Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-605/2020 03.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) qarşı üzrə QƏRAR Açar sözlər: mübahisənin məhkəmə aidiyyəti, iddianın mümkünlük şərti giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X7, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbayca n Respublikasının Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) qarşı hərəkət (hərəkətsizliklərin) qanunsuz hesab edilməsi, maddi-mənəvi ziyanın ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2612/2019 saylı, 5 noyabr 2019-cu il tarixli qərardadından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 3 iyun 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı 05.08.2019-cu il tarixdə cavabdehlərə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehlərin iddianın təsvir hissəsində qeyd edilən hərəkətlərinin (hərəkətsizliklərinin) qanunsuz hesab edilməsini, cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya dəymiş maddi və mənəvi zərərin əvəzi olaraq müştərək qaydada 40000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 23.04.2017-ci il tarixdə Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi ərazisində yerləşən “xxxx” ərzaq məhsullarının satışı məntəqəsində alış-veriş edərkən marketin mühafizəçiləri ona qarşı qanunsuz hərəkətlərə yol vermiş, nəticədə döyülərək xəsarət almışdır. Yasamal RPİ-nin 29-cu Polis Bölməsinə gələrək baş vermiş hadisə barədə məlumat vermiş, onu bölmənin təhqiqatçısı R.Nəzərovun yanına aparmışlar. Onu döyənlərin kimliyi ilə bağlı təhqiqatçıya məlumat verməyinə baxmayaraq, R.Nəzərov bölmədən çıxaraq az sonra marketin mühafizəçiləri ilə birlikdə geri qayıtmış, təhqiqatçı onu və mühafizəçiləri öz otağına apararaq ərizə almış, o, ərizə yazarkən təhqiqatçı ona təhrikedici suallar vermiş, o otağı tərk etmək istəyərkən isə onun gödəkcəsindən yapışaraq onu boğmağa başlamışdır. X5 və Etibar Səfərov onu təhqiqatçının əlindən almağa çalışsalar da, R.Nəzərov onlara məhəl qoymayaraq, onları itələmiş, yenidən onu boğaraq divara söykəmiş, daha sonra ayaqlarına vurub yıxaraq zahiri görkəminə rişxənd edərək saçlarından yapışmış və mühafizəçilərin gözləri qarşısında sürüyərək döymüş və söymüşdür. Hadisə ilə bağlı 24.04.2017-ci il tarixdə Yasamal Rayon Prokurorluğuna ərizə ilə müraciət olunmuş, araşdırma aparılmışdır. Qeyd edilən məsələ ilə bağlı başdansovdu araşdırma aparan Yasamal rayon prokurorunun böyük kö məkçisi İ dərəcəli hüquqşünas Seymur Mahmudov 29 iyun 2017-ci il tarixdə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X10 Təcrübi və X2 Yasamal rayon şöbəsinin eksperti Samir Mehdiyevin 26.04.2017-ci il tarixli, 303 saylı ekspert rəyində göstərilmişdir ki, onun sağ gözaltı nahiyəsinin və sağ diz oynağının ön səthinin qançırları, sol budun orta 1/3-nin yan səthinin sıyrıqları küt əşyanın təsirindən törənmişdir. Göstərilənlərin 23.04.2017-ci il tarixdə törənməsi inkar olunmur. Lakin, həmin ekspert 12.06.2017-ci il tarixli, 356 saylı, 24.06.2017-ci il tarixli 15/256 saylı rəylərində göstərir ki, bədən üzərində hər hansı xəsarət aşkar edilmədi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbə tçi Hissələri İdarəetmə Xidmətinin 20.06.2017-ci il tarixli ***-*******7 nömrəli məktubunda göstərilir ki, Yasamal RPİ 29-cu PB-nin inzibati binasının girişində quraşdırılmış kamera vasitəsilə 23.04.2017-ci il tarixdə qeydə alınmış videogörüntülərinin saxlama müddəti bitdiyi üçün müvafiq videogörüntünün təqdim edilməsi mümkün deyildir. “xxxx” MMC-nin 08.06.2017-ci il tarixli arayışında qeyd edilmişdir ki, mağazanın hadisə baş verən əraziyə nəzarət edən kameraları xarab olduğu üçün hadisənin baş vermə anı ilə bağlı MMC-də görüntü qeydə alınmamışdır. Həm DİN-dən, həm də “xxxx”dən verilən cavablar əsassızdır. Eyni zamanda bununla bağlı İnsan Hüquqları üzrə Müvəkkilə edilən müraciətlərə məhəl qoyulmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3487/2019 saylı, 23.09.2019-cu il tarixli qərardadı ilə (hakim X3) iddia mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X6məruzəçi, X8 və X4, 2-1(103)-2612/19 saylı iş) 5 noyabr 2019-cu il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməyərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 sentyabr 2019-cu il tarixli, 2-1(81)-3487/2019 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək ləğv edilməsini və iddianın mümkün sayılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Şikayətin dəlili iddia ərizəsinin məzmunu ilə eyni olmuşdur. İddiaçı həmçinin bildirmişdir ki, birinci instansiya məhkəməsi qərardadı qəbul edərkən yanlış nəticəyə gəlmiş, eyni zamanda prosessual pozuntuya yol vermişdir. Be lə ki, iddia tələbindən göründüyü kimi, onun iddia tələbi inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyəti ilə əlaqədar deyildir. Əgər məhkəmə İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən yardım göstərsəydi, o qanunla nəzərdə tutulan qaydada cavabdehlərin əsl cavabdehlərlə əvəzləşdirilməsinə dair ərizə ilə müraciət edərdi. Bundan əlavə məhkəmə cavabdehlərdən olan Daxili İşlər Nazirliyinin səlahiyyətli nümayəndə qismində iştirak etməsinin mümkünlüyünü yoxlamamış, buna görə də, həmin orqanı Bakı şəhəri Baş Polis İdarəsi təmsil etmişdir. Şikayətin hüquqi əsası kimi İnzibati Prosessual Məcəllənin 13, 30, 37, 48.1, 49-cu maddələrinə, “Polis haqqında” Qanunun və “Daxili İşlər Nazirliyi haqqında” Əsasnamənin müddəalarına istinad edilmişdir. tərəflərin izahatı: İddi açı və vəkili məhkəmə kollegiyasının iclasında şikayətin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Aparatı məhkəmə kollegiyasına göndərdiyi etirazında iştirakları olmadan işə baxılmasını, şikayətin əsassız olduğundan təmin edilməməsini və apelyasiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdehlər məhkəmə iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddə si). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı hesab edir ki, 23.04.2017-ci il tarixdə Yasamal rayonu ərazisində yerləşən “xxxx” adlanan super marketdə və Yasamal RPİ-nin 29-cu PB-də olanlarla bağlı sübut edilməli hallar yoxlanılmamış, habelə 24.04.2017-ci il tarixli ərizədə göstərilən xüsusatların təsdiq olunmaması üçün araşdırma zamanı iş materiallarına əlavə olunmuş izahatlarla, məhkəmə tibbi ekspertizasının rəyi ilə iş üzrə əhəmiyyə t kəsb edən məlumatlar düzgün və həqiqətə uyğun göstərilməmiş, araşdırma cinayət prosessual qanunvericiliyin tələbinə əməl edilməməklə aparılmışdır. “İnzibati-icraat haqqında” Qanunun 3.2.1-ci maddəsinə əsasən bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. Həmin Qanunun 3.2.2-ci maddəsində də bu Qanunun inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmadığı təsbit olunmuşdur. İddiaçının açdığı mübahisə inzibati xətalara dair işlər və inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyəti ilə bağlı olmuşdur. İPM-in 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra-inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsin in prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İddiaçının hazırkı mübahisəsi inzibati hüquq münasibətləri ilə bağlı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük ş ərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət et məsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın məhkəmə, ərazi və predmet aidiyyəti və s.) cavab verməlidir. İddiaçının açdığı mübahisə inzibati xətalara dair işlər və inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyəti ilə bağlı olduğundan və inzibati hüquq münasibətləri ilə bağlı olmadığından iddianın mümkün sayılmaması barədə gəlinən nəticə əsaslı olmuşdur. Odur ki, şikayətin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq no rmalarının pozulması müəyyən edilməmişdir. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2612/2019 saylı, 5 noyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-605/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-605/2020
03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver