Məhkəmə qərarları › İş №2-1(102)-606/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-606/2019

13.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-606/2019 13.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARDAD (iş № 2-1(102)-606/2019) Bakı şəhəri 13 fevral 2019-cu il GİRİŞ HİSSƏ: Hakim Bədəlov Kəmaləddin Nurəddin oğlunun sədrliyi, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin vəkili X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı cavabdehin 23.07.2010-cu il tarixli 0327 nömrəli əmrinin dəyişdirilərək “Hərbi xidmətkeçmə” haqqında əsasnamənin 156-cı maddəsinin “e” bəndinin, “j” bəndi ilə əvəz olunması tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-705/2018 saylı, 03 dekabr 2018-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyü məsələsinə 13 fevral 2019-ci il tarixdə, Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdim. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdehin 23.07.2010-cu il tarixli, 0327 nömrəli əmrinin dəyişdirilərək “Hərbi xidmətkeçmə” haqqında əsasnamənin 156-cı maddəsinin “e” bəndinin, “j” bəndi ilə əvəz olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1531/2018 saylı, 26 oktyabr 2018-ci il tarixli qərardadı il ə (hakim: R.A.Məcidov) iddia mümkün sayılmamışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı iddia qaldırmaq üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən onun iddiası mümkün sayıla bilməz. Məhkəmənin həmin qərardadından iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-705/2018 saylı, 03 dekabr 2018-ci il tarixli qərardadı ilə (sədrlik edən: M.R.Hüseynov, hakimlər: G.Q.Abbasov və R.R.Rəfiyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 21(84)-1531/2018 saylı, 26 oktyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. İddiaçı hazırda kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin 2-1(10 7)705/2018 saylı, 03 dekabr 2018-ci il tarixli qərardadının ləğv olunmasını xahiş etmişdir. Kassasiya şikayətini nəzərdən keçirərkən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti vəkil tərəfindən imzalanmamış, şikayətə vəkilin orderi əlavə edilməmiş və kassasiya şikayəti vəkil tərəfindən tərtib olunmamışdır. Bununla əlaqədar iddiaçının dinlənilmə hüququnun təmin edilməsi üçün verilmiş şikayət üzrə kassasiya icraatının mümkünlüyü məsələsinə baxılması 13 fevral 2019-cu il tarixinə təyin edilmiş, bu barədə, ona müvafiq məhkəmə bildirişi göndərilməklə həmin tarixədək yuxarıda qeyd olunan nöqsanın aradan qaldırılması təklif olunmuşdur. Lakin iddiaçı mümkünlük məsələsinə baxılması ilə əlaqədar təyin olunmuş iclasda iştirak etməmiş, müəyyən edilmiş müddətdə qeyd edilən nöq san onun tərəfindən aradan qaldırılmamış, qanunla müəyyən edilmiş tələblərə cavab verən, vəkil tərəfindən tərtib edilib imzalanmış və vəkilin orderi əlavə edilmiş kassasiya şikayəti məhkəmə kollegiyasına təqdim edilməmişdir. Azərbaycan Respublikası İPM-in 90.3-cü maddəsinə əsasən, bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş şikayətin verilməsinin formasına və məzmununa dair tələblər, müvafiq prosessual qaydalar və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Azərbaycan Respublikası İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə il ə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-in müddəalarına görə, kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya şikayəti onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. (maddə 67.1, 407.3, 407.4) Azərbaycan Respublikası İPM-nin 96.2-ci maddəsinə əsasən, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsasların ı yoxlayır. Həmin Məcəllənin 96.3-cü maddəsinə əsasən, kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, iddiaçının hazırkı şikayəti üzrə kassasiya icraatı mümkün sayıla bilməz. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan maddələrini rəhbər tutaraq, qərara aldım: Respublikası İPM-nin 96.2, 96.3-cü Şəki Apellyasiya Məhkəməsinin 2-1(107)-705/2018 saylı, 03 dekabr 2018-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət üzrə kassasiya icraatı mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin. Ali Bədəlov Məhkəmənin hakimi Kəmaləddin

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar