Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-601/2022 05.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əlilliyin təyinat tarixinin dəyişdirilməsi barədə Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra cavabdeh) qarşı “10 noyabr 2017-ci il tarixdən əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2662/2021 saylı, 23 noyabr 2021-ci il tarixli qərarından iddiaçının kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirilmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasının 0242003AACRD saylı göndərişə əsasən iddiaçının əsas xəstəlik kimi “İnsulindən asılı şəkərli diabet, Şəkərli diabet İİ tip ağır forma” diaqnozu, ağırlaşma kimi “İnsulindən asılı şəkərli diabet, Böyrəklərin zədələnməsi ilə, diabetik proteinurik nefropatiya, İn sulindən asılı şəkərli diabet, gözlərin zədələnməsi ilə, diabetik retinopatiya. İnsulindən asılı şəkərli diabet. Periferik qan dövranının pozğunluğu ilə diabetik anqiopatiya. Durğunluq ürək çatmamazlığı, ÜÇ İİİ f.s xəstəlikləri göstərilmişdir. Yanaşı xəstəlik kimi “Ürəyin aterosklerotik xəstəliyi, ÜİX Aterosklerotik kardioskleroz. “Durğunluq” ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv xəstəlik. Hipertoniya xəstəliyi İİİ dərəcə xəstəliyi qeyd edilmişdir.
2. İlkin olaraq iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0242003AACRD saylı göndərişi əsasında 03.04.2019-cu ildə qiymətləndirilmiş və diaqnoz öz təsdiqini tapmaması barədə qərar verilmişdir. Sonradan iddiaçının əlillik vəziyyəti “Qobustan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın 0242003AADZY nömrəl i göndərişi əsasında 29.03.2021-ci il tarixdə qiymətləndirilmiş və “İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet İİ tip ağır forma Ağırlaşma Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Sol budun aşağı 1/3 hissədən amputasiyası əməliyyatı icra edilmiş, (24.11.2020) ağırlaşma E10.2 İnsulindən asılı şəkərli diabet, Böyrəklərin zədələnməsi ilə, Diabetik proteinurik nefropatiya” diaqnozu ilə “ümumi xəstəlik” səbəbi ilə müddətsiz ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir.
3. Cavabdehin 23 yanvar 2020-ci il tarixli məktubu ilə iddiaçının əlilliyin təyini ilə bağlı müraciətinə cavab olaraq bildirilmişdir ki, iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0242003AACRD saylı göndərişi əsasında 03.04.2019-cu il tarixdə qi ymətləndirilmiş və diaqnozun təsdiqini tapmaması qərarı verilmişdir. İddiaçı səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə edildikdən sonra xəstəliyin ağırlaşmaları göstərilməklə yeni göndəriş (forma 088) rəsmiləşdirdiyi halda, Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarına uyğun olaraq, əlillik vəziyyəti iddiaçının iştirakı olmadan adsızlaşdırılmış sənədlər əsasında qiymətləndirilib müvafiq qərar veriləcəkdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə Qobustan Rayon Xəstəxanası ümumi xəstəlik üzrə 0242003AACRD saylı göndərişinin göndərildiyi 10.11.2017-ci il tarixdən onun əlilliyini n və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi vəzifəsinin qoyulması və cavabdehdən 100000 manat mənəvi zərərin alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddət ikinci tip ağır formalı şəkərli diabet (insulindən asılı şəkərli diabet), böyrəklərin zədələnməsi ilə bağlı diabet proteinurik nefropatiya, gözlərin zədələnməsi ilə diabetik retionapatiya, perifetik qan dövranının pozğunluğu ilə diapetik anqiopatiya, durğunluq ürək çatmamazlığı üç İİİ f.s, ürəyin aterosklerotik xəstəliyi, uix aterosklerotik kardioskleroz, ürək çatmamazlığı ilə müşayiət olunan əsasən ürəyin zədələnməsi ilə hipertenziv xəstəlik, hipertoniya İİİ dərəcəli xəstəliklərdən əziyyət çəkmişdir. O əlillik dərəcəsinin müəyyən olunması üçün Qobustan Rayon Xəstəxanasına müraciət etmiş, uzun müddət xəstə olsa da, 10 noyabr 2017-ci ildən həmin xəstəxanada qeydiyyatda olmuşdur. Qobustan rayon Xəstəxanası Səhiyyə Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasına ümumi xəstəlik üzrə 0242003AACRD saylı göndəriş göndərmişdir. Lakin cavabdeh heç bir qanuni əsas olmadan və onu müayinə etmədən əlilliyinin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən imtina etmişdir. Səbəb də bunu göstərib ki, guya göndərişdəki diaqnoz və ağırlaşmalar instrumental və laborator müayinələrlə öz təsdiqini tapmayır. Bu səbəbdən o, əlilliyinin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. Cavabdehin tərəfindən məhkəməyə ünvanlanmış 16.06.2021-ci il tarixli məktubda qe yd edilmişdir ki, iddiaçının əlillik vəziyyəti “Qobustan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın 0242003AADZY nömrəli göndərişi əsasında 29.03.2021-ci il tarixdə qiymətləndirilmiş və “İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet İİ tip ağır forma Ağırlaşma Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, Sol budun aşağı 1/3 hissədən amputasiyası əməliyyatı icra edilmiş, (24.11.2020) ağırlaşma E10.2 İnsulindən asılı şəkərli diabet, Böyrəklərin zədələnməsi ilə, Diabetik proteinurik nefropatiya” diaqnozu ilə “ümumi xəstəlik” səbəbi ilə müddətsiz ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Hazırda həmin qərar qüvvədədir.
7. Bakı İnzibati Məhkəməsinin 17.08.2021-ci il tarixli qərardadı ilə iddia tələbi “cavabdehdən 100000 manat mə nəvi zərərin alınaraq ona ödənilməsi” hissəsində mümkün sayılmamışdır.
8. Bakı İnzibati Məhkəməsinin (hakim X6, 2-1(112)-742/2021 saylı iş) 17 avqust 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyə əsasən əlillik yalnız bu barədə qəbul edilmiş TSEK qərarı ilə müəyyən edilir və əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Bu mənada, iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin 19.03.2021-ci il tarixli 0242003AADZY nömrəli göndərişi əsasında 29.03.2021-cu il tarixdə TSEK qərarı ilə müəyyən olunduğundan, iddiaçıya 10.11.2017-ci il tarixdən əlilliyin verilməsi tələbi əsassızdır..
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası (hakimlər X3-məruzəçi, X1 və X9, 2-1(103)-2662/2021 saylı iş) 23 noyabr 2021-ci il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 17 avqust 2021-ci il tarixli qərarını dəyişdirmədən qüvvədə saxlamışdır.
12. İddiaçı kasasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazların dəlilləri a) Kasasiya şikayətlərinin dəlilləri
13. Cavabdeh heç bir qanuni əsas olmadan və onu müayinə etmədən əlilliyinin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən imtina edib.
14. Qobustan Ra yon Xəstəxanası 0242003AACRD saylı göndərişi göndərildikdən sonra iddiaçının vəziyyəti daha da ağırlaşıb, buna görə də sol qıçı 24.11.2020-ci il tarixdə bud nahiyədən kəsilib, hər iki əlinin barmaqları hərəkətsizdir. Sağ ayağında dabanaltı nahiyədə də yara açılıb, sağ qıçı da amputasiya edilməlidir. Halhazırda həyatla ölüm arasında mücadilə edir.
15. Onun əlilliyi xəstəliyinin ağırlaşdığı 10.11.2017-ci il tarixli 0242003AACRD saylı göndərişin cavabdeh tərəfindən alındığı vaxtdan təsdiq olunmalıdır. Əlilliyi heç qıçının amputasiyası olunduğu 24.11.2020-ci il tarixdən də təsdiq olunmayıb.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamənin 3.1.1-ci bəndinə əsasən əlilliyi qiy mətləndirmək Tibbi-sosial ekspert komissiyasının (TSEK-in) vəzifəsidir. Həmin Əsasnamənin 4.16-cı bəndinə əsasən TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Cavabdeh kasasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq 18. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı be ynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-hək im komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilli yin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 20. “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli, 36 nömrəli Qərarı: Bənd 1.1. Azərbaycan Respublikasında əhaliyə göstərilən tibbi-sosial ekspertiza xidməti tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK-in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Bənd 4.1. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Bənd 4.2. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. Bənd 4.8. TSEK-ə göndərişin forması Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılaraq təsdiq edilir. Bənd 4.9. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndəriş lərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 Sosial Ekspertiza və X5 (bundan sonra - TSERAS) ötürülür. Bənd 4.9-1. TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. Bənd 4.9-2. Qəbul edilmiş qərarların ob yektivliyinin təmin edilməsi məqsədi ilə seçmə qaydada eyni göndəriş bir neçə TSEK-ə göndərilə bilər. Müxtəlif TSEK tərəfindən qəbul edilmiş qərarlarda uyğunsuzluq aşkar edildiyi təqdirdə, son qərar Xidmət tərəfindən verilir; Bənd 4.26. Əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır.
21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
25. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanmış normalarının təhlilindən görünür ki, əlillik yalnız bu barədə qəbul edilmiş TSEK qərarı ilə müəyyən edilir və əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən h esablanır.
26. Bu mənada, iddiaçıya ilkin olaraq iddiaçının əlillik vəziyyəti səhiyyə müəssisəsinin 0242003AACRD saylı göndərişi əsasında 03.04.2019-cu ildə qiymətləndirilmiş və diaqnoz öz təsdiqini tapmaması barədə qərar verilmişdir. Sonradan iddiaçının əlillik vəziyyəti “Qobustan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın 0242003AADZY nömrəli göndərişi əsasında 29.03.2021-ci il tarixdə qiymətləndirilmiş və “İnsulindən asılı olmayan şəkərli diabet, Çoxsaylı ağırlaşmalarla, Şəkərli diabet İİ tip ağır forma Ağırlaşma Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlərə, Sol budun aşağı 1/3 hissədən amputasiyası əməliyyatı icra edilmiş, (24.11.2020) ağırlaşma E10.2 İnsulindən asılı şəkərli diabet, Böyrəklərin zədələnməsi ilə, Diabetik proteinurik nefropatiya” diaqnozu ilə “ümumi xəs təlik” səbəbi ilə müddətsiz ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir.
27. İddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən onun əlilliyi xəstəliyinin ağırlaşdığı 10.11.2017-ci il tarixli 0242003AACRD saylı göndərişin cavabdeh tərəfindən alındığı vaxtdan təsdiq olunmalıdır.
28. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya TSEK qərarı ilə 29.03.2021-cu il tarixdə əlillik təyin edildiyindən, ona təyin edilən əlliliyin 10.11.2017-ci il tarixdən hesablanması barədə iddiası yuxarıda sadalanan qanunvericiliyin tələbi baxımından əsaslı deyil.
29. Bəhs edilənlərə əsasən kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Kassasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyas ı məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
30. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2662/2021 nömrəli iş üzrə 23 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.