Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-605/2021 10.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (çıxarışın verilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın, iddiaçının vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1158 /2020 nömrəli iş üzrə xx.xx.2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxx 2021-ci tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı cavabdehin imtinasının qanunsuz sayılması, Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi qəsəbəsində 17-ci Cənub küçəsi, 326 və 328 saylı sahəsi 1.200 kv.m olan bağ sahələrinin mövcud vəziyyətdə reyestrdə qeydiyyata alınmış və buna dair onun adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” ASC-nin Bağçılıq Bostançılıq Cəmiyyətinin xx xxxxxxx 2000-ci il tarixli 34 saylı protokoluna əsasən ona Pirallahı rayonu, Dübəndi bağ massivində məişət avadanlıqları yerləşdirmək üçün boş saxlanılmış ərazidən 17-ci Cənub küçəsində hər birinin sahəsi 600 kv.m olan 326 və 328 bağ sahələri daimi istifadə üçün verilmişdir. Həmin vaxtdan bağ sahələri onun istifadəsindədir. Bağ sahələrinin onun adına qeydiyyata alınması üçün cavabdehə müraciət etmişdir. Lakin sonuncu Bağçılıq-Bostançılıq cəmiyyətinin ilkin (1988-ci il tarixli) siyahısında onun adının olmamasını səbəb göstərərək cavabdeh imtina etmişdir. O, xx.xx.2016-cı il tarixli məktub ilə yenidən sözügedən bağ sahələrinin özəlləşdirilməsi ilə bağlı xx.xx.2015-ci tarixli ********** №-li məktubla müraciət edərək bir daha məsələnin qanuna uyğun həll edilməsini xahiş etmişdir. Yenə də xx.xx.2015-ci il tarixli məktubla imtina edilmişdir. O, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinə müraciət edərək ona ayrılmış “Avtomobilçi” Bağçılıq Bostançılıq Cəmiyyətinin ona ayırdığı 17-ci Cənub küçəsi, 326 ə 328 №-li sahəsi 1200kv.m olan bağ səhələrinin xx xxxxxxx 2000-ci il tarixli 34 №-li protokoluna əsasən istifadəsinə və istifadəsində olması faktını müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx xxxxxx 2016-cı il qətnaməsi ilə ərizə təmin edilmişdir. Cavabdeh (DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) Bakı Apelyasiya Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx xxxxxx 2016-cı iltarixli qətnaməsi ilə ona verilmiş Pirallahı Rayon Məhkəməsinin iş №-2(094)-408/25016 saylı xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ləğv edilmişdir. O, 198 3-cü ildən zavodda işləyir. Bağ sahəsi ona verilən vaxtda sahənin kənarlarından heç bir qaz xətti keçmirdi. Onun sahəsinin kənarından eni 11.5 metr olmaqla 17-ci Cənub küçəsi keçirdi. Qaz xətti isə həmin küçədən 70-80 metr aralıdan F 180 mm olan köhnə qaz xətti keçirdi. 2013-cü ildən qaz xətti dəyişdirilərək, F320 mm olan boru xətti ona məxsus bağ sahəsinin kənarına köçürülmüşdür. Hal-hazırda həmin qaz xətti boyunca 42 bağ sahəsi boru xəttinin mühafizə zonasına düşür. Bağ sahələrinin bir neçə nəfərinə dövlət reyestrində qeydiyyata alınmış və çıxarış verilmişdir. Ona məxsus olan bağ sahəsinə dair sənədlər isə 3 ilə yaxındır ki, inkar olunaraq geri qaytarılır. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat 3. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)134/2019 nömrəli (sədrlik edən hakim Rüstəm Kərimli) qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı cavabdehin imtinasının qanunsuz sayılması, bağ sahəsinin reyestrdə qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi tələbinə dair iddiasının rədd edilməsi qərara alınmışdır.
4. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Mülki Məcəllənin 139.1, 140-cu maddələrinə, Torpaq Məcəlləsinin 67, 68, 84-cü maddələrinə, «Torpaq islahatı haqqında» Qanunun 9, 10-cu maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 2, 4, 8, 12, 15-ci maddələrinə, «İnzibati icraat haqqında» Qanunun 1, 2-ci maddələrinə, İnzibati Prosessual Məcə llənin 14.3, 58.7, 68.1, 73.1-ci maddələrinə istinad edərək belə hesab etmişdir ki, iddia əsassızdır.
5. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-134/2019 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
6. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-1158/2020 nömrəli (hakimlər Elmira Nağıyeva - sədrlik edən və məruzəçi, Vidadi Məmmədov və Həmid Həmidov) qərarı ilə iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
7. Apelyasiya instansiyası məhkəməsi həmin nəticə yə gələrkən birinci instansiya məhkəməsinin də əsaslandığı maddi hüquq normalarını tətbiq etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
8. İddaiçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qəbul olunan zaman məhkəmələr maddi və hüquq normalarını pozmuş, iddiaya münasibətdə səhv nəticəyə gəlmiş, onun qanunla qorunan hüquqları pozulmuşdur.
9. Məhkəmələrin gəldiyi nəticə ondan ibarət olmuşdur ki, Bakı şəhəri X2 İcraiyyə Komitəsinin xx xxxxxxx 1987-ci il tarixli, 20/396 nömrəli qərarına əsasən Bakı «Avtomobil» zavodunun nəzdində yaradılmış «Avtomobilçi» bağçılıq-bostançılıq yoldaşlıq cəmiyyətinə üzv olmaq i stəyən şəxslərin təsdiq olunmuş 188 nəfərdən ibarət olan siyahıda onun adı aşkar olunmamış, bağ sahəsi yüksək təzyiqli qaz kəmərinin mühafizə zolağında yerləşir və adı çəkilən bağ sahəsi bağçılıq yoldaşlığının ayrıc aktından kənarda yerləşir.
10. Adı çəkilən siyahı tərtib olunan zaman o bağçılığa üzv olmamışdır, lakin qeyd olunan bağ sahələri ona cəmiyyətin xx xxxxxxx 2000-ci il tarixli, 34 nömrəli protokoluna əsasən verilmiş və həmin vaxtdan üzvlüyə qəbul olunmamış və bu barədə adına üzvlük kitabçası verilmişdir.
11. Ayrılmış bağ sahəsinin ayrıc aktından kənarda yerləşməsinə gəldikdə isə onu qeyd etmək lazımdır ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərardadı ilə iş üzrə təyin olunmuş məhkəmə ekspertizası zamanı ekspert qarşısında qoyulmuş suala, yəni onun istifadəsinə verilmiş bağ sahəsinin cəmiyyətin ayrıc aktı ilə onun üzvlərinə ayrılmış ərazinin hüdudları daxilində yerləşib-yerləşməməsinin müəyyən edilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxx 2019-cu il tarixli, 13445 nömrəli məktubu ilə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinin və rəyin verilməsinin mümkün olmaması barədə məlumat verilmişdir, yəni, bağ sahəsinin ayrıc aktının daxilində və ya xaricində olması müəyyən olunmamış, ekspert qarşısında qoyulmuş suala cavab verilməmiş, mübahisə öz həllini tapmamış, ziddiyyətli qalmışdır.
12. Onun istifadəsinə verilmiş bağ sahələri Bakı şəhəri XDS İcraiyyə Komitəsi tərəfindən cəmiyyətə ayrılmış 12 hektar torpaq sahəsinin daxilində, torpaq sahəsinin hüdudları daxilində boş qalmış v ə məişət tullantıları üçün nəzərdə tutulmuş torpaq sahələri olmaqla 2000-ci ildən onun daimi istifadəsindədir (bu hal Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(103)-10333/16 nömrəli qətnaməsi ilə öz təsdiqini tapmışdır), bu barədə adına cəmiyyətin 288 nömrəli üzvlük kitabçası verilmiş, orada müəyyən işlər görülmüş, o cümlədən ərazi mişar daşından hasara alınmış, su çəkilmiş, 20 ildən artıq bir müddətdir ki, bağ sahəsindən daimi, maneəsiz və etirazsız istifadə edir.
13. Ayrılmış bağ sahəsinin yüksək təzyiqli qaz xəttinin mühafizə zolağında yerləşməsi məsələsinə gəldikdə isə onu da qeyd etmək lazımdır ki, adı çəkilən magistral qaz kəmərinin yeri sonradan, yəni, 2012-ci ildə oradan magistral yol çəkilən zaman qaz kəməri yolun ortasında qaldığından yeri dəyişdirilmiş, onun v ə digər bir neçə şəxsin istifadəsində olan bağ sahələrinin yaxınlığından çəkilmişdir ki, bu işdə onun və digər bağ sahiblərinin heç bir təqsiri olmamış, torpaq bağ sahəsi kimi verilən zaman oradan qaz kəməri keçməmişdir.
14. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)1158/20 nömrəli qərarının ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kasasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil1 kasasiya şikayətində qeyd edilənlə rə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul etmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(103)-1158/20 nömrəli qərarını ləğv edib, işə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılmasına dair qərarın çıxarılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
17. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya ba xışının hədləri
18. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:
20. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
22. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.
23. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının inzibati mübahisələr üzrə qəbul etdiyi qərarlarının əksəriyyətində inzibati mübahisələrinin düzgün həll edilməsində İnzibati Prosessual Məcəllənin 12.1, 58.7, 68.2-ci maddələrinin xüsusi əhəmiyyət kəsb etdiyini dəfələrlə bildirilmişdir.
24. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
25. Həmin Məcəllənin 58.7-c i maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
26. Həmin Məcəllənin 68.2-ci maddəsinə müvafiq olaraq məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
27. Lakin apelyasiya instansiyası məhkəməsi hazırkı inzibati mübahisəni həll edərkən sözügedən maddi hüquq normalarının müddəalarına riayət etməmiş, işin hallarını tam araşdırmamış, iş üzrə mühüm olan sənədləri tələb etməmiş, nəticə etibarı ilə də düzgün olmayan qərar qəbul etmişdir.
28. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, DƏDRX Bakı şəhər Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx xxxxxx 2015-ci il tarixli m əktubunda ərizəçiyə bildirilmişdir: Bakı şəhər Ərazi İdarəsinin bağçılıq yoldaşlıq üzvlərinin müvafiq icra hakimiyyəti tərəfindən təsdiqlənmiş siyahısında onun adı aşkar olunmamışdır, İdarənin elektron baza məlumatlarına əsasən sözügedən bağ sahəsi bağçılıq yoldaşlığının ayrıc aktından kənara düşür.
29. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin məhkəməyə ünvanlanmış x xxxxxxxx 2019-cu il tarixli məktubu ilə qurumun müvafiq mütəxəssis rəyi təqdim olunmuşdur. Rəydə aşağıdakılar bildirilmişdir:
30. İddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinə yerində baxış keçirilib koordinatları müəyyən edilməklə ölçülmüşdür. Azərbay can Respublikası Prezidentinin 2186 nömrəli, xx xxx 2007-ci il tarixli yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan Bağ Təsərrüfatı idarələri ləğv edilərək arxiv sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verildiyindən iddiaçı X1 iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin yerində müəyyən edilmiş koordinatları müraciətdə qeyd edilən sualların cavablandırılması məqsədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə sorğu ilə göndərilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sorğuya aşağıda qeyd edilənlər kimi cavab verilmişdir. 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr baza məlumatlarına əsa sən koordinatlar verilmiş sahə «Avtomobilçi» bağ yoldaşlığının ayrıc aktından kənarda yerləşir. Torpaq sahəsi tam olaraq yüksək təzyiqli qaz xəttinin mühafizə zolağında yerləşir.
31. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, «Avtomobilçi» bağçılıq bostançılıq cəmiyyətinin idarə heyətinin 34 nömrəli, xx xxxxxxx 2000-ci il tarixli protokolundan çıxarışa əsasən «Avtomobilçi» bağçılıq cəmiyyətində məişət avadanlıqları üçün boş saxlanılmış 17 cənub küçəsi 326/328 nömrəli bağ sahəsi zavodun işçisi İddiaçı daimi istifadədən ötəri verilməsi qərara alınmışdır.
32. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tərəfindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ünvanlanmış **********14 nömrəli, xx xxxxxx 2018-ci i l tarixli məktubda İddiaçı «Avtomobilçi» bağçılıq yoldaşlığı nəzdində Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivində 326/328 saylı bağ sahəsinin ayrılmasına dair hər hansı bir sənəd (üzvlük kitabçası, protokoldan çıxarış və s.) arxiv qovluğunda aşkar olunmadığı qeyd edilmişdir. Məktuba «Avtomobilçi» bağçılıq yoldaşlığının xx xxxxxx 1988-ci il tarixli, 3 nömrəli protokoldan çıxarışının, xx xxxxxx 1988ci il tarixli, 2 nömrəli protokoldan çıxarışının təsdiq edilmiş surətləri əlavə edilmişdir. xx xxxxxx 1988-ci il tarixli, 2 nömrəli protokoldan çıxarışının təsdiq edilmiş surətinə əsasən bağ sahəsi ayrılmış 185 şəxsin adı və soyadı olan siyahı əlavə edilmiş, siyahıda iddiaçının adı göstərilməmişdir.
33. Apelyasiya instansiyası məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından göründüy ü kimi, apelyasiya instansiyası məhkəməsi iş üzrə hazırkı nəticəyə gələrkən qeyd etmişdir ki, «iş üzrə alınmış mütəxəssis rəyinə əsasən iddiaçının iddia etdiyi torpaq sahəsi «Avtomobilçi» bağçılıq-yoldaşlıq cəmiyyətinin ayrıc aktından kənardakı əraziyə, eləcə də yüksək təzyiqli qaz xəttinin mühafizə zonasına düşür. «Avtomobilçi» bağçılıq-yoldaşlıq cəmiyyəti tərəfindən ayrılmış torpaq sahəsinin koordinatları həmin qurumun ərazisindən kənara düşməməlidir. Belə olan halda həmin torpaq sahəsi də iddiaçının mülkiyyəti kimi reyestrdə qeydiyyata alına bilməz, bağçılıq yoldaşlıq üzvlərinin müvafiq icra hakimiyyəti tərəfindən təsdiqlənmiş siyahısında 17-ci cənub küçəsində torpaq sahəsinin ayrılması qeyd edilməmişdir».
34. Bununla əlaqədar məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, işdə olan (i ş səhifəsi 9) «Avtomobilçi» bağçılıq-bostançılıq cəmiyyətinin idarə heyətinin 34 nömrəli, xx xxxxxxx 2000-ci il tarixli protokolundan çıxarışdan göründüyü kimi, həmin cəmiyyətdə Dübəndi qəsəbəsindəki bağ sahələrinin verilməsi Bakı şəhəri İcra Hakimiyyətinin xx xxxxxxx 1987-ci il tarixli, 20/356 nömrəli sərəncamı əsasında verilmiş və təbii ki, adıçəkilən sərəncama görə ayrıc aktı da verilmişdir.
35. Lakin qeyd edilməlidir ki, nə sözügedən xx xxxxxxx 1987-ci il tarixli, 20/356 nömrəli sərəncam, nə də ki ayrıc aktı iş materiallarında mövcud olmadığından və məhkəmə tərəfindən tələb olunmadığından araşdırılmamışdır.
36. Nəzərə alaraq ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının iddia etdiyi torpaq sahəsinin «Avtomobilçi» bağçılıq yoldaşlıq cəmiyyətinin ayrıc aktından kənardakı əraziyə düşmə si barədə mütəxəssis rəyinə istinad etməklə belə qənaətə gəlmişdir ki, həmin torpaq sahəsi iddiaçının mülkiyyəti kimi reyestrdə qeydiyyata alına bilməz, Bakı şəhəri İcra Hakimiyyətinin sözügedən sərəncamının və onun əsasında verilmiş ayrıc aktının işdə olmaması və məhkəmə tərəfindən araşdırılmaması, mütəxəssis rəyinin də mötəbərliliyini şübhə alğına alınmasına əsas verir, çünki mütəxəssis sərəncama və ayrıc aktına deyil, cavabdehin elektron kadastr baza məlumatlarına əsaslanır.
37. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin inzibati kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
38. İşə təkrar baxıldığı zaman Bakı şəhəri İcra Hakimiyyəti iş üzrə üçüncü şəxs qismində cəlb edilməklə, xx xxxxxxx 1987-ci il tarixli, 20/356 nömrəli sərəncam və onun əsasında verilmiş ayrıc aktı tələb edilərək, tam və hərtərəfli araşdırılmalı, iddiaçının iddia etdiyi bağ torpaq sahələrinin «Avtomobilçi» bağçılıq-bostançılıq cəmiyyətinə Dübəndidə ayrılmış torpaq sahəsinin içində və ya kənarında olub-olmaması müəyyən edilməli və bunun əsasında iş üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir.
39. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 21(103)-1158/2020 saylı qərarı ləğv edilsin. İş təkrar ba xılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin.