Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-601/2023 07.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraatın dayandırılması üçün əsasların olmaması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxslər X6 və X4) “Bakı şəhər XDS İK-nin 01 mart 1991-ci il tarixli 2 6 nömrəli protokolu, 01 mart 1991-ci il tarixli 3/75 nömrəli qərarı və 11 mart 1991-ci il B/S nömrəli orderlə X8 verilmiş Bakı şəhəri Bilgəh massivində yerləşən 1722 B nömrəli 0,12 ha bağ sahəsinin mərhum X8 məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2022-ci il tarixli, 2-1(103)2502/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bakı şəhər XDS İK-nin 01 mart 1991-ci il tarixli 26 nömrəli protokolu, 01 mart 1991-ci il ta rixli 3/75 nömrəli qərarı və 11 mart 1991-ci il B/S nömrəli orderlə X8 verilmiş Bakı şəhəri Bilgəh massivində yerləşən 1722 B nömrəli 0,12 ha bağ sahəsinin mərhum X8 məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 1722 B nömrəli, 0,12 ha torpaq sahəsi və torpaq sahəsindəki yarımçıq tikili iddiaçının atası X8 verilmişdir. Torpaq sahəsi iddiaçının atası X8 Bakı şəhər X13 İcraiyyə Komitəsinin 01 mart 1991-ci il tarixli 26 nömrəli protokolu və 01 mart 1991-ci il tarixli, 3/75 nömrəli qərarı əsasında, 11 mart 1991-ci il tarixli B/C nömrəli orderlə verilmişdir. 29 mart 1991-ci il tarixli 110 nömrəli qərarla Bilgəh bağlar sahəsindəki BTK-32 nömrəli bağda (sxematik) yer hissəsinin planı tərtib olunmuş və X15a verilmişdir. Bakı şəhər X13 İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyinin xx.xx.1991-ci il tarixli, 216 nömrəli məktubu ilə X15a verilmiş torpaq sahəsində ev və hasar tikintisinə icazə verilmişdir. Torpaq sahəsi üzərində 01 mart 1991-ci il tarixdə istifadə hüququ əldə etdikdən və yer hissəsinin planını əldə etdikdən sonra iddiaçının X15 tərəfindən bağ sahəsinin tikintisi, abadlaşdırılması işlərinin görülməsinə başlanılmışdır. Belə ki, iddiaçının atası X11 ilə Xəzər dəniz gəmiçiliyinin sənaye kombinatının direktoru arasında 04 aprel 1991-ci il tarixli “əhalinin sifarişi ilə təmir-tikinti işlərinin görülməsinə dair” podrat müqaviləsi bağlanmışdır. Müqavilədə nəzərdə tu tulmuş təmir-tikinti işlərinin qiyməti 23981,67 rubl dəyərində hesablanmışdır. X15 ilə TO-7 “Baktonnelstroy” arasında 30 sentyabr 1991-ci il tarixli “Əhaliyə xidmətlərin göstərilməsinə dair” podrat müqaviləsi bağlanılmışdır. Bakı şəhəri, Bilgəh bağ massivində yerləşən 1722b nömrəli, 0.12 ha torpaq sahəsində tikinti işlərinin aparılması üçün iddiaçının atası X11 18 iyun 1991-ci il tarixdə mənzil tikinti kooperativi üzvü kimi Dövlət Bankı ilə borc müqaviləsi bağlamışdır. Həmin borc müqaviləsinin şərtlərinə görə iddiaçının atası X11 özü tərəfindən 3 ildən 10 il müddətinə alınmış pul məbləğini xx.xx.1991-ci ilə kimi məqsədli istifadə etməyi öhdəsinə götürmüşdür. Borc müqaviləsi ilə müəyyən edilmiş məbləğ 24.000 rubl təşkil etmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 1722b nömrəli bağ sahəsinə telefon çəkilməsi üçün iddiaçının atası X3 rayon A.T.S müraciət etmişdir. Həmin müraciət əsasında Lenin rayon A.T.S-ə təqdim olunması üçün Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən xx.xx.1991-ci il tarixli, 109 nömrəli arayış iddiaçının atası X8 verilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 1722b nömrəli, 0,12 ha torpaq sahəsi və torpaq sahəsindəki yarımçıq tikilinin atası X8 məxsus olması Bakı şəhər XDS İK-nin Bağlar Təsərrüfatının inkişafı və istismarı birliyinin 29 mart 1991-ci il tarixli, 111 nömrəli məktuba da sübut olunur. Belə ki, Bakı şəhər XDS İK-nin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən Azərbaycan SSR Hidrogeologiya İdarəsinin hidroloji ekspedisiyasına ünvanladığı 29 mart 1991-ci il tarixli 111 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi BTK-32 nömrəli müqaviləyə əsasən idarəsi Əhmədov T.K-ya məxsus Bilgəh bağlar sahəsindəki BTK-32 nömrəli bağda su quyusunun qazılmasını Azərbaycan SSR Hidrogeologiya İdarəsinin hidroloji ekspediyasından xahiş edir. Həmçinin məktubda əsasnaməyə görə bütün işlərinin xərclərinin icarəçinin hesabından çıxılması xahiş edilmişdir. X5 xx.xx.1994-cü il tarixdə vəfat etdikdən sonra tikili yarımçıq saxlanılmış, tikinti işləri başa çatdırılmamışdır. X11 xx.xx.1994-cü il tarixdə vəfat etdikdən sonra onun miras qalmış əmlaklarını qanun üzrə vərəsəsi olaraq iddiaçı qəbul etmişdir. İddiaçını n X15un vərəsəsi olmağınla bağlı Bakı şəhəri 3 saylı “ASAN xidmət” mərkəzinin notariat kontoruna müraciət etmişdir. İddiaçının müraciəti əsasında vərəsəlik işi açılmış və iddiaçı atası X7 vərəsəsi olaraq tanınmışdır. Bakı şəhəri 3 saylı “ASAN xidmət” mərkəzinin notariat kontoru tərəfindən 02 may 2018-ci il tarixli, 699 nömrəli məktubla AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, ünvanında yerləşən 1722b saylı bağ evinin tikintisi üçün ayrılmış 0.12 ha torpaq sahəsinə çıxarışın verilməsi barədə müraciət edilmişdir. Lakin həmin müraciət təmin olunmamış, iddiaçıya çıxarış verilməmişdir. Miras qalmış əmlaklar, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 0.12 h a torpaq sahəsindən ibarət 1722b nömrəli bağ sahəsi 2018-ci ildən vərəsəlik hüququ əsasında iddiaçıya qalmış, onun sahibliyində və istifadəsində olmuşdur. 1991-ci ildən ötən müddət ərzində torpaq sahəsindən mütəmadi olaraq istifadə etmişlər, hazırda da onun sahibliyi və istifadəsindədir. 14 aprel 2015-ci il tarixdə 2002-ci ildən 2015ci ilədək həmin bağ sahəsinə qoyulmuş torpaq vergisini ödəmişdir. Lakin həmin bağ sahəsi hələ də daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmamışdır. xx.xx.2021-ci il tarixdə ********** nömrəli məktubla cavabdehə müraciət etsə də, xx.xx.2021-ci il tarixli **********50 nömrəli cavab məktubu ilə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 0,12 ha torpaq sahəsindən ibarət 1722b nömrəli bağ sahəsinin ona məxsus olması barədə mürac iəti təmin edilməmişdir. Müraciətinin təmin edilməməsinin əsası olaraq verilən sənəd və sübutların qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı ilə bağlı iradlar bildirilmişdir. Lakin bütün verilən sənədlər və həmin bağ sahəsinin onun mülkiyyətində olduğunu təsdiq edən sübutlar qanunla müəyyən edilmiş tələblərə uyğundur, həmin bağ sahəsinin dövlət reyestrində qeydiyyata alınmaması üçün heç bir əsaslı səbəb yoxdur. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun olmasına dair yuxarıda qeyd edilən zəruri sənədlər mövcuddur və iş materiallarına əlavə olunmuşdur.
3. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının sözügedən məsələ ilə əlaqədar idarəyə müraciəti daxil olmuşdur. Göstərilən torpaq sahəsinə digər şəxslərin – X1 və X2 müraciətləri mövcuddur. Bu səbəbdən ə rizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa **********50 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu təqdim edilmişdir..
4. Bakı İnzibati Məhkəməsinin 1 aprel 2022-ci il tarixli, 2-1(112)- 1433/2022 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmiş, Bakı şəhər XDS İK-nin 01 mart 1991ci il tarixli 26 nömrəli protokolu, 01 mart 1991-ci il tarixli 3/75 nömrəli qərarı və 11 mart 1991-ci il Б/С nömrəli order əsasında Bakı şəhəri Bilgəh massivində yerləşən 1722 B nömrəli 0,12 ha. bağ sahəsinin mərhum X8 məxsus olmasına dair arayışın iddiaçıya verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
5. Üçüncü şəxslər həmin qərardan ayrı-ayrılıqda apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş etmişlər. b. Apellyasiya instansiyası məhkəməsində icraat
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2022-ci il tarixli, 2-1(103)-2502/2022 nömrəli qərardadı ilə (hakimlər: X.Cəmilova – sədrlik edən və məruzəçi, M.Tağızadə və İ.Kərimli) hazırki iş üzrə icraat iddiaçı X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair hüquqların tanınması və çıxarışın verilməsi” tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 21(112)-21/2022 saylı və iddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Bağlar ərazisində 1722E saylı bağ evinə Bakı şəhəri XDS İcraiyyə Komitəsinin qeydiyyat vəsiqəsinin dəyişdirilib dövlət reyestr indən çıxarış verilməsi” tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1250/2021 saylı inzibati işlərinə baxılıb yekun məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər dayandırılması qərara alınmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, sözügedən inzibati işlərin nəticəsinin hazırki inzibati işin baxılmasına əhəmiyyətli təsiri vardır. Həmin işlərə baxılıb yekun məhkəmə qərarları qanuni qüvvəyə minənə qədər hazırki inzibati işə baxmaq mümkün deyil. Bu baxımdan hazırki inzibati işin icraatı Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2-1(103)-2473/2022 saylı və icraatı yekunlaşmış 2-1(103)-670/2022 saylı inzibati işlərə baxılıb, yekun məhkəmə qərarı qəbul edilib qanuni qüvvəsini alanadək dayandırılmalıdır.
8. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
9. Kassator hesab edir ki, apellyasiya instansiya məhkəməsi İnzibati Prosessual Məcəlləsinin 7-ci maddəsini düzgün tətbiq etməyərək əsassız və qanunsuz qərardad qəbul etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
11. İnzibati Prosessual Məcəllə: a) Maddə 7.1. Mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu halla rda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tər əfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətl i hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.11. Mübahisə edilən qərarla b ağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
12. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
13. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
14. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğ v edilməlidir.
15. Belə ki, hazırkı iş üzrə iddiaçının tələbi Bakı şəhəri Bilgəh massivində yerləşən 1722 B nömrəli 0,12 ha bağ sahəsinin mərhum atası X8 məxsus olmasına dair arayışın verilməsindən ibarətdir.
16. İş materialları ilə müəyyən olunur ki, eyni cavabdehə qarşı iddiaçı X2 1722 V saylı bağ sahəsinə dair və iddiaçı X1 1722 E saylı bağ sahəsinə dair çıxarışın verilməsi ilə bağlı ayrı-ayrılıqda inzibati mübahisə mövcuddur və həmin mübahisələr fərqli instansiya məhkəmələrinin icraatındadır.
17. İşə baxan apellyasiya məhkəməsi bu qənaətə gəlmişdir ki, sözügedən inzibati işlərin nəticəsinin hazırki inzibati işin baxılmasına əhəmiyyətli təsiri vardır və həmin işlərə baxılıb yekun məhkəmə qərarları qanuni qüvvəyə minənə qədər hazırki inzibati işə baxmaq mümkün deyil.
18. Məhkəmə kollegiy ası apellyasiya məhkəməsinin bu mövqeyini əsaslı hesab etmir. Belə ki, hazırkı qərarın 11a bəndində qeyd edilən İPM-in 7.1-ci maddəsinin tələbinə görə, mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır.
19. Göstərilən prosessual hüquq normanın tələbləri baxımından məhkəmə kollegiyası qeyd edir ki, inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmağın mümkün olmaması dedikdə, icraatı dayandırılan iş üçün preyudisi al əhəmiyyəti olan hər hansı bir faktın başqa bir iş üzrə müəyyən olunmasının zəruriliyi başa düşülür və qanunverici iş üzrə icraatın dayandırılmasını məhkəmənin diskresion səlahiyyətinə aid etmişdir. Məhkəmə isə bu səlahiyyəti həmin normanın tələblərinə uyğun həyata keçirməli, mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğunu müəyyən etməlidir.
20. Lakin apellyasiya instansiyası məhkəməsi digər mübahisələr üzrə hazırkı iddianın taleyinin asılılığını təsdiq edən halları qərardadında göstərməmiş və iş üzrə icraatın dayandırılması zəruriliyini əsaslandırmamışdır.
21. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, M.Hüseynovun və M.Qəmbərovanın ayrı-ayrılıqda idd ia etdikləri torpaq sahələri ilə iddiaçının iddia etdiyi torpaq sahəsi fərqli nömrələr altındadır. Belə ki, M.Hüseynov 1722 V, M.Qəmbərova isə 1722 E saylı torpaq sahəsinə çıxarışın verilməsini tələb edirlər.
22. Beləliklə üçüncü şəxslərin müstəqil iddiaları üzrə tələbləri hazırkı iddiaya hər hansı təsiri olmadığı üçün hazırkı inzibati iş üzrə icraatın dayandırılmasını İPM-nin 7-ci maddəsi anlamında zəruri edən hər hansı əsas mövcud deyildir.
23. Odur ki, iş üzrə icraatın dayandırılması barədə apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli və iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır.
24. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2022-ci il tarixli, 21(103)-2502/2022 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.