Məhkəmə qərarları › İş №2-1(102)-600/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-600/2021

07.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-600/2021 07.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialına qarşı işə dair QƏRARİ Açar sözlər: Əlilliyə görə pensiyanın təyin edilməsi, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş stajın nəzərə alınması Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə F ondunun məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialına (bundan sonra cavabdeh) qarşı “əlilliyə görə pensiyanın təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1629/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdehin verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1965-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. 2. 3x xxxx 1989-cu ildə verilmiş diploma əsasən iddiaçı 1984-1989- cu il tarixlərdə Kubışev adına mühəndis-tikinti institutunda təhsil almışdır.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 1 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli müayinənin nəticələrinə dair arayışa əsasən iddiaçıya ikinci qrup əlillik dərəcəsi təyin edilmişdir.

4. İddiaçı əmək kitabçasına əsasən xx.xx.1982-ci il tarixdə 44 saylı atelyeyə sifarişləri qəbul edən vəzifəsinə qəbul edilmiş (Əmr № 67, 23.11.82-ci il); xx.xx.1987-ci ildə həmin atelyedə mühasib keçirilmiş (Əmr № 1, 05.01.87- ci il); xx.xx.1990-cı ildə 1 saylı fərdi tikiş fabrikindən köçürülmə ilə 44 saylı atelyeyə buxalter qəbul edilmiş (Əmr № 4/k, 16.03.90-cı il); xx.xx.1991-ci ildə 44 saylı fərdi tikiş atelyesi yaradılmış “Mübarək” kiçik dövlət müəssisəsinə keçirilmiş (Əmr № 61/k, 17.06.91- ci il); xx.xx.1991-ci ildə Oktyabr RPİ-dən köçürülmə ilə mühasib qəbul edilmiş (Əmr № 2/k, 17.06.91-ci il); xx.xx.1991-ci ildə baş mühasib vəzifəsinə keçirilmiş (Əmr № 3/k, 04.07.91-ci il); xx.xx.2002-ci ildə “xxxx” MMC-yə baş mühasib vəzifəsinə qəbul edilmiş (Əmr № 04/k, xx.xx.2002-ci il); xx.xx.2005ci ildə AR Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsi ilə əmək müqaviləsinə xitam verilmişdir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(004)- 4370/2016 saylı qətnaməsi ilə İddiaçı xx xxxx 1991-ci ildən xx xxxx 1991-ci il tarixədək “Mübarək” kiçik dövlət müəssisəsində baş mühasib vəzifəsində işləməsi faktı müəyyən edilmişdir.

6. Bakı Apelyasiya Məhkəməsini n Mülki Kollegiyasının 2(103)-11555/2018 saylı x xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(004)-4370/2016 saylı qətnaməsi ləğv edilərək, ərizənin qismən təmin edilməsi, iddiaçının xx xxxx 1991-ci il tarixdən x xxxx 1991-ci il tarixədək “Mübarək” kiçik dövlət müəssisəsində mühasib vəzifəsində, x xxxx 1991-ci il tarixdən xx xxxx 1993-cü il tarixədək “Mübarək” kiçik dövlət müəssisəsində baş mühasib vəzifəsində işləməsi faktının müəyyən edilməsi, qalan hissədə ərizənin təmin edilməməsi qət edilmişdir. Qərar qanuni qüvvəsini almışdır.

7. İddiaçı xx.xx.2019-cu il tarixdə 1 nömrəli DOST Mərkəzinə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmiş, onun müraciətinə DSMF-nin 1 saylı Bakı Ərazi Şöbəsi tərəfindən xx. xx.2019-cu il tarixli məktubla bildirilmişdir ki, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərti ilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, qanunda göstərilən sığorta stajı olduqda təyin edilir. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı əsasında onun xx.xx.1991-ci ildən xx.xx.1993cü ilədək “Mübarək” kiçik dövlət müəssisəsində işlədiyi dövr sığorta stajına daxil edilməklə iş stajının 10 il 03 ay 21 günə çatdırılmasına baxmayaraq, mövcud iş stajının əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan iş stajından (13 il) az olduğundan əlilliyə görə əmək pensiyası hüququnun yaranmadığı qeyd olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı xx xxxxxx 2020-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “əmək kitabçasına və məhkəmə qətnaməsinə əsasən müəyyən edilmiş iş stajının nəzərə alınmaqla onun hüquqları yarandığı xx.xx.2016-cı il tarixdən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, həmin hüququnun yarandığı tarixdən hazıradək ödənilməyən pensiya məbləğinin hesablanaraq birdəfəlik qaydada ona ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia onunla əsaslandırm ışdır ki, iddiaçının əmək kitabçasında bütün qeydlər var, yalnız işdən çıxarılma barədə son qeydin olmaması səbəbindən öz hüququndan istifadə edə bilməmiş, zəruri qeydlərin aparılması üçün “Mübarək” kiçik dövlət müəssisəsinin axtarışları heç bir nəticə verməmiş, bu səbəbdən də ərizəçi xx.xx.2016-cı il tarixdə iddiaçı xüsusi icraat qaydasında ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, onun xx.xx.1982-ci il tarixdən xx xxxx 1995-ci il tarixədək “Mübarək” kiçik dövlət müəssisəsində baş mühasib vəzifəsində işləməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin məhkəmə işin baxılmamış saxlanılması barədə qərardad qəbul etmiş, ümumi iddia icraatı qaydasında yenidən məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Lakin tərəfindən verilmiş Bakı A pelyasiya Məhkəməsi tərəfindən təmin edilmiş, qərardad ləğv edilərək iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmışdır. Həmin məhkəmənin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, həmin qətnamə iş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Yasamal Rayon Şöbəsi tərəfindən mübahisələndirilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə qətnamə ləğv edilmiş, iddiaçının hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi təmin edilməmişdir. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə Ali Məhkəmə həmin qətnaməni ləğv edərək işin yenidən araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarmışdır. Həmin məhkəmənin yeni qətnaməsi ilə iddia təmin e dilmişdir. Maraqlı şəxs həmin qətnamədən şikayət verməmiş, beləliklə qətnamə qanuni qüvvəsini almışdır. Bundan sonra iddiaçı DSMF-nin Yasamal rayon şöbəsinə müraciət etsə də, onun müraciətinə baxılmamış, sonradan səhlənkarlıq edərək onun sənədlərini itirmişlər, daha sonra onlara “DOST” Mərkəzinə müraciət etmələri tövsiyə edilmiş, ora müraciət edilsə də, 6 ay müddətində müraciətinə cavab verməkdən yayınmışlar. Sonuncu dəfə ona bildirilmişdir ki, pensiyası hesablanır, hamısı ödəniləcəkdir, lakin sonradan məlum olmuşdur ki, heç bir ödəmə edilməmişdir. Nəhayət cavabdeh orqan heç bir əsas göstərmədən, onun 13 il iş stajının olmamasını əsas gətirərək, imtina cavabı vermişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır.

10. Cavabdeh iddiаyа dаir еtirаzını təqdim еdərək bildirmişdir ki, aparılmış araşdırma zamanı iddiaçının öz iddia tələblərini yalan və natamam məlumatlara dayanaraq əsaslandırması müəyyən edilmişdir ki, bu da onun iddiasının əsassız olması nəticəsinə gəlməyə kifayət edir. Belə ki, iddiaçı yalan məlumat verərək, iddia ərizəsində xx.xx.1982-ci il tarixdən xx.xx.1995-ci il tarixədək “Mübarək” kiçik dövlət müəssisəsində baş mühasib vəzifəsində işləməsi faktının müəyyən edilməsi ilə bağlı tələbinin Bakı Apelyasiya Məhkəməsinin qətnaməsinə əsasən təmin edildiyini bildirsə də, həmin məhkəmənin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə ərizənin qismən təmin edilməsi və iddiaçının xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixədək yuxarıda adı çəkilən müəssisədə mühasib və xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək isə baş mühasib vəzifəsində işləməsi faktının müəyyən edilməsi qət edilmişdir. Bundan əlavə iddiaçı natamam məlumat verərək, 1 saylı Bakı “DOST” Mərkəzinə müraciət etdiyini və mərkəz tərəfindən heç bir əsas göstərilmədən onun müraciətinə imtina cavabının verildiyini göstərsə də, 2016-cı il tarixdən 2-ci qrup əlilliyə görə sosial müavinət alan iddiaçı əlilliyə görə əmək pensiyasının təyin olunması ilə bağlı müraciət etmiş, şöbə tərəfindən onun müraciətinə cavab olaraq xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək “Mübarək” kiçik dövlət müəssisəsində işlədiyi dövrün sığorta stajına daxil edilərək iş stajının 10 il 03 ay 21 günə çatdırılmasına baxmayaraq mövcud iş stajının əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan (13 il) iş stajından az olduğundan ona əlilliyə görə əmək pensiyası hüququnun yaranmad ığı bildirilmişdir.

11. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi X2 İdarəsinin xx.xx.2020-ci il tarixli məktubunda “xxxx” MMC-nin reyestr məlumatları göstərilmişdir: cəmiyyətin qeydiyyata alındığı tarix-xx.xx.1995-ci il; əvvəlki dövlət qeydiyyat nömrəsi- 26197 saylı olduğu; dövlət qeydiyyat nömrəsi (VÖEN) **********; hüquqi ünvanı AZ 1138, Bakı şəhəri, Yasamal rayonu, D.Bünyadzadə, ev 71B. 12. “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 04 saylı arayışa əsasən iddiaçı həqiqətən xx.xx.2002-ci ildən (Əmr № 04/k xx.xx.2002-ci il) – xx.xx.2005-ci il tarixədək (Əmr № 08/k xx.xx.2005-ci il) “xxxx” MMC-də baş mühasib vəzifəsində işləmişdir.

13. Bakı İnzibati Məhkəməsinin (hakim X3, 2-1(112)-2472/2020 saylı iş) x xxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya xx.xx.2016-cı il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin hesablanaraq ona ödənilməsi vəzifəsi Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsinə həvalə edilmişdir.

14. Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Bakı Ərazi şöbəsi həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

15. Apelyasiya instansiya məhkəməsi tərəfindən “xxxx” MMC-yə xx.xx.2020-ci il tarixli, 2-1(103)-1629/2020 saylı sorğu göndərilmiş və sorğuya cavab olaraq iddiaçının həqiqətən xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “xxxx” MMC-də baş mühasib işləməsi bildirilmişdir.

16. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının (hakimlər X4-məruzəçi, X5 və X8, 2-1(103)-1629/2020 saylı iş) xx xxxxxx 2020-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin x xxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apelyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, hazırki iş üzrə iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunması üçün minimum 12 il iş stajı tələb olunur. Birinci instansiya məhkəməsinin qənaətinə görə iddiaçının əlilliyə görə pensiya hüququnun yarandığı tarixə 13 il 3 ay 17 gün sosial sığorta stajına malik olmuşdur ki, inzibati orqan bu illəri əmək stajı kimi qeydə almalı idi. Lakin iddiaçının əmək kitabçası ilə onun xx.xx.1982-xx.xx.1990-ci illərdə (08 il 03 ay 21 gün); xx.xx.1990-xx.xx.1991-ci illərdə (01 il 03 ay 01 gün); xx.xx.1991-xx.xx.1993-cü illərdə (02 il 09 ay ); xx.xx.2002xx.xx.2005-ci illərdə ( 02 il 11 ay 05 gün işlədiyi və cəmi 14 il 02 ay 27 gün sosial sığorta stajının olduğu müəyyən olunur. İddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Qanun ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə ça tmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Hazırkı qərar əsasında hesablanmalı olan məbləğ iddiaçıya ödənilməlidir və bu zaman həmin ödənişin hissə-hissə aparılması mümkünlüyü yalnız tərəflərin qarşılıqlı razılığı və ya məhkəmənin müvafiq qərarına əsasən müəyyən edilə və həyata keçirilə bilər.

18. Cavabdeh x xxxxxx 2021-ci tarixdə kasasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri 19. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, İİ qrup əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün xx xxxx 2017-ci il tarixindən etibarən (bu tar ixdə maddəyə dəyişiklik edilərək yeni redaksiyada verilib) 2 şərtə uyğun gəlməsi tələb olunur 1) 5 ildən az olmamaq şərtilə və əmək Qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda. 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə. Bu iki şərti eyni zamanda mövcud olmalı, başqa sözlə qeyd olunan şərtlərdən birinə cavab verməyən ərizəçiyə DSMF-in il qrup əlilliyə görə əmək pensiyasının təyinindən imtinası qanuni və əsaslı olacaq.

20. Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən, on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. 21. “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün əmək pensi yasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur.

22. İddiaçı cavabdeh orqana müraciət edən zaman onun sığorta stajı 10 il 3 ay 21 gün (belə ki, qanunla tələb olunan staj 12 ildir) təşkil edir.

23. İddiaçıya 12 il pensiya stajı tələb olunur. İddiaçı pensiya hüququnun yaranması üçün tələb olunan ilkin şərtə cavab vermir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Kasasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir.

26. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkə mə işə onun iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Tətbiq edilən hüquq 27. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 1.0.8. Fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Maddə 1.0.12. Əmək pensiyasının sığorta hissəsi - fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir. Maddə 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi sosial ekspert komissiyaları) tərəfindən qanunvericiliyə uyğun o laraq müəyyən olunur. Maddə 12.1. 12.1. Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. (x xxxx 2017-ci ilə qədər qüvvədə olmuş redaksiya). Maddə 12. 1 (x xxxx 2017-ci ildən qüvvədə olan redaksiya). Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta s tajı olduqda təyin edilir. 28. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin (Nazirlər Kabinetinin xx xxxxxxxx 2006c ı il tarixli 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri...nəzərə alınır. 30. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları” 3.1.1-ci bənd. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsa sən müəyyən edilir.

31. Ali Məhkəmənin İnzibati kollegiyası əvvəlki qərarlarında, o cümlədən 21(102)-523/2020 saylı xx xxxx 2020-ci il tarixli, 2-1(102)-1944/2020 saylı xx xxxxxxx 2020ci il tarixli və 2-1(102)-404/2021 saylı x xxxx 2021-ci il tarixli qərarlarında “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddələrinə istinad edərək x xxxxxx 2006-cı ilədək olan iş dövrü əmək kitabçası ilə təsdiq olunduğuna görə şəxsin sığorta stajına daxil edilməsinin və əlilliyə görə pensiya hüququnun yaranmasının zəruriliyi bildirilmişdir.

32. İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsin in qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

33. Cavabdehin kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

34. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildi yi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə qismən riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları qismən düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarı pensiyanın hansı vaxtdan hesablanması hissəsində ləğv edilməli, qalan hissədə qərar dəyişdirilmədən saxlanılmalıdır.

36. İddiaçının 2-ci qrup əlilliyi xx xxxxx 2016-cı ildə müəyyən edilmişdir. O hesab edir ki, qanunvericiliyə görə zəruri iş stajı olduğundan əlilliyə görə pensiya hüququna malik olmuşdur.

37. Cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçının əlilliyə görə pensiya hüququnun yaranması üçün azı 12 il sığorta stajı mövcud olmalıdır, lakin iddiaçı 10 il 3 ay 21 gün sığorta stajına malik olduğundan əlilliyə görə pensiya hüququ yaranmamışdır.

38. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

39. İlk öncə məhkəmə kollegiyası vurğulayır ki, cavabdeh iddiaçının 10 il 3 ay 21 gün sığorta stajına malik olduğunu bildirmiş, lakin konkret olaraq hansı illərin iş stajını sığorta stajı kimi qəbul etməsinə aydınlıq gətirməmişdir.

40. Apelyasiya məhkəməsinin qeyd etdiyi və cavabdehin də kasasiya şikayətində razılaşdığı kimi “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinin x xxxx 2017-ci ilə qədər olan redaksiyasına əsasən (bu tarixə qədər iddiaçının əlilliyi müəyyən olunmuşdur) əllili yə görə pensiya təyin edilməsi üçün iddiaçının azı 12 il stajı olmalıdır. 41. xx.xx.1965-ci il təvəllüdlü iddiaçının sığorta stajı aşağıdakı qaydada hesablanır: ona əlillik təyin olunan 51 yaşı - 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 36 yaş x 4 ay = 144 ay: 12 ay = 12 il.

42. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 2(103)-2407/2018 saylı xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddiaçının xx xxxx 1991-ci il tarixdən x xxxx 1991-ci il tarixədək “Mübarək” kiçik dövlət müəssisəsində mühasib vəzifəsində, x xxxx 1991-ci il tarixdən xx xxxx 1993-cü il tarixədək “Mübarək” kiçik dövlət müəssisəsində baş mühasib vəzifəsində işləməsi faktı müəyyən edilmişdir. Bu dövr 1 il 8 ay 14 gün təşkil edir.

43. Əmək kitabçasında olan məlumata əsasən iddiaçının xx xxxxxx 1982-ci ildən xx xxxx 1991-ci ilədək iş dövrü 9 il 6 ay 19 gün təşkil edir.

44. Həmçinin iddiaçının əmək kitabçasında olan məlumata və iş yerindən verilən arayışa əsasən (arayışda işə girmə və işdən çıxmaya dair əmrlərin tarixi və nömrəsi qeyd edilmişdir) “xxxx” MMC-də baş mühasib kimi x xxxxx 2002-ci ildən xx xxxx 2005-ci ilədək olan fəaliyyət dövrü də 2 il 6 ay təşkil edir.

45. Vergi orqanının verdiyi məlumatda “xxxx” MMC-nin xx xxxxxxx 1995-ci ildə qeydiyyata alınması qeyd edilmişdir.

46. Beləliklə, iddiaçının ümumi iş stajı (1 il 8 ay 14 gün+9 il 6 ay 19 gün+2 il 6 ay) 13 il 9 ay 3 gündür.

47. Nəticədə iddiaçı əlilliyə görə pensiya təyin edilməsi üçün (12 il) zəruri sığorta stajına malik olmuşdur.

48. İddiaçının əlilliyə görə pensiya almaq hüququ əlilliyin müəyyən olunduğu xx xxxxx 201 6-cı il tarixdə yarandığından və həmin vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edildiyindən, iddiaçıya münasibətdə bu hallar mövcud olduğundan iddiaçının pensiya hüququnun mövcud olması barədə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

49. Odur ki, iddiaçıya pensiyanın təyin edilməsi və ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin edilməməlidir.

50. Azərbaycan Respublikası Ali Məhkəməsi nin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 03/2020 saylı x xxxxxxx 2020-ci il tarixli qərardadı ilə belə nəticəyə gəlinmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

51. Ali Məhkəmənin inzibati kollegiyası bütün hakimlərdən ibarət tərkibdə mübahisəli hüquqi məsələyə baxaraq ona dair hüquqi mövqeyini qəbul etdiyi x xxxxxxx 2020-ci il tarixli q ərardadda təsbit etmiş, məhkəmə tərkibi eyni xarakterli hazırkı məsələyə baxarkən, x xxxxxxx 2020-ci il tarixli qərardadda müəyyən edilmiş hüquqi mövqedən fərqli qərar qəbul olunmasını zəruri hesab etməmişdir.

52. İddiaçı x xxxx 2017-ci ilə qədər pensiyanın təyin edilməsi üçün cavabdehə müraciət etməmişsə əvvəlki illərin pensiya məbləği iddiaçıya müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilə bilər.

53. İşin 7-ci səhifəsində olan məlumatdan görünür ki, iddiaçı xx xxxxxx 2019-cu ildə cavabdehə müraciət etmişdir. Odur ki, iddiaçının güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ olduğu halda ona cavabdehə müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya hesablana bilər.

54. Məhkəmə kollegiyası eyni əsaslarla qeyd edir ki, pensiya fərqinin birdəfəlik ödənilməsi barə də də “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələbləri nəzərə alınmalıdır.

55. İddiaçı x xxxx 2017-ci ilə qədər pensiyanın təyin olunması üçün cavabdehə müraciət etmədiyindən və əvvəlki illərin pensiyası iddiaçıya müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməli olduğundan, pensiyanın xx xxxxx 2016-cı ildən təyin edilməsi hissəsində ləğv edilməli, pensiyanın hesablanmasının əvvəli xx xxxxxx 2016-cı il tarixdən sayılmalı, şikayət qismən təmin edilməlidir.

56. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1629/2020 saylı, xx xxxxxx 2020-ci tarixli qərarı pensiyanın xx xxxxx 2016-cı ildən təyin edilməsi hissəsində ləğv edilsin. Pensiyanın təyin edilməsinin əvvəli xx xxxxxx 2016-cı il tarixdən hesablansın. Qərar iddiaçıya pensiyanın təyin edilməsi və ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar