Məhkəmə qərarları › İş №2-1(102)-603/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-603/2020

03.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-603/2020 03.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı işi üzrə Q Ə R A Rİ Açar sözlər: (ailə başçısının itirilməsinə görə əmək pensiyasının yenidən hesablanması, ƏPQ-nun 20.17.2-ci maddəsinin (yeni redaksiyada) xx.xx.2017-ci ilədək ailə başçısının itirilməsinə görə əmək pensiyası təyin edilmiş şəxslərə tətbiqi). GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İs a qızının katibliyi, cavabdehin vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2518/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, xx xxxx 2020-ci il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1955-ci ildə Bakı şəhərində anadan olmuşdur. İddiaçının xx.xx.1951-ci il təvəllüdlü əri X2 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Bundan sonra iddiaçıya xx.xx.2017-ci il tarixdən mərhum ərinin müvafiq təminat xərcliyinin 35 faizi miqdarında ailə başçısını itirməyə görə pensiya təyin edilmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə (bundan sonra cavabdeh) müraciət edərək ona təyin edilmiş pensiyanın yenidən hesablanmasını xahiş etmiş, cavabdeh **********9 saylı, xx.xx.2019-cu il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Həmin cavabla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aldığı təqaüdün yenidən hesablanaraq bu günə kimi verilməmiş məbləğin ona verilməsini təmin etmək üçün cavabdehin üzərinə vəzifə qoyulmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə xx xxxx 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən 20.17.2-ci maddəyə edilmiş dəyişikliklərin ona münasibətdə tətbiq edilərək, ona təminat xərcliyinin 80 faizi miqdarında pensiya təyin edilməsi və xx.xx.2017ci il tarixdən yaranmış pensiya fərqinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı bildirmişdir ki, o, xx.xx.1955-ci ildə anadan olmuşdur. Mərhum həyat yoldaşı X2 ilə ailə həyatı qurmuşdur. Mərhum həyat yoldaşı 1973-cü ildən Azərbaycan SSR-nin DİN-də, 1993-cü ildən isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penite nsiar Xidmətinin 13 saylı CÇM-də xidmət etmişdir. xx.xx.2007-ci il tarixdən son yaş həddinə çatdığına görə təqaüdə göndərilmişdir. 1992-1998-ci illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş və Qarabağ veteranı statusu almışdır. Həyat yoldaşı X1 işlədiyi illərə görə hesablanmış təminat xərcliyi 1116 manat təşkil etmişdir. İddiaçı hesab edir ki, mərhum həyat yoldaşının əmək haqqısı az göstərildiyindən, o, az təqaüd alır. Cavabdeh təşkilatın təqdim etdiyi hesablamalara inanmır. Çünki, onun kimi çox şəxslər qanunla almalı olduqları təqaüdü almırlar. Ona verilən 390.60 manat məbləğ düzgün hesablanmamışdır. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-cı il tarixli 135 nömrəli Qərarı ilə təs diq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nda göstərilir ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması məqsədi ilə bu qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. İddiaçının mərhum ərinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2007-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx xxxxxx 2012-ci il tarixdə İdarəyə ərizə ilə müraciət edərək ailə başçısını itirməyə görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə əsasən, iddiaçıya mərhum ərinin təminat xərcliyinin 35 faizi miqdarında pensiya təyin edilmişdir. Qanunda edilmiş dəyişikliklər xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. İddiaçının hüquq qazandığı tarix Qanundan əvvəlki dövrü əhatə etdiyindən iddiaçıya şamil edilməsi qanunvericiliyə uyğun deyil. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsin in xx xxxx 2019-cu il tarixli, 2-1(81)1821/2019 nömrəli qərarı ilə (hakim A.A.Abdullayeva) iddia təmin edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər edilməsi barədə xx xxxx 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən 20.17.2-ci maddəyə edilmiş dəyişikliklərin iddiaçıya münasibətdə tətbiq edilərək, ona təminat xərcliyinin 80 faiz miqdarında pensiya təyin edilməsi və xx.xx.2017-ci il tarixdən yaranmış pensiya fərqinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər edilməsi barədə xx xxxx 2017-ci il tarixli 543VQD nömrəli Azərbaycan Respublikası Qanununa əsasən 20.17.2-ci maddəyə “m iqdarı ilə” sözlərindən sonra “(ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla)” sözləri əlavə edilmişdir. Həmin qanun xx.xx.2017-ci il tarixdə qüvvəyə minməsinə baxmayaraq, cavabdeh tərəfindən əsassız olaraq iddiaçıya münasibətdə tətbiq olunmamışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2518/2019 saylı iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: V.Ə.Baxışova və H.Ü.Həmidov) apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(81)-1821/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci in stansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, ƏPQ-yə xx xxxx 2017-ci il tarixdə edilmiş dəyişikliyə əsasən, ailə başçısını itirməyə görə bu Qanunun 20.17.2-ci maddəsinə edilmiş dəyişikliklər xx.xx.2017-ci il tarixdən qüvvədədir. İddiaçının pensiya hüququ Qanunun adı çəkilən maddəsinin qüvvəyə mindiyi tarixdən əvvəl yarandığından, ona düzgün olaraq ƏPQ-nun həmin dövrdə qüvvədə olmuş 20.17.2-ci maddəsi ilə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Məhz adı çəkilən dəyiş ikliklər xx.xx.2017-ci il tarixdən qüvvəyə mindiyindən iddiaçıya tətbiq edilə bilməz. Belə ki, hərbi qulluqçuların pensiya təminatı ƏPQ-nun 20.17.1 və 20.17.2-ci maddələri ilə tənzimlənir, hesablanır və ödənilir. Qanunda edilmiş dəyişikliklər xx.xx.2017-ci il tarixdən qüvvəyə mindiyindən və iddiaçının hüquq qazandığı tarix Qanunda dəyişiklik edilməzdən əvvəlki dövrü əhatə etdiyindən, bu dəyişikliklər ona tətbiq edilə bilməz. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, iddiaçıya təqdim edilmiş məhkəm ə bildirişində məhkəmə iclasında onun iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş for mal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. İşdən görünür ki, iddiaçıya 2012-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş, onun pensiyasına əlavə “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsinə əsasən, hərbi xidmət vəzifələrinin (xidmət vəzifələrinin) yerinə ye tirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya cəbhədə olmaqla, Azərbaycan Respublikasının müdafiəsi ilə və ya döyüş əməliyyatları aparan ölkələrdə beynəlmiləlçilik borcunu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində vəfat etmiş hərbi qulluqçuların və hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə - ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında" Qanuna dəyişikliklər edilməsi barədə xx xxxx 2017-ci il tarixli 543VQD nömrəli Azərbaycan Respublikası Qanununa əsasən 20.17.2-ci maddəyə “miqdarı ilə” sözlərindən s onra “(ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla)” sözləri əlavə edilmiş, lakin həmin Qanun xx.xx.2017-ci il tarixdə qüvvəyə minməsinə baxmayaraq, cavabdeh tərəfindən əsassız olaraq iddiaçıya münasibətdə tətbiq olunmamışdır. xx xxxx 2017-ci il tarixli 543-VQD №-li Azərbaycan Respublikasının Qanunu ilə edilən, xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş dəyişiklikdən sonra «Əmək pensiyaları haqqında» Qanunun 20.17.2-ci maddəsinin redaksiyasından isə göründüyü kimi, hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə—ailənin əmək qabiliyyəti olmayan hər bir üzvünə ailə başçısının təminat xərcliyinin 35 faizi miqdarı ilə (ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda həmin məbləğə çatdırılmaqla) müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasının sığorta hissəsinə əlavə edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, Qanunun qeyd olunan normasına edilən dəyişikliyin onun qüvvəyə minməsindən əvvəl pensiya hüququ qazanmış şəxslərə şamil olunmasının mümkünsüzlüyü barədə cavabdehin dəlili əsassızdır. Belə ki, birincisi, həmin Qanunun 29.2-ci maddəsinin xx xxxx 2017-ci il tarixdən qüvvədə olan redaksiyasına əsasən, bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əmək haqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Digər tərəfdən, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İV hissəsinə əsasən təqaüdlərin və sosial müavinətlərin minimum məbləği qanunla müəyyən edilir. «Əmək pensiyaları haqqında» Qanunun qeyd olunan 20.17.2-ci maddəsi ilə də, məhz, hərbi qulluqçular sırasından olan pensiyaçıların ailə üzvlərinə düşən minimum məbləğ müəyyənləşdirilmişdir. Yəni, imperativ qaydada müəyyən olunmuşdur ki, ailəyə düşən ümumi məbləğ ailə başçısının təminat xərcliyinin 80 faizindən az olduqda, h əmin məbləğə çatdırılmaqla müəyyənləşdirilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasının sığorta hissəsinə əlavə edilməlidir. Cavabdehin imtina məktubunun, apelyasiya və kassasiya şikayətinin dəlillərindən də göründüyü kimi, iddiaçının ailə üzvlərinə düşən ümumi məbləğin onun mərhum ərinin təminat xərcliyinin 80 faizindən az olduğu işin mübahisələndirilməyən halını təşkil edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassas iya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2518/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar