Məhkəmə qərarları › İş №2-1(102)-606/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-606/2020

24.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-606/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR Açar sözlər: 1 oktyabr 2009-cu ildən sonra mənzilə dair verilən order əsasında mənzilin özəlləşdirilməsi giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), X11, X1 ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi, İddiaçı nümayəndəsi X5, vəkili X7 iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dö vlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) qarşı “mənzilin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2462/2019 saylı, 8 noyabr 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 24 iyun 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxx” MMC-nin X3 Qovşağının müdiriyyəti və HİK-nin üzvlərinin iştirakı ilə 28.02.2019-cu il tarixdə keçirilən iclasın protokolundan çıxarışa ə sasən 1696-cu ildə verilmiş order itirildiyi üçün iddiaçının ərizəsini və “xxxx” MMC-nin 27.02.2019-cu il tarixli 11-12/940 saylı məktubunu nəzərə alaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, 5027-ci məhəllə, bina 2, mərtəbə 1, yaşayış sahəsi 37 kv.metr olan 2 otaqlı 2 saylı mənzildə yaşayan iddiaçının adına xidməti yaşayış orderi verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxx” MMC-nin X3 Qovşağı tərəfindən verilmiş 1 mart 2019-cu il tarixli orderdən görünür ki, iddiaçıya Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5027, ev 2 ünvanında 1-ci mərtəbə, yaşayış sahəsi 37 kv.metr olan, 2 otaqlı 2 saylı mənzilə yaşayış hüququ verilmişdir. “xxxx” MMC X3 Qovşağı tərəfindən verilmiş 03 saylı, 11.03.2019-cu il tarixli arayışa əsasən Bakı şəhəri, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, 5027-ci məhəllədə yerləşən 2 saylı evin 1-ci mərtəbəsində yerləşən 37 kv.metr olan 2 otaqlı 2 saylı mənzil iddiaçıya məxsusdur. İddiaçı özü, X5, X10, X6 həmin ünvanda qeydiyyatdadırlar. İddiaçı 20 may 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, məhəllə 5027 ünvanında yerləşən 2 saylı evin, yaşayış sahəsi 37 kv.metr olan 2 otaqlı, 2 saylı mənzilin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xa hiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ailəsi ilə birgə 1969-cu ildən əri X4 “PBPPKPM 10”-da mühəndis işlədiyi zaman verilmiş mənzildə yaşayır. Qeyd edilən ünvanda texniki səbəblərdən şəxsiyyət vəsiqəsində, onlara verilən arayışlarda mənzilin nömrəsi 3 göstərilmişdir. Əri X2 adına verilmiş xidməti orderi onun ölümündən sonra tapa bilməmişdir. Hal-hazırda ünvan 1 ünvanına Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “xxxx” MMC-nin KMTQ tərəfindən verilmiş onun adına olan orderlə 50 il yaşadığı mənzilin özəlləşdirilməsinə maneə yaranmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakimMəmmədov Elçin Qüdrət oğlu,21(81)-2498/2019 saylı iş) 22 iyul 2019-cu il tarixli qərarı ilə iddia təmin edilərəkBakı şəhəri, Binəqədi rayonu, Bilə cəri qəsəbəsi, məhəllə 5027 ünvanında yerləşən 2 saylı evin, yaşayış sahəsi 37 kv.metr olan 2 otaqlı, 2 saylı mənzili İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınaraq, buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş ərizədən görünür ki, xidməti order, KMTQ-nin protokolundan çıxarış, mənzildə qeydiyyatda olan şəxslərin razılıq ərizələrinin notarial qaydada təsdiq edilmiş surəti, həmçinin forma 2 saylı arayış cavabdehə təqdim edilmişdir. Hazırki iş üzrə mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, inzibati a ktın qəbulunu istisna edən halların mövcudluğunu sübut etmək vəzifəsi isə inzibati orqanın üzərinə düşür. Özəlləşdirilməsi tələb olunan mənzilin daşınmaz əmlakın dövlət reyestrində ilkin hüquqi qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun heç bir maddəsi üzrə qadağa olmadığı nəzərə alınaraq, iddia əsaslı olduğundan təmin edilməlidir. BakıApelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X8-məruzəçi, X9 və X12, 2-1(103)-2462/2019 saylı iş) 8 noyabr 2019-cu il tarixli qərarı ilə cavabdehin apelyasiya şikayəti təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2019cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilməklə iddia rədd edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, idd iaçı iddia tələbində Bakı şəhəri, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, 5027-ci məhəllədə yerləşən 2 saylı evin 1-ci mərtəbəsində yerləşən 37 kv.metr olan 2 otaqlı 2 saylı mənzilin xidməti mənzil kimi iddiaçının mərhum əri X4 “PBPPKPM 10”-da mühəndis işlədiyi zaman xidməti mənzil kimi verildiyini bildirsə də iddiaçının mərhum əri X2 adına sözügedən mənzilə dair xidməti orderin verilməsi sübuta yetirilməmişdir. İddiaçı mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb etdiyi mənzilə dair mötəbər hüquq müəyyənedici sənədləri məhkəməyə təqdim etməmişdir. Belə olan halda, cavabdeh tərəfindən iddiaçının iddia etdiyi mənzil sahəsi ilə bağlı müvafiq qeydiyyatı aparmaqdan imtina edilməsi qanuni və əsaslı olmuşdur. İddiaçı 23 noyabr 2019-cu il tarixdə qərarın surətini almış, 24 dekabr 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv olunması, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. kasasiya şikayətinin dəlilləri: Məhkəmə yalnız orderin tarixinə istinad edərək mənzilin iddiaçıya 01.03.2019-cu ildə verildiyi nəticəsinə gəlmiş və Mənzil Məcəlləsinin 146.2-cimaddəsinə istinad edərək mənzil iddiaçıya həmin Məcəllə qanuni qüvvəyə mindikdən sonra verildiyi üçün özəlləşdirilməsini qanuna zidd hesab etmişdir. Halbuki qeyd olunan orderin verilməsi üçün əsas olmuş 28.02.2019-cu il tarixli birgə qərarda mənzilə dair orderin 1969-cu ildə verildiyi, həmin order itdiyi üçün iddiaçının ərizəsinə baxılaraq ona 01.03.2019-cu il tarixli orderin verilməsi barədə qərar qəbul edildiyi göstərilmişdir. Mənzil iddiaçıya və onun ailə üzvlərinə 01.03.2019-cu ildə deyi l, 1969-cu ildə verilmişdir və ona görə də hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 146.2-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət iddiaçıya və onun yaşadığı mənzilə münasibətdə tətbiq oluna bilməz. Apelyasiya instansiyası məhkəməsi Mənzil Məcəlləsinin 146.2-ci maddəsini düzgün tətbiq etməmişdir. Bundan başqa, 01.03.2019-cu il tarixli orderdə mənzilin xidməti yaşayış sahəsi olması barədə hər hansı qeyd yoxdur. Yalnız həmin orderin verilməsi üçün əsas olmuş birgə qərarda iddiaçının adına xidməti yaşayış orderinin verilməsi göstərilmişdir. Apelyasiya instansiyası məhkəməsi bir tərəfdən birgə qərardan və orderdən sözügedən mənzilin hansı əsaslarla xidməti yaşayış sahəsi kimi iddiaçıya verilməsinin müəyyən olunmadığı nəticəsinə gəlsə də, digər tərəfdən hazırkı mübahisənin həlli üçün “Azərbay can Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun xidməti mənzillərin özəlləşdirilməsinin yolverilməzliyinə dair 6-cı maddəsini tətbiq etmişdir. Halbuki işin qeyd olunan halı üzrə məhkəmənin gəldiyi nəticə və həmin hal üzrə tətbiq edilən maddi hüquq norması bir-birinə uyğun gəlmir. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kasasiya şikayətinə uyğun izahat verib şikayətin təmin edilməsini xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnziba ti Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İddiaçı ona verilmiş mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh hesab edir ki, mənzilin lazımi hüquqmüəyyənedici sənədləri təqdim edilmədiyindən ərizənin icrası mümkün deyil. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən in zibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı bildirmişdir ki, ailəsi ilə birgə 1969-cu ildən ərinin mühəndis işlədiyi zaman verilmiş mənzildə yaşayır. Mərhum ərinin adına verilmiş xidməti orderi onun ölümündən sonra tapa bilməmişdir. Hazırda 2019-cu ildə onun adına verilmiş orderlə 50 il yaşadığı mənzilin özəlləşdirilməsi arzusundadır. İddiaçı mübahisə açdığı mənzilin Mənzil Məcəlləsinin qüvvəyə mindiyi 1 oktyabr 2009-cu ilə qədər qüvvədə olmuş qanunvericiliyə əsasən ona (mərhum ərinə) verilməsi barədə məhkəmələrə hər hansı sübut təqdim edə bilməmişdir. İşdə olan sənədlərdən - mənzil ayıran orqanın 28.02.2019-cu il tarixdə keçirilən iclasın protokolundan çıxarışdan görünür ki, 1969-cu ildə verilmiş order itirildiyi üçün iddiaçının ərizəsini və “xxxx” MMC-nin 27.02.2019-cu il tarixli 11-12/940 saylı məktubunu nəzərə alaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, 5027-ci məhəllə, bina 2, mərtəbə 1, yaşayış sahəsi 37 kv.metr olan 2 otaqlı 2 saylı mənzildə yaşayan iddiaçının adına xidməti yaşayış orderi verilməsi qərara alınmışdır. Mənzilə iddiaçının adına 1 mart 2019-cu il tarixli order verilmişdir. Bəhs edilən sənədlərə görə mənzil iddiaçıya 2019-cu ildə verilmişdir. Orderdə onun xidməti mənzil olması qeyd edilməsə də, mənzilin ayrılması barədə qərarda i ddiaçıya xidməti yaşayış orderi verilməsi yazılmışdır. Həmçinin qərarda 1969-cu ildə verilmiş orderin itdiyi göstərilmişdir. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin mövqeyini əsaslı sayaraq qeyd edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26.01.1993-cü il tarixli, 463 nömrəli Qanunun 6-cı maddəsinə görə təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. İddiaçıya məxsus mənzil xidməti yaşayış orderi ilə verildiyindən, yəni mənzil xidməti olduğundan onun özəlləşdirilməsi istisna edilir. İddiaçı adı çəkilən mənzili 2019-cu ildə əldə etdiyindən mübahisəyə hazırkı Mənzil Məcəlləsinin müddəaları t ətbiq edilməlidir. 1 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin Yekun müddəalarına əsasən: 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. 146.2. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin İİİ―İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. 146.3. Bu Məcəllənin 146.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahələrinin özəlləşdirilməsi Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulduğu hallarda və qaydada həyata keçirilə bilər. Məcəllənin qeyd olunan normalarından göründüyü kimi, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunu vətəndaşlara 1 oktyabr 2009-cu il tarixdən sonra verilən dövlət mənzil fondunun yaşayış sahələrinə münasibətdə şamil olunmur. Belə yaşayış sahələrinin özəlləşdirilməsi yalnız qanunla nəzərdə tutulduğu hallarda mümkün ola bilər. Bu baxımdan, konkret halda, iddiaçının “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1, 5 və 8-ci maddələrinə əsaslanaraq mənzili 28.02.2019-cu il tarixli qərar əsasında özəlləşdirmək hüququ yoxdur. 01.10.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublika sının Mənzil Məcəlləsinin 48-ci maddəsində nəzərdə tutulurdu ki, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Digər tərəfdən, 26 yanvar 1993-cü il tarixli “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinin qeyd olunan tələblərində də, məhz, mənzilin mülkiyyət hüququ ilə qeydə alınması üçün əsas olan sənədlər sadalanmışdır. Eyni zamanda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsinin tələbindən də görünür ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyab rın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi mənzilin reyestrdə qeydə alınmasına əsas verən sənədlər sayılır. Beləliklə, dövlət mənzil fondunda olan mənzil iddiaçının istifadəsinə Mənzil Məcəlləsinin qüvvəyə mindiyi 1 oktyabr 2009-cu ildən sonra verildiyindən həmin Məcəllənin 146.2-ci maddəsinin tələbinə əsasən iddiaçının “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna istinadla özəlləşdirmə qaydasında mənzilə mülkiyyət hüququna dair çıxarış almaq hüququ olmamışdır. İddiaçı şikayətində mənzilin 1969-cu ildə orderlə ona verilməsini hazırkı orderin verilməsi üçün əsas olmuş 28 fevral 2019-cu il tarixli qərarda da əksini tapdığını bildirərək mənzilin 1969-cu il tarixli order əsasında ona məxsus olduğunu bildirmişdir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə...mənzil sahəsinin orderi əlavə etməlidir... Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. İddiaçı cavabdehə (daha sonra məhkəməyə) mənzilin onun mərhum ərinə verilməsi barədə 1969-cu ildə tərtib edilmiş order, habelə orderin itməsi barədə müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı təqdim etmədiyindən, təqdim edilmiş order isə 2019-cu ildə verildiyindən şikayətin dəlili iddianın təmin edilməsi üçün yetərli sayıla bilməz. Bəhs olunanlara əsasən kasasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kasasiya şikayəti təmin edilmədən, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.9, 96.10 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-2462/2019 saylı, 8 noyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar