Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-600/2024 14.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınıb vahid çıxarışın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınıb vahid çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1920/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** nömrəli xx.xx.2021-ci il tarixli müraciətinizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sa həsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bundan əlavə, elektron kadastr məlumatlarına əsasən texniki pasportla faktiki sahə arasında konfiqurasiya, perimetrik ölçü və sahə fərqi mövcuddur.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daş ınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) yaşayış məntəqələrinin torpaqları kimi qeyd edilmişdir. Torpaq sahəsinin ölçüsü - 0.036590 hektar, torpaq sahəsinin mülkiyyət növü - Dövlət, torpaq sahəsi üzərində hüququn növü - İstifadə.
3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktuba əsasən, Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsi, 45 saylı fərdi yaşayış evi İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda m ülkiyyətindədir. Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsi, 45 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat (sənəd) aşkar edilməmişdir.
4. Texniki pasportun təsdiq edilmiş surətinə görə, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, 1ci Alatava küçəsi, 45 saylı fərdi yaşayış evinə dair xx.xx.2002- ci il tarixdə (reyestr 30/1278) texniki pasport tərtib edilmişdir. Həmin texniki pasportda torpaq sahəsinin planı çəkilmiş, torpaq sahəsi cəmi 365,9 kv.m, tikinti altında 167,9 kv.m təşkil edir. Yaşayış evi 1990-cı ildə tikilmişdir. Texniki pasportun Yasamal Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli qətnaməsinə və Yasamal rayon İcra Hakimiyyəti başçısının 117 saylı xx.xx.2002- ci il tarixli sərəncamına əsasən tərtib edildiyi qeyd olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci ildə verilmiş çıxarış əsasında İddiaçı mülkiyyətində olmaqla, Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava yaşayış sahəsi, 45 saylı fərdi yaşayış evinin 365,9 kv.m (həyətyanı və tikinti altı) torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və vahid əmlak kimi dövlət reyestrindən yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tar ixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava yaşayış sahəsi, 45 saylı fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. Ev 0.036590 ha torpaq sahəsində inşa edilmiş, hazırda da həmin torpaq sahəsi və fərdi yaşayış evi təyinatı üzrə iddiaçı tərəfindən istifadə olunur. Evin və həyətyanı 0.036590 ha torpaq sahəsinin ilkin hüquqi qeydiyyata alınmasına əsas olan bütün sənədlər cavabdehin arxivində var. İddiaçı evin həyətyanı və tikinti altı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və vahid əmlak kimi dövlət reyestrindən yeni çıxarışın verilməsi barədə cavabdehə müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir. Halbuki, cavabdeh tərəfindən verilmiş texniki pasportda da evin həyətyanı və tikinti a ltı torpaq sahəsinin 0.036590 ha, yəni 365,9 kv.m olması qeyd olunmuş, evin və torpaq sahəsinin M1:200 miqyasda planı tərtib edilmiş, evin iki tərəfdən qonşularla, bir tərəfdən isə yol ilə əhatə olunması dəqiq müəyyən olunmuş, yaşayış evinin ölçüləri, həyətyanı torpaq sahəsinin hasarlanması və dəmir qapı qoyulması, hətta yaşayış evinin 1990-cı ildə tikilməsi qeyd edilmişdir.
7. Cavabdehin iddia tələbinə qarşı etiraz təqdim edərək, iddiaçı tərəfindən evin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyini və elektron kadastr məlumatlarına əsasən texniki pasportla faktiki sahə arasında konfiqurasiya, perimetrik ölçü və sahə fərqi mövcud olduğunu, bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bununla bağlı iddiaçıya xx.xx.2022-ci il tarixli imtina məktubu ünvanl andığını bildirmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5995/2022 nömrəli, 22 dekabr 2022-ci il tarixli qərarı ilə (hakim P.Hüseynov) iddia təmin edilmiş, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava yaşayış sahəsi, 45 saylı fərdi yaşayış evinin yerləşdiyi 365,9 kv.m (həyətyanı və tikinti altı) torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və vahid əmlak kimi (fərdi yaşayış evi və torpaq sahəsi) dövlət reyestrindən yeni çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak ın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin kateqoriyası (məqsədli təyinatı) yaşayış məntəqələrinin torpaqları kimi qeyd edilmişdir, torpaq sahəsinin ölçüsü 0.036590 hektar, torpaq sahəsinin mülkiyyət növü - Dövlət, torpaq sahəsi üzərində hüququn növü – İstifadə göstərilmişdir. Həmin fərdi yaşayış evi iddiaçının adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən həm in fərdi yaşayış evinə dair xx.xx.2002-ci il tarixdə (reyestr 30/1278) texniki pasport tərtib edilmişdir. Həmin texniki pasportda torpaq sahəsinin planı çəkilmiş, torpaq sahəsi cəmi 365,9 kv.m, tikinti altında 167,9 kv.m təşkil edir. Yaşayış evi 1990-cı ildə tikilmişdir. Qeyd olunan texniki pasportun təsdiq edilmiş surəti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmişdir. İddiaçı qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etsə də, müraciətinin təmin edilməsindən imtina edilmişdir.
10. Göründüyü kimi, qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir, mübahisələndirilən torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin altında yerləşir, həm çıxarışda, həm də fərdi yaşayış evinə dair tərtib edilmiş texniki pasportda tikinti altı sahə 167,9 kv.m olmaqla, cəmi torpaq sahəsinin 365,9 kv.m təşkil etməsi göstərilmişdir. Həmin fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi uzun müddətdir iddiaçının qanuni istifadəsindədir və həmin torpaq sahəsi yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsidir. Qeyd olunan çıxarış və texniki pasport ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir. Göstərilənlər cavabdehin imtinasının qanunsuz və əsassız olduğunu təsdiq edir.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rəd d edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1920/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: C.Yusifov - sədrlik edən və məruzəçi, M.Tağızadə və Ş.Məmmədova) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddia qismən təmin edilmiş, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava yaşayış sahəsi, 45 saylı fərdi yaşayış evinin yerləşdiyi 167,9 kv.m tikinti altı torpaq sahəsinin evlə birgə, vahid əmlak kimi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb, reyestrdən ona yeni çıxarış verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.
13. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, maddi hüquq normalarının tələblərindən göründüyü kimi iddia olunan torpaq sahəsinə dair mülkiyyət hüququnun iddiaçının adına reyestrdə qeydə alınması iki sənədin mövcudluğu tələb olunur:
1. Evin mülkiyyət hüququ ilə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən reyestrdən çıxarışı;
2. Həmin evin yerləşdiyi torpaq sahəsinə münasibətdə - texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda).
14. Konkret halda, iddiaçı tərəfindən qanunvericiliyin müəyyən etdiyi birinci şərt ödənilsə də, ikinci şərti yerinə yetirilmir. Yəni, iddiaçı həm cavabdeh qeydiyyat orqanına, həm də məhkəməyə təqdim etdiyi sənəd evin mülkiyyət hüququ ilə onun adına qeydə alınmasını təsdiq edən çıxarış təqdim etsə də, onun adına olan texniki pasport texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci ilin yanvarın 1-dən sonra tərtib olunmuşdur.
15. Belə olan təqdirdə, iddiaçının adına bütövlükdə (yəni, həm evin tikinti altı, həm də həyətyanı) evin yerləşdiyi 0.036590 ha (365,9 kv.m) torpaq sahəsinin mülkiyyət hüququ ilə reyestrdə qeydiyyata alınması üçün əsas yaranmır. Bu halda, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinin tələbi baxımından, iddiaçının yalnız fərdi yaşayış evinin tikinti altı sahəsinə mülkiyyət hüququ qeydiyyata alınması mümkündür.
16. İşə əlavə olunmuş Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsi, 45 saylı fərdi yaşayış evinə dair xx.xx.2002- ci il tarixdə (reyestr 30/1278) tərtib edilmiş “Texniki pasport”da isə tikinti altında yerləşən torpaq sahəsi 167,9 kv.m təşkil edir ( cəmi 365,9 kv.m torpaq sahəsinin 198,0 kv m hissəsi həyətdir).
17. Qeyd olunanlar baxımından, iddiaçının tələbi qismən, mübahisəli ünvanda yerləşən, üzərində mülkiyyət hüququ qeydiyyata alınmış fərdi yaşayış evinin tikinti altı hissəsinə münasibətdə onun mülkiyyət hüququnun qeyd alınaraq həmin torpaq sahəsi ilə birgə vahid əmlak kimi mülkiyyət hüququnun qeydə alınması hissəsində əsaslıdır.
18. Cava bdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
19. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci i l yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır. Lakin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınsa da, təqdim edilmiş texniki inventarlaşdırma orqanları tərəfindən tərtib olunmuş texniki pasport 2001-ci il yanvarın 1-dən sonra, 2002-ci il aprel ayında tərtib edilmişdir.
20. Məhkəmə kollegiyası tərəfindən qeyd olunan məsələ ətraflı araşdırılmamış və düzgün hüquqi qiymət verilməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üç ün aşağıdakı əsasları müəyyən olunmuşdur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.
23. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. K assasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə
96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı ver ilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasın ın 2-1(103)-1920/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarla cavabdehin apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5995/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərar çıxarılması, iddianın qismən təmin edilməsi, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava yaşayış sahəsi, 45 saylı fərdi yaşayış evinin yerləşdiyi 167,9 kv.m tikinti altı torpaq sahəsinin evlə birgə, vahid əmlak kimi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınıb, reyestrdən ona yeni çıxarış verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qənaətinə gələrkən belə hesab et mişdir ki, “iddiaçının adına bütövlükdə (yəni, həm evin tikinti altı, həm də həyətyanı) evin yerləşdiyi 0.036590 ha (365,9 kv.m) torpaq sahəsinin mülkiyyət hüququ ilə reyestrdə qeydiyyata alınması üçün əsas yaranmır. Bu halda, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinin tələbi baxımından, iddiaçının yalnız fərdi yaşayış evinin tikinti altı sahəsinə mülkiyyət hüququ qeydiyyata alınması mümkündür. İşə əlavə olunmuş Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsi, 45 saylı fərdi yaşayış evinə dair xx.xx.2002- ci il tarixdə (reyestr 30/1278) tərtib edilmiş “Texniki pasport”da isə tikinti altında yerləşən torpaq sahəsi 167,9 kv.m təşkil edir ( cəmi 365,9 kv.m torpaq sahəsinin 198,0 kv. metr h issəsi həyətdir). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Qeyd olunanlar baxımından, iddiaçının tələbi qismən, mübahisəli ünvanda yerləşən, üzərində mülkiyyət hüququ qeydiyyata alınmış fərdi yaşayış evinin tikinti altı hissəsinə münasibətdə onun mülkiyyət hüququnun qeyd alınaraq həmin torpaq sahəsi ilə birgə vahid əmlak kimi mülkiyyət hüququnun qeydə alınması hissəsində əsaslıdır.”
27. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdeh kassasiya şikayətində yalnız bir dəlil irəli sürmüşdür ki, o da ondan ibarətdir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəl i Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsasdır. Lakin fərdi yaşayış evi əmlakın dövlət reyestrində qeydiyyata alınsa da, təqdim edilmiş texniki inventarlaşdırma orqanları tərəfindən tərtib olunmuş texniki pasport 2001-ci il yanvarın 1-dən sonra 2002-ci il aprel ayında tərtib edilmişdir.
28. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayətindəki yeganə dəlili əsassızdır və formal xarakter daşıyır.
29. Belə ki, hazırkı inzibati mübahisədə birinci və iş üçün xüsusi əhəmiyyət kəsb edən məsələ olan mübahisəli evin və torpaq sahəsinin ilkin sənədləri araşdırılmalı və həmin evə və torpaq sahəsinə mülkiyyət hüququnun hansı tarixdən, necə və hansı qaydada yaranması müəyyən edilməlidir.
30. Əvvəla, qeyd edilməlidir ki, İddiaçı sözügedən evin və torpaq sahəsinin sayca birinci deyil, üçüncü mülkiyyətçisidir.
31. Belə ki, işin 42-ci səhifəsində olan Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının “1-ci Alatava küçəsi, 45 saylı evə mülkiyyət hüququnun tanınması haqqında” adlanan 27 fevral 2002-ci il tarixli, 117 saylı sərəncamı ilə Yasamal Rayon Məhkəm əsinin 18 yanvar 2002-ci il tarixli, 2-72/2002 saylı qətnaməsinə əsasən adıçəkilən evə bütün mövcud tikililərlə birlikdə həmin ünvanda yaşayan X3 mülkiyyət hüququ müəyyən edilmiş (işin 43-45-ci səhifələrində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur, Qeyd-Ali Məhkəmənindir) və Bakı Şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsindən göstərilən evə N.Ə.Əliyevin adına qeydiyyat vəsiqəsi ilə texniki pasport verilməsi xahiş edilmişdir.
32. Eyni zamanda işin 24-28-ci səhifələrindən görünür ki, mübahisəli evə X5 adına 2002-ci ilin aprel ayında “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu verilmişdir ki, həmin texniki pasportda “Tikinti altında” torpaq sahəsinin ölçüsü 167,9 kv. metr olaraq müəyyən edilmişdir.
33. Qeyd edilməlidir ki, işdə başqa bir texniki pasport mövcud deyildir.
34. Həmçinin iş materiallarından görünür ki, işin 46-47-ci səhifələrində 13 mart 2009-cu il tarixdə satıcı X6 alıcı X2 arasında mübahisə predmeti olan fərdi yaşayış evinin alqı-satqısı barədə bağlanmış müqavilə vardır.
35. Bununla yanaşı işin 49-cu səhifəsindən görünür ki, xx.xx.2014-cü il tarixdə X4 vəfat etmiş, qanun üzrə vərəsəlilər olaraq həyat yoldaşı – Əliyev Misirxan, övladları: Əlizadə Nizami, Əliyev Ceyhun və Əliyeva Əminə tanınmışdır.
36. Eyni zamanda qeyd edilməlidir ki, sözügedən fərdi yaşayış evinə xx.xx.2016-cı il tarixində X1 adına Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya RX №0813922 çıxarış verilmişdir ki, çıxarışa görə fərdi yaşayış evi M.T. Əliyevin xüsusi mülkiyyətinə keçmişdir.
37. Həmçi nin işin 51-ci səhifəsində olan “İpoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 65/01 nömrəli, xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, iddiaçı mübahisə predmeti olan fərdi yaşayış evini ipoteka predmeti kimi həmin hərracda almış, xx.xx.2020-ci il tarixdə İddiaçı adına Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava yaşayış sahəsində yerləşən 45 saylı evə dair onun iddiaçının xüsusi mülkiyyətində olması barədə çıxarış verilmişdir.
38. Beləliklə, iş materiallarından göründüyü kimi, iddiaçının xüsusi mülkiyyətində yuxarıda göstərilmiş fərdi yaşayış evin tikinti altındakı torpaq sahəsi 167,9 kv. metr təşkil edir.
39. Belə olan halda, apellyasiya məhkəməsi Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə istinad edərək, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir.
40. Belə ki, Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə müvafiq olaraq yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillər arası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaql a binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir.
41. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin 28 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhk əməsinin İnzibati Kollegiyasının 2-1(103)-1920/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.