Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-602/2021 07.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: dövlət vəsaiti hesabına vəkillə təmin edilmə giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə, İddiaçı Oktay qızının (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonra cavabdeh) qarşı “xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 manat məbləğində vəsaitin bi rdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, cavabdehdən ona vurulmuş mənəvi ziyana görə 4000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi” tələbinə dair üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1845/2020 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadından iddiaçının verdiyi kasasiya şikayətinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona verdiyi cavabın qanunsuz hesab edilməsi, koronovirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan iddiaçıya xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmənin verilməsinin cavabdehin üzərinə öhdəlik qoyulması, cavabdehdən ona vurulmuş mənəvi ziyana görə 4000 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5041/2020 saylı x xxxxxxxx 2020-ci il tarixli qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır.
3. İddiaçı tərəfindən apelyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5041/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
4. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1845/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi və Bakı İnz ibati Məhkəməsinin 2-1(112)-5041/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
5. İddiaçı ərizə ilə Bakı Apelyasiya Məhkəməsinə müraciət edərək, həmin qərardan kasasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, hal-hazırda işsizdir və işsiz kimi uçotdadır. Vəkil xərcini ödəyə bilmir və maddi vəziyyətinə görə öz hesabına vəkil tutmağa imkanı yoxdur.
6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə ərizə təmin olunmamışdır.
7. Apelyasiya məhkəməsi ərizəni rədd etməsini onunla əsaslandırmışdır ki, iddiaçı dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi üçün vəkilin xidmətlərini ödəməyə kifayət qədər vəsaitinin olmadığı barədə sübut təqdim etməmişdir.
8. İddiaçı x xxxxxx 2021-ci ildə apelyasiya məhkəməsinin qərardadından kasasiya şikayəti vermişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri
9. İddiaçı faktiki olaraq işsizdir, vəkillə müqavilə bağlamağa imkanı yoxdur. əmək müqaviləsi faktiki olaraq pozulub. Lakin işəgötürən bunu elektron informasiya sisteminə daxil etməyib. Kasasiya şikayətinin tərtib edilməsi və məhkəmə çıxışı üçün 300500 manat tələb olunur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Tətbiq edilən hüquq
11. İnzibati Prosessual Məcəllə: Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
12. Mülki Prosessual Məcəllə: Maddə 14.5. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkil xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmad ıqda, onlar maraqlarının təmin olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət vəsaiti hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər. Maddə 67.2. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Maddə 121.2. Bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Qanunvericiliklə müəyyən edilmiş məbl əğdə ödənilmiş bu vəsait iddianın təmin edilmiş hissəsinə münasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış şəxsdən tutularaq dövlət büdcəsinə ödənilə bilər. 13. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun: Maddə 20.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə və ya məhkəmədə hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. Dövlət hesabına ödənilən hüquqi yardımın məbləği və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 14. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun: Maddə 1.0.5 və 1.0.6. Aztəminatlı ailə-orta aylıq gəlirləri hər bir ail ə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə; ünvanlı dövlət sosial yardımı (bundan sonra-sosial yardım)-aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Maddə
3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
15. Kasasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərar dadının təqdim olunduğu gündən 10 gün müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
16. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir.
18. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
19. Yuxarıda sadalanan normaların təhlili göstərir ki, qanunverici vəkil xidmətlərinin dövlət hesabına həyata keçirilməsi məsələlərini tə nzimləyərkən pulsuz hüquqi yardıma ehtiyacı olan şəxsin aztəminatlı olması, başqa ifadə ilə şəxsin bu xidməti ödəmək üçün kifayət qədər vəsaitə malik olmaması halının məhkəmədə müəyyən olunmasını tələb etmişdir. Bununla bağlı, pulsuz hüquqi xidmətin təmin edilməsinə dair ərizədə şəxsin vəkilin xidmətini ödəyə bilməməsi əsaslandırılmalıdır. Şəxsin kifayət qədər vəsaitə malik olmamasının meyarları qanunvericiliklə müəyyən edilmədiyindən, belə imkanın olmaması məhkəmə tərəfindən qiymətləndirilir. Bu qiymətləndirmənin aparıla bilməsi üçün isə şəxsin maddi imkansızlığını qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edən hər hansı (aşağı həddə əmək haqqı və ya pensiya, işsizlik müavinəti, dövlət sosial yardımı və s. alması barədə) mötəbər sübut məhkəməyə təqdim olunmalıdır.
20. İddiaçı sosial müavinət alması, aztəminatlı ailə olması, maddi vəziyyətinin ağırlığı, işsiz kimi qeydiyyatda olması və vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadığını təsdiq edən mötəbər sənəd ərizəsinə əlavə etməmişdir.
21. Qeyd edilənlərə əsasən kasasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə doğrudur. Şikayət təmin olunmadan, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
22. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: İddiaçı Oktay qızının kasasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-1845/2020 saylı, xx xxxxxx 2021-ci il tarixli qər