Məhkəmə qərarları › İş №2-1(102)-605/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-605/2022

20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-605/2022 20.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini, 57 yaş, elektrik qaynaqçısı peşəsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət S osial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə cavabdeh) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun xx.xx.2019-cu il tarixdən etibarən təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2187/2021 saylı, 24 noyabr 2021-ci il tarixli qərarından cavabdehin verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1962-cı il Azərbaycan Respublikası Bərdə rayonunda doğulmuşdur, Mingəçevir şəhəri, F.Əzimov küçəsi, ev 33, mənzil 24-də qeydiyyatdadır.

2. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmə tə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər Şöbəsinin 335 saylı 13 sentyabr 2019-cu il tarixli arayışına əsasən iddiaçı xx.xx.1980-ci ildən xx.xx.1982-ci il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələrində, xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixə kimi Əfqanıstan Respublikasında xidmət etmiş, müharibə veteranıdır.

3. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı 20 may 1983-cü il tarixli əmək kitabçasına əsasən xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixinə kimi “Azərenerjitikinti” trestinin Azərbaycan DRES Tikinti Quraşdırma İdarəsində beton döşəmə sahəsində 2-ci dərəcəli fəhlə, xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü il tarixinədək “Azərenerjitikinti” Trestinin “Azərbaycan DRES Tikinti Quraşdırma İdarəsində əvvəl 4-cü dərəcəli, sonra isə 5-ci dərəcəli əl ilə qaynaq edən e lektrik qaynaqçısı işləmiş, xx.xx.1993-cü il tarixdən “Azərenerjitikinti” İTQB-nin “Azərbaycan” DRES Tikinti Quraşdırma İdarəsinin strukturu nəzdində “Mənzilsosialtikinti” TQİ yaradılmış və həmin tarixdən “Mənzilsosialtikinti” TQİ-ə köçürmə yolu ilə keçirilmişdir. xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixinə kimi “Azərenerjitikinti” İTQB-nin “Azərbaycan” DRES Tikinti Quraşdırma İdarəsinin strukturu nəzdində yeni yaradılmış “Mənzilsosialtikinti” TQİ-də əl ilə qaynaq edən 5-ci dərəcəli elektrik qaynaqçısı işləmiş, xx.xx.1994-xx.xx.1996-ci il tarixlərdə "xxxx" Azərbaycan X3 elektrik qaynaqçısı, xx.xx.1996-cı il tarixdə "xxxx" DRES-ə 4-cü dərəcəli elektrik qaynaqçısı qəbul edilmiş, xx.xx.1997-ci il tarixdə 5-ci dərəcəli elektrik qaynaqçısı keçirilmiş, xx.xx.1997-ci il tarixdə qaynaq sex inə keçirilmiş, xx.xx.2001-ci il tarixdə işdən azad edilmiş, xx.xx.2001-ci il tarixdə Azərbaycan DRES-ə qaynaq sexinə 5-ci (beş) dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul olunmuş, xx.xx.2009-cu il tarixdə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2009-cu il tarixdə "xxxx" MMC-yə X2 Təmir və Sazlama İdarəsinin Qaynaq sexinə 5-ci dərəcəli elektrik qaynaqçısı qəbul edilmiş, xx.xx.2010-cu il tarixdə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2010-cu il tarixdə "xxxx" ASC EAT İdarəsinin Mingəçevir Təmir sahəsinin Qaynaq sexinə 5-ci dərəcəli əl qaynaqçısı peşəsinə təyin edilmiş, xx.xx.2012-ci il tarixdə STP-nin Ağır Maşınqayırma Departamentinə 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə keçirilmiş, xx.xx.2012-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2012-ci il tarixdə Ağır maşınqayırm a zavodu Qazan təmiri sexinin Mingəçevir Qazan 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsinə təyin edilmiş, xx.xx.2013-cü il tarixdə vəzifə və dərəcə saxlanılmaqla həmin zavodun həmin sexin həmin şöbəsində qaynaq qrupuna keçirilmiş, xx.xx.2015-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2015-ci il tarixdə "xxxx" MMC-yə Qazan və Köməkçi Avadanlıqların Təmiri sexinə Qaynaq sahəsinə 5 (beşinci) dərəcəli əl ilə elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilmişdir. 4. 116 saylı xx.xx.1983-cü il tarixli kolxozçunun əmək kitabçasına əsasən iddiaçı kolxoz üzvlüyünə daxil olmuşdur. 5. "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli güzəştli arayışına əsasən xx.xx.1962-ci il təvəllüdlü iddiaçı həqiqətən əmək kitabçasına "xxxx" ASC-nin arxivində olan əmrlərə və əmək haqqı hesablanması cədvəllərinə əs asən xx.xx.1983-cü il tarixdən (əmr № 89/k, xx.xx.1984-cü il) “Azərenerjitikinti” trestinin Azərbaycan DRES (QRES) Tikinti Quraşdırma İdarəsində Beton döşəmə sahəsində 2-ci dərəcəli fəhlə peşəsində işləmişdir. xx.xx.1985-ci il tarixdən (əmr № 89/k, xx.xx.1984-cü il) xx.xx.1993-cü il tarixinədək (əmr 89/k, xx.xx.1993-cü il) “Azərenerjitikinti ”trestinin “Azərbaycan” DRES (QRES) Tikinti Quraşdırma İdarəsində əvvəl 4-cü dərəcəli sonra isə 5-ci dərəcəli əl ilə qaynaq edən elektrik qaynaqçısı peşəsində işləmişdir. xx.xx.1993-cü il tarixdən (əmr № 89/k, xx.xx.1993-cü il) “Azərenerjitikinti” İTQB-nin “Azərbaycan” DRES (QRES) Tikinti Quraşdırma İdarəsinin strukturu nəzdində “Mənzilsosialtikinti” TQİ yaradılmış və həmin tarixdən “Mənzilsosialtikinti” TQİ-ə köçürmə yolu ilə keçirilmişdir. xx.xx.1993 -cü il tarixdən (əmr № 89/k, xx.xx.1993-cü il) xx.xx.1994-cü il tarixinə kimi (əmr № 96/k, xx.xx.1994-cü il) “Azərenerjitikinti” İTQB-nin “Azərbaycan” DRES Tikinti Quraşdırma İdarəsinin strukturu nəzdində yeni yaradılmış “Mənzilsosialtikinti” TQİ-də əl ilə qaynaq edən 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir. İddiaçı əl ilə qaynaq edən elektrik qaynaqçısı peşəsində işlədiyi dövr üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarın 35.Ümumi peşələr maddəsinin-əl ilə qaynaq edən elektrik qaynaqçıları-bəndinə əsasən imtiyazlı təqaüd almaq hüququna malikdir. Arayış təqaüdə çıxmaq üçün Mingəçevir şəhər Dövlət Sosial Müdafiə Fonduna təqdim edilmişdir. Arayışda heç bir istifadə edilməmiş məzuniyyət, ezamiyyət, kompensasiya nəzərə alınmamış, əmək haqqı cədvəllərinə əsasən yazılmışdır. SSRİ Energetika Nazirliyinin xx.xx.1991-ci il tarixli, 60 nömrəli əmrinin “A” bəndinin bölməsinə əsasən “Azərenerjitikinti” tresti “Azərenerjitikinti” İstehsal Tikinti Quraşdırma Birliyi (İQTB) adlandırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 20 may 1993-cü il tarixli 619 saylı sərəncamına əsasən “Azərenerjitikinti” İstehsal Tikinti Quraşdırma Birliyi (İTQB) və “Enerjiquraşdırma” nın bazası əsasında "xxxx" Dövlət Şirkəti yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 16 iyul 1998-ci il tarixli 851 saylı sərəncamına əsasən "xxxx" Dövlət Şirkəti bazası əsasında "xxxx" ASC yaradılmışdır. "xxxx" ASC “Azərenerjitikinti” trestinin “Azərbaycan” DRES Tikinti Quraşdırma İdarəsinin hüquqi varisidir. İddiaçı 1986-cı il tarixdən (əmr № 89 e, xx. xx.1986-cı il) xx.xx.1987-ci il tarixinə kimi Rusiya Federasiyasının Moskvaətrafı Zaqorsk QAES-də ezamiyyətdə olmuş və əmək haqqını da həmin İdarədən almışdır. Ona görə həmin dövr üzrə əmək haqqını arayışda yazmaq mümkün olmamışdır.

6. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Bərdə rayon İcra Hakimiyyəti Bərdə rayon Dövlət Arxivi tərəfindən verilmiş 11 sentyabr 2019-cu il tarixli 86 nömrəli arxiv arayışına əsasən rayon Dövlət Arxivində mühafizə edilən sabiq S.Vurğun adına kolxozun (AİM) 1978-1983-cü illər üzrə şəxsi heyətə dair sənəd materiallarına əsasən İddiaçı kolxozda (AİM) işləmişdir. Arayışda İddiaçı qazandığı əmək haqqı, adam günü və minimum əmək günü norması göstərilmişdir. 7. "xxxx" MMC və "xxxx" MMC tərəfindən verilmiş əmək şəraiti üzrə iş yerinin attestasiya xəritəsindən görü nür ki, qaynaq sexində əl ilə elektrik qaynaqçıları, elektrik qaynaqçıları, arqon qaynaqçıları, qaz qaynaqçıları, termistlər, tökücülərı əmək şəraitinə görə 16 % güzəştlər tətbiq edilmişdir.

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli **********074900 nömrəli “sorğunun cavablandırılması haqqında” məktubun surətinə əsasən dövlət reyestrində AzərbaycanRusiya "xxxx" Birgə Müəssisəsinin (VÖEN: **********) xx.xx.1994-cü il tarixdə dövlət qeydiyyatından keçməsi və hal-hazırda fəaliyyətinin aktiv olması barədə məlumat mövcuddur.

9. İddiaçı onun güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququnun olduğuna istinad edərək cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməs indən imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********2 saylı 21 dekabr 2020-ci il tarixli “imtina məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatın imkan verirsə, əmək şəraitinə görə güzə ştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişil ərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyi 20 may 1983-cü il tarixli, İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətində xx.xx.1994-xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" Azərbaycan X3 işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri müvafiq məsələ ilə bağlı araşdırma apararaq Mingəçevir şəhərində yerində baxış keçirmiş, nəticədə yuxarıda adı qeyd olunan müəssisənin hüquqi ünvanı müəyyən edilməmiş və həmin müəssisənin mövcud olmasını təsdiq edən hər hansı fakt aşkar edilməmişdir. Buna görə də, xx.xx.1994-xx.xx.1996-cı il tarixləri arasındakı dövrü əmək stajına daxil etmək mümkün olmadığından onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 7 ay 5 gün) təşkil edir. Qeyd edi lənlərə əsasən əmək kitabçasında göstərilən məlumatların həqiqiliyinə əsaslı şübhələr olduğundan, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

10. İddiaçı iddia ərizəsi ilə cavabdehə qarşı məhkəməyə müraciət edərək, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun xx.xx.2019-cu il tarixdən etibarən təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir.

11. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2006-cı ilin yanvar ayının 1-dək ümumi iş stajı 25 il, güzəştli iş üzrə 12 il 6 ay stajı olan kişilər 57 yaşına çatdıqda güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququna malikdir. Bununla bağlı o, cavabdeh təşkilata müraciət etmiş, lakin sonuncu xx.xx.1994- xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" Azərbaycan X3 işlədiyi elektrik qaynaqçısı vəzifəsinin güzəştli şərtlərlə pensiya hüququ verən işlər siyahısına uyğun olub-olmadığının müəyyən edilməsinin mümkün olmaması səbəbilə ona pensiya təyin etməmişdir. Cavabdehin imtinasının heç bir hüquqi əsası yoxdur..

12. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (İstehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşı na çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, müddətin azı 12 il 6 ay həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublika sı Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın ümumi peşələr (35) bölməsində: -rezervuarların, bakların, sister nlərin və gəmi bölmələrinin daxili işlərində yarımavtomat maşınlar ilə məşğul olan avtomat və yarımavtomat maşınların elektrik qaynaqçıları; - rezervuarların, bakların, sisternlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan əl ilə qaynaq elektrik qaynaqçıları; - əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi filiala təqdim etdiyi İT-İ seriyalı ******* saylı 20 may 1983-cü il tarixli əmək kitabçasında 24.101994- xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" Azərbaycan X3 elektrik qaynaqçısı işlədiyi qeyd olunmuşdur. Lakin, iddiaçının təqdim etdiyi sənədlərə əsasən işlədiyi vəzifənin yuxarıda qeyd olunan vəzifələrə aid olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də, onun güzəştli iş stajı 12 il 6 aydan az təşki l edir.

13. Bakı İnzibati Məhkəməsinin (hakim X1, 2-1(112)-1526/2021 saylı iş) 20 aprel 2021-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşı tamam olduğu 20 yanvar 2019-cu il tarixdən təyin olunması vəzifəsi cavabdehə həvalə edilmişdir.

14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarına əlavə olunmuş "xxxx" MMC tərəfindən verilmiş arayışlar iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasını təsdiq edən arayışlardır və həmin arayışlar mötəbər sübut kimi qiymətləndirilməlidir. Odur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajının olmasına istinadən iddia təmin edilməlidir.

15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Bakı İnzibati Məhkəməsinin mövqeyi ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X5-məruzəçi, X6 və X7, 2-1(103)2187/2021 saylı iş) 24 noyabr 2021-ci il tarixli qərarla cavabdehin apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 20 aprel 2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt- 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajı tam olaraq tamamlanmışdır. İşlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı i şlədiyi müəssisə (işəgötürən) tərəfindən təsdiq olunur. İddiaçının xx.xx.1985-ci il tarixdən xx.xx.1993-cü il tarixinədək, xx.xx.1993cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2009-cu il tarixədək işlədiyi əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın XXXİİİ Ümumi peşələr bölməsində 23200000-19906 kodu ilə olan - əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsinə uyğunlaşdırılmışdır. Cavabdehin göstərdiyi - iddiaçının "xxxx" Azərbaycan-X3 işlədiyi xx.xx.1994-xx.xx.1996 -cı il tarixədək olan müddəti mübahisələndirməsinə gəlincə, həmin dövr onun güzəştli iş stajına daxil edilməsə belə, iddiaçının xx.xx.2006-cı il tarixədək yuxarıda göstərilən müddətlər nəzərə alınmaqla 12 il 6 aydan artıq güzəştli stajı tamamlanmışdır.

18. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. İddiaçıya məxsus olan əmək kitabçasında xx.xx.1994-xx.xx.1996-cı illər ərzində "ERA” Azərbaycan X3 elektrik qaynaqçısı işlədiyi qeyd olunmuşdur. Lakin, sözügedən vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmi ş müvafiq Siyahı ilə eynilik təşkil etməsini müəyyən etmək mümkün olmamışdır. Nəticə etibarilə iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az müddət təşkil edir.

20. Şikayətin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Qanunun 9.1, 9.8-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq 22. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 23.2 Vətəndaşların başqa dövlətlərin ərazisində fəaliyyət dövrünün sığorta stajına daxil edilməsi şərtləri 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edili r. 23. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə

13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlər də çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Maddə

67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dö vlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Maddə 69 İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edil məklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

25. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. 26. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gü zəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 27. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.

28. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, əri zə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəm əsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxı şının hədləri

29. Cavabdehin kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

30. Cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar olmamışdır.

32. İddiaçı 1 yanvar 2006-cı ilə qədər 25 il ümumi stajı, həmin dövrün 12 il 6 ayının güzəşti stajı mövcud olduğunu bildirib 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixdən güzəştli şərtlə yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir.

33. Cavabdehin imtinasının dəlillərinə görə iddiaçı 25 il ümumu stajı toplamamış, iddiaya dair etirazın və kassasiya şikayətinin dəlilinə görə iddiaçının xx.xx.1994xx.xx.1996-cı illər ərzində "xxxx" Azərbaycan X3 elektrik qaynaqçısı işlədiyi peşə Nazirlər Kabinetinin təsdiq etdiyi Siyahıda mövcud olmadığından güzəştli iş stajı 12 il 6 aydan az müddət təşkil edir.

34. Kasasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

35. Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddələr inə uyğun olaraq iddiaçıya 2 saylı Siyahı üzrə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər 25 ildən az olmayan ümumi iş stajının mövcud olması; 2) xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması.

36. İddiaçı xx xxxxxx 1962-ci ildə doğulmuş, 20 yanvar 2019-cu ildə 57 yaşı tamam olmuşdur.

37. İddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, hərbi xidmətdə olması barədə arayışı, əmək kitabçasını, kolxozçunun əmək kitabçasını, işləməsi barədə arxiv arayışlarını və güzəştli iş stajına dair arayışları təqdim etmişdir.

38. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər Şöbəsinin 335 saylı 13 sentyabr 2019 -cu il tarixli arayışına əsasən iddiaçı xx.xx.1980-ci ildən xx.xx.1982-ci il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələrində, xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixə kimi Əfqanıstan Respublikasında xidmət etmişdir.

39. İddiaçının əmək kitabçasındakı qeydlərə əsasən onun hərbi xidmətdə olduğu xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək (2 il 2 ay 6 gün), müxtəlif peşələrdə işlədiyi dövrlərxx.xx.1983-cü ildən xx.xx.1985-ci ilədək (1 il 10 ay 19 gün), xx.xx.1985-ci ildən xx.xx.1994cü ilədək (9 il 6 ay 10 gün), xx.xx.1994-cü ildən xx.xx.1996-cı ilədək (1 il 5 ay 7 gün), xx.xx.1996-cı ildən xx.xx.2006-cı ilədək (9 il 9 ay) nəzərə alınmaqla ümumi iş stajı 24 il 9 ay 12 gün təşkil edir.

40. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Bərdə rayon İcra Hakimiyyəti Bərdə rayon Dövlət Arxivi tərə findən verilmiş 11 sentyabr 2019-cu il tarixli 86 nömrəli arxiv arayışı ilə müəyyən olunur ki, rayon Dövlət Arxivində mühafizə edilən sabiq S.Vurğun adına kolxozun (AİM) 1978-1983-cü illər üzrə şəxsi heyətə dair sənəd materiallarına əsasən iddiaçı kolxozda (AİM) 1978-ci ildə minimum norma əmək günü 200 olduğu halda 18 adam günü, yəni minimum əmək iştirak normasına görə faktiki 32 gün (18 x 365 gün: 200 gün = 32 gün), 1979-cu ildə 27 adam günü, yəni minimum əmək iştirak normasına görə faktiki 49 gün (27 x 365 gün: 200 gün = 49 gün), 1980-ci ildə 64 adam günü, yəni minimum əmək iştirak normasına görə faktiki 116 gün (64 x 365 gün: 200 gün = 116 gün), 1983-cü ildə isə minimum norma əmək günü 260 olduğu halda 11 adam günü, yəni minimum əmək iştirak normasına görə faktiki 20 gün (11 x 365 gün: 200 gün = 20 gün) işləmişdir ki, bu da ümumilikdə 217 gün, yəni 7 ay 2 gün təşkil edir.

41. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalar “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur.

42. Adı çəkilən Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmə k pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir.

43. Odur ki, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən müəssisənin (arxiv) arayışları nəzərə alına bilər.

44. Beləliklə, iddiaçının xx.xx.2006-cı il tarixə ümumi stajı onun hərbi xidmətdə olduğu dövr (2 il 2 ay 6 gün), əmək kitabçasındakı stajı (22 il 7 ay 6 gün) və kolxozda işlədiyi (7 ay 2 gün) müddət də nəzərə alınmaqla ümumilikdə 25 ildən çox təşkil edir.

45. İddiaçının xx.xx.2006-cı il tarixədək qanunla tələb olunan 12 il 6 ay xüsusi stajının olması barədə tələbə gəldikdə isə qeyd olunmalıdır ki, həmin tələb də hazırki işdə ödənilir. Belə ki, iddiaçının xx.xx.1985-ci ildən xx.xx.1994-cü ilədək (9 il 6 ay 10 gün), xx.xx.1996-cı ildən xx.xx.2001-ci ilədək və xx.xx.2001-ci ildən xx.xx.2009-cu ilədək (12 il 8 ay 4 gün) işlədiyi elektrik qaynaqçısı peşələri güzəştli olub, onun bu peşədə stajı qeyd olunan dövrlər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək cəmi 12 il 6 aydan çoxdur.

1. Nazirlər Kabinetinin təsdiq etdiyi Siyahıda əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları və sair peşələr əksini tapmışdır.

2. İddiaçı da ele ktrik qaynaqçısı peşəsində işləmişdir.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarında yalnız əl ilə qaynaq aparan qaynaqçılar deyil, eyni zamanda elektrik qaynaqçıları peşəsi də güzəştli peşələr sırasına daxil edildiyindən, elektrik qaynaqçısı olaraq çalışdığı illər 12 il 6 aydan çox olmuşdur.

46. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahıda “Xİİİ. Ümumi peşələr” bölməsində “əl ilə qaynaq aparan elektrik qaynaqçıl arı” (kod 23200000—19906) nəzərdə tutulmuşdur. 47. "xxxx" ASC-nin 45 saylı xx.xx.2021-ci il tarixli güzəştli arayışına əsasən iddiaçı həqiqətən əmək kitabçasına "xxxx" ASC-nin arxivində olan əmrlərə və əmək haqqı hesablanması cədvəllərinə əsasən xx.xx.1983-cü il tarixdən (əmr № 89/k, xx.xx.1984-cü il) “Azərenerjitikinti” trestinin Azərbaycan DRES (QRES) Tikinti Quraşdırma İdarəsində Beton döşəmə sahəsində 2-ci dərəcəli fəhlə peşəsində işləmişdir. xx.xx.1985-ci il tarixdən (əmr № 89/k, xx.xx.1984-cü il) xx.xx.1993-cü il tarixinədək (əmr 89/k, xx.xx.1993-cü il) “Azərenerjitikinti ”trestinin “Azərbaycan” DRES (QRES) Tikinti Quraşdırma İdarəsində əvvəl 4-cü dərəcəli sonra isə 5-ci dərəcəli əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsində işləmişdir. xx.xx.1993-cü il tarixdən (əmr № 89/k, xx. xx.1993-cü il) “Azərenerjitikinti” İTQB-nin “Azərbaycan” DRES (QRES) Tikinti Quraşdırma İdarəsinin strukturu nəzdində “Mənzilsosialtikinti” TQİ yaradılmış və həmin tarixdən “Mənzilsosialtikinti” TQİ-ə köçürmə yolu ilə keçirilmişdir. xx.xx.1993-cü il tarixdən (əmr № 89/k, xx.xx.1993-cü il) xx.xx.1994-cü il tarixinə kimi (əmr № 96/k, xx.xx.1994-cü il) “Azərenerjitikinti” İTQB-nin “Azərbaycan” DRES Tikinti Quraşdırma İdarəsinin strukturu nəzdində yeni yaradılmış “Mənzilsosialtikinti” TQİ-də əl ilə qaynaq aparan 5-ci dərəcəli elektrik qaynaqçısı peşəsində işləmişdir. İddiaçının əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsində işləməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verə n istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın XXXİİİ Ümumi peşələr bölməsində 23200000-19906 kodu ilə olan - əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsinə uyğundur, eynilik təşkil edir və imtiyazlı təqaüd almaq hüququna malikdir. "xxxx" ASC “Azərenerjitikinti” trestinin “Azərbaycan” DRES Tikinti Quraşdırma İdarəsinin hüquqi varisidir.

48. Həmçinin "xxxx" ASC-nin "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktuba əsasən iddiaçı hal-hazırda "xxxx" MMC-nin mərkəzi təmir sexi “qaynaqçı sahəsində” əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsində işləyir. Eyni zamanda İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.2001-ci il tarixədək Xüsusiləşdirilmiş Təmir Quraşdırma müəssisəsində “Azərbaycan DRES-nin Qazan-Turbin Quraşdırma sexində 4ci və 5-ci dərəcəli əl ilə qaynaq aparan elektrik qaynaqçı peşəsində və xx.xx.2001-ci il tarixdən xx.xx.2009-cu il tarixədək "xxxx" MMC-nin qaynaq sexində 5-ci dərəcəli əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsində işləmişdir ki, həmin peşələrin funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXXİİİ ümumi peşələr bölməsinin 23200000-19906 kodu altında olan əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsi ilə eynilik təşkil edir və həmin peşəyə uyğundur. Qeyd olunan sahələr zərərli iş yeri hesab olunur və xx.xx.2001-ci il tarixdən xx.xx.2009-cu il tarixədək əlavə 12%, xx.xx.2015-ci il tarixdən hal-hazıradək əlavə 16% əmək haqqı ödənilmişdir.

49. İddiaçının işlədiyi elektrik qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 saylı siyahının Ümumi peşələr adlı XXXİİİ saylı bölməsinin 23200000-19906 kod nömrəli güzəştli iş stajı verən əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinə uyğun olmuş və həmin dövr onun güzəştli iş stajına daxil edilmişdir.

50. İddiaçının "xxxx" Azərbaycan-X3 işlədiyi xx.xx.1994-xx.xx.1996-cı il tarixədək olan müddət onun güzəştli iş stajına daxil edilməsə b elə, iddiaçının xx.xx.2006-cı il tarixədək yuxarıda göstərilən müddətlər nəzərə alınmaqla 12 il 6 aydan artıq güzəştli stajı tamamlanmışdır.

51. Apellyasiya məhkəməsinin müəyyən etdiyi kimi iddiaçı 1 yanvar 2006-cı il tarixədək ən azı 12 il 6 ay güzəştli iş stajına malik olmuşdur.

52. İddiaçının güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ yaranması üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbləri mövcud olduğundan apellyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.

53. İşə baxılarkən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. İddiaçının tələbi ilə bağlı cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun po zulmasına səbəb olmuşdur.

54. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir.

55. Kasasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

56. Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2187/2021 saylı, 24 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar