Məhkəmə qərarları › İş №2-1(102)-603/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-603/2022

13.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-603/2022 13.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlə yaşa görə əmək pensiyası təyinatı, yeni açılmış hallarla bağlı ərizə (iş № 2-1(102)-603/2022) giriş hissəsi: Hakimlər: Zakir Quliyev (sədrlik edən və məruzəçi), Rahib Nəbizadə, Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı “pensiyanın yenidən h esablanması” tələbinə dair inzibati iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-3118/2021 saylı, 24 dekabr 2021-ci il tarixli qərardadından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında şifahi dinləmələr keçirmədən baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə müraciət edərək, ona 16.4.2006-cı il tarixdən, yəni 50 yaşdan güzəştli şərtlərlə yaşa görə ə mək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı nəzərə alınmaqla yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-3439/2015 saylı 5 noyabr 2015-ci il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçıya 16.04.2006-cı il tarixdən, yəni 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı nəzərə alınmaqla yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. 3. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin həmin qərarı qanuni qüvvəsini almışdır. 4. 16 mart 2020-ci il və 15 oktyabr 2020-ci il tarixlərində DSMF Bakı şəhəri Nizami rayon şöbəsi və Fondun Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəz Filialı ərizələr verərək, 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1 (82)- 3439/2015 saylı 5 noyabr 2015-ci il tarixli qərarının ləğv edilməsi və iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, pensiya işində olan əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surəti və verilmiş güzəştli arayışların saxtalaşdırıldığı müəyyən olunmuşdur.

6. Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-3439/2015 saylı 18 fevral 2021ci il tarixli qərardadı ilə “yeni açılmış hallarla bağlı” ərizələr mümkün sayılmamışdır.

7. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, ərizələrdə qeyd edilən hallar işin icraatının təzələnməsi üçün əsas verə biləcək hallar kimi qəbul edilə bilməz.

8. Həmin qərardaddan narazı qalan Fondun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəz Filialı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1 (82)-3439/2015 saylı 18 fevral 2021-ci il tarixli qərardadının ləğv edilməsi və ərizəyə mahiyyəti üzrə baxılması qərar qəbul edilməsi xahiş edilmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 24 dekabr 2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1 (82)-3439/2015 saylı 18 fevral 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində D övlət Sosial Müdafiə Fondunun Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi Filialı apellyasiya məhkəməsinin qərardadından kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəyə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 11. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci İl tarixli 5 nömrəli qərarının 2.3cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- o lmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

12. Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

13. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "T.İdrisovun şikayəti üzr ə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 28 dekabr 2015-ci il tarixli qərarında göstərilmişdir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. Göründüyü kimi mümkünlük şərtlərini nəzərdə tutan normalar yalnız iddialar üzrə tətbiq edilməklə cavabdeh inzibati orqana qarşı idd ianın mümkünlük şərtlərini yoxlayır. Hazırki mübahisə isə yeni açılmış hallara dair ərizədir. Eyni zamanda qanunda müddətin ötürülməsinin nəzərdə tutulmaması mümkün hüquq müdafiə vasitələrindən istifadəni məhdudlaşdıran qərarın qəbul edilməsi yol verilməz hesab olunmalıdır. Tətbiq edilən hüquq

14. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir Maddə

100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəs ində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Maddə 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Maddə 104.2. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəyə yeni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur. Maddə 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş hallarla bağlıdır. Maddə 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi ha llarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Maddə 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

15. Ərizəçi kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.

16. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi ü çün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

18. İPM-in 100-cü maddəsinə görə qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, p roses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər.

19. Yeni sübutlar və hallar dedikdə, başa çatmış icraat zamanı təqdim edilməmiş və araşdırılmamış sübut və hallar nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, istinad edilən sübut və hallar inzibati məhkəmə icraatının aparıldığı dövrdə mövcud olmalı və obyektiv maneələr səbəbindən məhkəməyə təqdim olunmamalıdır.

20. Ərizəçinin ərizədə göstərdiyi hallar iş üzrə icraat başa çatdıqdan sonra aşkar edilən yeni hal kimi qəbul edilməsi mümkünsüzdür.

21. Göründüyü kimi, ərizədə mübahisə ilə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra yeni sübutların və ya halların aşkar olunmasına istinad edilməmiş və hər hansı sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunma dığını bildirməmişdir. Ərizədə əvvəllər işdə olmuş sübutlara istinad olunaraq iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun olmadığı bildirilmişdir.

22. Ərizəçinin istinad etdiyi - iddiaçının müvafiq sənədlərin saxtalaşdırılması yolu ilə yüksək məbləğdə pensiya alması faktına hüquqi qiymətin verilməsi məqsədilə ƏƏSMN tərəfindən müvafiq materialların Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi, cinayət işi açılması və istintaqının aparılması ilə bağlı halın da, iddiaçı barəsində qanuni qüvvəsini almış məhkəmə ittiham hökmü mövcud olmadığı halda, yeni açılmış hal kimi qəbul edilməsi mümkünsüzdür.

23. Göründüyü kimi, ərizəçinin istinad etdiyi hallar məhkəmə tədqiqatının obyektlərini təşkil edən hallar olmuşdur ki, bütün bunla ra da 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 5.11.2015-ci il tarixdə qəbul etdiyi yekun məhkəmə qərarında qiymət verilmişdir.

24. Həmin qərarın qəbul edilməsindən cavabdehin yeni açılmış hallara dair ərizə ilə məhkəməyə müraciət edən tarixə qədər isə 3 il 5 aya yaxın bir müddət keçmişdir.

25. İPM-in 103.1-ci maddəsi isə nəzərdə tutur ki, tələbindən isə göründüyü kimi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər.

26. Göründüyü kimi, İPM-in 100 və 103.1-ci maddəsinin tələbləri baxımından, cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsinin məhkəmə icraatının mümkün sayılması üçün əsaslar müəyyən edilmir.

27. Cavabdeh yeni açılmış halla bağlı ərizəsində qeyd etdiyi məlumatın sonradan aşkar olunması və həmin məlumatın ondan asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmaması ilə bağlı hər hansı əsaslandırma verməmişdir.

28. Cavabdehin ərizəsində istinad etdiyi hallar əvvəllər də işə baxan məhkəməyə məlum olmuşdur.

29. İPM-in 106.3-cü maddəsinə əsasən, icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir.

30. Cavabdeh mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi üçün prosessual qanunvericilikdə nəzərdə tutulmuş hər hansı sübut təqdim etməmişdir. Cavabdeh icraatın təzələnməsi üçün prosessual qanunvericilikdə nəzərdə tutulmuş əsas ların mövcudluğunu sübut edə bilmədiyindən ərizə təmin edilə bilməz.

31. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olmadığından şikayətin dəlilləri əsaslı olmamışdır.

32. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.

33. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

34. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-3118/2021 saylı, 24 dekabr 2021-ci il tarixli qərardadı dəyişdiri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar