Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-601/2020 19.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin olmamasının tanınması) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Musayevanın, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin olmamasının tanınması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegi yasının 2-1(103)-2659/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin olmamasının tanınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı əyani təhsil aldığı Azərbaycan Dövlət İqtisad Universiteti Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi üçün xx xxxxxxx 2018-ci il tarixli, R4681/t nömrəli məktubla Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Azərbaycan Respublikasının vətəndaşı olması əsası ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Xidmət rəisinin birinci müavini Vəli Nağıyevin xx xxxxxx 2018-ci il tarixli, 4880/i nömrəli qərarı ilə Azərbaycan Dövlət İqtisad Universiteti iddiaçıya Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi barədə xx xxxxxxx 2018-ci il tarixli müraciəti təmin edilməmişdir. xx xxxxxx 1998-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində doğulmasına baxmayaraq iddiaçı ilkin olaraq Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmişdir və bunu ona verilmiş xx xxxxxx 2006-cı il tarixdə l-AZ seriyalı 024639 nömrəli Rusiya Federasiyasının və təndaşlığına mənsub olmağına dair əlavə vərəq də təsdiq edir. Bundan əlavə bildirilir ki, əgər iddiaçı Azərbaycan Respublikasının vətəndaşı sayılırdısa sual yaranır ki, nəyə görə 2017-ci ilin əvvəllərində Bakıda olanda onun barəsində xx xxxxxx 2017-ci il tarixli “İnzibatitənbeh vermə haqqında” Qərar qəbul edilmişdir. İddiaçının Azərbaycan dövləti qarşısında icra edilməmiş öhdəlikləri və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənefələri ilə bağlı olan öhdəlikləri yoxdur. Bununla əlaqədar, iddiaçı dəfələrlə vəsatətlərlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etsə də, onun müraciətlərinə müsbət cavab verilməmişdir. Sonuncu dəfə iddiaçı xx.xx.2019-cu il tarixli ərizə ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edərək, onun İddiaçı Azər baycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin olmamasının tanınması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətininin xx.xx.2019-cu il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi ilə bağlı müddəalar ona şamil olunmur. Göstərilənlərə əsasən, ümumi nəticə yaranır ki, inzibati orqan ümumiyyətlə təqdim edilmiş ərizə üzrə inzibati icraat başlamamış və yalnız imtina məktubu ünvanlamaqla öz vəzifəsini bitmiş hesab etmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)-2465/2019 nömrəli (sədrlik edən hakim Şəhla Süleymanova) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçıapelyasiya şikayəti verərək bir inci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərarınqəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli, 2-1(103)-2659/2019 nömrəli (hakimlər Kəmalə Abiyeva - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Ülvi Mayılov) qərarı ilə birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,mövcud qanunvericiliyə əsasən şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra haki miyyəti orqanı (Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti) tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası isə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən təsdiq edilir. «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun «Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyət» adlanan 5-ci maddəsinin tələblərinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 199 2-ci il yanvarın 1dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar: 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. Bu maddənin birinci hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş şəxslər o halda Azərbaycan Respublikasının vətəndaşlığını əldə edirlər ki, bu Qanunun qüvvəyə mindiyi gündən bir il müddətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müraciət etsinlər. «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinin tələbinə əsa sən həmin Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslərin, Azərbaycan Respublikasının vətəndaşları sayılması üçün Azərbaycan Respublikasının vətəndaşı həmin Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olma əsas şərtdir. Qeyd edilməlidir ki, iddiaçı heç zaman Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək haqqında ərizə ilə müvafıq dövlət orqanına müraciət etməmişdir. Eyni zamanda, «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası»nın 2.2.1-ci yarımbəndinə görə «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək, (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) və təndaşlığında olması şəxsin Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün əsasdır. Həmin «Qaydaların 4.1.1-ci yarımbəndinə əsasən, həmin Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan şəxslər «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə daimi qeydiyyatda olduqda onların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınır. Beləliklə, iş materiallarından görünür ki, iddiaçının müraciətinə DMX tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmamış, qəbul edilmiş müvafiq qərar nəticəsində onun hüquqları və qanunla qorunan maraqları pozulmuş, hüquq və azadlıqlarının həyata keçirilməsinə maneçilik yaradılmışdır. Bütün yuxarıda göstərilənlərə əs asən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2659/2019 nömrəli qərarının ləğv edilməsinə və iş üzrə iddiaçının iddia tələbinin təmin edilməsinə dair qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2659/2019 nömrəli qərarının ləğv edilməsinə və iş ü zrə iddiaçının iddia tələbinin təmin edilməsinə dair qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkə məsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin fakti ki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2659/2020 nömrəli qərarla və həmin qərardan iddiaçı tərəfindən verilmiş kasasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, istənilən inzibati mübahisənin həlli zamanı məhkəmə tərəfindən İnzibati Prosessual Məcəllənin tələblərinə, xüsusi ilə də inzibati mübahisənin düzgün həll edilməsi üçün həmin Məcəllənin 12.1, 58.7, 68.2-ci maddələrinə riayət edilməsi çox önəmlidir. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materialla rla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə müvafiq olaraq məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Lakin apelyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən İnzibati Prosessual Məcəllənin sözügedən maddələrinin tələblərinə riayət etməmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx xxxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş və xx xxxxxx 1999-cu il tarixli İ-AZ № 024639 nömrəli doğum haqqında şəhadətnamə əsasında iddiaçıya xx xxxxxx 2014-cü il tarixdə AZE seriyalı № 12572502 şəxsiyyət vəsiqəsi verilmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən cavabdeh orqana müraciət etmiş, həmin müraciətlə bağlı aparılmış araşdırmanın nəticəsində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş xx xxxxxx 2018-ci il tarixli, 4880/İ saylı qərar qəbul edilmişdir. Həmin qərarla Azərbaycan Dövlət İqtisad Universitetinin İddiaçı Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi barədə xx xxxxxxx 2018-ci il tarixli müraciəti təmin edilməmiş və göstərilmişdir ki, təqdim olunmuş sənədlərə əsasən aparılmış icraat nəticəsində İddiaçı Azərbaycan Respublikası vətəndaşı olduğu müəyyən edilmişdir. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xx xxxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş İddiaçı xx xxxxxx 1999-cu il tarixli İAZ № 024639 nömrəli doğum haqqında şəhadətnamə əsasında xx xxxxxx 2014-cü il tarixdə AZE seriyalı № 12572502 şəxsiyyət vəsiqəsi verilmişdir. Bütün yuxarıda göstərilənlərlə əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi iddiaçıya sözügedən şəxsiyyət vəsiqəsinin verilməsi üçün, iddiaçı o zaman azyaşlı olduğundan xx xxxxxxx 2014-cü il tarixli ərizə anketlə cavabdeh ə iddiaçının anası müraciət edərək ərizə-anketi imzalamışdır, bu səbəbdən, yəni, iddiaçı azyaşlı olduğundan onun şəkli o vaxtki qaydaya görə şəxsiyyət vəsiqəsinə yapışdırılmamışdır. Burada həmçinin qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıya verilmiş sözügedən şəxsiyyət vəsiqəsinin hansı tarixə qədər etibarlı olması məsələsi, yəni, hazırda qüvvədə olub-olmaması məsələləri, həmçinin iddiaçıda halhazırda şəxsiyyət vəsiqəsinin olub-olmaması araşdırılmamışdır. Digər tərəfdən, məlum olduğu kimi, iddiaçıya şəxsiyyət vəsiqəsi xx xxxxxx 2014-cü il tarixli iddiaçının doğum haqqında şəhadətnaməsinə əsasən verilmişdir, lakin burada qeyd edilməlidir ki, «Azərbaycan Respublikasınin vətəndaşlığı haqqında» Qanunun «Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənə dlər» adlanan 6-cı maddəsindən göründüyü kimi, iddiaçıya Azərbaycan Respublikasının vətəndaşı haqqında şəxsiyyət vəsiqəsi xx xxxxxx 2014-cü il tarixdə verildiyi zaman, «doğum haqqında şəhadətnamə» Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər sırasından 2014-cü ilin yanvar ayından artıq çıxarılmışdır. Bununla yanaşı qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının Azərbaycan Dövlət İqtisad Universitetində oxuduğu zaman hansı hüquqi statusla Azərbaycan Respublikasında yaşadığını, burada müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı cavabdehə müraciət etdiyini hansı zərurətdən yarandığını araşdırmayaraq, cavabdehin xx xxxxxx 2018-ci il tarixli, 4880/ş saylı qərarı ilə kifayətlənmişdir. Halbuki, iddiaçının Rusiya Federasiyasının vətəndaşlığını təsdiq ed ən xx xxxxxx 2006-cı il tarixli çıxarış xx xxxxxx 2016-cı ildə (xx xxxxxx 2026-cı ilə qədər) isə Rusiya Federasiyasının vətəndaşı olması barədə pasport verilmişdir (iş vərəqləri 6, 7). Eyni zamanda, iddiaçının Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətində ******* və ******* saylı bildirişlərlə müvafiq olaraq xx xxxxxx 2017-ci il və xx xxxxxx 2018-ci il tarixədək Azərbaycan Respublikası tərəfindən qeydiyyata alınması barədə işdə sənədlər mövcuddur (iş vərəqləri 22, 23). Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən həmin məsələ də araşdırılmamış qalmışdır. Digər tərəfdən iş materiallarından göründüyü kimi, iddiaçı Bakı şəhərində olduğu zaman onun barəsində cavabdeh tərəfindən xx xxxxxx 2017-ci il tarixli «İnzibati tənbeh haqqında» qərar qəbul edilmişdir. Bütün yuxarıda göstəril ənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli, iş hazırkı qərarda qeyd edilmiş işin hallarının tam və ətraflı araşdırılması, nəticə etibarı ilə iş üzrə qanuni və əsaslı, o cümlədən iddianın mümkünlüyü barədə məhkəmə aktı qəbul edilməsi məqsədi ilə təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-2 659/2019 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin.
Məhkəmə qərarları › İş №2-1(102)-601/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-601/2020
19.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver