüyü 1 ha torpaq sahəsində turizm məqsədilə mövsümi istirahət evlərinin tikintisinə icazə verilmişdir.
3. Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında qəbul komissiyasının xx.xx.2012-ci il tarixli, 241a nömrəli istismara qəbul aktı ilə Xaçmaz rayon ərazisində yerləşən iddiaçıya məx sus fərdi istirahət düşərgəsi obyekti istismara qəbul edilmişdir.
4. İddiaçı cavabdehə müraciət edərək, sözügedən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmişdir.
5. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubunda müraciətin təmin edilməsindən imtina olunduğunu bildirmiş və imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyi qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair ərizəyə əlavə olunmuş “Meşə fondu sahələrindən elmitədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi barədə” müqavilənin 2-ci bəndində əsaslı tikinti işlərinin aparılması nəzərdə tutulmamışdır. Bundan əlavə, talvar və camaşırxana binası ərizəyə ə lavə olunmuş layihəyə uyğun inşa edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və onun adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin imtinası tamamilə qanunsuzdur. Belə ki, Xaçmaz rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 180 nömrəli sərəncamı ilə, iddiaçıya ölkədə turizmin inkişafına köməklik üçün Yalama meşəsinin 17-ci kvartalının 4-cü bölməsində icarəyə götürülən 1 ha t orpaq sahəsində turizm məqsədilə tikintiyə icazə verilmiş və əvvəlki tikililər də layihənin baş planı ilə öz təsdiqini tapmışdır. Həmin ərazidə tikililər layihə-smeta sənədlərinə uyğun tikilmiş, layihənin baş planında talvar və camaşırxana nəzərdə tutulmuşdur. Cavabdehin istinad etdiyi digər bir bəhanə isə xx.xx.2015-ci il tarixli, 35 nömrəli müqavilənin 2-ci bəndində tikinti işlərinin aparılmasının nəzərdə tutulmamasıdır. Əgər belə bir qayda mövcud idisə, məhkəməyə təqdim olunmuş istismara qəbul aktındakı imzalardan biri də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsinə məxsus imzadır. Həmçinin turizm və rekreasiya təyinatlı torpaqlar yaşayış məntəqələrinin torpaqlarının tərkib hissəsinə aiddir. Ona görə də, turizm və rekreasiya məqsədilə iddiaçının icarəsində olan meşə fondu tor paqlarında inşa edilmiş koteclərin üzərində onun mülkiyyət hüququ qeydə alınmalıdır. Bundan əlavə, Torpaq Məcəlləsinin 28-ci maddəsinə əsasən əhalinin istirahətinin, turizm, bədən tərbiyəsi və idman fəaliyyətinin təşkili üçün nəzərdə tutulan və istifadə edilən torpaqlar turizm və rekreasiya təyinatlı torpaqlar sayılır. Bu torpaqlara ərazisində istirahət evlərinin, pansionatların, kempinqlərin, turist bazalarının, uşaq turist stansiyalarının, meşəparklarının, şəhərətrafı yaşıllıq zonalarının, tədris-məşq, turist cığırlarının, nişanlanmış yolların, uşaq və idman düşərgələrinin və bu kimi digər obyektlərin yerləşdiyi torpaq sahələri aiddir. Üzərindən tədris-məşq və turist cığırlarının, nişanlanmış yolların keçdiyi torpaq sahələri mülkiyyətçilərdən, istifadəçilərdən və icarəçilərdən geri alınm ır, onların razılığı ilə servitut hüququ (özgə torpaq sahəsindən məhdud istifadə hüququ) əsasında istifadə olunur. Turizm və rekreasiya təyinatlı torpaqlardan təyinatı üzrə istifadə edilməsinə maneçilik törədən hər hansı fəaliyyət qadağan edilir. Bu maddənin mətnindən də tam bəlli olur ki, əhalinin istirahətinin təşkili üçün turizm və rekreasiya torpaqları üzərində istirahət evlərinin tikilməsi icarədarın hüququdur və həmin tikintilər yerləşdiyi torpaq sahəsinə aiddir. Bu baxımdan, müvafiq müqavilənin 2-ci bəndində qeyd edilmiş şərt qanunvericiliyin müvafiq normalarının tələbinə ziddir. Eyni zamanda, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilsə də, cavabdeh tərəfindən qeyd edilən əsaslardan hansına istinad edildiyi müəyyən deyildir. Halbu ki, “İnzibati icraat haqqında” Qanunun 15.1 və 15.2-ci maddələrinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. Qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz.
8. Cavabdeh iddiaya qarşı etirazında imtinasındakı dəlillərə istinad edərək iddianın təmin olunmamasını xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti üçüncü şəxs qismində iş üzrə məhkəmə icraatına cəlb edilmişlər.
10. Üçüncü şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti iddiaya münasibətində bildirmişdir ki, Azərbaycan Respublikası Meşə Məcəlləsinin 8-ci maddəsinə əsasən, meşə fondunun dövriyyəsinə, həmçinin meşə fondu sahələrinin özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqısatqıya, ipoteka qoymaya və digər əqdlərə yol verilmir. Eyni zamanda, həmin Məcəllənin 11-ci maddəsinə görə, Azərbaycan Respublikasında meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətidir, meşələr və meşə fondunun torpaqları özəlləşdirilmir. Odur ki, meşə fondu sahələrinin turizm-rekreasiya məqsədilə istifadəyə verilm əsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 30 oktyabr tarixli, 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Meşə fondu sahələrindən elmi-tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə Qaydaları” ilə tənzimlənir. Həmin Qaydalara əsasən, bu məqsədlə meşə istifadəçisi ilə forması Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq edilmiş müqavilə bağlanılır. Beləliklə, mövcud qanunvericiliyin tələblərinə görə meşə fondu sahələri üzərində hər hansı fiziki və hüquqi şəxslərin mülkiyyət hüququnun tanınmasına və onların adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə icazə verilmir. Habelə, qanunvericiliyin yol verdiyi həddə meşə fondu torpaqlarının bərpası məqsədilə icarə, eyni zamanda elmi -tədqiqat, mədənisağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə zamanı meşə fondu torpaqları üzərində əsaslı tikintilərin quraşdırılmasına qadağa mövcuddur. Bundan əlavə, hazırkı mübahisədə Xaçmaz rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 180 nömrəli sərəncamı ilə iddiaçıya istirahət evlərinin tikintisinə icazə verilmişdir. Qeyd edilməlidir ki, meşə fondu torpaqları dövlətin müstəsna səlahiyyətindədir və onun hüquqi vəziyyətinin tənzimlənməsi müvafiq normativ hüquqi aktlara əsasən səlahiyyət bölgüsü ilə mərkəzi icra hakimiyyəti olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə həvalə edilmişdir. Meşə fondu torpaqlarında əsaslı tikinti işlərinin aparılmasının qadağan olunması tələbi də nəzərə alınaraq, qeyd edilməlidir ki, icra hak imiyyəti orqanlarının müvafiq sahədə hər hansı qərar və ya sərəncam vermək səlahiyyəti mövcud deyildir. Nəticə olaraq, Xaçmaz rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 180 nömrəli sərəncamı onun səlahiyyətləri xaricində olduğu üçün etibarsız sayılır. Həmçinin, iddiaçı tərəfindən xx.xx.2012-ci il tarixli istismara qəbul aktında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşının da imzası olduğu üçün Nazirliyin müvafiq tikintilərə razılığının olduğu bildirilmişdir. Sözügedən aktda imzası olan Hüseyn Adıgözəlov həmin dövrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı olmuşdur. Meşə fondu torpaqlarının istifadəsi sahəsində səlahiyyətli qurum Meşələrin İnkişafı Xidməti təyin olunmuşdur. Nazirliyin digər qurumu olan Regional Ekologiya və X1 müvafiq sahədə hər hansı hüquqmüəyyənedici sənədə imza çəkmək və bu sahədə siyasəti formalaşdırmaq səlahiyyəti yoxdur. Meşə fondu torpaqlarında hər hansı əsaslı tikintinin aparılması qanunvericiliyə zidd olduğu üçün iddiaçının göstərdiyi sənədlərin heç birinin qanuni qüvvəsi mövcud deyildir. Eyni zamanda, həmin tikintilər üzərində iddiaçının mülkiyyət hüququnun tanınması dövlətin bu sahədə olan maraqlarına ziddir.
11. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: İsmayıl Quliyev) 14 mart 2024-cü il tarixli, 2-1(118)-83/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən əsaslı tikinti işlərinin aparılması qanunvericiliyin tələbinə uyğun olmamışdır. Meşə fondu torpaqları döv lətin müstəsna mülkiyyətindədir və meşə fondu torpaqlarının özgəninkiləşdirilməsi imperativ qaydada qadağan edilir. Göründüyü kimi, cavabdeh inzibati orqanın hərəkətləri və imtinası qanunvericiliyə uyğun olmuşdur və ona görə də iddia rədd edilməlidir. İş materiallarından görsənir ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğuldur və mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin tikintisinə xeyli miqdarda vəsait xərcləmişdir. Eyni zamanda, səlahiyyətli orqanlardan müvafiq razılıqlar əldə etdiyi üçün tikililərə mülkiyyət hüququ əldə etməsi üçün qanuni gözləntiləri vardır. Hazırkı iddianın təmin edilməməsi isə, onun hüquqlarının pozulması ilə nəticələnir. Bu vəziyyətin yaranmasına əsas səbəbkar tikintiyə icazə verən inzibati orqanın qanunsuz hərəkətləri və qərarları olmuşdur. İnzibati məhkəmə icraatında məhkəmə tərəflərə hüquqi yardım etməli və mümkün hüquqi müdafiə vasitələrini izah etməlidir. Hazırkı iddianın rədd edilməsinin əsasını cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz olmaması təşkil edir. Lakin iddiaçının torpaq sahəsinin təyinatının dəyişdirilməsi ilə bağlı müvafiq hüquqi müdafiə vasitələrindən istifadə etməsi, bu mümkün olmadıqda isə müvafiq inzibati orqanlardan ziyana görə kompensasiya tələb etməsi istisna edilmir.
13. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Gülnar Cabbarova /sədrlik edən və məruzəçi/, Hökümə Babayeva və Zaur Məmmədov) 07 iyun 2024-cü il tarixli, 2-1( 105)-600/2024 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçı müvafiq torpaq sahəsində qanunvericiliyin tələbinə əməl edilməklə tikinti apardığını qeyd edərək, həmin tikili üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istəyir. Cavabdeh inzibati orqan isə həmin torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı müqavilənin şərtlərində əsaslı tikinti işlərinin aparılmasının nəzərdə tutulmaması halına istinad edərək, iddiaçının müraciətinin təmin edilməsindən imtina edir. Qanunvericiliyə əsasən, meşə fondu torpaq sahələri qanunla müəyyən edilmiş qaydada və şərtlərdə şəxslərin istifadəsinə verilə bilər və bu cür istifadə məhz müvafiq qaydalarda ehtiva olunan icarə müqaviləsi ilə rəsmiləşdirilir, istifadə şərtləri də məhz müqavilə ilə müəyyən edilir. İndiki halda tərəflər arasında meşə fondu torpaq sahəsindən istifadə edilməsinə dair müqavilə bağlanılmış və həmin müqaviləyə əsasən iddiaçının öhdəliyi kimi müqavilənin predmeti olan torpaq sahəsindən istirahətrekreasiya məqsədilə istifadə edilməsi və həmin məqsədə uyğun olaraq torpaq sahəsində əsaslı tikinti işləri aparılmadan, yüngül konstruksiyalı qurğulardan istifadə edilməsi qeyd edilmişdir. Göründüyü kimi, müvafiq müqaviləyə əsasən həmin torpaq sahəsində əsaslı tikinti işlərinin aparılmaması iddiaçının üzərinə qoyulmuş öhdəlik kimi nəzərdə tutulmuşdur. İddiaçının iddia tələbi məhz həmin torpaq sahəsində həyata keçirdiyi əsaslı tikinti işlərinin nəticəsi ilə bağlı olmuşdur ki, müvafiq müqavilə ilə iddiaçıya həmin işlərin görülməsi qadağan edilmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəlinən nəticə düzgün olmuş, cavabdehin imtinası əsaslı və qanuni olmuşdur.
16. Bundan əlavə, məhkəmə kollegiyası iddiaçının şikayətinin dəlilləri ilə bağlı onu da qeyd edir ki, müqavilə şərtlərinə əsasən sözügedən torpaq sahəsində icazə verilən qurğuların və digər işlərin layihəsinin razılaşdıralaraq, təsdiq edilməsi iddiaçının götürdüyü öhdəlik kimi qeyd edilmişdir. Həmçinin, mülki qanunvericiliyin tələbinə əsasən, icarə müqaviləsi mülki-hüquqi xarakterli əqd olmaqla, tərəflər üçün mü əyyən hüquqi nəticələrə səbəb olur, həmin müqavilə üzrə məhz tərəflər hüquq və vəzifələrə malik olur. İddia tələbində qeyd edilən tikilinin layihəsi ilə bağlı müqavilənin tərəfi kimi icarəyəverən qismində çıxış edən Meşələrin İnkişafı Departamenti (indiki halda Meşələrin İnkişafı Xidməti) ilə iddiaçı arasında belə bir razılaşdırmanın olması və bu razılaşmaya dair sənədləşdirmə işlərinin aparılması halı müəyyən edilməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, icarəyəverən tərəfindən həmin tikinti işlərinin aparılması ilə bağlı hər hansı razılığın verilməsi və bu razılığa dair sənədləşmə işlərinin aparılması halı mövcud olmadığından, habelə müqavilə üzrə əsaslı tikinti işlərinin aparılması qadağan olunduğundan, indiki halda da icarəyə verən tərəfindən belə bir razılığın olması halı müəyyən edilmədiyindən, iddiaçı tərəfindən iddia tələbinin və şikayətin əsası kimi həmin tikilinin qanunvericiliyin tələbinə uyğun olaraq inşa edilməsi (tikintiyə icazə alınması, istismara dair qəbul aktının təsdiq edilməsi) ilə bağlı istinad etdiyi hallar əsassız olmuşdur.
17. Bundan əlavə, məhkəmə kollegiyası iddiaçının şikayətin dəlili kimi istinad etdiyi digər hallarla bağlı qeyd edir ki, indiki halda müqavilə predmetini məhz meşə fonduna aid torpaq sahəsindən istifadə ilə əlaqədar münasibətlər təşkil etdiyindən, habelə mübahisəli hüquq münasibətləri məhz həmin müqavilə predmeti ilə bağlı olduğundan, meşə fonduna aid torpaq sahələrindən istifadə qaydaları isə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 28-ci maddəsi ilə deyil, məhz müvafiq qaydalarla tənzim edildiyindən həmin nor manın hazırkı mübahisə üzrə tətbiq edilməsi ilə bağlı iddiaçının istinad etdiyi dəlillər də əsassız olmuşdur.
18. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
19. İddiaçının kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddia ərizəsinin və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hü ququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüq uqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
22. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 49
2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Maddə 60
1. Dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında müvafiq normativhüquqi aktlara uyğun olaraq, özəlləşdirilən müəssisənin (obyektin) mülkiyyətçisi kimi çıxış edən Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi həmin müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsini müvafiq normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bi lər.
23. Azərbaycan Respublikasının Meşə Məcəlləsi Maddə
8. Meşə fondunun dövriyyəsinə, həmçinin meşə fondu sahələrinin özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqı-satqıya, ipoteka qoymaya və digər əqdlərə yol verilmir. Maddə
11. Azərbaycan Respublikasında meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətidir. Meşələr və meşə fondunun torpaqları özəlləşdirilmir. Maddə 14. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə fiziki və hüquqi şəxslərə müqavilə əsasında icarəyə verilə bilər. Maddə
72. Müvafiq təşkilatlar tərəfindən meşə fondu sahələrində elmi tədqiqat işləri aparıla bilər. Bu meşə istifadə si həmin məqsədlərə uyğun gəlmədikdə, meşə təsərrüfatı müəssisəsi fiziki və hüquqi şəxslərə meşə fondu sahəsindən istifadəni məhdudlaşdırır və ya qadağan edir. Mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri üçün verilmiş meşə sahələrində meşə istifadəçiləri təbii landşaftın saxlanılması, yanğın təhlükəsizliyi və meşələrdə sanitariya qaydalarına əməl etmək şərtilə abadlıq tədbirləri görə bilərlər. 24. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.0.1 dövlət əmlakının özəlləşdirilməsi – dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir. Maddə 4.0. Bu Qanun aşağıdakılara şamil edilmir: 4.0.1. torpaq fondunun özəlləşdirilməsi (özəlləşdirilən müəssisə və obyektlərin altında yerləşən, habelə fiziki və ya qeyri-dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilən obyektlərin yerləşdiyi dövlət torpaq sahələri istisna olmaqla) Maddə 8.1. Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. Maddə 29.1. Dövlət əmlakının özəlləşdirilməsi zamanı, ixtisaslaşdırılmış hərraclar istisna olmaqla, dövlət əmlakının satıcısı və alıcı arasında Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və Dövlət Proqramına müvafiq olaraq alqı-satqı müqaviləsi bağlanılır. 25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəll əsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təq dim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməm əsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı t am olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunv ericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının meşə fondu torpağında inşa edilmiş sözügedən qeyri-yaşayış sahə sinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsasların mövcudluğu ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
33. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
34. Beləliklə, yuxarıda istinad olunan normalar ba xımından və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 iyun 2024-cü il tarixli, 2-1(105)-600/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.