Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-602/2022 13.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı güzəş tli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2661/2021 nömrəli iş üzrə 23 noyabr 2021ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı İddiaçı (Ş/V-0*******, FİN- xxxxxxx) xx.xx.1965-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub, Sumqayıt şəhəri, 18-ci məhəllə, ev 5/27, mənzil 12də qeydiyyatdadır. İddiaçı 5 fevral 1991-ci il tarixdən MTİ-nin “Sumqayıt kauçuk təmirtikinti”-də işə qəbul olunmuş və hal-hazıradək həmin müəssisədə işləyir. İşlədiyi müəssisə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərtib və təsdiq edilmiş siyahıya əsas ən “əmək şəraiti xüsusilə zərərli və ağır olan müəssisələr” sırasına aid edilmişdir.
2. İddiaçı 55 yaşının tamam olması ilə əlaqədar zərərli və ağır əmək şəraiti olan müəssisədə fasiləsiz olaraq 38 il işlədiyinə görə ona yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədi ilə tələb olunan sənədlərlə cavabdeh orqana müraciət etmişdir. Lakin cavabdeh orqan **********7 nömrəli, 27 avqust 2020-ci il tarixli məktubla fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyini bildirərək bundan imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdehə qarşı ona 55 yaşdan, yəni 10 iyul 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası nın təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
4. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1982-ci ildən əmək fəaliyyətinə başlamışdır. 5 fevral 1991-ci il tarixdən MTİ-nin “Sumqayıt kauçuk təmirtikinti”-də işə qəbul olunmuş və hal-hazıradək həmin müəssisədə işləyir. Artıq onun 38 il iş və sığorta stajı var, onun 29 ilini həmin müəssisədə çalışır. İşlədiyi müəssisə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərtib və təsdiq edilmiş siyahıya əsasən ‘‘əmək şəraiti xüsusilə zərərli və ağır olan müəssisələr” sırasına aiddir. 55 yaşı tamam olması ilə əlaqədar zərərli və ağır əmək şəraiti olan müəssisədə fasiləsiz olaraq 38 il işlədiyinə görə ona yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədi ilə tələb olunan sənədlərlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Dövlət Sosial müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı 27 avqust 2020-ci il tarixli, **********7 saylı müraciətinə cavab olaraq bildirmişdir ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 45600.00 manat hesablandığı halda, fərdi hesabımın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 32373,84 manat təşkil etdiyi nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından ona yaşa görə ə mək pensiyasının təyinatından imtina edilmişdir. İmtinanı qəbul etmir və hesab edir ki, ona yaşa görə əmək pensiyası təyin olunmalıdır. Belə ki, pensiya kapitalının az olması iddiaçının təqsiri deyildir.
5. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qadınlar ilə əlaqədar üç tələb müəyyənləşdirilir: 55 yaşına çatma (yaş), azı 20 il ümumi və 10 il güzəştli iş stajına malik olma (staj) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (pensiya kapitalı). İddiaçı isə qeyd olunan 3-cü tələbə cavab vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesab ın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 45.600 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 32.373,84 manat təşkil etmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2-1(112)4354/2021 nömrəli (sədrlik edən hakim Orxan Həsənov) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş qaydada fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalı 45.600 manat təşkil etməli olduğu halda, onun qeydə alınmış pensiya kapitalı 7.533,32 manat fərq ilə 38.066,68 manat təşkil etmişdir. Bu hal isə birmənalı ona əsas verir ki, iddiaçını n güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində göstərilən şərtlərdən biri ödənilməmişdir.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi baradə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2021-ci il tarixli, 2-1(103)-2661/2021 nömrəli (hakimlər Səadət Bəktaşi- sədrlik edən və məruzəçi, Azər Hüseynov və Aida Hüseyn) qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 16 iyul 2021-ci il tarixli, 2-1(112)-4354/2021 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qər ara alınmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi baradə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
12. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən maddi normaların tələblərini pozmuş, mübahisəyə düzgün qiymət verməmişdir.
13. İşə baxılarkən ayrı-ayrı məhkəmə tərkibləri arasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və sairənin müəyyən edilməsinə münasibətdə fərqli hüquqi yanaşmaların mövcud olduğu müəyyən olunmuşdur. Bel ə ki, Azərbaycan Respublikası “Əmək Pensiyaları haqqında” Qanunun 31.1, 32.1, 37.7-ci maddələrinə, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahıya, Azərbaycan Respublikası Prezidentinin 01 may 2017-ci il tarixli, 1352 saylı Fərmanı ilə “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, ona 55 yaşdan, yəni 10 iyul 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına həvalə edilməsi barədə qərar çıxarılmalı idi. Lakin məhkəmə isə qanun pozuntularına göz yummuş, nəticəd ə ədalətli məhkəmə hüquqları kobud şəkildə pozulmuşdur, buna görə də, hesab edir ki, məhkəmə qərəzli mövqe tutmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapi talı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 15. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. 16. “Əmək p ensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 1.1.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıda kı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;
17. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirili r. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə müb ahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: Maddə 96.5.1. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 96.5.2. Apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələ b edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyas ının iş üzrə qəbul etdiyi 23 noyabr 2021-ci il tarixli, 2-1(103)-2661/2021 saylı qərarla və həmin qərardan iddiaçı tərəfindən verilmiş kassasiya şikayətindəki dəlillərlə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, məlum olduğu kimi, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X2 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 55 yaşdan, yəni 10 iyul 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Apellyasiya məhkəməsi özünün 23 noyabr 2021-ci il tarixli qərarı ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, iddiaçının iddiasının təmin edilməməsi barədə Bakı İnzibati Məhkəməsi nin 2-1(112)-4354/2021 nömrəli, 16 iyul 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı" na istinadən göstərmişdir ki, iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 4 element mövcud olmalıdır: a) İddiaçının 55 yaşına çatması; b) İddiaçının azı 20 il ümumi iş stajının mövcud olması; c) İddiaçının azı 10 il güzəştli iş stajının mövcud olması d) Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiyaya imkan verməsidir.
22. Həmçinin apellyasiya məhkəməsi tərəfindən qərarda yazılmışdır ki, iddiaçı yaş və ümumi stajla bağlı şərtləri ödəmişdir. Belə ki, iddiaçı xx.xx.1965-ci il tarixdə anadan olmuş və onun 55 yaşı 10.07.2020-ci il tarixdə tamam olmuşdur. İddiaçı 10.8.1982-ci il tarixdən 23.1.1991-ci il tarixədək “Nax.MSSR-nin 50 illiyi” üzümçülük sovxozunda fəhlə vəzifəsində (8 il 5 ay 13 gün), 5.2.1991-ci il tarixdən 15.1.1993-cü il tarixədək MTİ Trest “Sumqayıt kauçuk təmir-tikinti” Dəmir yollarının təmiri sahəsinə 2-ci dərəcəli fəhlə vəzifəsində (1 il 11 ay 10 gün), 10.2.1993-cü il tarixdən 5.11.2013-cü il tarixədək “Sintezkauçuk” MTTİİ-də fəhlə, iqtisadçı, aparatçı, tabelçi vəzifələrində (20 il 08 ay 25 gün), 28.11.2013-cü il tarixdən hal-hazıradək 01 saylı Abadlaşdırma sahəsinə 5-ci dərəcəli plyonkacı vəzifəsində işləyir (10.07.2020-ci il tarixədək 6 il 07 ay 12 gün). Gö ründüyü kimi iddiaçının 55 yaşı tamam olduğu 10.07.2020-ci il tarixədək 37 il 09 ay ümumi iş stajı mövcud olmuşdur.
23. Eyni zamanda apellyasiya məhkəməsi qərarında göstərmişdir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajı ilə əlaqədar isə qeyd edir ki, “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” X1 tərəfindən təqdim olunmuş güzəştli arayışlardan görünür ki, iddiaçı 07.02.2001-31.12.2005-ci ilə qədər “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” zavodunun yeni butadien sexində aparatçı, 01.01.2006-31.12.2006-cı ilə qədər “Azərkimya” İstehsalat Birliyinin “EtilenPolietilen” Zavodunun yeni butadien sexində aparatçı vəzifəsində, 21.09.2011-05.11.2013cü ilə qədər “Azərkimya” İstehsalat Birliyinin “Etilen-Polietilen” Zavodunun piroqazın və suyu n hazırlanması sexində aparatçı və 07.05.2014-10.07.2020-ci il tarixədək “Azərkimya” İstehsalat Birliyinin Təmir Tikinti İdarəsinin 2 saylı İzolyasiya sahəsində izoledici-plyonkaçı vəzifəsində işləmişdir. Sözügedən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 8 bölməsinin 8.1.1 bəndində və XXİX bölməsinin a bəndində göstərilmişdir. (10.07.2020-ci il tarixədək 14 il 2 ay 10 gün).
24. Beləliklə, yuxarıda göstərilənlərdən göründüyü kimi, Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və gös təricilərin Siyahısında” iddiaçıya 55 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün, apellyasiya məhkəməsinin özünün də qərarında təsbit etdiyi 4 elementdən 3 (üçünü) iddiaçı ödəmişdir, yəni iddiaçıda yaş, ümumi staj və güzəştli iş stajı mövcuddur.
25. Lakin apellyasiya məhkəməsi qeyd etmişdir ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 45600,00 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 38066,68 manat təşkil edir. Göründüyü kimi, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı qanunvericiliyə uyğun olaraq hesablanmış pe nsiya kapitalından az təşkil edir.
26. Daha sonra apellyasiya məhkəməsi qərarında belə qənaətə gəlmişdir ki, iddiaçının 55 yaşının 10.07.2020-ci il tarixdə tamam olduğunu nəzərə alsaq, iddiaçı həmin tarixədək ümumi və xüsusi stajı toplasa da onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olduğundan onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır.
27. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya məhkəməsi sözügedən məbləğlərə, istinad edərkən, (yəni müvafiq şəkildə 45.600 manat və 38.066,68 manat pensiya kapitalı), özü həmin rəqəmlərin hesablanmasının düzgünlüyünü və dəqiqliyini yoxlamamış, sadəcə olaraq cavabdehin iddiaçının iddiasına verdiyi etirazında göstə rmiş olduğu rəqəmləri əsas götürmüşdür.
28. Digər tərəfdən xüsusi olaraq qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində deyilir ki, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
29. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, işdə olan “EtilenPolietilen” zavodunun 20.07.2017-ci il tarixli arayışlarından görünür ki, iddiaçı Nazirlər Kabinetinin yuxarıda göstərilmiş Siyahısında sadalanan güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verən vəzifələrdə 7 fevral 2001-ci il tarixdən 31 dekabr 2005-ci il tarixə kimi, həmçinin 1 yanvar 2006-cı i l tarixdən 31 dekabr 2006-cı il tarixə qədər işləmişdir (iş səh. 7,8).
30. Yəni, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək (31 mart 2006-cı il ) güzəştli şərtlərlə pensiya almaq hüququnu verən vəzifələrdə artıq 5 il 1 ay 21 gün işləmişdir (7 fevral 2001-ci ildən 31 mart 2006-cı ilədək olan müddətdə).
31. Başqa sözlə iddiaçının 31 mart 2006-cı il tarixədək, yəni adıçəkilən yeni qanun qəbul edildikdən sonrakı dövrə görə güzəştli şərtlərlə pensiya hüququ almaq üçün 4 il 10 ay 9 gün müddəti çatışmırdı ki, həmin müddəti iddiaçı sonradan əldə etmişdir, belə ki, apellyasiya məhkəməsi özü qərarında yazmışdır ki, sözügedən xüsusi staj 14 il 2 ay 10 gün təşkil edir.
32. Bununla bağlı olaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi qərarında bəhs edilən “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı” iddiaçının işlədiyi 2006-cı ildən bəri bütün müddət ərzində deyil, yalnız xüsusi staj tələb olunan (yəni 10 il), başqa sözlə 2006-cı ilin 31 mart tarixinədək çatışmayan 5 il 1 ay 21 gün müddətə görə araşdırılaraq hesablanmalı idi.
33. Lakin apellyasiya instansiyası məhkəməsi bunu etməyərək iş üzrə yanlış nəticəyə gəlmişdir.
34. Eyni zamanda qeyd edilərək nəzərə alınmalıdır ki, hazırkı iddiaçıya münasibətdə “fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı” anlayışı “Əmək pensiyaları haqqında” Qanuna 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli qanunla əlavə edilmişdir ki, qanuna olan bu əlavə 1 iyul 2017-ci il tarixdən qüvvəyə minmişdir.
35. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti q ismən təmin edilməli, apellyasiya məhkəməsi inzibati kollegiyasının 23 noyabr 2021-ci il tarixli, 2-1(103)-2661/2021 nömrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə iş üzrə əlavə sübutlar araşdırılması zəruri olduğundan təmin edilməməlidir.
36. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2021-ci il tarixli 2-1(103)-2661/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.