Məhkəmə qərarları › İş №2-1(102)-600/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-600/2022

20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-600/2022 20.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-600/2022) (Açar sözlər: əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabel iyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanaraq ödənilməmiş fərq məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2021-ci il tarixli 2-1(103)-1419/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı (AZE 0*******; Fin: xxxxxxx) xx xxxx 1948-ci ildə Naxçıvan MR, Naxçıvan şəhərində doğulmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır.

2. İddiaçıya 1 sentyabr 2010-cu il tarixdən dövlət qulluqçusu kimi ömürlük pensiya təyin edilmişdir. Pensiya təyin olunarkən iddiaçının 1987-1991-ci illərdə Azərbaycan KP N axçıvan Vilayət Komitəsinin siyasi maarif evinin müdiri işlədiyi vəzifə hazırda Naxçıvan Nazirlər Kabineti Aparatında təminedici şöbəsinin müdir müavini vəzifəsinə uyğunlaşdırılmışdır.

3. DSMF-nin Pirallahı rayon şöbəsinin iddiaçıya ünvanlanmış 22 avqust 2019cu il tarixli məktubunda qeyd edilmişdir ki, Naxçıvan MR Nazirlər Kabineti Aparatında təminedici şöbənin müdir müavini vəzifəsində işləyənlərin vəzifə maaşı 1 mart 2018-ci il tarixindən hər ay 875 manat olduğu halda, iddiaçıya hesablanan pensiya səhvən 1065 manatla hesablanmışdır. Ona görə də iddiaçının pensiyasının hesablanması düzgün aparılmamışdır. Pensiya 1 mart 2018-ci il tarixindən 535,94 manat hesablanmalıdır.

4. İddiaçı, Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanına əsasən əmək pensiyası nın yenidən hesablanması ilə bağlı müraciətinə cavab olaraq DSMF-nin Pirallahı rayon şöbəsi 28 oktyabr 2019-cu il tarixli məktubunda bildirmişdir ki, iddiaçının pensiyası dövlət qulluqçularının aylıq vəzifə maaşlarının müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 7 il 9 ay iş stajına görə 1 sentyabr 2019-cu ildən 26% artaraq 718,11 manat təşkil etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 1 sentyabr 2019-cu il tarixdən 26 faiz artımın pensiyasının üzərinə gəlməsini, 1 sentyabr 2019-cu ildən ödənilməmiş fərq məbləğinin ödənilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, ona 2010-cu ildən pensiya təyin edilsə də, 2019-cu ilin sentyabr ayı üzrə onun pensiyası 110 manat azalmışdır. Bununla bağlı cavabdehə müraciət etmiş, cavabdeh 22 avqust 2019-cu il tarixli məktubla onun pensiyasının düzgün hesablanmadığını bildirmişdir. Həmin ilin sentyabr ayında pensiya alarkən isə iddiaçıya məlum olmuşdur ki, onun pensiyası yenə də 200 manat azaldılmışdır. Bununla bağlı təkrar şikayətindən sonra pensiya məbləği 1 sentyabr 2019-cu il tarixindən 26% artaraq 718,11 manat təşkil etmişdir. Onun əvvəl aldığı pensiya məbləği 696 manat, 310 manat kəsildikdən sonra artan pensiya məbləği isə 698 manat olmuşdur. Beləliklə, dövlət qulluqçularının 26% artan pensiya məbləği onun məvacibində müsbət 2 manat fərq etmişdir. Lakin bundan sonra fevral ayında da onun pensiyası 20 manat aza ldılmışdır.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4446/2020 nömrəli, 4 dekabr 2020-ci il tarixli qərarı ilə (hakim Rüstəm Kərimli) iddia tələbi təmin edilmiş, iddiaçının dövlət qulluqçusu kimi əmək pensiyasının Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018ci il tarixli 142 nömrəli Fərmanının 2.2.3-cü bəndinə müvafiq olaraq indeksləşdirilməsi və sonrakı artımlar nəzərə alınmaqla (26 faizlə) yenidən hesablanması və 1 sentyabr 2019-cu il tarixindən məhkəmə qərarı qanuni qüvvəyə minənədək yaranmış fərq məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçının tələbi mahiyyət etibarilə Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanının müddəalarına uyğun olaraq əmək pensiyasının indekslə şdirilməsi və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması barədədir. Hansı ki, qanunvericilik həmin artımın dövlət qulluğunda 5 ildən artıq 15 ildən az stajı olan bütün əmək pensiyaçılarına şamil olunmasını şərtsiz nəzərdə tutur. İddiaçının 15 ildən az dövlət qulluğu stajı olduğundan sözügedən Fərman ona da şamil olunur. Cavabdeh orqan həmin Fərmana uyğun olaraq iddiaçının pensiya məbləğində artım olduğu iddia etsə də, iş materialları ilə bu hal sübut olunmur.

9. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən Xəyalə Cəmilova, hakimlər Mi rzə Tağızadə və Həmid Həmidov) 8 dekabr 2021-ci il tarixli, 21(103)-1419/2021 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4446/2020 nömrəli, 4 dekabr 2020-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

11. Məhkəmə kollegiyası hesab etmişdir ki, qanunvericiliyə edilmiş dəyişikliklər hər dəfə iddiaçıya münasibətdə nəzərə alınaraq iddiaçının pensiyasında müvafiq artımlar, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanının 2.2.3-cü bəndinə müvafiq olaraq indeksləşdirilməsi və sonrakı artım (26%) nəzərə alınmaqla yenidən hesablanması aparılmışdır və həmin artım onun pensiyasına əlavə olunub ödənilir. Sadəcə hazırkı vəziyyətdə iddiaçı ona 1 sentyabr 2010-cu il tarixindən dövlət qu lluqçusu kimi təyin edilmiş pensiyanın məbləğini vaxtında səhvən artıq hesablandığı üçün ona 1 dekabr 2013-cü ildən 11554,90 manat artıq ödənilmiş pensiya məbləği qanuna müvafiq qaydada hər ay ödənilən pensiyasından hissə-hissə tutulduğu üçün həmin artımın aparılmadığı qənaətindədir. Nəzərə alınmalıdır ki, iddiaçının tələbi ona vaxtilə səhv (artıq) hesablanmış pensiya məbləğinin artıq hissəsinin hesablanaraq hər ay pensiyasından hissə-hissə tutulmasının qanunsuz hesab edilməsi, başqa sözlə əvvəlki (artıq hesablanmış) pensiya məbləğinin bərpa olunması və artıq ödənilmiş pensiya məbləğlərinin aylıq pensiyasından tutulması ilə bağlı qəbul edilmiş qərarların mübahisələndirilməsi barədə deyil, pensiyasının müvafiq Qanunun müddəasına uyğun olaraq (26%-lə) yenidən hesablanıb, yaranmış fərq məbləğ inin ona ödənilməsi barədədir.

12. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, eləcə də iddiaçının digər normativ-hüquqi aktlarla qorunan hüquq və mənafeləri pozulmuşdur. Məhkəmənin qərarında göstərilmişdir ki, pensiya məbləği 1 mart 2018-ci il tarixindən hər ay 875 manat olduğu halda iddiaçıya hesablanan pensiya səhvən 1065 manatla hesablanmışdır. Digər abzasda isə pensiya məbləğinin 2018-ci ildən 875 manat olduğu halda, iddiaçının pensiyasının 1349 manat hesablandığı göstərilmişdir. Bu səbəbdən sözügedən qərardakı ziddiyyətli məqamın araşdırılması zəruridir. Məhkəmənin göstərdiyi əsaslar formal mülahizələrdir və iddiaçıya təyin edilmiş pensiyanın kəsilməsi məhkəmə tərəfindən araşdırılmamışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2021-ci il tarixli, 2-1(103)-1419/2021 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1315,00 manat, qulluq stajına gör ə vəzifə maaşının 10 faizi miqdarında əlavəsi 131,50 manat və mükafatlarla müavinətlərə görə əlavə 189,88 manat olmaqla orta aylıq əmək haqqı 1636,38 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018ci il tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək olan sonuncu vəzifəsi üzrə orta aylıq əmək haqqının (1088,85 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (1636,38 manat) arasındakı fərq məbləğinin (547,53 manat) 25,83 faizi – 141,43 manat 1 mart 2018-ci il tarixinədək olan pensiyasının (510,47 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 651,90 manat müəyyən edilmişdir. Lakin 1 sentyabr 2019 – 31 oktyabr 2020-ci il tarixləri ərzində ona hər ay 718,11 manat pensiya ödənilmişdir. T ƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Qanun Maddə 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: (-) 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə b ağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); (-) Maddə 26.3. 2017-ci il iyulun 1-dək bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 39.1 Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

16. Azərbaycan Respublikası Prezi dentinin 1 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” təsdiq edilmişdir. Siyahının 1.5-ci bəndində 1991ci l oktyabrın 18-dək “Azərbaycan Kommunist Partiyasının Naxçıvan Vilayət Komitəsinin Aparatında şöbə müdirinin müavini” vəzifəsi “İnzibati və yardımçı vəzifələrin Toplusu”nda “Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin Aparat ında təminedici şöbə müdirinin müavini” vəzifəsinə uyğunlaşdırılmışdır.

17. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş «2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası»nın 1.1-ci bəndinə görə bu Qayda «Əmək pensiyaları haqqında» AR Qanununun 26.3-cü maddəsinə əsasən hazırlanmışdır və 2017-ci il iyulun 1-dək «Əmək pensiyaları haqqında» AR Qanununun 20-ci maddəsinə uyğun olaraq təyin edilmiş və ödənilməsi davam edən əmək pensiyalarına qulluq stajına görə əlavələrin Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydasını müəyyən edir. Qaydanın 1.2-ci bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği əmək pensiyalarının sığorta hissəsi indeksləşdirildikdə və ya həmin şəxslərin işləmiş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (vəzifə maaşı, dövlət məvacibi, təminat xərcliyi) artırıldıqda yenidən hesablanır. Qaydanın 2.2.3-cü bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4-cü, 20.1.5-ci, 20.1.5-1-ci, 20.1.7-ci, 20.1.9-cu, 20.1.14-cü, 20.1.18-ci və 20.1.20-ci maddələrində nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq staj ına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əməkhaqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi (FD x 50% / 15) orta aylıq əməkhaqqının artım məbləğinə vurulur. Bu yarımbənddə göstərilən şəxslərin pensiyasına qulluq stajına görə əlavə aşağıdakı düstura əsasən yenidən hesablanır və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur: PMA = ƏHA x (FD x 50% / 15), burada: PMA – pensiyanın artım məbləği; ƏHA – orta aylıq əməkhaqqının artım məbləği; FD – səlahiyyət müddətində fəaliyyət dövrüdür.

18. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdi m etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qər ardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apell yasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılm ış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir.

22. Belə ki, işin hallarından məlum olduğu kimi iddiaçı 1 sentyabr 2019-cu il tarixdən 26 faiz artımın pensiyasına əlavə olunmadığına istinad edərək həmin məbləğin pensiyasına əlavə edilməsini və 1 sentyabr 2019-cu il tarixdən bu günədək ona ödənilməmiş fərq məbləğinin ödənilməsini tələb e dir.

23. Cavabdeh inzibati orqan isə ona istinad edir ki, qanuna edilmiş dəyişikliklər hər dəfə iddiaçıya münasibətdə nəzərə alınaraq iddiaçının pensiyasında müvafiq artımlar aparılmış və həmin artım onun pensiyasına əlavə olunaraq ödənilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada iddiaçının əmək pensiyasının məbləği 651,90 manat müəyyən edilmişdir. Lakin 1 sentyabr 2019 – 31 oktyabr 2020-ci il tarixləri ərzində ona hər ay 718,11 manat pensiya ödənilmişdir.

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi özündə hərtərəfli araşdırmanın nəticəsini əks etdirmir. Belə ki, məhkəmə qərarında iddiaçının əmək pensiy asının 651,90 manat müəyyən edildiyi, 1 sentyabr 2019 – 31 oktyabr 2020-ci il tarixləri ərzində isə ona hər ay 718,11 manat pensiya ödənildiyi qeyd edilsə də, həmin məbləğlərin hansı formada hesablanması qərarda öz əksini tapmamışdır. Bu hal isə mübahisənin həllində mühüm əhəmiyyət kəsb edir.

26. Cavabdeh inzibati orqan tərəfindən hesablamanın düzgün aparılması, bununla da iddia tələbinin əsaslı olub-olmamasını müəyyən etmək üçün məhkəmə tərəfindən yuxarıda qeyd edilən pensiya məbləğlərinin hansı formada hesablandığı müəyyən edilməli, daha sonra bu hesablamanın Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun olub-olmadığına qiymət verilməli idi.

27. Kassatorun dəlillərini bu hissədə əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, hətta hesablamanın Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2018-ci il tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun olduğu, iddiaçıya müvafiq dövr ərzində artıq pensiya ödənildiyi müəyyən olduğu halda belə, cavabdeh inzibati orqanın bununla bağlı hərəkətləri qanunun tələblərinə uyğun olmamışdır.

28. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tələbinə görə artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavə əmək pensiyasını təyin edən orqan tərəfindən yalnız əmək pensiyaçısının razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında tutulur. Hazırkı işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından isə məlumdur ki, iddiaçıya artıq ödənilmiş pensiyanın tutulması ilə bağlı nə onun razılığı, nə də müvafiq məhkəmə qərarı olmuşdur.

29. İşə baxan apelly asiya instansiyası məhkəməsi isə göstərilən halları nəzərə almadan cavabdehin dəlillərini əsaslı hesab edərək İPM-in 12.1, 58.7-ci maddələrinin tələblərini pozmuşdur. Odur ki, məhkəmə qərarı ləğv edilməlidir. İş üzrə əlavə araşdırma aparılması tələb olunduğundan kassasiya şikayəti “iddianın təmin edilməsi” hissəsində rədd edilməli, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

30. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2021-ci il tarixli, 21(103)-1419/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar