Məhkəmə qərarları › İş №2-1(102)-603/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-603/2023

29.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-603/2023 29.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; zərgər peşəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1959-cu il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Tə yinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 21(103)-3204/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasına və НЗ seriyalı ******* nömrəli hərbi biletə əsasən müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci tarixədək Azərbaycan SSR Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, xx.xx.1981-ci ildə Bakı şəhəri “Dəqiq Mexanizmlərin Təmiri” zavodunda quraşdırıcı zərgər peşəsinə işə qəbul edilmiş, xx.xx.1989-cu ildə “Dəqiq Mexanizmlər Təmiri” zavodu nun xx.xx.1989-cu il tarixində yenidən qurulması ilə əlaqədar olaraq ƏMXN yeni yaradılmış “Zərgər” müəssisəsinə köçürmə yolu ilə 4-cü dərəcəli quraşdırıcı zərgər peşəsinə qəbul edilmişdir. xx.xx.1992-ci ildə “Zərgər” müəssisəsinin 5 nömrəli emalatxanasından “Almaz-2” kiçik müəssisəsinə köçürmə yolu ilə işə qəbul edilmiş, xx.xx.1992-c31i ildə “Almaz-2” kiçik müəssisəsindən “Zərgər” müəssisəsinin 5 nömrəli emalatxanasına köçürmə yolu ilə işə qəbul edilmiş, xx.xx.1997-ci ildə “Zərgər” müəssisəsinin 5 nömrəli emalatxanasından öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1999-cu ildə "xxxx" MMC-də direktor vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2010-cu ildə həmin müəssisədən öz xahişi ilə tutduğu vəzifədən işdən azad edilmişdir.

2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)6509/2019 saylı qətnaməsindən görünür ki, ərizəçi İddiaçı xüsusi icraat qaydasında ərizəsi təmin edilmiş, İddiaçı xx.xx.1981-ci il tarixdən 31 yanvar 1989-cu il tarixədək “Dəqiq Mexanizmlərin Təmiri Zavodunda” quraşdırıcı zərgər vəzifəsində işləməsi faktı müəyyən edilmişdir. - Məhkəmə qərarında göstərilmişdir ki, “iş materialları ilə İddiaçı 1981-ci ilin iyun ayında həqiqi hərbi xidmətdən tərxis olunması müəyyən olunur, onun həmin ildən iş fəaliyyətinə başlaması isə şahid ifadələri ilə təsdiq olunur. Həmçinin, "xxxx" ASC-nin verdiyi arayışlarda İddiaçı “Dəqiq Mexanizmlər Təmiri” zavodunun yenidən qurulmaqla “Zərgər” müəssisəsinin yaradılması ilə əlaqədar 06 fevral 1989-cu il tarixli 4 nömrəli əmrlə həmin müəssisəyə köçürülməsi müəyyən olunmuşdur. Bununla da, ərizəçinin “Zərgə r” müəssisəsindən əvvəl “Dəqiq Mexanizmlər Təmiri” zavodunda işləməsi faktı öz təsdiqini tapmışdır.” 3. "xxxx" ASC tərəfindən İddiaçı verilən arayışdan görünür ki, o, həqiqətən xx.xx.1989-ci il tarixdən (əmr № xx.xx.1989) “Dəqiq Mexanizmlər Təmiri” zavodundan ƏMXN-nin yeni yaradılmış “Zərgər” müəssisəsinə köçürülmə yolu ilə 4-cü dərəcəli quraşdırıcı zərgər peşəsinə işə qəbul edilmişdir. xx.xx.1992-ci il tarixdən 30 nömrəli əmrlə “Zərgər” müəssisənin 5 nömrəli zərgərlik emalatxanasından “Almaz-2” kiçik müəssisəsinə köçürülmə yolu ilə işdən azad edilmişdir. “Zərgər” müəssisəsinin 17 nömrəli xx.xx.1992-ci il tarixli əmrinə müvafiq olaraq “Almaz-2” kiçik müəssisəsindən “Zərgər” müəssisənin 5 nömrəli emalatxanasına köçürülmə yolu ilə işə qəbul edilmişdir. xx.xx.1997-ci il tarixdən öz xahişi ilə 12/k tarixli əmrlə AR ƏQM-nin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir. İddiaçı “Zərgər” müəssisəsində olan zərgər stajı 8 il olmuş və arxiv sənədləri ilə təsdiqlənmişdir. 4. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli güzəştli arayışından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.1989-cu il tarixədək “Dəqiq Mexanizmlər Təmiri” zavodunda quraşdırıcı zərgər peşəsində işləməsi faktı müəyyən edilmişdir. İddiaçı həqiqətən xx.xx.1989-cu il tarixdən (əmr № 4, xx.xx.1989) “Dəqiq Mexanizimlər Təmiri” zavodundan ƏMXN-nin yeni yaradılmış “Zərgər” müəssisəsinə köçürülmə yolu ilə 4-cü dərəcəli quraşdırıcı zərgər peşəsinə işə qəbul edilmişdir. xx.xx.1992-ci il tarixdən 30 nömrəli əmrlə “Zərgər” müə ssisəsinin 5 nömrəli zərgərlik emalatxanasından “Almaz-2” kiçik müəssisəsinə köçürülmüşdür. “Zərgər” müəssisəsinin 17 nömrəli xx.xx.1992-ci il tarixli əmrinə müvafiq olaraq “Almaz-2” kiçik müəssisəsindən Zərgər müəssisəsinin 5 nömrəli emalatxanasına köçürülmə yolu ilə işə qəbul edilmişdir. xx.xx.1997-ci il tarixdən öz xahişi işdən azad edilmişdir. “Zərgər” müəssisəsində olan zərgər stajı 8 il olmuş və arxiv sənədləri ilə təsdiqlənmişdir. “Zərgərlər ASC”, “Dəqiq Mexanizmlər Təmir” zavodunun və “Zərgər” müəssisəsinin hüquqi varisidir. xx.xx.2000-ci il tarixdən hazırki vaxtadək fəaliyyət göstərir. İddiaçı işlədiyi müddətdə fərdi qaydada əl ilə zərgərlik məmulatları və onların hissələrini bədii səviyyədə hazırlamış, qiymətli metaldan qiymətli və ya yarım qiymətli daşlara xüsusi mürəkkəb formal ı zərgərlik məmulatlarının quraşdırılması ilə məşğul olmuşdur. İş əsnasında o, zərgərlik məmulatlarının qaynar üsulla qaynaq işləri aparmışdır. Məmulatı qaynaq edən zaman; Asbest, bor turşusu, xlor turşusu (HCL) eləcədə qaynaq işini aparmaq üçün benzindən istifadə etmişdir, açıq alovla işləmişdir. Zərgərlik məmulatlarda emal üçün pəncərə düzəltmiş, məmulatı daş bərkitmə dərəcəsinə qədər tam hazır vəziyyətə salmışdır. Sonuncu mərhələdə əlvan metallardan toplanmış ovuntuları əridib, istehsal üçün külçə hazırlamışdır. Fəhlələr üçün vahid tarif dərəcələri üçün iş və peşələrin sorğu kitabı 1987-ci ilin sorağ kitabında (Moskva nəşriyyatı) göstərilir: zərgər peşəsinə aşağıdakılar aiddir: -zərgər-quraşdırıcı; -zərgər-şəbəkəçi; -zərgər-sepçi; -zərgərnəqqaş; -zərgər-bərkidici; Həmin peşədə işləyən ş əxsin əmək şəraitinə görə güzəştlə, yaşa görə əmək təqaüdünə çıxmaq hüququ vardır. Onun işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-ci il 21 iyun 320 nömrəli və 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarına müvafiq olaraq, həmin qərarın 11.9 bölməsinin “Qaynar üsulla metalın üzlənməsi” zərgər və bədii məmulatları qaralayanlar siyahısında zərərli sahə kimi nəzərə alınaraq 2150700a-19553 rəqəmlə kodlaş dirilmişdir. Bu səbəbdən quraşdırıcı zərgər peşəsində işləmiş İddiaçı zərərli sahədə işlədiyi nəzərə alınaraq pensiya qanunu ilə şərtləndirilən tələblərə malik olduğu halda güzəştlə yaşa görə əmək təqaüdünə çıxa bilər. 5. “Fərid 88“ MMC tərəfindən İddiaçı verilən xx.xx.2016- cı il tarixli arayışdan görünür ki, iddiaçı 07 nömrəli əmrlə xx.xx.1999-cu il tarixində "xxxx" MMC- yə “direktor” vəzifəsinə təyin edilmişdir. xx.xx.2010-cu il tarixində isə 33 nömrəli əmrlə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir

6. Sosial arayışla müəyyən olunmuşdur ki "xxxx" firması tərəfindən 2006-2008-ci illərdə iddiaçının işlədiyi dövr üzrə məcburi sosial sığorta haqları ödənilmiş, lakin həmin tarixdən sonra hər hansı bir ödəniş həyata keçirilməmişdir.

7. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

8. Cavabdeh 28 oktyabr 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin arayışında iddiaçının xx.xx.1989-10.2.1997-ci il tarixləri arasındakı dövr ərzində “Dəqiq Mexanizmlər Təmiri” zavodunda qu raşdırıcı vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu göstərilmişdir. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yuxarıda qeyd edilən dövrdə iş stajına aid sənədlərdə göstərilən məlumatların yerində dəqiqləşdirilməsi zamanı məlum olmuşdur ki, iddiaçının adına verilmiş güzəştli arayış “Dəqiq Mexanizmlər Təmiri” zavoduna aid hər hansı əsaslı təsdiq edici sənədə əsasən tərtib olunmayıb. Sözügedən arayışda iddiaçının xx.xx.1989-cu il tarixinədək işlədiyinə dair məlumatlar müvafiq məhkəmə qərarından götürülmüş məlumatlara əsasən qeyd edilib. Eyni zamanda müəyyən olunmuşdur ki, "xxxx" ASC-nin fəaliyyəti zinət əşyalarının əhalinin sifarişi əsasında düzəldilməsindən ibarət olub. Bu müəssisə qiymətli metalların külçə halında əridilməsi və emalı ilə məşğul olmadığından Metal emalı istehs alat sahəsinə aid deyil. Burada əmək fəaliyyəti fərdi qaydada kustar şəkildə əl əməyi ilə görülür. Bundan başqa iddiaçının işlədiyi quraşdırıcı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda Metal emalı bölməsində (11) zərərli peşə kimi nəzərdə tutulmayıb. Qeyd edilən faktlar "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixli aktla təsdiqlənmişdir. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı yoxdur. Eyni zamanda onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyas ının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ərizəçiyə münasibətdə 35597,71 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 8390,38 manat təşkil edir. Qeyd edilənlərə əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

9. İddiaçı 15 dekabr 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək 57 yaşının tamam olduğu 12 iyul 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının həmin tarixdən hesablanıb ödənilməsi vəzifəsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını xahiş etmişdir.

10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1959-cu il tarixində Bakı şəhərində anadan olmuş, 14 may 1979-cu ildən 19 iyun 1981-ci il tarixinədək hərbi xidmətdə olmuş, 01 iyul 1981-ci ildə Bakı şəhəri Dəqiq Mexanizmlərin Təmiri zavodunda quraşdırıcı zərgər peşəsinə işə qəbul edilmişdir. 06 fevral 1989-cu il tarixində zavodun yenidən qurulması ilə əlaqədar olaraq ƏMXN yeni yaradılmış “Zərgər” müəssisəsinə köçürmə yolu ilə 4-cü dərəcəli quraşdırıcı zərgər peşəsinə işə qəbul edilmiş, 13 mart 1992-ci il tarixində “Zərgər" müəssisəsinin 5 nömrəli zərgərl ik emalatxanasından "Almaz 2" kiçik müəssisəsinə köçürmə yolu ilə işə qəbul edilmiş, 27 may 1992-ci il tarixində "Almaz 2" kiçik müəssisəsindən “Zərgər” müəssisəsinin 5 nömrəli emalatxanasına köçürmə yolu ilə işə qəbul edilmiş, 10 fevral 1997-ci il tarixində “Zərgər" müəssisəsinin 5 nömrəli emalatxanasından AR-ƏQM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmiş, 19 mart 1999-cu il tarixində “Fərid 88“ MMC-də direktor vəzifəsində işə qəbul edilmiş, 02 mart 2010-cu il tarixində "xxxx" MMC-dən öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün 2016-cı il tarixində Dövlət Sosial Müdafiə Fondunun Yasamal rayon şöbəsinə müraciət etmiş, adıçəkilən şöbə tərəfindən 18 yanvar 2017-ci il tarixində 12/35 nömrəli məktubla müraciət inə cavab verilərək qeyd olmuşdur ki, əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir və iddiaçının təqdim etdiyi arayışlar əsasında ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması qanuna ziddir. Bundan sonra iddiaçı 1981-1989-cu illərdə işləməsi faktının tanınmasının yeganə həll yolu kimi məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 04 iyul 2019-cu il tarixli qətnaməsi ilə onun 01 iyul 1981-ci il tarixindən 31 yanvar 1989-cu il tarixinədək “Dəqiq Mexanizmlər Təmiri” Zavodunda quraşdırıcı zərgər vəzifəsində işləməsi faktı müəyyən edilmiş, qətnamə qanuni qüvvəsini almışdır. İddiaçının ümumilikdə 29 il 7 ay 13 gün əmək stajı var ki, bundan 16 il 7 ay 8 günü zərərli əmək stajıdır. Yəni qanunvericilik tərəfindən güzəştli şə rtlərlə əmək pensiyası almaq üçün tələb olunan iş stajı mövcuddur.

11. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.

12. Bakı İnzibati Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 2-1(112)-4622/2022 nömrəli qərarı (hakim: X1) ilə iddia təmin edilmiş, iddiaçıya 57 yaşının tamam olduğu 12 iyul 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının həmin tarixdən hesablanıb ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, - qanunvericilik əmək kitabçası olmadığı halda iş stajının arayışa əsasən müəyyən olunmasını təsbit etdiyindən iddiaçının xx.xx.1981-xx.xx.1997-ci il tarixdəki iş sta jı məhkəmə qərarı, işəgötürənin arayışı ilə təsdiq edildiyindən həmin dövrdə işlədiyi illər onun sığorta stajında nəzərə alınmalıdır. İddiaçı xx.xx.1999-cu ildən xx.xx.2010-cu ilədək "xxxx" firmasında işləsə də, məcburi sosial sığorta haqları 20062008-ci illər üzrə ödənildiyindən onun həmin müəssisədə işlədiyi dövrdən xx.xx.1999xx.xx.2008-ci illər sığorta stajına daxil edilməlidir. Belə olan halda isə müəyyən olunur ki, iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixə 27 il 5 ay 29 gün ümumi iş stajı mövcud olmuşdur. - Müəssisə tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli arayışda qeyd olunmuşdur ki, iddiaçının işlədiyi zərgər peşəsində işləyən işçi zərgərlik məmulatlarının təmiri və hazırlanması prosesində orqanizmə zərərli təsir edən yüksək dərəcəli alovla, zərər li kimyəvi turşularla, maddələrlə (asbest, bor turşusu, xlor turşusu (HCH), benzin) yaxın məsafədən uzun müddət təmasda olur. Bu da insan sağlamlığına, səhhətinə zərərli təsir göstərir. Məhz buna görə də qanunverici orqan zərgər peşəsini zərərli əmək peşələri siyahısına daxil etmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun nömrəli və 2007-ci il 23 yanvar tarixli 12 saylı qərarına müvafiq olaraq həmin qərarın 11.9 bölməsinin “Qaynar üsulla metalın üzlənməsi” zərgər və məmulatları qaralayanlar siyahısında zərərli sahə kimi nəzərə alınaraq 2150700a-19553 rəqəmlə kodlaşdırılmışdır. Siyahı hər iki qərarda təsdiqlənmişdir. İddiaçı metal emalı sahəsində zərgər işləmiş və işlədiyi zərgər peşəsi 2 nömrəli Siyahıda nəzərdə tutulmuşdur. Cavabdeh bu halı təkzib edən hər hansı bi r sübutu məhkəməyə təqdim etməmiş, istinad etdiyi aktdakı məlumatlar sonradan işəgötürən tərəfindən təkzib edilmişdir. İmtina məktubunda iddiaçının işlədiyi quraşdırıcı peşəsinin Siyahıda nəzərdə tutulmadığı bildirilsə də, iddiaçı quraşdırıcı zərgər işləmiş, yuxarıda qeyd edildiyi kimi zərgər peşəsi siyahıda təsbit olunmuşdur. iddiaçının 57 yaşının tamam olduğu tarixə 12 il 6 aydan çox, 15 il 7 ay 11 gün güzəştli iş stajı olmuşdur. - Cavabdeh imtinasında həmçinin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyini bildirmişdir. Bu tələb qanunvericiliyə iddiaçının hüququ yaranan xx.xx.2016-cı il tarixdən sonra xx.xx.2017-ci il tarixdə daxil edildiyindən iddiaçıya münasibətdə tətbiq edilə və əsaslı sayıla bilməz.

14. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 2-1(103)-3204/2022 nömrəli qərarı (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X3 və X4) ilə Bakı İnzibati Məhkəməsinin 21 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şi kayətinin dəlilləri

18. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri

19. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əmək pensiyaları haqqında” Qanun Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il s ığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 21. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar ma likdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. 22. “Əmək pensiyaları haqqında” Qanun: (1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyada) Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, h əmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı XİV. Metal emalı - zərgər və bədii məmulatları qaralayanlar (2150700a—19553)

24. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 9 4.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

26. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçü n əsas yoxdur.

28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin də lillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

31. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, 1 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci ilədək qüvvədə olmuş redaksiyasının 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

32. İddiaçının 57 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixədək 27 il 5 ay 26 gün iş stajının toplandığı müəyyən edilir.

33. Cavabdehin iddiaçının xüsusi iş stajı barədə kassasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pen siya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “Metal emalı” adlanan XİV bölmədə “Qaynar üsulla metalın üzlənməsi” 7ci yarımbənddə 2150700a-19553 kodu ilə zərgər və bədii məmulatları qaralayanlar peşəsi göstərilmişdir.

34. İşin halları ilə müəyyən olunur ki, iddiaçı metal emalı sahəsində zərgər işləmişdir. Həmin iş stajı ilə bağlı güzəştli arayış da təqdim etmişdir. İddiaçının təqdim etdiyi güzəştli arayışda onun icra etdiyi işin xarakteri, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyi tam və hərtərəfli qeyd edilmişdir. İddiaçının işlədiyi zərgər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısında nəzərdə tutulmuşdur.

35. Nəticə etibarı ilə, işin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Belə ki, onun 57 yaşının tamam olduğu, 25 ildən çox ümumi iş stajına malik olduğu, o cümlədən həmin stajın 12 il 6 aydan çox hissəsini güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə topladığı iş üzrə materiallarla təsdiq olunur.

36. Beləliklə, iddiaçının tələb olunan 25 il ümumi və 12 il 6 ay xüsusi iş stajını topladığı və bu baxımdan 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı barədə apellyasiya məhkəməsinin qiymətləndirməsi qanunauyğun və əsaslıdır.

37. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 oktyabr 2022-ci il tarixli, 2-1(103)-3204/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar