Məhkəmə qərarları › İş №2-1(102)-604/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-604/2022

22.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-604/2022 22.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (müharibə veteranı adı və vəsiqəsinin verilməsi) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 noyabr 202N-ci il tarixli, 2-N(N03)-2622/202N nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsas ən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ N. İddiaçı İddiaçı (Şəxsiyyət vəsiqəsi -********, FİN –xxxxxxx) 2.06.N964-cü ildə Ermənistan Respublikasında anadan olmuşdur, ünvan N ünvanında qeydiyyatdadır.

2. İddiaçı 6 oktyabr N982-ci ildən 4 noyabr N984-cü il tarixədək SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur.

3. İddiaçı 9 mart N994-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon Hərbi Komissarlığı tərəfindən səfərbərlik üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarına çağırılmışdır. İş materiallarında olan N7 fevral N998-ci il tarixli arayışa əsasən, N0 mart N994-cü il tarixdən N mart N994-cü il tarixinə qədər N saylı hərbi hissədə toplanışda olmuş və N mart N994-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin sərəncamına göndə rilmişdir. N mart N994-cü il tarixdə Füzuli rayonuna N saylı hərbi hissəyə ezam olunmuş və N mart N994-cü il tarixdə xəsarət almış, həmin gün ona N saylı hərbi hissənin tibb məntəqəsində ilkin yardım göstərildikdən sonra 25N saylı hərbi hospitala göndərilmişdir. N7 mart N994-cü il tarixdən 3N mart N994-cü il tarixədək hərbi hospitalda müalicə aldıqdan sonra yaşayış yeri üzrə ambulator müalicə təyin olunmuşdur.

4. Səfərbərlik üzrə hərbi xidmətə çağırılması və N saylı hərbi hissədə toplanışda olması, N mart N994-cü il tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirinin sərəncamına göndərilməsi N saylı hərbi hissə komandirinin N7 fevral N998-ci il tarixli, NN7 nömrəli arayışı ilə təsdiq edir.

5. İddiaçı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdaf iə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”ya ərizə ilə müraciət edərək, müvafiq sənədlərini təqdim etmişdir. Komissiyanın 5 avqust 2020-ci il tarixli cavab məktubu ilə ona təkrar bildirilmişdir ki, “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 2N fevral 2020-ci il tarixli iclasında baxılmış və barəsində 672 nömrəli protokol qaydasında müsbət qərar qəbul edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

6. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məh kəməsinə (bundan sonra mətndə-birinci instansiya məhkəməsi) müraciət etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayon Hərbi Komissarlığı tərəfindən 9 mart N994-cü il tarixdə səfərbərlik üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarına çağırılmışdır. N0 mart N994-cü il tarixdən N mart N994-cü il tarixinə qədər N saylı hərbi hissədə toplanışda olmuş və N mart N994-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin sərəncamına göndərilmişdir. N mart N994-cü il tarixdə Füzuli rayonuna N saylı hərbi hissəyə ezam olunmuş və N mart N994cü il tarixdə xəsarət almış, həmin gün ona N saylı hərbi hissənin tibb məntəqəsində ilkin yardım göstərildikdən sonra vertolyotla onu 25N saylı hərbi hospitala gətirmişlər. N7 mart N994-cü il tarixdən 3N mart N994- cü il tarixədək hərbi hospitalda müalicə aldıqdan sonra onu yaşayış yeri üzrə ambulator müalicəyə yazmışlar. Səfərbərlik üzrə hərbi xidmətə çağırılması və N saylı hərbi hissədə toplanışda olması, N mart N994-cü il tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirinin sərəncamına göndərilməsi N saylı hərbi hissə komandirinin N7 fevral N998-ci il tarixli, NN7 nömrəli arayışı ilə təsdiq edilmişdir. Həmçinin, N saylı hərbi hissə komandirinin N0 mart N994-cü il tarixli, 69 nömrəli əmrindən çıxarışda göstərilmişdir ki, “Azərbaycan Respublikası Müdafiə Nazirinin əmrinin icra olunması ilə əlaqədar olaraq xalq təsərrüfatının müxtəlif sahələrindən hərbi hissəyə toplanışa çağırılmış aşağıda adları göstərilən texnika və şəxsi heyət N0.03.94-cü il tarixdən hərbi hissənin N-ci maddi təminat taborunda qaz an təminatına qoyulsunlar: ZİL-N30 markalı N343 AQS dövlət nömrəli avtomobilin sürücüsü İddiaçı”. Füzuli rayonu ərazisində döyüş əməliyyatları aparan N saylı hərbi hissəyə ezam olunması məqsədi ilə N nömrəli hərbi hissə komandirinin N mart N994-cü il tarixli, 7N saylı əmrindən çıxarışda (nizami hissə üzrə) qeyd edilmişdir ki, “Azərbaycan Respublikası Müdafiə Nazirinin sərəncamına uyğun olaraq aşağıda adları göstərilən hərbi hissəyə toplanışa çağırılmış sürücülər idarə etdikləri avtomobillərlə birlikdə Müdafiə Nazirinin sərəncamına göndərilsinlər və N mart N994-cü il tarixdən hərbi hissənin qazan təminatından çıxarılsınlar: ZİL-N30 markalı N3-43 AQS dövlət nömrə nişanlı avtomobilin sürücüsü İddiaçı ”. Göründüyü kimi, İddiaçı Füzuli rayonunda erməni işğalçılarına qarşı döyüş əməliyyatları ap aran N saylı hərbi hissəyə ezam olunması bilavasitə Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmri əsasında həyata keçirilmişdir. “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək, müvafiq sənədlərini təqdim etmişdir. Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya” tərəfindən ona ünvanlanmış 5 avqust 2020ci il tarixli cavab məktubunda ərizəsinin təmin olunmadığı bildirilmişdir.

8. İddiaya qarşı cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı ad larının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən “N988-ci il fevralın N-dən N994-cü il mayın N-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. Müdafiə nazirinin 6 yanvar N998-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı qüvvələr veteranı”, və “Əmək veteranı” adlarının verilməsi qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Q üvvələrdə tətbiq edilməsi qaydalarına dair” Təlimatının N.6-cı bəndinə görə, “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahısında olmasını sübut edən nizami hissə üzrə əmrlərdə onun hərbi hissənin səxsi heyətinin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci bəndinin qeydinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döy üş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz. Araşdırma nəticəsində, eləcə də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 28 oktyabr 20N9-cu il tarixli, 9/2-N6456 nömrəli arayışına əsasən müəyyən olunmuşdur ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin N0 mart N994-cü il tarixli, 69 nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil edilmiş, lakin 3N mart N994-cü il tarixdən sonra onun hərbi xidməti barədə məlumat aşkar olunmamışdır. İddiaçının döyüş əməliyyatları aparılan za man qanuni əsaslarla tərxis olunması barədə məlumat olmadığından ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, istər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının qanuni əsaslarla ehtiyata buraxılması barədə hər hansı bir sübut yoxdur. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N4-cü maddəsinə əsasən, hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün hərbi qulluqçunun həqiqi hərbi xidmətinin sonu sayılır. Həmin dövrdə hərbi qulluqçuların ehtiyata buraxılması prosesi Azərbaycan Respublikası Prezidentinin “Səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların qismən ehtiyata buraxılması haqqında” 23 yanvar N996-cı il tarixli, 433 nömrəli Fərmanından sonr a başlamışdır. Hesab edir ki, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

9. Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 06 aprel 202N-ci il tarixli, 9/2-2859 nömrəli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin əmrinin icra olunması ilə əlaqədar olaraq xalq təsərrüfatının müxtəlif sahələrindən hərbi hissəyə toplanışa çağırılmış Zıl-N30 markalı avtomobilin sürücüsü İddiaçı N nömrəli hərbi hissə komandirinin N0.03.N994-cü il tarixli, 69 saylı nizami hissə üzrə əmri ilə (əsas: səh.3, § N0, sıra 2) hərbi hissənin maddi təminat taburunun qazan təminatına daxil edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin şifahi sərəncamına uy ğun olaraq Zil-N30 markalı avtomobilin sürücüsü İddiaçı avtomobillə birlikdə Müdafiə Nazirliyinin sərəncamına göndərildiyi üçün N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə N.03.N994-cü il tarixli, 7N saylı əmri ilə (əsas: səh. 8, § 8, sıra 3) hərbi hissənin qazan təminatından çıxarılmışdır. Araşdırmalar İddiaçı barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş sorğu əsasında aparılmışdır. N0. Birinci instansiya məhkəməsinin 29 iyun 202N-ci il tarixli, 2-N(NN)4799/202N nömrəli (hakim Aygün Abdullayeva) qərarı ilə iddia rədd edilmişdir. NN. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının v erilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş hərbi qulluqçulara veteran adının verilməsi üçün hərbi biletlə yanaşı, həm də hərbi xidmət keçməni sübut edən hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları da təqdim olunmalıdır. İddiaçının döyüş əməliyyatları aparan hərbi hissədə xidmət etməsi və yaranlanması barədə müvafiq təsdiqedici sənədlərin mövcudluğu işin halları ilə sübuta yetirilmədiyindən iddia tələbi təmin edilməməlidir. N. İddiaçı apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. apelyasiya instan siyası məhkəməsində icraat N3. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 noyabr 202N-ci il tarixli, 2-N(N03)-2622/202N nömrəli (hakimlər Aida Hüseyn - sədrlik edən və məruzəçi, Azər Hüseynov və Mirzə Tağızadə) qərarı ilə apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. N4. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. N5. İddiaçı kassasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri N6. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiy a məhkəməsinin sorğusuna əsasən cavabdeh tərəfindən təqdim edilmiş, 6 aprel 202N-ci il tarixli, 9/2-2859 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin əmrinin icra olunması ilə əlaqədar olaraq xalq təsərrüfatının müxtəlif sahələrindən hərbi hissəyə toplanışa çağırılmış Zil-N30 markalı avtomobilin sürücüsü İddiaçı N nömrəli hərbi hissə komandirinin N0.03.N994-cü il tarixli, 60 nömrəli nizami hissə üzrə əmri ilə (əsas: səh 8, § 8, sıra 3) qazan təminatından çıxarılmışdır. N nömrəli hərbi hissə tərəfindən verilmiş N7 fevral N998-ci il tarixli arayışdan görünür ki, İddiaçı N0 mart N994-cü il tarixinə qədər N saylı hissədə toplanışda olmuşdur və N mart N994-cü il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirinin sərəncamına göndərilmişdir. Həmçinin qeyd edilmişdir ki, N saylı hərbi hissə Azərbaycan Respublikası Müdafiə Nazirinin 3 saylı, NN.0N.N996-cı il tarixli əmrinə əsasən N saylı hərbi hissəyə çevrilmişdir. N nömrəli hərbi hissə komandirinin N nömrəli, N0 mart N994-cü il tarixli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin əmrinin icra olunması ilə əlaqədar xalq təsərrüfatının müxtəlif sahələrindən hərbi hissəyə toplanışa çağırılmış Zil-N30 markalı avtomobilin sürücüsü İddiaçı N0 mart N994-cü il tarixdən hərbi hissənin N-ci maddi təminat taburunda qazan təminatına qoyulmuşdur. N nömrəli hərbi hissə komandirinin 7N nömrəli, N mart N994-cü il tarixli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin sərəncamına uyğun olaraq Zil-N30 markalı avtomobilin sürücüsü İddiaçı idarə etdiyi avtomobillə birlik də Müdafiə Nazirinin sərəncamına göndərilsin və N mart N994-cü il tarixdən həbi hissənin qazan təminatından çıxarılsın. N7. Göründüyü kimi, məhkəmənin gəldiyi nəticə qanuni əsaslara deyil, yalnız subyektiv mülahizələrə söykənən bir ehtimaldır. Beləliklə də, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə çıxarılmış, mübahisə işdəki faktlar nöqteyi-nəzərindən və qanuni baxımdan mahiyyəti üzrə düzgün həll edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ N8. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə

3. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafi q icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. N9. “Hərbi qulluqçuların statusu haqqında” Qanun Maddə

3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər(7 oktyabr N997-ci il tarixli, 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qo şun hissəsinin siyahılarından” sözləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir).

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N995-ci il tarixli, 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin N-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov) və Şau myan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərl ə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. 2N. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəlad ə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

22. İnzibati Prosessual Məcəllə Maddə 9N. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.N. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

24. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir.

26. Avropa İnsan Hüquqları Məhkə məsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

27. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsinin və apelyasiya şikayətinin məzmununa uyğun kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənm ək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.

28. Nəzərə alınmalıdır ki, yuxarıda istinad edilən normaların müddəalarına görə, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, o cümlədən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə müvafiq aidiyyəti orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir.

29. Hazırkı qərarın 20-ci bəndində istinad olunan normanın müddəalarına görə, həmin Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafi ə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

30. Mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 9 mart N994-cü il tarixdə Bakı şəhəri Sabunçu rayon Hərbi Komissarlığı tərəfindən səfərbərlik üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarına çağırılmış, N nömrə li hərbi hissə komandirinin N0.03.N994-cü il tarixli, 69 saylı nizami hissə üzrə əmri ilə hərbi hissənin maddi təminat taburunun qazan təminatına daxil edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin şifahi sərəncamına uyğun olaraq Zil-N30 markalı avtomobilin sürücüsü İddiaçı avtomobillə birlikdə Müdafiə Nazirliyinin sərəncamına göndərildiyi üçün N nömrəli hərbi hissə komandirinin N.03.N994-cü il tarixli, 7N saylı nizami hissə üzrə əmri ilə hərbi hissənin qazan təminatından çıxarılmışdır. 3N. Lakin, iş üzrə materiallarda iddiaçının hərbi xidmətdən qanunla müəyyən olunmuş qaydada tərxis olunması barədə hər hansı məlumat və ya sənəd aşkar edilməmişdir. İddiaçı da hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata buraxılması barədə məhkəməyə hər hansı sənəd və mötəbər sübut təqdi m etməmişdir.

32. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu qərarın N8-2N-ci bəndlərində istinad olunan normalardan göründüyü kimi, müharibə veteranı adının verilə bilməsi üçün şəxsin təkcə hərbi xidmətə çağırılması və döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktına istinad etməsi kifayət deyildir. Bununla yanaşı, həm də şəxsin hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada təxris olunması faktı da tam sübuta yetirilməlidir.

33. Belə ki, bu qərarın N9-cu bəndində istinad olunan norma anlamında, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəss isələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Başqa sözlə, hərbi xidmət keçmə, o cümlədən döyüş əməliyyatları aparan hərbi hissədə xidmət keçmə faktı həmin hərbi hissəyə həm qanunla müəyyən edilmiş qaydada daxil olmanı, həm də qanunla müəyyən edilmiş qaydada təxris olmanı və ya ehtiyata buraxılmanı ehtiva edir. Hərbi xidmətdən tərxis olunma və ya ehtiyata buraxılma müvafiq rəsmiləşdirmə aparılmasını (o cümlədən, nizami hissə üzrə əmrin verilməsini) tələb edir. Bununla bağlı qeyd edilməlidir ki, şəxsin təxris olunması və y a ehtiyata buraxılması barədə nizami hissə üzrə müvafiq əmrin olmadığı hallar həmin şəxsin hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata buraxılmaması kimi qiymətləndirilməlidir. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hərbi xidmətdən qanunla müəyyən edilmiş qaydada ehtiyata buraxılması və ya təxris olunması iş üzrə materiallarla təsdiq olunmur.

34. Eyni zamanda nəzərə almaq lazımdır ki, iddiaçının öz tələbinin əsası kimi döyüş əməliyyatlarında iştirak edən hərbi hissədə xidmətdə olması və döyüş əməliyyatlarında iştirak etməsi faktına istinad etməsi ona müharibə veteranı adının verilməsi üçün yetərli sayıla bilməz. Baxılan mübahisəyə münasibətdə iddiaçı həm də əsaslandığı faktı və cavabdehin ona münasibətdə iddia olunan məzmunda öhdəlik daşıdığını sübut etməlidir. Lakin iş üzr ə materiallardan iddiaçı tərəfindən bu halları təsdiq edən müvafiq sübutların təqdim edildiyi müəyyən olunmamışdır.

35. Bununla bağlı qeyd edilməlidir ki, yuxarıda istinad edilən normaların müddəalarına görə, müharibə veteranı adı və müvafiq veteranı vəsiqəsi ehtiyata və istefaya buraxılmış şəxslərə yalnız həmin normalarda nəzərdə tutulmuş dispozisiya şərtlərinin ödənildiyi təqdirdə verilir. Nəzərə almaq lazımdır ki, müharibə veteranı adını almağı iddia edən şəxs tərəfindən veteran adının verilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərin ödənilmiş olması mütləq şərtdir və imperativ xarakter daşıyır.

36. Yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtləri baxımından, iddiaçının hərbi toplanışa çağırılması və hərbi xidmətdə olması onun iddia etdiyi dö vrdə döyüş əməliyyatlarında iştirakının və qanunla nəzərdə tutulmuş qaydada tərxis olunmasının təsdiqi və beləliklə də, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün yetərli sayıla bilməz.

37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə münasibətdə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün tələb olunan dispozisiya şərtləri iddiaçıya münasibətdə ödənilməmişdir. Bu baxımdan iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

38. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda şərh edilənlərə və İnzi bati Prosessual Məcəllənin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 noyabr 202N-ci il tarixli, 2-N(N03)-2622/202N nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar