Məhkəmə qərarları › İş №2-1(102)-602/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-602/2024

06.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-602/2024 06.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işdən azad edilmə ilə bağlı əmrin ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “işdən azad edilmə ilə bağlı əmrin ləğv edilməsi, işə bərpa olunma və itirilmiş məvacibin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-436/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdehin xx.xx.2017-ci il tarixli 21 nömrəli əmrinə, xx.xx.2017-ci il tarixli 191 nömrəli əmrinə və xx.xx.2017-ci il tarixli 227 nömrəli əmrinə əsasən iddiaçı xx.xx.2017-ci il tarixdən “Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanununun 28.7-ci maddəsinə əsasən 6 ay müddətinə stajçı kimi Cavabdeh başçısının Yuxarı Seyidlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə, xx.xx.2017-ci il tarixdən 6 (altı) ay staj müddətinin bitməsi nəzərə alınaraq “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.7-ci maddəsinə əsasən 3 ay sınaq müddətinə dövlət qulluğuna, xx.xx.2017-ci il tarixdən “Dövlət qulluğu h aqqında” Azərbaycan Respublikası Qanununun 28.7-ci maddəsinə əsasən daimi dövlət qulluğuna qəbul edilmiş, kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir.

2. Cavabdehin xx.xx.2021-ci il tarixli 34 nömrəli əmrinə əsasən iddiaçıya, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.1, 18.0.2, 18.0.3-cü maddələrinin tələblərini və əmək intizamını pozmasına görə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.1-ci maddəsinə uyğun olaraq töhmət verilmişdir.

3. Cavabdeh tərəfindən Dövlət İdarəsi İşçiləri və Xidmət İşçiləri Həmkarlar İttifaqı Cavabdeh Həmkarlar Təşkilatının sədri Nicat Umudova göndərilən xx.xx.2021-ci il tarixli, 01/464-1 nömrəli məktuba əsasən cavabdeh həmin həmkarlar təşkilatına iddiaçı barəsində dövlət qulluğundan azad olunma barədə məsələ i lə bağlı rəy verilməsi üçün müraciət etmişdir.

4. Dövlət İdarəsi İşçiləri və Xidmət İşçiləri Həmkarlar İttifaqı Cavabdeh Həmkarlar Təşkilatının xx.xx.2021-ci il tarixli iclas protokolunda və Cavabdeh başçısının kənd İƏD-i üzrə nümayəndəliklərinin ilk Həmkarlar Təşkilatının xx.xx.2021-ci il tarixli iclas protokolunda iddiaçı barəsində dövlət qulluğundan azad edilməsi ilə bağlı intizam tənbehinin tətbiq edilməsinə razılıq verilməsi qeyd edilmişdir.

5. Cavabdeh Başçısı Aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri X3 cavabdehə təqdim etdiyi xx.xx.2021-ci il tarixli təqdimata görə, Yuxarı Seyidlər kənd İƏD üzrə nümayəndəsi İddiaçı “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə’’nin 5-ci bəndi ilə müəyyənləşdirilmiş inzibati ərazi dairələri üzrə yerli icra h akimiyyəti başçısı nümayəndələrinin vəzifə və səlahiyyətlərinin icrasına səhlənkar yanaşır, Rayon icra hakimiyyəti başçısının əmr və sərəncamlarının, rayon İHB yanında Şura qərarlarının yerdə icrası ilə bağlı heç bir fəaliyyət göstərmir, nümayəndəliyin fəaliyyətini təşkil etmək üçün tərtib edilmiş perspektiv iş planı formal xarakter daşıyır, bu plana uyğun ərazidə iş qurulmur. Əhalinin sosial əhəmiyyətli sifarişlərini öyrənərək həlli üçün tədbirlər görmür və ya bununla bağlı rayon icra hakimiyyətinin başçısına təkliflər vermir. Nümayəndəlikdə kargüzarlıq işləri mövcud təlimatların tələblərinə uyğun qurulmamış, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 15 sentyabr 2015-ci il tarixli Qanunu ilə müəyyən edilmiş qaydada vətəndaşların qəbulu həyata keçirilmir, onların əri zə, şikayət və təkliflərinə vaxtında baxılmır və icrası üçün lazımi tədbirlər görülmür. Bunun nəticəsidir ki, Yuxarı Seyidlər və Siləyli kəndlərinin sakinləri tərəfindən rayon icra hakimiyyətinə və yuxarı orqanlara çoxsaylı müraciətlər göndərilir. Təsərrüfatbaşına uçot kitabının, habelə təsərrüfat üzvlərinin və müvəqqəti yaşayan şəxslərin siyahısının aparılmasında və onların elektron daşıyıcılara köçürülməsində çox ciddi nöqsanlar vardır. Nümayəndəlikdə əmək intizamına əməl olunmur, nümayəndənin özü və tabeliyində olan işçilər tez-tez əmək intizamını pozur, iş yerində olmurlar. Bununla bağlı onlar haqqında intizam tənbehi tədbirləri görülsə də onlar bundan lazımi nəticələr çıxarmırlar. İddiaçı dövlət qulluqçusuna uyğun olmayan hərəkətlərə yol verir, bunun nəticəsində nümayəndəliyin və rayo n icra hakimiyyətinin nüfuzuna xələl gətirir. O, rayon icra hakimiyyəti tərəfindən verilən tapşırıqların inzibati ərazi dairəsində icrası üçün konkret əsaslı heç bir iş görmür. Belə ki, son 4 ildə ərazidə tut bağı salmaq üçün verilmiş minlərlə tut tingləri baxımsızlıq səbəbindən məhv olmuşdur. O, səlahiyyətlərinə aid olmayan işlərlə məşğul olur, bələdiyyə torpaqlarından kənd sakinlərinə qanunsuz olaraq icarəyə torpaq sahələri verir. İddiaçı rayon icra hakimiyyəti başçısı aparatının işçilərinə qarşı dövlət qulluqçusunun etik davranış normalarına uyğun olmayan hərəkətlər edir, bəzi hallarda isə rəsmi iclaslarda özünü düzgün apara bilmir, çıxışlarında əsası olmayan fikirlər səsləndirməklə iclasın gedişinə maneçilik törədir. Rayon icra hakimiyyəti başçısının köməkçisi Səməd Cəfərov xx.xx.202 1-ci il tarixdə rayon rəhbərinin tapşırığını İddiaçı çatdırarkən o, təhqiramiz sözlərlə S.Cəfərovu təhqir etmiş, ona edilmiş müraciətə baxmayaraq zor tətbiq etməklə rayon icra hakimiyyətinin binasına daxil olmağa cəhd göstərmişdir. O, belə hərəkətlərə müxtəlif vaxtlarda müxtəlif yerlərdə, o cümlədən polis şöbəsində də yol vermişdir. İddiaçı rayon icra hakimiyyəti başçısının nümayəndəsi kimi öz üzərinə düşən vəzifənin öhdəsindən gəlməməklə vaxtaşırı olaraq dövlət qulluqçusuna yaraşmayan hərəkətlər etməklə rayon icra hakimiyyətinin və yerli nümayəndəliyin nüfuzuna ciddi xələl gətirir.

6. Cavabdehin xx.xx.2021-ci il tarixli 55 nömrəli əmrinə əsasən iddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinin və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci mad dəsinin “c” bəndinə əsasən xx.xx.2021-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Həmin vəzifənin müvəqqəti icrası nümayəndənin müavini Şahid1 həvalə edilmişdir.

7. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, 01/566 nömrəli məktubunda xx.xx.2021-ci il tarixli 55 nömrəli işdən azad olunma barədə əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin texniki səhv olaraq “c” kimi göstərildiyi, düzəliş edilmiş əmrin surətinin məlumat üçün göndərildiyi qeyd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən barəsində verilmiş xx.xx.2021-ci il tarixli töhmətin, eləcə də 55 saylı, xx.xx.2021-ci il tarixli işdən azad edilməsi ilə bağlı əmrin ləğv edilməsi və iş ə bərpa olunub, itirilmiş məvacibin ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə vəsatət təqdim edərək, iddia qaldırılması üçün ötürülmüş prosessual müddətin bərpa olunmasını xahiş etmişdir.

10. Şəki İnzibati Məhkəməsinin 25 oktyabr 2021-ci il tarixli, 2-1(116)-1452/2021 nömrəli qərardadı ilə “xx.xx.2021-ci il tarixli, 55 nömrəli işdən azad edilməsi ilə bağlı əmrin ləğv edilməsi və işə bərpa olunub, itirilmiş məvacibin ödənilməsi tələbinə dair” hissədə iddia ərizəsinin verilməsi üçün buraxılmış müddət üzrlü hesab edilərək bərpa edilmiş, iddia tələbinin “xx.xx.2021-ci il tarixli töhmətin ləğv edilməsi” hissəsində prosessual müddət üzrsüz səbəblərdən buraxıldığından bərpa edilməmişdir.

11. İddiaçı, iddia tələbinin dəqiqləşdirilməsi ba rədə ərizə təqdim edərək xx.xx.2021-ci il tarixli işdən azad edilməsi ilə bağlı əmrin ləğv edilməsi və işə bərpa olunub, itirilmiş məvacibin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1979-cu il tarixdən əmək fəaliyyəti ilə məşğuldur, ali təhsillidir. Uzun müddət kənd təsərrüfatında çalışmışdır. xx.xx.2017-ci il tarixdən etibarən Zərdab Rayonu İcra Hakimiyyəti başçısının Yuxarı Seyidlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi kimi çalışırmış. İşinə məsuliyyətlə yanaşır, ona verilən tapşırıqla vaxtında icra edir. Rayon Ərazi İdarəetmə sahəsinin müdiri Ramiz Məmmədovun tapşırıq əsasında kənd sakinlərini öz şəxsi avtomobili ilə rayon mərkəzinə vaksinə aparıb gətirirmiş. 9 mart 2021-ci il saat 11 radələrində Ramiz Məmmədovun şəx sən göstərişinə əsasən “Yuxarı Seyidlər” kənd sakinləri Məmmədov Nüsrət, Məmmədova Bahar, Bəkirova Nargilə və Məmmədova Afəti şəxsi maşını ilə Zərdab rayon Mərkəzi xəstəxanasına aparmışdır. Həmin gün Cavabdeh Ərazi İdarəetmə şöbəsinin müdir müavini Vahid müəllim saat 12 radalarında Yuxarı Seyidlər kəndinə gələrək əmək intizamlarını yoxlamış, işdə heç kim olmamışdır. Belə ki, müavini Şahid1 Yusif qızı həmin gün saat 11 tamamda cibindən taksi tutub vaksinləşmə üçün kənd sakinlərindən 4 nəfər rayon mərkəzinə aparıb, mühasibi X8 da maliyyə hesabatı ilə bağlı rayon mərkəzində olmuşdur. Aşkar üzrlü səbəbə baxmayaraq, Vahid müəllim akt tərtib edib rəisi Ramiz Məmmədova təqdim etmiş, həmin akta əsasən ona, müavinə və mühasibə töhmət verilmişdir. X16 Aparatın sənədlər və vətəndaşların müraciətlər i ilə iş şöbəsinə çağırmış, töhməti elan etmiş və razı olması barədə imzalamasını demişdir. İmzalamaqdan imtina etdikdə Ramiz Məmmədov işdən çıxarılacağını demiş, bundan sonra məcbur olub yalan əsasa görə verilmiş töhmətlə razılaşması barədə imza etmişdir. xx.xx.2021-ci il tarixdə başçının köməkçisi Səməd Qardaşxan oğlu telefon edərək Sileyli kənd sakinləri Cəlilov Elbrus, Qurbanov Rəcəb, Əhmədov Fehruz və İbişov Məqsədə torpaq verdiyini demişdir. Heç kimə bir metr olsun torpaq vermədiyini, belə səlahiyyəti olmadığını bildirmişdir. Bundan sonra Başçının göstərişi ilə onun, Əli müəllimin, Ramiz Məmmədovun, sahə müvəkkili və iki nəfər polis nəfəri ilə Sileyli kəndinə gəlmişlər. Həmin adları çəkilən 4 nəfəri dəvət edib torpaq sahələrinə baxış keçirmişlər. Sonra onları sorğu sual etmişlər ki, iddiaçı onlara torpaq verib ya yox. Hamısı da iddiaçının bir metr belə torpaq sahəsi vermədiyini demişdir. Ancaq buna baxmayaraq xx.xx.2021-ci il tarixdə İH-nin Hüquq şöbəsinin müdiri Vasif, Ramiz Məmmədov və Əli müəllim iş yerinə gələrək onun Əmək Məcəlləsinin 70 c maddəsi ilə işdən çıxarıldığını deyib əmrin surətini vermişlər. Nə üçün maddə ilə işdən çıxarıldığını soruşduqda ərizə verib işdən xoşluqla çıxmadığını bildirdiyinə görə maddə ilə işdən azad etdiklərini demişlər. Ona ərizə ver işindən get deyən İcra Hakimiyyətinin işçilərinə işindən heç bir şikayət olmadığı, nöqsanı, iradı olmadığı halda nə üçün işdən çıxmağı haqqında başçıya ərizə verməli olduğunu desə də, görünür, başçı hansısa yanlış mülahizəsinə görə ona əsassız yerə töhmət verib, ardınca da hələ də ona məlum olmayan səbəbə görə işdən maddə ilə çıxartmışdır. Bu hal onun üçün qurulmuş aşkar bir oyun idi, hələ də işdən nə üçün çıxarıldığını bilmir və bu haqda ona heç nə demirlər.

13. Şəki İnzibati Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2-1(116)-302/2022 nömrəli qərarı ilə (hakim X9) iddia təmin edilmiş, cavabdehin İddiaçı tutduğu vəzifədən azad edilməsi ilə bağlı xx.xx.2021-ci il tarixli, 55 nömrəli əmri ləğv edilmiş, iddiaçının Zərdab Rayon İHB-nın Yuxarı Seyidlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə bərpa edilərək məcburi işburaxma müddəti üçün itirilmiş məvacibin ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçının qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yet irmədiyinə dair (o cümlədən, vətəndaşların qəbulunun həyata keçirilməməsi, onların ərizə, şikayət və təkliflərinə vaxtında baxılmaması və icrası üçün lazımı tədbirlər görülməməsi və bunun nəticəsində Yuxarı Seyidlər və Siləyli kəndlərinin sakinləri tərəfindən rayon icra hakimiyyətinə və yuxarı orqanlara çoxsaylı müraciətlər göndərilməsi barədə) həmçinin iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulmasını, hər hansı formada ziyan dəyməsini xx.xx.2021-ci il tarixli əmrində əsaslandırmamış, məhkəmənin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli sorğularında müvafiq əsaslanmanın tələb edilməsinə baxmayaraq, cavabdeh tərəfindən məhkəmə icraatı zamanı bu barədə hər hansı mötəbər sübut təqdim edilməmişdir.

15. Daha sonra qeyd edilmişdir ki, cavabdeh tərəfindən Əmək Məcəlləsini n həm də 80-ci maddəsində imperativ qaydada müəyyən edilən normalar pozularaq həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan iddiaçı ilə əmək müqaviləsi pozulmuş, lakin sonradan cavabdeh orqan səlahiyyətlərinin ona verdiyi imkanlardan sui-istifadə etməklə məhkəmə araşdırmasının gedişatında öyrəndiyi, ilkin inzibati icraatda yol verdiyi nöqsan və çatışmazlıqları tabeçiliyində olan insan resurslarından və texniki imkanlardan istifadə etməklə, geriyə tarixlə sənədlərin tərtibi yolu ilə aradan qaldırmağa cəhd edərək, qanunvericiliyin tələblərini dəfələrlə və kobud şəkildə pozmuş, bununla da qəbul etdiyi qanunsuz inzibati aktın hüquqi cəhətdən tanınmasına nail olmağa çalışmışdır.

16. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd olu nmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

17. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 2-1(107)-186/2022 nömrəli qərarı (hakimlər X12 (məruzəçi), X4 və X13) ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 29 aprel 2022ci il tarixli, 2-1(116)-302/2022 nömrəli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli 01/464-1 nömrəli təqdimatına əsasən, Rayon İcra Hakimiyyəti başçısının Yuxarı Seyidlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İddiaçı fəaliyyətində ciddi nöqsanlara yol verdiyini, bu nöqsanlarla bağlı bir neçə dəfə haqqında intizam tənbeh tədbirləri görülməsinə baxmayaraq l azımi nəticə çıxarmadığını nəzərə alaraq onun dövlət qulluğundan azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi məsələsinə Dövlət İdarəsi işçiləri və Xidmət İşçiləri Həmkarlar İttifaqı Cavabdeh başçısı X1 yığıncağında müvafiq rəy verilməsi göstərilmiş, xx.xx.2021-ci il tarixdə Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli təqdimatına əsasən Yuxarı Seyidlər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi İddiaçı barəsində dövlət qulluğundan azad edilməsi intizam tənbehinin tətbiq edilməsi məsələsinin müzakirə edilməsi məqsədilə Adəm Rəhimlinin sədrliyi ilə 86 nəfərin iştirakı ilə iclas keçirilmişdir. Qeyd edilən hal məhkəmə kollegiyasına təqdim edilmiş Dövlət İdarəsi İşçiləri və Xidmət İşçiləri Həmkarlar İttifaqı Cavabdeh başçısının kənd inzibati ərazi dairələri üzrə nümayə ndəliklərinin ilk Həmkarlar Təşkilatının iclas kitabları ilə də öz təsdiqini tapmışdır.

19. Bundan əlavə, iddiaçının qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyi, işə vaxtında gəlmədiyi, rayon icra hakimiyyəti tərəfindən keçirilən iclaslarda özünü düzgün apara bilməməsi və s. kimi hallar iş materialları və məhkəmə kollegiyasının iclasında iştirak edən şahidlərin ifadələri ilə öz təsdiqini tapmışdır.

20. Sərt karantin qaydalarının qüvvədə olduğu müddətdə 86 və 34 nəfərin iştirakı ilə iclas keçirilməsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyinə münasibət bildirən məhkəmə kollegiyası qeyd etmişdir ki, kollegiyanın iclasında şahid qismində dindirilmiş şəxslər həmin zalın 250 nəfərlik zal olduğunu və yalnız 86 nəfərin i ştirak etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə Adəm Rəhimlinin sədrliyi ilə xx.xx.2021-ci il tarixdə keçirilən iclas sərt karantin qaydalarının qüvvədə olduğu müddətdə keçirilsə də, qanuni əsaslarla keçirilmişdir.

21. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, məhkəmə kollegiyasının iclasında iştirak edən şahidlərə Cavabdeh tərəfindən təzyiq göstərilməsi ilə bağlı verilən suallara şahidlər tərəfindən cavabdeh orqanın onlara hər hansı təzyiqinin olmaması bildirilmişdir. Həmçinin, həmin şəxslərin cavabdeh inzibati orqandan birbaşa asılı olması onların verdikləri ifadələrin yalan olması və ya cavabdehin təzyiqi ilə verilməsi demək deyildir.

22. Həmkarlar təşkilatının protokollarının cavabdehin yol verdiyi nöqsanları aradan qaldırmaq məqsədilə sonradan tərtib etməsi il ə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qəbul etməyən apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə iddiaçının dövlət qulluğundan azad edilməsi məsələsinin müzakirəsi ilə bağlı olan iclasın predmeti xx.xx.2021-ci il tarixli Cavabdeh başçısı tərəfindən Dövlət İdarəsi İşçiləri və Xidmət İşçiləri Həmkarlar İttifaqı Cavabdeh Həmkarlar Təşkilatının sədri Nicat Umudova göndərilən 01/464-1 nömrəli təqdimat olmuşdur. xx.xx.2021-ci il tarixdə İddiaçı dövlət qulluğundan azad edilməsi məsələsinin müzakirəsi ilə bağlı olan iclasın Cavabdeh başçısının xx.xx.2021-ci il tarixli təqdimatına əsasən keçirilməsi iş materialları və şahid ifadələri ilə öz təsdiqini tapmışdır.

23. Bundan başqa, iş materialları və məhkəmə kollegiyasının iclasında dindirilmiş şahidl ərin ifadələrindən də göründüyü kimi, iddiaçı rayon icra hakimiyyəti başçısının aparatının işçilərinə qarşı dövlət qulluqçusunun etik davranış normalarına uyğun olmayan hərəkətlər edir, bəzi hallarda isə rəsmi iclaslarda özünü düzgün apara bilmir. Bununla bağlı, məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddiaçı kollegiyanın iclasında da məhkəmə iclasında göstərilən qaydalara riayət etməmiş, ona məhkəmə iclasındakı davranışına və məhkəmə iclasının keçirilməsinə maneçilik törətdiyinə görə şifahi xəbərdarlıq elan edilmişdir.

24. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiyası məh kəməsindəki birinci icraat

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 11 aprel 2023cü il tarixli, 2-1(102)-515/2023 nömrəli qərarı (hakimlər X14 (məruzəçi), X2 və X5) ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 2-1(107)-186/2022 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh əmrin hüquqi əsası kimi “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsinə istinad etmişdir. Həmin normaya görə, dövlət qulluqçusu “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə onun dövlət qulluğuna xitam verilə bilər. Beləliklə, əmrin hüquqi əsası kimi isti nad edilən 33.1.6-cı maddənin tətbiqi üçün Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulan şərt (dövlət qulluğundan azad edilmə) baş verməlidir. 25.2.6cı maddə isə yalnız Qanunun 25.6-cı maddəsində nəzərdə tutulan hallardan (vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə) ən azı biri mövcud olduqda tətbiq oluna bilər. “Dövlət qulluğu haqqında” Qanun “kobud” pozuntunun nədən ibarət olduğunu açıqlamır. Bu səbəbdən, inzibati orqan pozuntunun “adi” deyil, məhz “kobud” pozuntu olduğunu əsaslandırmaq öhdəliyi daşıyır. “Mütəmadi olaraq pozuntulara yol verildikdə” müddəası isə dövlət qulluqçusuna yalnız o halda, tətbiq oluna bilər ki, “Dövlət qulluğu haqqında” Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələblər dövlət qulluqçusu tərəfindən davamlı olaraq pozulmuş olsun. İddiaçıya cavabdehin xx.xx.2019-cu il tarixli, 16 nömrəli əmrinə əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.4, 18.0.12 və 25.2.1-ci maddələrinin əsasən töhmət verilmişdir. Bundan sonra, iddiaçıya növbəti töhmət cavabdehin xx.xx.2021-ci il tarixli, 34 nömrəli əmri ilə verilmişdir (“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.1, 18.0.2, 18.0.3 və 25.2.1-ci maddələrinə əsasən). Göründüyü kimi, iddiaçıya verilən iki töhmət arasında iki ildən çox vaxt olmasına baxmayaraq, cavabdeh iddiaçının əməlində kobud pozuntunun mütəmadiliyini (davamlı olaraq baş verdiyini) sübut edə bilməmişdir. 27. “Dövlət qulluğu haqqında” Qanunun 20-ci maddəsinə gəldikdə, həmin normada dövlət qulluqçusu barəsində məhdudiyyətlərdən bəhs olunur və cavabdehin mübahisələndirilən əmrində “Dövlət qulluğu haqqında” Qanunun 20-ci maddəsinin tələblərinin iddiaçı tərəfindən pozulduğuna istinad yoxdur.

28. Bundan başqa, “Dövlət qulluğu haqqında” Qanunun 25.3-cü maddəsinə əsasən, bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. Həmin Qanunun 25.4-cü maddəsinə əsasən, xidməti yoxlamanın aparılması qaydası müvafiq icra h akimiyyəti orqanı tərəfindən müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsi işin hallarını yuxarıda qeyd edilən normaların tələbləri baxımından tam və hərtərəfli araşdırmamışdır.

29. İddiaçı barəsində inzibati orqan tərəfindən, ümumiyyətlə, araşdırmanın (xidməti yoxlamanın) aparıldığı, müsbət halda, araşdırma aparılmasının qaydalarına riayət olunduğu qərarda əsaslandırılmamışdır. Əmrin faktiki əsası kimi Cavabdeh başçısı Aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri X3 cavabdehə təqdim etdiyi xx.xx.2021-ci il tarixli təqdimat göstərilmiş, lakin mübahisələndirilən inzibati akt əsaslandırılmamışdır. Əmrdə istinad edilən təqdimatda iddiaçının vəzifə və səlahiyyətlərinin icrasına səhlənkar yanaşması, icra hakimiyyəti başçısının əmr və sərəncamları i lə bağlı heç bir fəaliyyət göstərməməsi, perspektiv iş planın formal xarakter daşıması, ərazidə işin bu plana uyğun qurulmaması, nümayəndəlikdə kargüzarlıq işlərinin mövcud təlimatların tələblərinə uyğun qurulmaması, vətəndaşların qəbulunun həyata keçirilməməsi, əmək intizamına əməl olunmaması və s. kimi ümumi qənaət göstərilmiş, qeyd edilən halların baş verməsi ilə bağlı nə təqdimatda, nə də mübahisələndirilən əmrdə heç bir əsaslandırma aparılmamışdır. Halbuki, Əmək Məcəlləsinin 71-ci maddəsinin tələbinə görə, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

30. Bundan başqa, cavabdehin məhkəməyə təqdim etdiyi materiallara görə, RİH başçısı Zərdab RİHB X1 sədrinə xx.xx.2021-ci il tar ixdə təqdimatla müraciət etmiş, müraciətə 4 vərəqdən ibarət sənədlər - əmr, təqdimat və akt əlavə edildiyi göstərilmişdir. Mübahisələndirilən xx.xx.2021-ci il tarixli əmrin əsası kimi istinad edilən təqdimatın xx.xx.2021-ci il tarixdə tərtib olunduğu nəzərə alındıqda, Həmkarlar Təşkilatının xx.xx.2021-ci il tarixli iclasında cavabdehin hazırkı məzmunda əmrinin qəbul edilməsinə səbəb ola bilən hansı təqdimatın müzakirə olunduğu, başqa sözlə, Həmkarlar Təşkilatının müəyyən və tədqiq edilmiş məhz hansı faktlara əsaslanmaqla iddiaçının işdən azad edilməsi qənaətinə gəldiyi araşdırmanın predmeti olmayıb. Apellyasiya instansiyası məhkəməsi şahidlərin ifadələri əsasında iddiaçının etik davranış normalarına uyğun olmayan hərəkətlər etdiyi qənaətinə gəlmiş, lakin "Dövlət qulluqçularının etik davran ış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına cavabdehin əmrində istinad olunmadığı halda, həmin Qanunun məhkəmənin özü tərəfindən hazırkı mübahisəyə tətbiqini zəruri edən şərtlər məhkəmə qərarında göstərilməmişdir. İddiaçının əsas dəlillərindən biri cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli əmr verilərkən qanunvericiliyin tələblərinin dəfələrlə və kobud şəkildə pozulmasından ibarətdir.

31. Məhkəmə kollegiyası, həmin dəlillə bağlı qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən əmr qəbul edilən zaman cavabdeh tərəfindən inzibati icraatın qanunvericiliyin tələblərinə uyğun aparılıb-aparılmadığı tam, hərtərəfli və obyektiv şəkildə tədqiq olunmamış, onlara yuxarıda istinad edilən normaların tələblərinə uyğun qiymət verilməmişdir. Belə ki, idd iaçının əmək müqaviləsinə xitam verilməsi barədə mübahisələndirilən xx.xx.2021-ci il tarixli, 55 nömrəli əmrdə ilk öncə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə istinad edilməsi (əmək müqaviləsinə həmin norma ilə xitam verilməsi üçün həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı tələb edilmir), iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra eyni tarixli, eyni nömrəli yeni əmrin verilərək iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə (əmək müqaviləsinə həmin norma ilə xitam verilməsi üçün həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı tələb olunur) xitam verildiyinin göstərilməsi ilə bağlı cavabdehin hərəkətləri və onun hüquqi nəticələri “Dövlət qulluğu haqqında” Qanunun, Əmək Məcəlləsinin və “İnzibati icraat haqqında” Qanunun tə ləblərinə uyğun olaraq tədqiq olunmamış, cavabdehin sonradan – xx.xx.2021-ci il tarixdə geri tarixlə və eyni nömrə ilə yeni inzibati akt (əmr) tərtib etməsinin (qəbul etməsinin) hüquqi əsaslarını göstərməmişdir. ç) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

32. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 oktyabr 2023-cü il tarixli, 2-1(107)-436/2023 nömrəli qərarı (hakimlər X10 (məruzəçi), X15 və X6) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2-1(116)-302/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

33. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

34. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xah iş etmişdir. KASSASİYA ŞİKAYƏTLƏRİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

35. Kassasiya şikayətində “Dövlət qulluğu haqqında” Qanunun 25.6-cı, Əmək Məcəlləsinin 72-ci maddəsinə, eləcə də İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyi qanunsuz və əsassızdır.

36. Belə ki, İPM-in 58.7-ci maddəsinin tələbinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiyəmətləndirilir. İş materiallarından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli 34 nömrəli əmrinə əsasən iddiaçıya “Dövlət qulluğu haqqında” Qanunun 18.0.1, 18.0.2, 18.0.3-cü maddələrinin tələblərini və əmək intizamını pozmasına görə “Dövlət qulluğu haqqında” Qanunun 25.2.1-ci maddəsinə uyğun olaraq töhmət verilmişdir. Məhkəmə işdə olan bu sübutu lazımi şəkildə araşdırmamış və hər hansı hüquqi qiymət verməmişdir. Digər tərəfdən məhkəmə işdə olan bir sıra vətəndaşlar tərəfindən “iddiaçı barəsində cavabdehə ünvanlanmış və iddiaçının öz vəzifələrinin icrasının pozmasını təsdiq edən” müraciət və şikayətləri də araşdırmamış və heç bir qiymət verməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 38. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarını n həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət; 1.1.2. dövlət qulluğunun xüsusi növü – xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmə; 1.1.3. dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisi; Maddə

18. Dövlət qulluqçusunun əsas vəzifələri 18.0. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 18.0.1. qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli; 18.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; 18.0.3. dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; 18.0.4. başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; 18.0.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli; 18.0.6. lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli; 18.0.7. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən dövlət qulluğuna xitam verildikdən sonra da saxlamalı 18.0.8. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli; 18.0.9. qulluq keçdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməli 18.0.10. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə qulluq keçməli və ya başqa vəzifələri icra etməli; 18.0.11. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli; 18.0.12. etik davranış qay dalarına əməl etməlidir. M a d d ə

20. Dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlər 20.1. Dövlət qulluqçusunun aşağıdakılara ixtiyarı yoxdur: 20.1.1. əlavə ödənişli (əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvəqqəti əvəz edilməsi halları istisna olmaqla), heç bir seçkili və ya təyinatlı vəzifə tutmağa; 20.1.2. elmi və yaradıcılıq fəaliyyəti istisna olmaqla, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmağa; 20.1.3. dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin nümayəndəsi olmağa; 20.1.4. dövlət qulluğuna xitam verildikdən sonra Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində öz qulluq fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməyə; 20.1.5. qulluq keçdiyi dövlət orqanı rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına oraya getməyə; 20.1.6. qulluq vəzifələrini icra etdiyi dövrdə siyasi partiyaların fəaliyyətində iştirak etməyə; 20.1.7. tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə; 20.1.8. dini təbliğ etmək üçün dövlət qulluqçusunun statusundan istifadə etməyə və dövlət orqanlarının tabeliyindəki obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter verməyə. 20.2. Seçki komissiyasının həlledici səs hüquqlu üzvü dövlət qulluğunda ola bilməz. 20.3. Dövlət qulluqçusu bu maddənin tələblərinə zidd hərəkət etdikdə, əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, xəbərdarlıq aldıqdan sonra otuz gün ərzində o, dövlət qulluğuna, yoxsa başqa fəaliyyətə üstünlük verdiyini özü üçün müəyyən edərək gəldiyi qərar barəsində qulluq keçdiyi dövlət orqanının rəhbərinə məlumat verməlidir. Maddə

25. Dövlət qulluqçusunun məsuliyyəti 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatd an olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. 25.3. Bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. 25.4. Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 25.5. Dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzə rdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. 25.6. Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. 25.7. Bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qul luq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər. 25.8. İntizam tənbeh tədbirinin tətbiq edilməsi barədə əmrdən, onun imzalandığı gündən 7 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına şikayət vermək olar. Bu zaman həmin orqan tərəfindən intizam tənbeh tədbiri 10 iş günü müddətində ləğv olunmalı və ya qüvvədə saxlanılmalıdır. Tətbiq olunmuş intizam tənbeh tədbirindən şikayət verilməsi qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir. 25.9. Dövlət qulluqçusu qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada inzibati və cinayət məsuliyyətinə cəlb oluna bilər. 25.10. Dövlət qulluqçusu onun təqsiri üzündən dəymiş zərər üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maddi məsuliyyət da şıyır. Dövlət qulluqçusunun qanuna uyğun hərəkətləri nəticəsində dəymiş zərərin əvəzi tam həcmdə Azərbaycan Respublikasının dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikasının büdcəsinin vəsaiti hesabına ödənilir. 25.11. Dövlət qulluqçusu “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur. Maddə

33. Dövlət qulluğuna xitam verilməsi 33.1. Dövlət qulluğuna aşağıdakı əsaslarla xitam verilə bilər: 33.1.1. dövlət qulluqçusunun öz arzusu ilə; 33.1.2. dövlət orqanı ləğv edildikdə; 33.1.3. dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə; 33.1.4. qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə; 33.1.5. dövlət qulluqçusunun aldığı sertifikatın qüvvədə olma müddəti bitdikdə və dövlət qulluqçusu növbəti sertifikat ala bilmədikdə; 33.1.6. Bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə; 33.1.7. Azərbaycan Respublikası vətəndaşlığına xitam verildikdə; 33.1.8. qanunvericilik və ya yerli özünüidarə orqanlarına seçildikdə, habelə hakim təyin edildikdə, əgər onlar həmin vəzifələrdən imtina etmədikdə; 33.1.9. qanunvericilikdə daha uzun müddət müəyyən edilməyibsə, əmək qabiliyyətinin fasiləsiz olaraq altı aydan çox müddətə tam itirilməsi ilə əlaqədar dövlət qulluqçusu əmək funksiyasını yerinə yetirə bilmədikdə; 33.1.10. məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbi rlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş qərarı olduqda; 33.1.11. dövlət qulluqçusu vəfat etdikdə, habelə məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə; 33.1.12. dövlət qulluğunda olmanın yaş həddinə çatdıqda. 33.2. Dövlət qulluqçusu müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə dövlət qulluğundan çıxdıqda, ona qanunvericiliyə uyğun olaraq digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ümumi qaydada hesablanmış aylıq pensiyasının 6 misli məbləğində birdəfəlik haqq verilir və bu məbləğdən vergi tutulmur. 33.3. Dövlət orqanı rəhbərinin dövlət qulluğunu davam etdirmək barədə qərarı olarsa, dövlət qulluqçusu öz arzusu ilə dövlət qulluğundan çıxmaq barədə ərizəni verdiyi gündən 1 ay ərzində dövlət qulluğunu davam etdirməlidir. Zərurət olduqda, həmin müddət dövlət orqanının rəhbəri tərəfindən əlavə olaraq 1 ay müddətinədək uzadıla bilər.

39. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə

70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəs i ilə müəyyən edilmiş qaydada keçirilir. Maddə

72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsar ət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Maddə

80. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar

1. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilə n əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

40. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş ü zrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

41. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

42. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

45. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək bildirir ki, apelyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək müm kündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

46. Bununla yanaşı, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

47. Əvvəla apelyasiya instansiyası məhkəməsini mövqeyi bu iş üzrə Ali Məhkəməsinin əvvəlki qərarının göstərişlərinə uyğun olmuş, məhkəmə iş üzrə təqdim edilmiş sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə yoxlayaraq qanuni və əsaslı qərar qəbul etmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin mübahisələndirilən əmrinin hüquqi əsası kimi “Dövlət qulluğu haqqında” Qanu nun 33.1.6-cı maddəsi olmuşdur. Həmin normanın tələbinə görə, dövlət qulluqçusu “Dövlət qulluğu haqqında” Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə onun dövlət qulluğuna xitam verilə bilər. Beləliklə, əmrin hüquqi əsası kimi istinad edilən 33.1.6-cı maddənin tətbiqi üçün Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulan şərt (dövlət qulluğundan azad edilmə) baş verməlidir. 25.2.6-cı maddə isə yalnız Qanunun 25.6-cı maddəsində nəzərdə tutulan hallardan (vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə) ən azı biri mövcud olduqda tətbiq oluna bilər.

48. Məhkəmə kollegiyası iş materiallarına istinad edərək qeyd edir ki, iddiaçıya verilən xx.xx.2017-ci il tarixli və xx.xx.2019-cu il tarixli intizam tənbehləri hesab edilən iki töhmət arasında iki ilə yaxın vaxt keçmişdir. Bu isə iddiaçının əməlində kobud pozuntunun mütəmadiliyinin (davamlı olaraq baş verdiyini) olmasını deməyə əsas vermir.

49. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçını işdən azad edərkən “Dövlət qulluğu haqqında” Qanunun tələblərini, eləcə də Əmək Məcəlləsinin müddəalarını pozmuşdur. Bu hal iş materiallarındakı sənədlərlə təsdiq edilir.

50. Belə ki, iş materiallarından görünür ki, iddiaçı barəsində xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə aktlar tərtib edilmişdir (cild 1, iş vər 61-63). 51. xx.xx.2021-ci il tarixdə cavabdeh Həmkarlar Təşkilatına təqdimatla müraciət edərək iddiaçının əmək müqaviləsinə xitam verilməsi üçün rəy verilməsin i xahiş etmişdir (cild 1, iş vər 68). xx.xx.2021-ci il tarixdə Həmkarlar Təşkilatının 07 aprel 2021-ci il tarixli protokolu ilə iddiaçının dövlət qulluğundan azad edilməsi ilə bağlı intizam tənbehinin tətbiq edilməsinə razılıq verilmişdir. xx.xx.2021-ci il tarixində Cavabdeh Başçısı Aparatının ərazi idarəetmə və yerli özünüiderəetmə orqanları ilə iş şöbəsinin müdiri tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair Cavabdehnın başçısına təqdimat verilmişdir. Elə həmin tarixdə cavabdeh iddiaçının tutduğu vəzifədən azad edilməsinə dair əmr vermişdir.

52. Beləliklə, göründüyü kimi cavabdeh iddiaçı barəsində təqdimata malik olmadığı halda Həmkarlar Təşkilatına təqdimatla müraciət edərək iddiaçının əmək müqaviləsinə xitam verilməsi üçün rəy verilməsini xahiş etmişdir.

53. Eyni zamanda iş materiallarından iddiaçının tutduğu vəzifədən azad edilməsinə dair Cavabdeh eyni tarixli, eyni nömrəli iki əmri mövcuddur (cild 1, iş vər 6, cild 1 iş vər 59). Əmrlərdən birində iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndi, digərində isə 70-ci maddənin ç bəndi ilə işdən azad edildiyi qeyd edilmişdir.

54. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən bu hissədə də qanun pozuntusuna yol verilmişdir. Belə ki, əvvəla bir intizam tənbehi barəsində bir əmr qəbul edilər bilər. Digər tərəfdən əgər əmrdə hər hansı bir texniki səhv olarsa, həmin səhv eyni əmrin təkrar çıxarılması yolu ilə deyil, müvafiq düzəlişin aparılması ilə aradan qaldırılmalıdır. Lakin göründüyü kimi cavabdeh düzəliş etmədən eyni tarixli, eyni nömrəli iki əmrə imza etmişdir.

55. Digər tərəf dən məhkəmə kollegiyası bildirir ki, əmrin əvvəlcə Əmək Məcəlləsinin 70-ci maddəsinin c, daha sonra isə həmin maddənin ç bəndinə dəyişdirilməsi müəyyən hüquqi nəticələr doğurur. Belə ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin tələbinə əsasən Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Qanunverici digər əsaslarla əmək müqaviləsinin xitamı zamanı həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınmasını imperativ norma kimi nəzərdə tutmamışdır.

56. Odur ki, əgər iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndi ilə xitam verilmiş olsa (xx.xx.2021-ci il tarixli 55 nömrəli bir əmrə əsasən iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin c bəndi ilə xitam verilmişdir) bu halda cavabdeh tərəfindən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığının alınmasına lüzum olmamışdır.

57. Beləliklə sadalanmış sənədlərdən görünür ki, cavabdeh iddiaçını işdən azad edərkən qanunvericiliyin normalarına düzgün riayət etməmiş, vacib əhəmiyyətə malik olan nüanslara səthi yanaşmıdır.

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.

59. Beləliklə, kassasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, kass asiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

60. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-436/2023 nömrəli, 10 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar