Məhkəmə qərarları › İş №2-1(102)-603/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-603/2021

04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-603/2021 04.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiyanın mümkünsüzlüyü, müddətin üzrsüz səbəbdən ötürülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 və vəkili X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilm əsi tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-911/2020 nömrəli, 18 avqust 2020-ci il tarixli qərarından iddiaçının verdiyi şikayət üzrə kassasiyanın mümkünlüyünə (prosessual müddətin bərpasına dair ərizəyə) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı iddia ərizəsi ilə cavabdehlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinə qarşı məhkəməyə müraciət edərək, cavabdeh inzibati orqanın üzərinə, ona müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi ilə bağlı inzibati aktın qəbul edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1380/2019 saylı, 13 noyabr 2019-cu il tarixli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmiş, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

3. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı 1993-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarına cəlb olunmuş hərbi hissənin şəxsi heyətinin siyahısına hərbi mükəlləfiyyətli kimi daxil edildiyindən, müharibə veteranı statusu alınmasına yol verilməyən (“Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş) hallar ona münasibətdə mövcud olmadığından, habelə onun döyüş əməliyyatlarında iştirakını təkzib edən hallara dair məhkəməyə cavabdeh tərəfindən heç bir sübut təqdim edilmədiyindən, onun xidmətdən sonradan tərxis olunması, sonrakı xidməti barədə məlumatın olmaması iddiaçının «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə əsasən müharibə veteranı sayılmasına mane ola bilməz.

4. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

5. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-911/2020 nömrəli iş üzrə 18 avqust 2020-ci il tarixli qərarı ilə (sədrlik edən: E.E.Nağıyeva, hakimlər: V.M.Məmmədov və H.Ü.Həmidov) apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(82)-1380/2019 saylı, 13 noyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia rədd edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, iddiaçı «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə» ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara və hərbi döyüşlərdə iştirakını sübut edən başqa sənədlərə malik olmadığından onun tələbi əsassızdır.

7. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə vermişdir.

8. Ərizədə qeyd etmişdir ki, iddiaçının maddi vəziyyəti ağır olduğundan kassasiya ş ikayətinin verilməsi üçün vaxtında vəkillə müqavilə bağlaya bilməmişdir. Bundan başqa, iddiaçı həm də hüquqi cəhətdən savadsız olmaqla latın qrafikalı əlifbanı bilmədiyindən apelyasiya instansiyası məhkəməsinin qərarını və onun hüquqi nəticələrini anlaya bilməmişdir. TƏRƏFLƏRİN DƏLİLLƏRİ: Məhkəmə icraatı iştirakçılarının izahatları:

9. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili ərizənin təmin edilməsini və buraxılmış müddətin bərpa olunmasını və şikayətin mümkün sayılmasını xahiş etdi.

10. Cavabdehin vəkili və nümayəndəsi vəsatətə etiraz edərək onun təmin edilməməsini və müddətin bərpa olunmamasını xahiş etdilər.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxs məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. TƏTBİQ EDİLƏ N HÜQUQ: 12. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 20.1 Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə və ya məhkəmədə hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir.

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 22.1 Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1 Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkə mə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2 Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.2 Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3 Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etmək dən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

14. Məhkəmə kollegiyası hesab edir ki, ərizə əsassızdır.

15. Belə ki, kassasiya şikayəti məhkəmə qərardadının təqdim olunduğu gündən 1 ( bir) ay müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

16. İş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsi İnzibati Kollegiyasının 18 avqust 2020-ci il tarixli, 2-1(103)-911/2020 saylı qərarı 01 sentyabr 2020-ci il tarixdə iddiaçıya göndərilmiş, SS649865009AZ saylı poçt göndərişinin təqdim edilməsi barədə xəbərnaməyə əsasən, iddiaçı 16 oktyabr 2020-ci tarixində həmin xəbərnaməni şəxsən imzalamaqla qərarı almışdır. (iş vər 173)

17. İddiaçının vəkili kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş pros essual müddətin ötürülməsini məhkəmə prosesində də etiraf etmiş və müddətin ötürülməsi səbəbinin üzrlü hesab olunmasını xahiş etmişdir. İddiaçının vəkili ərizəsində qeyd etmişdir ki, iddiaçının maddi vəziyyəti ağır olduğundan vəkillə müqavilə bağlaya bilməmiş, bundan əlavə, o, hüquqi cəhətdən savadsız olduğundan və latın qrafikalı əlifbanı bilmədiyindən apelyasiya instansiyası məhkəməsinin qərarını və onun hüquqi nəticələrini anlaya bilməmişdir.

18. Məhkəmə kollegiyası iddiaçının dəlilləri ilə razılaşmayaraq aşağıdakıları qeyd edir.

19. Maddi vəziyyəti ağır olduğundan iddiaçının vəkillə müqavilə bağlaya bilməməsi ilə bağlı dəlilli əsassız hesab edən məhkəmə kollegiyası bildirir ki, bu Qərarın 12-ci bəndində istinad edilən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 20.1-ci maddəsindən də göründüyü kimi, məhkəmədə hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. Bunun üçün iddiaçı müvafiq tələblə apelyasiya instansiyası məhkəməsinə müraciət etməli idi. Lakin iş materiallarından iddiaçı tərəfindən apelyasiya instansiyası məhkəməsinə belə bir müraciətin edildiyi görünmür.

20. İddiaçının latın qrafikasını bilməməsi və bunun da nəticəsində apelyasiya instansiyası məhkəməsinin qərarının mənasını başa düşməməsi ilə bağlı vəsatətdə qeyd edilən dəlilə gəlincə, məhkəmə kollegiyası həmin dəlili də əsassız hesab edir. Belə ki, iş materiallarında olan xəbərnamələrdən görünür ki, məhkəmələr tərəfindən göndərilmiş bildirişlər və qərar iddiaçı t ərəfindən şəxsən qəbul edildikdən sonra o, öz soyadını latın qrafikasında yazmış və imza etmişdir. (səh 32, 110, 173)

21. Məhkəmə kollegiyası hesab edir ki, ərizədə qeyd edilən dəlillər şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddətin iddiaçı tərəfindən ötürülməsi səbəbinin üzürlü hesab edilməsi qənaətinə gəlməyə əsas vermir. Beləliklə də, iddiaçı tərəfindən kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddət üzrsüz səbəbdən ötürülmüşdür. Odur ki, kassasiya şikayəti verilməsi müddəti iddiaçı tərəfindən üzürlü səbəb olmadan ötürüldüyü üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli, hazırkı şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.

22. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasını n 18 avqust 2020-ci il tarixli, 21(103)-911/2020 nömrəli qərarından kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə təmin edilməsin. İddiaçının şikayəti üzrə kassasiya icraatı mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar