Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-602/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 və qeyrilərinin cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı iş üzrə Açar sözlər: məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi, məcburi köçkün düşdükdən sonra mülki-hüquqi əqdə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə bağışlayan məcburi köçkünlərə, valideynlərdən biri «məcburi köçkün» statusuna malik olmayan uşaqlara aylıq müavinətin şamil edilməməsi Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əs əd oğlu (sədrlik edən və məruzəçi), X9 və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı1, onun vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 və vəkili X2 iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı “aylıq müavinətin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-2284/2019 saylı xx xxxxxxxx 2019-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı1 İddiaçı1 xx.xx.1970-ci ildə Laçın rayonun Tığık kəndində doğulmuş, Laçın rayonunun işğal edilməsi nəticəsində 1992-ci ilin may ayında yaşayış yerindən məcburən köçmüş, Bakı şəhərinin Xətai rayonunda məskunlaşmışdır. İddiaçı1 xx.xx.1995-ci il tarixdə məcburi köçkün statusu olmayan X10 ilə nikah bağlamış, həmin nikahından xx.xx.1995-ci il təvəllüdlü Cavid, xx.xx.2000-ci il təvəllüdlü Aynur və xx.xx.2006-cı il təvəllüdlü Nicat adlı üç uşaqları doğulmuşdur. xx xxxxxx 1998-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 12 saylı mənzil Məmmədova (Alışanova) Arzu Əhməd qızının adına mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Arzu Məmmədova xx xxxxx 2017-ci il tarixdə həmin mənzili bağışlama müqaviləsi bağlamaqla X4 bağışlamışdır. İddiaçıya və uşaqlarına xx xxxxxx 2016-cı il tarixədək yem ək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər verilmişdir. Lakin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanına əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinət müəyyən edildikən sonra iddiaçıya və onun uşaqlarına aylıq müavinət ödənilməmişdir. İddiaçı1 xx.xx.2017-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə (bundan sonra qərarı n mətnində ixtisarla Dövlət Komitəsi və ya cavabdeh yazılacaq) müraciət edərək, özünə və övladlarına Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 11 nömrəli Qərarına uyğun olaraq vahid aylıq müavinətin ödənilməsini xahiş etmiş, lakin cavabdeh orqan onun xahişini təmin etməmiş, həmçinin iddiaçıya rəsmi cavab verilməmişdir. İddiaçı1, İddiaçı3, İddiaçı2 və İddiaçı4 xx.xx.2018-ci il tarixdə cavabdehə qarşı birgə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, məcburi köçkün kimi onların hər birinə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən ayrılan 36 manat pul vəsaitinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçıların əsaslandırması: İddiaçılar tələbini onunla əsa slandırmışdır ki, onların məcburi köçkün statusunu təsdiq edən vəsiqələri mövcuddur. Azərbaycan Respublikasının Prezidentinin qaçqınların hər bir nəfərinə, hər ay 36 manat məbləğində pul ödənilməsi haqqında Fərmanı elan edildiyi və qüvvəsini aldığı gündən onlara münasibətdə tətbiq edilməmişdir. Həmin pulun ödənilməsi barədə cavabdehə xx xxxxxx 2017-ci il tarixdə rəsmi ərizə ilə müraciət etmiş və cavabdehin nümayəndəsinin qəbulunda olmuş, onlara qaçqın kimi 36 manatın ödənilməsi məsələsinin yoxlanıb yoluna qoyulacağı, əks təqdirdə bununla əlaqədar onlara yazılı cavab veriləcəyi bildirilmiş, lakin onların müraciətinə cavab verilməmişdir. Cavabdehin etiraz dəlilləri: Cavabdeh iddiaya qarşı təqdim etdiyi etirazını onunla əsaslandırmışdır ki, İddiaçı1 vahid aylıq müavinətin bərpa edilməsi məq sədilə Laçın Rayon İcra Hakimiyyətinə müraciət etmiş, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2017-ci il tarixli, 11 nömrəli Qərarının tələblərinə əsasən həyat yoldaşının adına Bakı şəhərində mənzil olduğundan vahid aylıq müavinətin verilməsinin dayandırıldığı bildirilmişdir. Birinci instansiya məhkəməsinin qərarı: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1313/2018 saylı, xx xxxx 2018ci il tarixli qərarı ilə (hakim Ş.A.Məmmədova) iddia təmin edilməmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, İddiaçı1 arvadı Arzu Alışanovanın adına Bakı şəhərində mənzil olduğundan və xx.xx.2017-ci il tarixdə atasına bağışladığından ona vahid aylıq müavinətin ödənilməsi dayandırılmışdır. Bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 n ömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi" Qaydasının 2.1-ci bəndinin tələblərinə uyğundur. İddiaçılar həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv olnmasını və iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişlər. Apelyasiya instansiyası məhkəməsinin qərarı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2190/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər E.E.Nağıyeva (sədrlik edən və məruzəçi), H.Ü.Həmidov və Ə.X.Sarıyev) iddiaçıların apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmışdır. Eyni zamanda Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-2190/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qərardadı ilə işin icraatına İddiaçı4 münasibətdə xitam verilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2190/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qərarından İddiaçı1 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-2062/2019 saylı, xx xxxx 2019-ci il tarixli qərarı ilə (hakimlər R.S.Nəbizadə (sədrlik edən və məruzəçi), A.S.Hüseynov və X.S.Məmmədov) iddiaçının kassasiya şikayəti qismən təmin edilərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-2190/2018 saylı, xx xxxxxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya kollegiyası apelyasiya instansiyasının qərarını ləğv edərkən ona əsaslanmışdır ki, işdə olan sənədlərlə İddiaçı1 Arzu Alışanova ilə nikahda olduğu müəyyən edilmir. Məhkəmə Arzu Alışanovanın iddiaçının ailə üzvü olduğunu müəyyən etməmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən Qaydanın 2.1-ci bəndinin tələb etdiyi kimi iddiaçının məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi olan ünvan 2 ünvanda yerləşən 12 saylı mənzili əldə etməsi yoxlanıb müəyyən edilməmidir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2284/2019 say lı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər V.Ə.Baxışova (sədrlik edən və məruzəçi), M.N.Tağızadə və Ü.A.Mayılov) iddiaçıların apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2018-ci tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, İddiaçı1 ilə X10 arasında nikah xx.xx.1995-ci il tarixdə bağlanmışdır. Tərəflər birgə nikahda olan dövrdə, yəni xx xxxxxx 1998-ci il tarixdə bağlanmış və 18 saylı DNK-da təsdiqlənmiş alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 12 saylı mənzil əldə edilmiş, mənzil Məmmədova (Alışanova) Arzu Əhməd qızının adına mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir. Həmin mənzil xx xxxxx 2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən X4 bağışlanmışdır. İddiaçı ka ssasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarını ləğv edib iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi" Qaydası, "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında" Azərbaycan Respublik ası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi qaydalarını müəyyən edir. Qərarda göstərilən ünvan 2 ünvanında yerləşən 12 saylı mənzil X5 mülkiyyətindədir. Həmin mənzil əvvəl formal olaraq X6 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınsa da, mənzilin mülkiyyətçisi onun atası X11 olmuş və bu səbəbdən də, sonradan Arzu Alışanova xx.xx.2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən mənzili əsl mülkiyyətçisi Əhməd Məmmədova bağışlamışdır. Tərəflərin izahatları Məhkəmə iclasında İddiaçı1 və vəkili Vəkil kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi X1 və vəkili X8 şikayətin dəlilləri ilə razılaşmadıqlarını bildirərək, şikayətin rədd olunmasını xahiş etdilər. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı isə qanuni və əsaslı olduğundan dəyiş dirilmədən saxlanılmalıdır. İddia tələbinin əsasını “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” təşkil edir. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanına əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60,0 (altmış) manat məbləğində vahid aylıq müavinət müəyyən edilmişdir (bu məbləğ xx.xx.2018-ci il tarixədək 36 manat, həmin tarixdən xx.xx.2019-cu il tarixədək isə 40 manat olmuşdur). Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə xx xxxxxx 2017-ci ildən qüvvədə olan “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Qayda hazırlanmışdır. Qaydanın 1-ci hissəsində qeyd edilmişdir ki, bu Qayda məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi qaydalarını müəyyən edir. Qaydaya əsasən aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: 1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla). Qaydanın 2.1-ci hissəsinə əsasən, məcburi köçkün düşdükdən sonra m ənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ qrup Qarabağ müharibəsi əlilləri, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) aylıq müavinət şamil edilmir. İşə apellyasiya qaydasında yenidən baxılarkən təqdim edilmiş sənədlərə əsasən (nikah haqqında şəhadətnamə, Azərbaycan Respublikası Əmlak Məsələləri DK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmənin sorğusuna xx.xx.2019-cu il tarixli cavab məktubu) müəyyən edilmişdir ki, İddiaçı1 ilə X10 arasında xx.xx.1995-ci il tarixdə nikah bağlanmış, tərəflər birgə nikahda olarkən 18 saylı DNK-nın 3Ma-01-01 reyestr nömrəli xx xxxxxx 1998-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən 12 saylı mənzil əldə edilmiş, mənzil Məmmədova (Alışanova) Arzu Əhməd qızının adına mülkiyyət hüququ ilə qeydiyyatdan keçmişdir. Mənzil xx xxxxx 2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən X3 adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş 2 saylı Bakı “Asan xidmət” mərkəzində notariat kontorunda rəsmiləşdirilmiş 4Ə-752 reyestr nömrəli, xx xxxxx 2017-ci il tarixli bağışlama müqaviləsinə əsasən Məmmədova (Alışanova) Arzu Əhməd qızı həmin mənzili atası X4 bağışlamışdır. Bu fakt, İddiaçı1 aylıq müavinətin şamil olunmaması üçün Qaydanın 2.1-ci maddəsində nəzərdə tutulan haldır. İddiaç ı1 sözügedən mənzilin əslində arvadının qardaşına məxsus olduğunu, formal olaraq onun yoldaşının adına əldə edildiyini göstərsə də, bu barədə məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, hazırda ailəsi ilə həmin mənzildə yaşadıqlarını bildirmişdir. Digər iddiaçılar İddiaçı3 və İddiaçı2 münasibətdə məhkəmə kollegiyası bildirir ki, onların anası Arzu Alışanovanın məcburi köçkün statusu yoxdur. Bu da həmin iddiaçılara aylıq müavinətin verilməsini istisna edir. Çünki adı çəkilən Qaydanın 2.6-cı bəndinə görə valideynlərdən biri «məcburi köçkün» statusuna malik olmayan uşaqlar aylıq müavinətin şamil edilmədiyi şəxslərin kateqoriyasına aiddir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi apelyasiya şikayətini təmin etməməkdə haqlı olmuş, maddi və prosessual hüquq norma larını düzgün tətbiq etmişdir. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2284/2019 saylı 30sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-602/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-602/2020
03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver