Məhkəmə qərarları › İş №2-1(102)-600/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-600/2019

20.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-600/2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı XXXun Cavabdehnə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-600/19 Bakı şəhəri 20 fevral 2019-cu il 20.02.2019 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi hakimlər İlqar Dadaşov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun, Cavabdeh nümayəndəsi Nümayəndə2 və vəkili Vəkil iştirakları ilə, Cavabdeh baş direktoru X2 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 04 sentyabr 2018-ci il tarixli, 2-1(103)-396/2018 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxı lmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) Cavabdehnə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumilikdə 38.274 manat məbləğində gəlir vergisinin və 19.257 manat maliyyə sanksiyasının hesablanmasına əsas olmuş 23 may 2017-ci il tarixli səyyar vergi yoxlamasının nəticələrinə dair 05 iyul 2017-ci il tarixli, **********101240 saylı vergi məsuliyyətinə cəlb etmə barədə qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, vergi orqanı onun fəaliyyətini səyyar qaydada yoxlamaqla onun mülkiyyətində olan və icarəyə verilmiş qeyri-yaşayış sahələrinə “Azərekspertiza” Birliyinin ekspertinin verdiyi rəy əsasında bazar qiymətləri tətbiq etmiş, bununla da onun gəlirlərini süni ola raq artırmaqla 2014-cü il üzrə 2324,0 mant, 2015-ci il üzrə 17.850,0 manat və 2016-cı il üzrə 18.100,0 manat gəlir vergisi hesablamışdır. Yoxlama dövründə cavabdeh iddiaçının icarə müqaviləsi bağladığı tərəflərin izahatlarını götürməmiş, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahələrinin icarəyə yararsız olması səbəbindən icarə müqavilələrinə faktiki olaraq xitam verilməsini nəzərə almamış, habelə həmin sahələrin faktiki olaraq fəaliyyət göstərib-göstərməməsi barədə əlavə araşdırma aparmamışdır. Cavabdeh təqdim etdiyi yazılı etirazında bildirmişdir ki, vergi orqanı tərəfindən iddiaçıda 2014-cü ilin aprel – 2017-ci ilin mart ayları üzrə olan vergi dövrünü əhatə edən növbədənkənar səyyar vergi yoxlaması həyata keçirilmiş, yoxlanılan dövrdə iddiaçı şəxsi daşınmaz əmlakın istismara və kir ayəyə verilməsi fəaliyyəti ilə məşğul olmuşdur. Yoxlama zamanı müəssisənin faktiki rekvizitləri vergi orqanlarında olan rekvizitlərlə müqayisə edilərkən vergi orqanının bazasında vergi ödəyicisinə məxsus olan ünvan 1 ünvanında yerləşən icarəyə verilmiş obyektin sahəsinin mülkiyyət sənədində və icarə müqaviləsində 44 m2 göstərilməsi, lakin faktiki olaraq icarəyə verilmiş “Çay evi” klubu kimi istifadə edilən obyektin sahəsinin 245 m2 olduğu və iddiaçı tərəfindən əmlakların icarəyə verilməsinə dair bağlanmış müqavilələrdə icarə haqqı məbləğlərinin bazar qiymətlərindən aşağı olması müəyyən edilmişdi. Bununla bağlı vergi yoxlamasının keçirilməsi üçün zəruri sənədlərin təqdim olunması haqqında tələbnamə göndərilməsinə baxmayaraq, iddiaçı yoxlamaya yalnız ona məxsus ticarət obyektlərinə dair mülk iyyət hüququnu təsdiq edən sənədləri, icarə müqavilələrini və “Rabitəbank ASC” ilə bağlanmış kredit müqaviləsinin surətlərini təqdim etmişdir. Yoxlama zamanı müqavilə əsasında dəvət olunmuş ekspert tərəfindən verilmiş rəyə əsasən, icarə müqavilələrinin 2014-cü il üzrə 16.600 manat, 2015-ci il üzrə 84.600 manat və 2016-cı il üzrə 85.600 manat məbləğində real bazar qiymətlərindn aşağı məbləğə bağlandığı aşkar edilmiş və müvafiq olaraq 2014-cü il üçün 2324,0 manat, 2015-ci il üçün 17.850,0 manat və 2016-cı il üçün 18.100,0 manat olmaqla ümumilikdə 38.274,0 manat gəlir vergisi hesablanmışdır. Cavabdeh həmçinin bildirmişdir ki, vergi qanunvericiliyi daşınmaz əmlakların vergitutma məqsədləri üçün aylıq icarə haqqı məbləğlərinin bazar qiymətlərinə əsasən müəyyən edildiyini nəzərdə tutduğundan, iddiaçının müqavilə azadlığı prinsipinə istinad etməklə müqavilələrdəki qiymətlərin həqiqi olduğunu iddia etməsi əsassız olmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli, 2-1(82)4328/2017 saylı qərarı ilə (hakim Etibar Mustafayev) iddia təmin edilmişdir. Həmin məhkəmə bildirmişdir ki, cavabdeh iddiaçını yoxlama zamanı ekspertizanın keçirilməsinə dair qərarla tanış etməmiş, iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını ona izah etməmiş, habelə mütəxəssis qanunvericiliyin tələblərinə uyğun olaraq müqavilə əsasında cəlb edilməmişdir. Məhkəmə hesab etmişdir ki, yalnız internet saytlarından əldə olunan və təsdiqini tapmayan məlumatlara istinad olunmuş ekpert rəyi iddiaçıya vergilərin hesablanması üçün əsas hesab oluna bilməz. Belə ki, ekspert rəyini n verilməsi üçün əsas götürülmüş məlumatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22 fevral 2018-ci il tarixli, 2-1(103)-396/2018 saylı qərardadı ilə (sədrlik edən Kəmalə Abiyeva, hakimlər Mirzə Tağızadə və Ülvi Mayılov) iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert tərəfindən 05 iyul 2018-ci il tarixli, ƏEM/36-663/18 saylı rəy verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 sentyabr 2018-ci il tarixli, 2-1(103)-396/2018 saylı qərarı ilə (sədrlik edən Kəmalə Abiyeva, hakimlər Mirzə Tağızadə və İkram Şirinov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı qismən – cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 05 iyul 2017-ci il tarixli, **********101240 saylı qərarının iddiaçıya 2014-2016-cı illər üzrə cəmi 8.428 manat gəlir vergisinin hesablanması və 4214 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv olunması hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə təmin edilməmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya məhkəməsi bildirmişdir ki, vergi qanunvericiliyinin tələblərinə əsasən ekspert müqavilə əsasında cəlb edilməli və həmin müqavilədə tərəflərin hüquq və vəzifələri, ekspert qarşısında qoyulan suallar, habelə səhv və ya bilərəkdən yalan rəy verməyə görə ekspertin məsuliyyəti öz əksini tapmalıdır. Cavabdeh tərəfindən rəyi vermiş ekspertə hüquqi məsuliyyəti barədə xəbərdarlıq olunmadığından, məhkəmə kollegiyası həmin ekspert rəyini mötəbər sübut kimi qəbul etməmişdir. Məhkəmənin qənaəti tikintitexniki ekspertizasının rəyindən irəli gəlmişdir. Gəldiyi nəticəni apellyasiya məhkəməsi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 44.2, 53.3, 58.1, 99.3, 101.2, Azərbaycan Respublikası İPM-nin 12.1, 14.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan cavabdeh kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin tam həcmdə rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. Cavabdeh şikayətində et irazda göstərdiyi yoxlamaya dair halları sadalamış və əlavə olaraq bildirmişdir ki, yoxlama zamanı müqavilə əsasında cəlb edilmiş mütəxəssisə onun qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyəti barədə xəbərdarlıq edilmiş və həmin xəbərdarlıqla bağlı iltizam apellyasiya məhkəməsinə təqdim olunmuşdur. Lakin, apellyasiya məhkəməsi bununla bağlı araşdırma aparmamış, habelə xəbərdarlığa dair sənədin ümumiyyətlə olub-olmaması məhkəmələr və iddiaçı tərəfindən mübahisə olunmamışdır. Başqa bir dəlillə bildirilmişdir ki, apellyasiya məhkəməsi vergi orqanının istinad etdiyi ekspert rəyini ətraflı araşdırmamışdır. Belə ki, ekspertin istinad etdiyi elanlarda icarə haqqı məbləği 800 manatdan 10.000 manatadək dəyişmiş və həmin müqavilələr üzrə qeyri-yaşayış sahələrinin 1 m2 sahəsinə görə icarə haqqı ən aşağı halda 10 manat, ən yuxarı halda isə 25 manat təşkil etmişdir. Elanlardakı qiymətin təklifi əks etdirdiyi nəzərə alınmaqla iddiaçıya tətbiq edilmiş bazar qiymətləri qeyri-yaşayış sahələrinin hər kvadrat metrinə müvafiq olaraq 3,45 manatdan 8 manatadək müəyyən edilmişdir. Apellyasiya məhkəməsi isə, həmin ekspert rəyinin əsaslandırılmaması qənaətinə gələrək onun mötəbər sübut kimi qəbul etməmiş, lakin hansı qaydada tədqiqat aparılmaqla bazar qiymətlərinin müəyyən edilməsi və hansı metoddan istifadə edilməklə verildiyi aydın olmayan məhkəmə ekspert rəyini əsaslı hesab etmişdir. Yoxlama zamanı verilmiş ekspert rəyi ilə məhkəmə ekspertizası nəticəsində əldə olunmuş ekspert rəyləri arasında ziddiyyət olduğundan cavabdeh ekspert qarşısında qoyulmuş sualların hərtərəfli və tam cavablandırılma sı məqsədilə əlavə ekspertizanın təyin edilməsi barədə vəsatət təqdim etsə də, məhkəmə həmin vəsatəti təmin etməmiş və bununla bağlı mövqeyini əsaslandırmamışdır. Kassasiya şikayətində sadalanan dəlillərin hüquqi əsası olaraq cavabdeh, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 124.4, 14, 44, Azərbaycan Respublikası MPM-in 97.1, 101.2, Azərbaycan Respublikası İPM-in 12.1, 69.4 və 87.8-ci maddələrinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdirlər. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə laz ımi qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPMnin 62-ci maddəsinə əsaslanmaqla işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Cavabdehin mübahisələndirilən qərarının qəbul edilməsinə əsas olmuş 23 may 2017-ci il tarixli səyyar vergi yoxlaması aktında göstərilmişdir ki, yoxlanılan dövr ərzində sahibkar İddiaçı 25 oktyabr 2014-cü il tarixli icarə müqaviləsi əsasında ünvan 2 ünvanda yerləşən mülkiyyət sənədində və icarə müqaviləsində sahəsi 44 kv.m göstərilən, lakin faktiki s ahəsi 245 kv.m olan obyekti (“Mohito” çay evi) aylıq icarə haqqı 200.00 manat məbləğə, (1) 26 aprel 2013-cü il tarixli icarə müqaviləsi əsasında ünvan 3 ünvanda yerləşən 50 kv.m. sahəsi olan avtomobil ehtiyyat hissələri mağazasını aylıq icarə haqqı 150.00 manat məbləğə, (2) 02 avqust 2016-a il tarixli icarə müqaviləsi əsasında ünvan 4 ünvanda yerləşən 174 kv.m. sahəsi olan "Oba market" mağazasını aylıq icarə haqqı 400.00 manat məbləğə,(3) 31 oktyabr 2014-cü il tarixli icarə müqaviləsi əsasında ünvan 5 ünvanda yerləşən 825.6 kv.m sahəsi olan, "Pradise Club" restoran, karaoke klub və 1-ci mərtəbəsində dörd ədəd avtoyuma obyektlərini aylıq icarə haqqı 500.00 manat olmaqla qeyri-yaşayış sahələrini icarəyə vermişdir. (4) Cavabdehin mübahisəli vergi məbləğinin hesablanması zamanı əsas götürülm üş, Azərbaycan Respublikası Ticarət və Sənayə Palatası “Azərekspertiza” Birliyi tərəfindən verilmiş 18 may 2017 -ci il tarixli rəyi əsasında sahibkarın Elşən Mehdiyev küçəsi, ev 45K ünvanda yerləşən faktiki 245 m2 sahəsi olan obyektin 1 aylıq icarə haqqı 1500,0 manat, (1); Elşən Mehdiyev küçəsi, ev 3 ünvanda yerləşən 50 m2 sahəsi olan obyektin 1 aylıq icarə haqqı 400,0 manat, (2);Balaxanı qəsəbəsi 33 saylı mağaza ünvanda yerləşən 174 kv.m. sahəsi olan obyektin 1 aylıq icarə haqqı 600,0 manat, (3); ünvan 6 ünvanda yerləşən 825,6 m2 sahəsi olan obyektin 1 aylıq icarə haqqı 6000,0 manat müəyyən edilmişdir. (4) Məhkəmə kollegiyasının məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsinə dair 22 fevral 2018-ci il tarixli qərardadının icrası qaydasında Əmlak Ekspert Mərkəzi tərəfindən verilmi ş ƏEM/36-663/18 saylı, 05 iyul 2018-ci il tarixli rəyində göstərilmişdir ki, ünvan 7 ünvanda yerləşən "Mohito” çay evinin 2014-2016-cı illər (hər il üzrə ayrılıqda) ərzində aylıq icarə haqqı 350 manatdır (1);ünvan 3 ünvanda yerləşən avtomobil ehtiyat hissələri mağazasının 2014-2016-cı illər (hər il üzrə ayrılıqda) ərzində aylıq icarə haqqı 400 manat, (2); Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 33 saylı mağazanın ("Oba market”) 2014-cü ildə icarə haqqı 400 manat, 2015-ci ildə 450 manat, 2016-cı ildə isə 500 manatdır (3); ünvan 5 ünvanda yerləşən 825.6 kv.m sahəsi olan, "Pradise Club" restoran, karaoke klub və 1-ci mərtəbəsində dörd ədəd avtoyuma obyektlərinin, 1-ci və 2-ci mərtəbələrinin birlikdə 2014-2016-cı illər üzrə (hər il üzrə ayrılıqda) aylıq icarə haqqı 2250 manatdır (4). Məhkəmə kollegiyası 22 fevral 2018-ci il tarixli qərardadın icrası qaydasında Əmlak Ekspert Mərkəzi tərəfindən verilmiş ƏEM/36-663/18 saylı, 05 iyul 2018-ci il tarixli ekspert rəyini şübhə altına alan sübutların təqdim olunmamasını nəzərə alaraq, həmin rəyi mötəbər sübut kimi qiymətləndirir və hesab edir ki, cavabdeh inzibati orqanın 23 may 2017-ci il tarixli səyyar vergi yoxlaması aktında əsas götürdüyü yoxlama ilə əhatə olunan dövrdə sözügedən obyektlərə dair icarə müqavilələrinin tarixləri (səyyar vergi yoxlaması aktı İ cild i.v 12) və ƏEM/36-663/18 saylı, 05 iyul 2018-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmiş icarə haqları nəzərə alınmaqla yoxlanılan dövrdə (2014-2016-cı illərdə) iddiaçının icarə obyektlərinə görə vergiyə cəlb olunmamış gəliri və dövlət büdcəsinə ödəməli olduğu gə lir vergisi aşağıdakı qaydada hesablanmalıdır: ünvan 7 ünvanda yerləşən "Mohito” cay evi üzrə 2014-cü ildə 400 manat ( (2 ay x 400)-(2 ay x200, vergi ödəyicisinin özünün bəyan etdiyi məbləğ)=400 manat), 2015-ci ildə 2400 manat (12x400)-(12x200, vergi ödəyicisinin özünün bəyan etdiyi məbləğ)=2400, 2016-cı ildə də icarə haqqı dəyişmədiyi üçün 2400 manat; ünvan 3 ünvanda yerləşən avtomobil ehtiyat hissələri mağazasının 2014-2016-cı illər (hər il üzrə ayrılıqda) ərzində aylıq icarə haqqı 400 manat-cavabdeh inzibati orqanın müəyyən etdiyi icarə haqqı ilə eynidir. Ona görə də, 23 may 2017-ci il tarixli səyyar vergi yoxlaması aktına əsasən, 2014-2016-cı illər ərzində, hər il üçün 3000 manat olmaqla cəmi 9000 manat; Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 33 saylı mağazası üzrə 2016-cı ild ə 500 manat( (5 ay x 500)-(5 ay x400 vergi ödəyicisinin özünün bəyan etdiyi məbləğ)=500); ünvan 5 ünvanda yerləşən 825.6 kv.m sahəsi olan, "Pradise Club" restoran, karaoke klub və 1-ci mərtəbəsində dörd ədəd avtoyuma obyektlərinin, 1-ci və 2-ci mərtəbələrinin birlikdə 2014-cü ildə 3500 manat ((2 ay x2250)-(2 ay x500 vergi ödəyicisinin özünün bəyan etdiyi məbləğ)=3500), 2015-ci ildə 21000 manat (12x2250)(12x500)=21000); 2016-cı ildə də eyni ilə 21000 manat; Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərar ın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normaları yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyi müəyyən edilmiş və onun mümkünlüyü mübahisə olunmamışdır. Maddi hüquq normaları yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Mübahisələndirilən qərarla iddiaçıya gəlir vergisi hesablanmışdır. Hazırki mübahisənin hallarına görə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin gəlir vergisinin hesablanmasının hüquqi əsasları Azərbaycan Respublikası Vergi Məcəlləsində (bundan sonra – Vergi Məcəlləsi) aşağıdakı kimi müəy yən olunmuşdur: - 97.1.-ci maddəsinə əsasən, rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir; - 97.3-ci maddəsinə əsasən, gəlirlərə aiddir:muzdlu işlə əlaqədar əldə edilən gəlir;muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir;vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər; - 99.1-ci maddəsinə əsasən, muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir; - 99.3-ci maddəsinə əsasən, qeyri-sahibkarlıq fəaliyyətindən gəlirə, o cümlədən aşağıdakılar aiddir:əmlakın icarəyə verilməsindən gəlir (99.3.3); - 101.2-ci maddəsinə əsasən, qeyr i-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən aşağıdakı dərəcələrlə vergi tutulur:30000 manatadək14 faiz; 30000 manatdan çox olduqda - 4200 manat + 30000 manatdan çox olan məbləğin 25 faizi. Maddələrin tələblərindən göründüyü kimi, fiziki şəxslərin gəlirini muzdlu işlə əlaqədar və muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir, habelə digər gəlirlər təşkil edir. Muzdlu işə aid olmayan gəlir həm sahibkarlıq fəaliyyətindən, həm də qeyrisahibkarlıq fəaliyyətdən əldə oluna bilər. Əmlakın icarəyə verilməsindən gəlir qeyrisahiblarlıq fəaliyyətdən əldə edimiş gəlirə aid olduğu üçün, gəlir vergisinin sahibkarlıq fəaliyyətdən əldə edilmiş gəlirdən fərqli qayda üzrə hesablanması müəyyən edilmişdir. Müddəaların tətbiqi baxımından ilk olaraq vergi ödəyicisinin əldə etdiyi gəlirlərinin (vergi tut ulan əməliyyatlarının dəyərinin) müəyyən edilməsi zəruridir. İşin hallarına görə, cavabdeh tərəfindən əlavə vergilərin hesablanması üçün əsas iddiaçı tərəfindən gəlirlərinin düzgün əks etdirilməməsidir.Bu əsasın yaranmasını cavabdeh iddiaçı tərəfindən icarə haqqının bazar qiymətinə uyğun olmayan məbləğdə müəyyən edilməsi ilə əlaqələndirmişdir. İcarə haqqının bazar qiyməti ilə müəyyən olunması Vergi Məcəlləsində aşağıdakı qaydada tənzimlənmişdir: - 14.2-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergitutma məqsədləri üçün malların (işlərin, xidmətlərin) qiyməti tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir; - 14.3-ci maddəsinə əsasən, bazar qiyməti nəzərə alınmaqla verg ilərin hesablanması aşağıdakı hallarda həyata keçirilə bilər: 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox (aşağı və yuxarı) dəyişdikdə (14.3.3); - 14.3.5-ci maddəsinə əsasən, bu Məcəllənin 124.4-cu maddəsinə müvafiq olaraq daşınmaz əmlakın (yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləğinin müəyyən edilməsi zərurəti yarandıqda - 124.4-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında daşınmaz əmlakın (yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq, bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir. Maddələrin tələbləri onu nəzərdə tuturt ki, vergitutma məsələləri həll edə rkən tərəflərin müqavilədə müəyyən edilmiş qiymətlər o halda qəbul edilməlidir ki, əgər onun əksi sübuta yetirilmir. Bu isə o anlamı yaradır ki, ilk addım kimi vergi orqanı vergi ödəyicisinin hüququndan sui-istifadə edilməsinə dair sübutlara malik olmalıdır. Belə sübutların əldə edilməsi qaydası və üsulları barədə məsələ ilə bağlı qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2012-ci il tarixli qərarında ətraflı şərh verilmişdir. Bundan sonra, Məcəllənin 14.3-cü maddəsi bazar qiymətinin tətbiq edilməsi üçün konkret halların dairəsini müəyyən etmişdir. Yalnız sadalanmış hallardan ən azından biri müəyyən edildikdə - vergi orqanı bazar qiymətinin tətbiq edilməsi hüququna malik olmalıdır. Cavabdeh kassasiya şikayətində bazar qiymətinin tətbiqini Vergi Məcəlləs inin 14.3.5-ci və onunla əlaqəli olan 124.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. Halbuki, hazırki mübahisəyə münasibətdə Vergi Məcəlləsinin istinad edilən maddələrin tətbiqi o əsasla qanuni hesab edilə bilməz ki, onlar ödəmə mənbəyində icarə haqlarından verginin müəyyən edilməsinə aiddir ki, cavabdeh mübahisələndirilən qərarla gəlir vergisi üzrə hesablamasını aparmışdır. Məsələyə qiymət verərkən məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri iddianın qanuni əsaslarını düzgün müəyyən etmədiyindən, araşdırmasına zəruriyyət olan halları araşdırmadan, digər məsələlərə qiymət vermişdirlər. Halbuki, artıq formalaşmış məhkəmə təcrübəsindən, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2012-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyin dən bəlli olan məsələlərə, yəni bazar qiymətnin tətbiq edilib-edilməməsi məsələsinə qiymət verməli idilər. Lakin kassasiya icraatında bazar qiymətinin tətbiq edilməsi və bununla bağlı ekspert rəyinə əsaslanması məsələsi, yəni Vergi Məcəlləsinin 14.3-14.6-cı maddələrinin tələblərinin tətbiqi mübahisələndirilmədiyindən, məhkəmə kollegiyası yalnız dəlillə bağlı qiymətləndirmənin aparılmasını zəruri hesab edir. Apellyasiya məhkəməsi icarə haqqının bazar qiyməti ilə müəyyən edilməsi ilə razılaşmış və verginin hesablanması zamanı məhkəmənin təyin etdiyi ekspertizanın nəticələrinə əsaslanmışdır. Bu mövqeyə münasibətdə cavabdeh apellyasiya məhkəməsinin onların cəlb etdiyi ekspert rəyinin qəbul edilməməsini mübahisələndirmişdir. Məhkəmə kollegiyası cavabdehin dəlilini əsaslı hesab etmir və aşağıdak ıların bildirilməsini zəruri hesab edir. Belə ki, cavabdeh tərəfindən mübahisələndirilən məsələ mahiyyət üzrə sübutların qiymətləndirilməsi ilə bağlıdır. Azərbaycan Respublikası İPM-nin 58-ci maddəsi sübutların araşdırılması qaydasını tənzimləmiş və aşağıdakıları müəyyən etmişdir: - 58.6-ci maddəsinə əsasən, sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər; - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddələrin tələblərinə əsasən, apellaysiya məhkəməsi inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni tamamlayaraq məhkəmənin təyin etdiyi ekspert rəyini qəbul etmiş və bunu əsaslandırmışdır. Belə ki, işin hallaına görə, iddiaçı tərəfində n dörd qeyri-yaşayış sahələri icarəyə verilmiş və apellyasiya məhkəməsinin bildirdiyi kimi, onlardan bir qeyri-yaşayış sahəsi (işin hallarında (2) işarəsi) üzrə cavabdehin təqdim etdiyi ekspert rəyinin nəticəsi məhkəmənin təyin etdiyi ekspert rəyinin nəticəsi ilə eyni olmuşdur. Digər qeyri-yaşayış sahəsi (3) üzrə cavabdehin təqdim etdiyi ekspert rəyinin nəticə ilə məhkəmənin təyin etdiyi ekspert rəyinin nəticəsi az fərqlənmişdir. Əsaslı fərq iki qeyri-yaşayış sahələri (1, 4) arasında olmuşdur ki, apellaysiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehin istinad etdiyi ekspert rəyində müəyyən edilmiş qiymətlər əsaslandırılmamışdır. Məhkəmə kollegiyası apellaysiya məhkəməsinin bildirdiyi arqumentlə razılaşır və əlavə olaraq qeyd edir ki, birinci sahə ilə bağlı cavabdehin ekspert rəyində əsasland ığı faktiki hal qeyri-yaşayış sahəsinin 245,0 kv.m olması ilə əlaqələndirilmiş, halbuki məhkəmə ekspert rəyindən göründüyü kimi, həmin sahə istifadəyə qismən yararlı olmuş və onun cari təmir işlərinə ehtiyac olduğu bildirilmiş və 70,35 kv. m təşkil edən sahə üzrə qiymətləndirmə aparmışdır. Qeyd edilən amillər nəzərə alınmaqla, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin cəlb etdiyi ekspert rəyi ilə 1 km.m üçün müəyyən edilmiş qiymət məhkəmə ekspert rəyinin həmin sahə ilə bağlı müəyyən etdiyi qiymətin 1 kv.m ilə cüzi fərq təşkil etmişdir. Dördüncü sahə üzrə müəyyən edilmiş qiymətə münasibətdə məhkəmənin təyin etdiyi ekspert rəyi onunla əsaslandırılmışdır ki, ərazidə yerləşən analoji qeyri-yaşayış sahələrinin gəlirlilik əmsalı, həmçinin icarə formasında gəlir gətirmək və dövriyyə imkanları zəifdir. Qeyd edildiyi kimi, cavabdehin cəlb etdiyi ekspert rəyində müəyyən edilmiş qiymət hər hansı bir qaydada əsaslandırılmamışdır. Beləliklə, məhkəmə kollegiaysı hesab edir ki, iki ekspert rəyləri arasında müqayisə apardıqda, həmin sübutların qiymətləndirilməsi məsələsində apellaysiya məhkəməsi qiymətləndirmə sərbəstliyindən sui-istifadə etməmiş, sübutları əlaqələndirmiş və gəldiyi nəticəni kifayyət qədər əsaslandırmışdır. Kassasiya şikayətinin digər dəlilində cavabdeh əlavə ekspertizanın keçirilməsi barədə vəsatətinin apellaysiya məhkəməsi tərəfindən təmin edilməməsi barədə bildirmişdir. Məhkəmə kollegiyası dəlli əsaslı hesab etmir. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prins iplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 102-ci maddəsinə əsasən, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Bu müddəalardan göründüyü kimi, inzibati məhkəmə icraatı çərçivəsində də ilkin ekspert rəyinin mübahisələndirilməsi müəyyən edilmiş şərtlərin mövcudluğu halında mümkündür. Belə şərtlərə rəyin aydın və ya tam olmaması aiddir. Məhkəmə kollegiyası yuxarıda verilmiş qiymətləndirmə ilə məhkəmə tərəfindən təyin edilmiş ekspert rəyini təhlil etmiş və onun aydın və ya tam olmaması halını müəyyən etməmişdir. Cavabdeh tərəfindən belə halların olması barədə də bildirilməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, cavabdehin mübahisələndirdiyi məsələ aparılmış qiymətləndirmə ilə bağlıdır ki, yuxarıda qeyd edildiyi kimi, qiymətləndimə cüzi hissədə fərqlənmiş, müəyyən edilmiş fərq kifayyət qədər əsaslandırılmışdır. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun qəbul edilmişdir və kassasiya şikayətində göstərilmiş dəlillər qərarın ləğv olunması üçün əsaslı deyildir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təm in edilməməsi barədə qərar qəbul edir və 96.9-cı maddəsinə görə Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh baş direktoru X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 04 sentyabr 2018-ci il tarixli, 2-1(103)-396/2018 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar