Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-604/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Rəsulbəyova Nigar İmran qızından ibarət tərkibdə, İddiaçı (xx.xx.1956-cı il təvəllüdlü;, FİN: 315DYAO) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirli yinin yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək kitabçaları və Maştağa tikinti materialları kombinatının 28 mart 1983-cü il tarixli 115 saylı arayışını nəzərə almaqla, 26 mart 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və sosial müavinət aldığı dövr ərzində yaranmış pensiya pulu üzrə fərq pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-346/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Balakən rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 23 nömrəli arayışına əsasən, iddiaçı xx.xx.1974 xx.xx.1976-cı illərdə (2 il 3 gün) keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. 2. ИТ-İ ******* nömrəli əmək kitabçasının məlumatlarına əsasən iddiaçının əmək fəaliyyəti aşağıdakılardan ibarətdir: - xx.xx.1983 – xx.xx.1986 (2 il 8 ay 24 gün), - xx.xx.1986 – xx.xx.1995 (8 il 11 ay 15 gün), - xx.xx.1997 – xx.xx.2003 (6 il 3 ay 22 gün).
3. Azərbaycan SSR Tikinti Məmulatları Sənaye Nazirliyi Maştağa tikinti materialları kombinatının xx.xx.1983-cü il tarixli 115 nömrəli arayışına əsasən, iddiaçı şərti məhkumetmə üzrə xx.xx.1980 - xx.xx.1983-cü il tarixlərdə Azərbaycan SSR Tikinti Məmulatları Sənaye Nazirliyinin Maştağa tikinti materialları kombinatında maşinist vəzifəsində işləm işdir. Şərti məhkumetmə müddətinin bitməsi ilə əlaqədar işdən azad edilmişdir.
4. İddiaçıya məxsus xx.xx.1977-ci il tarixli kolxozçunun əmək kitabçasının məlumatlarına əsasən o, Balakən rayon Qullar kəndi “H.Nəsibov” adına kolxozda 1976-cı ildə 18 gün, 1977-ci ildə 295 gün, 1978-ci ildə 172 gün, 1979-cu ildə 217 gün işləmişdir. 1976-1977-ci illərdə kolxozda minimum adam günü norması 250 gün, 1978-1979-cu illərdə isə 200 gün olmuşdur.
5. İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
6. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********6 nömrəli imtina məktubunda qeyd edilmişdir ki: “ИТ-İ ******* nömrəli əmək kitabçanızın surətinə əsasən, sizin xx.xx.2006-cı il tarixədək sığorta stajınız 20 il 3 gün olmaqla qanunla t ələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır... Əlavə olaraq bildiririk ki, təqdim etdiyiniz ərizə və arxiv arayışı əsasında Balakən rayon Qullar kəndi “H.Nəsibov” adına kolxozdakı fəaliyyət dövrünüz əmək kitabçasında öz təsdiqini tapmamışdır”. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı 9 fevral 2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, “əmək kitabçaları və Maştağa tikinti materialları kombinatının 28 mart 1983-cü il tarixli 115 saylı arayışını nəzərə almaqla, 26 mart 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və sosial müavinət aldığ ı dövr ərzində yaranmış pensiya pulu üzrə fərq pulunun birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. Daha sonra iddiaçı, tələbini dəqiqləşdirərək, “əmək kitabçaları və Məştağa tikinti materialları kombinatının 28 mart 1983-cü il tarixli 115 saylı arayışını nəzərə almaqla, 26 mart 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və sosial müavinət aldığı dövr ərzində yaranmış pensiya pulu üzrə fərq pulunun birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli iclas protokolunun qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
9. İddiaçı iddia ərizəsini bu qərarın 1-6-cı bəndlərində qeyd olunan məlumatlara istinad etməklə, əmək fəaliyyəti ilə məşğul olduğu müddətlərin, təqdim etdiyi sənədlərə əsasən sübuta yetirildiyi ilə əsaslandırmış və cavabdehin imtinasını əsassız hesab etdiyini bildirmişdir.
10. Cavabdeh iddia ərizəsinə qarşı mahiyyətcə imtina məktubunun dəlilləri ilə uyğunluq təşkil edən etiraz təqdim edərək, iddianın təmin olunmamasını xahiş etmişdir.
11. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-893/2022 nömrəli, 5 avqust 2022-ci il tarixli qərarı ilə (hakim V.Ə.Musayev) iddia təmin edilmiş, əmək kitabçaları və Maştağa tikinti materialları kombinatının 28 mart 1983-cü il tarixli 115 saylı arayışı nəzərə almaqla, iddiaçıya 26 mart 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və sosial müavinət aldığı dövr ərzində yaranmış pensiya pulu üzrə fərq pulu nun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
12. Birinci instansiya məhkəməsi iddiaçının məhkəmə araşdırması zamanı müəyyən edilən əmək stajının ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli olduğundan, həmin illərin iddiaçının sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı tələbinin əsaslı olması qənaətinə gəlmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır.
13. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (haki mlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.İ.Məlikov və G.İ.Cavadova) 2-1(107)-346/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 2-1(116)-893/2022 nömrəli, 5 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətinin dəlilləri imtina məktubunun və iddia ərizəsinə qarşı verilmiş etirazın dəlilləri ilə mahiyyətcə uyğunluq t əşkil edir. Şikayətdə qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüüquq normaları pozulmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. 20. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanun:... Maddə
7. Y aşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.... Maddə
21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müdd ətləri -21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. -21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). -23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına d axil edilir. 21. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Maddə
69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kita bçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənə dlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. 23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.2. 20 06-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.6. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. 24. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunma sı qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
25. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərarda dını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
27. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
29. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
31. Qeyd olunmalıdır ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etd iyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
32. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.
33. Hazırkı mübahisə mahiyyət etibarı ilə iddiaçının əmək kitabçaları və Məştağa tikinti materialları kombinatının 28 mart 1983-cü il tarixli 115 saylı arayışını nəzərə almaqla, 26 mart 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməs i və sosial müavinət aldığı dövr ərzində yaranmış pensiya pulu üzrə fərq pulunun birdəfəlik ödənilməsi barədədir.
34. Məhkəmə kollegiyası kassasiya şikayətinin təkrarlanan dəlillərinə münasibətdə, yəni “iddiaçının təqdim etdiyi arayışlarda qeyd olunan əmək fəaliyyəti müddətlərinin əmək kitabçasında qeyd edilməməsi” və “Balakən RİİK” tərəfindən verilən xx.xx.1997-xx.xx.2003cü illərə aid əmək haqqı cədvəllərinə əsasən iddiaçının cəmi 68 ay (5 il 8 ay) əmək haqqı alması” ilə bağlı apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, bu qərarın 22-ci bəndində istinad olunan normaların tələbinə əsasən, cavabdehin bu dəlili əsassızdır. Odur ki, Azərbaycan SSR Tikinti məmulatları Sənaye Nazirliyi Maştağa tikinti materialları kombinatının xx.xx.1983-cü il tarixli 115 №-li arayışında qeyd edilən 2 il 11 ay 16 gün müddətin sosial sığorta stajına daxil edilməməsi ilə bağlı kassasiya şikayətinin dəlilləri tamamilə əsassızdır.
35. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçının Balakən rayon Qullar kəndi “H.Nəsibov” adına kolxozda 1976-1980-ci illərdə işləməsi ona məxsus, kolxozçunun əmək kitabçası və müvafiq arayışla sübuta yetirilir. Həmin kolxozda iddiaçı 1976-cı ildə - 18, 1977-ci ildə - 295, 1978-ci ildə - 172, 1979-cu ildə – 217 gün işləmişdir. 36. 1976-1977-ci illər üzrə minimum adam günü norması 250 gün olduğundan, iddiaçının 1977-ci ildə minimum adam günü normasını yerinə yetirdiyi müəyyən olunur və həmin il 1 il staj olaraq qəbul edilir. 1976-cı ildə isə iddiaçı minimum adam günü normasından az işlədiyindən, əmək stajı faktiki müddətə uyğun hesablanaraq, 26 gün müəyyən edilir (26/250=0.86). 37. 1978-1979-cu illər üzrə minimum adam günü norması 200 gün olduğundan iddiaçının 1979-cu ildə minimum adam günü normasını yerinə yetirdiyi müəyyən olunur və həmin il 1 il staj olaraq qəbul edilir. 1978-ci ildə isə iddiaçı minimum adam günü normasından az işlədiyindən, əmək stajı faktiki müddətə uyğun hesablanaraq, 10 ay 8 gün müəyyən edilir (172/200=0.10).
38. Beləliklə, iddiaçının Balakən rayon Qullar kəndi “H.Nəsibov” adına kolxozda cəmi əmək stajı – 2 il, 11 ay, 4 günə bərabər olur. ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçının əmək stajı 18 ildir.
39. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı qərarın 21-22-ci bəndlərində istinad olunan normaların müddəaları baxımından, iddiaçının cavabdeh t ərəfindən mübahisələndirilən iş stajının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, əmək kitabçası və onda əks olunmuş məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Məhkəmə kollegiyası mübahisəyə dair işin faktiki hallarından və tətbiq edilməli olan normaların təfsirindən, eləcə də müəyyən olunmuş halların həmin normalara əsasən qiymətləndirilməsindən çıxış edərək hesab edir ki, iddiaçının mübahisələndirilən əmək fəaliyyəti dövrləri iş stajı kimi nəzərə alınmalı və iddiaçının sosial sığorta stajına hesablanmalıdır.
40. Əlavə olaraq qeyd edilməlidir ki, yuxarıda göstərilən normativ aktlara əsasən, iddiaçı nın işlədiyi dövrdə qüvvədə olan qanunvericiliyin normalarına görə, arxiv arayışları işçinin iş stajını təsdiq edən sübut kimi qəbul edilməlidir.
41. Cavabdeh tərəfindən mübahisələndirilən illərin əmək kitabçası ilə təsdiq olunmaması ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılm ış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə, qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bi lməz. Bu mənada, iddiaçının Maştağa Tikinti Materialları Kombinatında işlədiyi illərdə qüvvədə olan qanunvericilik normaları arxiv arayışı əsasında iş stajının təsdiq edilməsinin mümkünlüyünü birmənalı nəzərdə tuturdu.
42. Beləliklə, iddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla ümumilikdə iş stajının 25 ildən artıq olması aşağı instansiya məhkəmələrində araşdırma zamanı sübuta yetirilmişdir. Odur ki, iddiaçı "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinin dispozisiya şərtlərini tam ödədiyindən tələbində haqlıdır.
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.
44. Yux arıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-346/2022 nömrəli, 16 noyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.