Məhkəmə qərarları › İş №2-1(102)-606/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-606/2021

30.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-606/2021 30.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vəzifə və hərbi rütbəyə görə maaşın ikiqat və qatyarım məbləğlərinin hesablanaraq ödənilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, İddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətin ə qarşı “vəzifə və hərbi rütbəyə görə maaşına ikiqat məbləğin və qatyarım məbləğinin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 12 noyabr tarixli, 2-1(103)-1572/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək 2002-ci il 01 avqust - 2005-ci il 01 fevral tarixləri üçün vəzifə və hərbi rütbəyə görə maaşına ikiqat, 2015-ci il 01 iyul 2017-ci il 07 oktyabr tarixləri üçün qatyarım məbləğinin hesablanaraq ona ödənilməsini xahiş etmişdir.

2. Cavabdeh 2019-cu il 27 avqust tarixli, 21/K-3384 saylı məktubla müraciətin təmin olunmasın dan imtina etmişdir. Cavabdeh bildirmişdir ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin tərkibində həqiqi hərbi xidmətdə olduğu 2004-cü il 01 avqust tarixdən 2005-ci il 14 sentyabr tarixədək müddətdə vəzifə və hərbi rütbəyə görə maaşların ikiqat məbləğdə ödənişi aparılmamışdır. Belə ki, həmin dövrdə bununla bağlı hər hansı bir əmr mövcud olmamış, həmçinin Dövlət Təhlükəsizlik Xidmətində (keçmiş Milli Təhlükəsizlik Nazirliyi) həqiqi hərbi xidmətdə olduğu 2015-ci il 01 iyul tarixdən 2017-ci il 07 oktyabr tarixədək müddətdə vəzifə və hərbi rütbəyə görə maaşların ikiqat məbləğdə ödənilməsi ilə bağlı aidiyyəti əmrlərdə (xidməti müddətinin bir günü gün yarım hesablanması istisna olmaqla) adı keçmədiyi əsas göstərilməklə müraciətin təmin edilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏM Ə AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı 2019-cu il 02 oktyabr tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 2002-ci il 01 avqust - 2005-ci il 01 fevral tarixləri üçün vəzifə və hərbi rütbəyə görə maaşına ikiqat, 2015-ci il 01 iyul - 2017-ci il 07 oktyabr tarixləri üçün qatyarım məbləğinin hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1993-cü il 06 may - 2017-ci il 05 oktyabr tarixlərdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində (Prezident yanında Xüsusi İdarədə, Hərbi əks-kəşfiyyat xidmətində, Milli Təhlükəsizlik Nazirliyində, Dövlət Təhlükəsizliyi Xidmətində) xid mət etmişdir. 2017-ci il 05 oktyabr tarixdə “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 157-ci maddəsinin “b” bəndinə (yaşa görə) əsasən xidmətdən ehtiyata buraxılmış (hərbi rütbəsi-mayor, yuxarı yaş həddi - 48 yaş), 2017-ci il 19 noyabr tarixdə Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyətinin siyahısından çıxarılmışdır.

5. Ehtiyata buraxıldığı 2017-ci il 05 oktyabr tarixi də daxil olmaqla, 2017-ci il 08 oktyabr tarixədək xidmət yerində olaraq vəzifəsinin (baş əməliyyat müvəkkili) icrasını davam etdirmiş, məxfi, tam məxfi və xüsusi əhəmiyyətli sənədlərlə və məlumat daşıyıcıları ilə işləmişdir. Xidmətinin təxminən 20 ilini bilavasitə ön müdafiə mövqelərində keçirmişdir. Müharibə və Silahlı Qüvvələr veteranıdır. O, 2002-ci il 01 avqust - 2005-ci il 01 fevral tarixlərdə döyüş şəraitində olan D övlət Təhlükəsizliyi Xidməti İİİ Bİ-nin (Hərbi Əks kəşfiyyat xidmətinin) N saylı briqada üzrə bölməsində xidmət etməklə hərbi hissənin Tərtər rayonunun Səhləbad kəndində yerləşən divizionuna, 2015-ci il 01 iyul - 2017-ci il 07 oktyabr tarixlərdə İİİ Bİ İ İdarənin Artilleriya birləşmələri üzrə şöbəsində (Ağcabədi rayonu) xidmət etməklə döyüş mövqeyində yerləşən 922, N saylı hərbi hissələrə əməliyyat xidməti göstərmişdir. Döyüş bölgəsində olduqlarına görə 2002-ci il 01 avqust - 2005-ci il 01 fevral tarixlərdə N saylı hərbi hissənin hərbi qulluqçularına vəzifə və rütbəyə görə maaşa ikiqat (İİİ Bİ N saylı hərbi hissə üzrə bölməsi əməkdaşlarına 2002-ci il 01 avqust tarixədək xidməti illər bir gün iki gün hesablanmış, eyni zamanda vəzifə və rütbə maaşına ikiqat əlavə verilmişdir. 2002-ci il 01 a vqust tarixdə səbəbsiz olaraq DTX-MTN tərəfindən kəsilmişdir), 922, N saylı hərbi hissələrin hərbi qulluqçularına vəzifə və rütbəyə görə maaşa qatyarım məbləğdə ödəniş aparılmışdır. Belə ki, həmin hərbi hissələrin divizion və bölmələri ön müdafiə mövqelərində yerləşmişlər. Əməliyyat xidməti göstərərək həmin divizion və bölmələrə mütəmadi olaraq getmiş, əməliyyat xidməti göstərmişdir. Həmin tarixlər üçün ona döyüş bölgəsində xidmətinə görə müvafiq olaraq ikiqat və qatyarım vəzifə və rütbə maaşının verilməsi üçün DTX-ya müraciət etmişdir. İddiaçıya “müraciətinizdə qaldırdığınız məsələnin həlli cavabdeh tərəfindən mümkün sayılmır” cavabı verilmişdir. Cavabdan görünür ki, 2015-ci il 01 iyul - 2017-ci il 07 oktyabr tarixləri üçün xidmət müddətinin bir günü gün yarım kimi hesablanmışdır. Lakin b una görə müvafiq olaraq qatyarım əlavə verilməyib. Əməliyyat xidməti göstərdiyi N və N saylı hərbi hissələrin şəxsi heyətinə, döyüş mövqelərində yerləşdiyi üçün bir gün, gün yarım kimi hesablanmış və o, həmin hərbi hissələrlə birlikdə xidmət apardığı üçün bu güzəşt ona aid edilmişdir. Lakin, DTX-dan fərqli olaraq, N və N saylı hərbi hissələrinin şəxsi heyətinə vəzifə və hərbi rütbəyə qat yarım maaşı hesablanmış, ona isə müvafiq artım verilməmişdir. Döyüş bölgəsində xidmət etdiyi 2002-ci il 01 avqust tarixdən 2005-ci il 01 fevral tarixədək bir günü üç gün (bir ay üç ay) hesablanmaqla güzəştli şərtlərlə xidmət illərinə aid edilməlidir.

6. Azərbaycan Respublikasının “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” 2004-cü il 05 avqust tarixli Qanununun 20.1 maddəsinə əsasən, kəşfiyyat və əksk əşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularının sosial müdafiəsi “Hərbi qulluqçuların” statusu haqqında, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli, 631 saylı qərarının xx xxxx 2005-ci il tarixədək qüvvədə olmuş 2-ci bəndinin a yarımbəndinə əsasən, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq hərbi xidmət qulluqçularına, daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təmin olunması üçün xidmətin bir ayı üç ay sayılmaqla uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilmişdir. Cavabdehin etirazları:

7. Cavabdeh iddia tələbinə qarşı yazılı etir az təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçı 1993-cü ilin may ayından (keçmiş Azərbaycan Respublikası Prezident yanında Xüsusi İdarədə, keçmiş Hərbi Əks-kəşfiyyat Xidmətində (HƏKX) və keçmiş Milli Təhlükəsizlik Nazirliyində (MTN)) 2017-ci ilin oktyabr ayınadək həqiqi hərbi xidmətdə, 05 sentyabr - xx xxxxxxx 2017-ci il tarixlərində DTX-nin sərəncamında olmuş, 2017-ci ilin noyabr ayında isə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “b” bəndinə (“yaşa görə həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar”) əsasən DTX-nin ehtiyatına buraxılmışdır. İddiaçı arxiv sənədlərində həqiqi hərbi xidmətdə olduğu 2002-2005-ci il tarixlərində (keçmiş MTN-də xx.xx.2004 xx.xx.2005-ci il tarixlərində vəzifə və hərbi rütbəyə görə maaşların ikiqat məbləğdə ödənilməsi aparılmır dı) vəzifə və hərbi rütbəyə görə maaşların ikiqat məbləğdə ödənilməsi barədə müvafiq əmrlər olmadığından, 2015 - 2017-ci il tarixlərində isə vəzifə və hərbi rütbəyə görə maaşların ikiqat məbləğdə (xidmət gününün bir günü gün yarım hesablanması istisna olmaqla) ödənilməsi barədə əmrlərdə adı qeyd edilmədiyindən həmin ödəniş ona aparılmamışdır. 8. “MTN-in Hərbi əks-kəşfiyyat baş idarəsinin bəzi hərbi qulluqçularına güzəştlərin müəyyən olunması haqqında” keçmiş MTN-in 2006-cı il 23 fevral tarixli 049 nömrəli əmri (qüvvədən düşüb) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən və döyüş əməliyyatlarının başlanacağı ana döyüş tapşırıqları almış hərbi hissələrinin əməliyyat təminatını həyata keçirən müvafiq struktur bölmələr in siyahısına əsasən N nömrəli hərbi hissədə xidmət keçən əməkdaşların xidmət müddətinin bir günü iki gün hesablanması nəzərdə tutulmuşdur. Lakin həmin əmrdə hərbi qulluqçulara 2006-cı il 01 yanvar tarixdən etibarən müəyyən edilmiş əlavə pul ödənişlərinin verilməsi nəzərdə tutulduğu üçün, V. Kərimovun 2002 - 2005-ci illərdə keçmiş HƏKX-də xidmət müddətinin bir günü iki gün kimi hesablanmamışdır.

9. DTX-nin 2016-cı il 31 may tarixli, 0151 nömrəli əmri (hazırda qüvvədədir) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən və döyüş əməliyyatlarının başlanacağı ana döyüş tapşırıqları almış hərbi hissələrinin əməliyyat təminatını həyata keçirən DTX-nin aidiyyəti struktur bölmələrinin siyahısına əsasə n 2016-cı il 01 yanvar tarixdən N və N nömrəli hərbi hissələrdə xidmət keçən əməkdaşların xidmət müddətinin bir günü gün yarım hesablanması nəzərdə tutulmuşdur. Qeyd olunan əmrin 5.1-ci bəndində həmin struktur bölmələrin rəisləri tərəfindən, hərbi qulluqçuların döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən və döyüş əməliyyatlarında iştirak etməyə hazır olan hərbi hissə və bölmələrin əməliyyat təminatını həyata keçirən əməkdaşların xidmət günləri haqqında təqdim edilən aylıq raportlar əsasında hazırlanmış ümumiləşdirilmiş siyahılarının hər ayın 10-dan gec olmayaraq müvafiq müşayiətedici məktubla kadrlar aparatına təqdim edilməsi müəyyən olunmuşdur. Müşayiətedici məktub əsasında kadrlar aparatı tərəfindən müvafiq əmr layihəsi hazırlanaraq xidmət rəisi tərəfindən təsdiq olunur və bunda n sonra hərbi qulluqçulara müəyyən edilmiş əlavə pul ödənişlərinin verilməsi həyata keçirilir. İddiaçı pensiya təyin etmək üçün xidmət illəri hesabı cədvəlinin təhlili zamanı onun 2015-ci il 20 aprel - 2017-ci il 05 sentyabr tarixlərində DTX-nin müvafiq struktur bölməsində xidmət müddəti 2016-cı il 01 yanvar tarixdən etibarən bir günü gün yarım kimi hesablanmışdır. Həmin hərbi hissənin adı keçmiş MTN-in qüvvədən düşmüş 2006-cı il 23 fevral tarixli, 049 nömrəli əmrində göstərilmədiyindən, əsaslı olaraq iddiaçının 2015-ci il 20 aprel - 2016-cı il 06 yanvar tarixlərdə olan xidmət dövrü güzəştli xidmətə daxil edilməmişdir. İddiaçının “Pensiya təyin etmək üçün xidmət illərinin hesabı” cədvəlinə əsasən onun xidmət etdiyi struktur bölmələr və xidmət müddəti barədə məlumatlar əks olunmuşdur. Göstə rilənləri nəzərə alaraq cavabdeh iddia ərizəsini əsassız hesab edərək, onun təmin olunmaması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

10. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 11 iyun tarixli, 2-1(112)-344/2020 saylı qərarı ilə iddia rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsi N nömrəli hərbi hissənin (1-ci divizion istisna olmaqla) qeyd edilən dövrdə Müdafiə Nazirinin əmri ilə döyüş şəraitində olan hərbi hissə hesab edilmədiyini və hərbi hissənin şəxsi heyətində pul təminatının birqat həcmdə ödənildiyini nəzərə alaraq iddiaçının ona 2002-ci il 01 avqust - 2005-ci il 01 fevral tarixləri üçün vəzifə və hərbi rütbəyə görə maaşına ikiqat, 2015-ci il 01 iyul 2017-ci il 07 oktyabr tarixləri üçün qat yarım məbləğin hesablanaraq ö dənilməsinin əsaslı olmadığı nəticəsinə gəlmişdir.

12. N nömrəli hərbi hissənin (1-ci divizion istisna olmaqla) qeyd edilən dövrdə Müdafiə Nazirinin əmri ilə döyüş şəraitində olan hərbi hissə hesab edilməməsi ilə yanaşı, həmçinin iddiaçının 2015-ci il 01 iyul - 2017-ci il 07 oktyabr tarixlərdə Dövlət Təhlükəsizlik Xidmətinin müvafiq struktur bölməsində xidmət müddəti 2016-cı il 01 yanvar tarixindən etibarən bir günü gün yarım kimi hesablandığından, həmin hərbi hissənin adının keçmiş Milli Təhlükəsizlik Nazirliyinin qüvvədən düşmüş 2006-cı il 23 fevral tarixli 049 nömrəli əmrində göstərilmədiyindən, əsaslı olaraq iddiaçının 2015-ci il 01 iyul - 2016-cı il 06 yanvar tarixlərdə olan xidmət dövrü güzəştli xidmətə daxil edilməmişdir.

13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qər arın ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 12 noyabr tarixli, 2-1(103)-1572/2020 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 11 iyun tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətinin dəlilləri nin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddiaçı xidməti zamanı Milli Təhlükəsizlik Nazirinin 2002-ci il 10 may tarixli əmri ilə Müdafiə Nazirliyinin (bundan sonra MN) N saylı hərbi hissəsinə baş əməliyyat müvəkkili vəzifəsinə təyin olunduğu tarixdən MN N saylı hərbi hissənin döyüş şəraitində yerləşən (Tərtər rayonunun Səhləbad kəndində) 1-ci Divizionunda xidmətə başlamışdır. Divizionun hərbi qulluqçuları döyüş şəraitində xidmət keçdikləri üçün Qanuna əsasən xidmətlərinin bir günü iki gün kimi hesablanmış, vəzifə və rütbəyə görə ikiqat əmək haqqı verilmişdir. İddiaçı həmin divizionda xidmətə başladığı 2002-ci il 10 may tarixdən həmin qanunlara əsasən Milli Təhlükəsizlik Nazirliyi tərəfindən xidməti bir gün iki gün kimi hesablanaraq, iddiaçıya vəzifə və rütbəyə görə ikiqat əmək haqqı verilmişdir. Bu imtiyazlar 2002-ci il 01 avqust tarixədək davam etmişdir, yəni 2 ay 21 gün. Lakin 2002ci il 01 avqust tarixdən səbəbsiz və qanunsuz olaraq kəsilmişdir. Qanunsuz və səbəbsiz ona görə ki, 2002-ci il 01 avqust tarixdən sonra da iddiaçı həmin divizionda xidməti eyni döyüş şəraitində davam etdirmişdir, heç bir başqa hərbi hissəyə və ya başqa vəzifəyə dəyişilməmiş və ya sərəncama çıxarılmamışdır. (Sübut: İddia edilən 2002-ci il 01 avqust - 2005-ci il 01 fevral tarixlərdə həmin xidmət yerində hər gün yazılan məxfi, tam məxfi və xüsusi əhəmiyyətli arayışlar və sənədlər) Bu sənədlər şöbənin F-3 jurnalında qeydiyyatdadır, jurnal ləğv edilmir. Məhkəmə, 2002-ci il 10 may - 2002-ci il 01 avqust tarixlərdə, yəni iddia müddətinin başlan ğıc gününə qədər olan 2 ay 21 gün ərzində ona xidmətinin bir gününün iki gün kimi hesablanmaqla vəzifə və rütbəyə ikiqat əlavənin hansı əmrlərlə verilməsi barədə DTX-ya sorğu göndərilməsi barədə vəsatətləri təmin etməmişdir. Çünki bu vəsatətlərə cavablar iddianın birbaşa sübutu olmuşdur.

18. İddiaçı 2015-ci il 01 iyul - 2017-ci il 19 noyabr tarixlərdə döyüş şəraitində yerləşən MN N və N saylı hərbi hissələrdə xidmət etmişdir. Döyüş şəraitində olduğu üçün hərbi hissələrin şəxsi heyətinə, bir günü günyarım kimi hesablanmaqla, vəzifə maaşları və rütbəyə qatyarım əlavə əmək haqqı verilmişdir. İddiaçı bu hərbi hissələrdə döyüş şəraitində xidmət etdiyi üçün həmin Qanunlara əsasən xidmətinin bir günü günyarım kimi hesablanmışdır. AR Prezidentinin 2004-cü il 27 mart tarixli 43 saylı fərmanı ilə tə sdiq edilmiş "AR Milli Təhlükəsizlik Nazirliyi tərəfindən bu fərman və əmr tam icra olunmamışdır. İddiaçıya xidmətinin bir günü günyarım kimi hesablansa da, vəzifə və rütbəyə görə qatyarım əmək haqqı verilməmişdir. Dövlət Təhlükəsizlik Xidmətinin 23Y20-6786 saylı 2019-cu il 02 noyabr tarixli məktubu da iddianı sübut edən əsaslardan biri olmuşdur. Məktubda qeyd olunur: "DTX rəisinin hal-hazırda qüvvədə olan 2015-ci il 20 aprel tarixli 1060 ŞH saylı əmri ilə MN N və N saylı hərbi hissələrində xidmət edən əməkdaşlarının 2016-cı il 01 yanvar tarixdən hal-hazıradək bir günü günyarım kimi hesablanmışdır.

19. MN N və N saylı hərbi hissələrin tabe olduğu şöbədən, yəni iddiaçının xidmət etdiyi Artilleriya Birləşmələri üzrə şöbəsindən (sonradan-İll Baş İdarənin İ İdarəsinin 3cü şöbəsi) hər ay iddi açının adına döyüş şəraitində xidmət edən əməkdaş kimi, vəzifə və rütbəyə qatyarım əmək haqqının verilməsi üçün DTX 111 Baş İdarəsinə göndərilmişdir. Raportların hamısı şöbənin məxfi F-3 jurnalında qeydiyyatdan keçirilmişdir. Raportlar yazılmışdır və qeydiyyatdan keçirilmişdir, çünki bu raportlar iddiaçı tərəfindən yazılıb. Orada iddiaçının döyüş şəraitində xidmət keçməyi təsdiq olunur (Sübut: raportlar) Raportlar məxfi kompüterdə işlənilmişdir, kompüterin yaddaşında indi də qalır, məxfilik müddətini keçməmişdir, həmin raportların qeydiyyat jurnalları şöbədədir, ləğv edilməmişdir.

20. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1572/2020 saylı, 2020-ci il 12 noyabr tarixli qərarının əsaslandırma hissəsində qeyd olunmuşdur ki, AR Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxiv İdarəsinin məktubund an görünür ki, N saylı hərbi hissə komandirinin 2015-2017-ci illər üzrə nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Arxiv İdarəsinə daxil olmamışdır. Bu sorğunun və cavabın iddiaya aidiyyətı olmamışdır. Sorğular aidiyyəti üzrə Dövlət Təhlükəsizlik Xidmətinə yazılmalı idi. İddiaçı Dövlət Təhlükəsizlik Xidmətinin zabiti olmuşdur. b. məhkəmə icraatı iştirakçılarının izahatları

21. İddiaçı və vəkili kassasiya şikayətini məhkəmə iclasında müdafiə edərək şikayətin təmin olunmasını xahiş etdilər.

22. Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar q əbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

23. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apelly asiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müdd ətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilm iş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. İş üzrə iddiaçı apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Şikayət 2002-ci il 01 avqust - 2005-ci il 01 fevral tarixləri üçün vəzifə və hərbi rütbəyə görə maaşa ikiqat məbləğinin hesablanaraq ödənilməsi tələbinə aid hissədə əsaslı deyil və həmin hissədə təmin oluna bilməz. Belə ki, cavabdehin iddiaçı qarşısında iddia olunan həmin məzmunda öhdəlik daşıdığı sübut edilməmişdir.

27. Şikayət 2015-ci il 01 iyul - 2017-ci il 07 oktyabr tarixləri üçün əmək haqqının qatyarım məbl əğinin hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə münasibətdə qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin edilməlidir. Belə ki, iddiaçının 2015-2017-ci illərdə xidmət müddətinin bir gününün gün yarım hesablandığını cavabdeh iddia tələbinə qarşı etirazında təkzib etməmişdir.

28. Cavabdeh, həmçinin təsdiq edir ki, DTX-nin 2016-cı il 31 may tarixli, 0151 nömrəli əmri (hazırda qüvvədədir) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən və döyüş əməliyyatlarının başlanacağı ana döyüş tapşırıqları almış hərbi hissələrinin əməliyyat təminatını həyata keçirən DTX-nin aidiyyəti struktur bölmələrinin siyahısına əsasən xx xxxxxx 2016-cı il tarix dən N və N nömrəli hərbi hissələrdə xidmət keçən əməkdaşların xidmət müddətinin bir günü gün yarım hesablanması nəzərdə tutulmuşdur. İddiaçı pensiya təyin etmək üçün xidmət illəri hesabı cədvəlinin təhlili zamanı onun 2015-ci il 20 aprel - 2017-ci il 05 sentyabr tarixlərində DTX-nin müvafiq struktur bölməsində xidmət müddəti 2016-cı il 01 yanvar tarixdən etibarən bir günü gün yarım kimi hesablanmışdır (iş v.32-34).

29. Cavabdehin və məhkəmələrin istinad etdikləri, iddiaçının adına tərtib edilmiş “Pensiya təyin etmək üçün xidmət illərinin hesabı” cədvəlində iddiaçının xidmətinə (xidmət müddəti günlərinin hesablanmasına, əmsal və güzəştlərin tətbiqinə) dair məlumatlar əks olunmuşdur (iş v. 98-111).

30. İddiaçı da, öz növbəsində, qeyd edir ki, xidmətinin bir günü günyarım kimi hesablansa da, vəzifə və rütbəyə görə qatyarım əmək haqqı verilməmişdir. Bu səbəbdən 2015-ci il 01 iyul - 2017-ci il 07 oktyabr tarixləri üçün əmək haqqının qatyarım məbləğinin hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb edir.

31. Apellyasiya instansiyası məhkəməsi 2015-ci il 01 iyul - 2017-ci il 07 oktyabr tarixləri üzrə tərəflərin dəlillərini işdə olan sübutlarla birgə tam və hərtərəfli tədqiq etməmiş, onları işin faktiki hallarına uyğun qiymətləndirməmişdir.

32. Beləliklə, İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır.

33. Apellyasiya instansiyası məhkəməsinin qərarı “2015-ci il 01 iyul - 2017-ci il 07 oktyabr tarixləri üçün vəzifə maaşının qatyarım məbləğinin hesablanaraq iddiaçıya ödənilməsi və zifəsinin cavabdehə həvalə edilməsi” tələbinə münasibətdə prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən qərar həmin hissədə ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.

34. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

35. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 12 noyabr tarixli, 2-1(103)-1572/2020 nömrəli qərarı “2015-ci il 01 iyul - 2017-ci il 07 oktyabr tarixləri ü çün vəzifə maaşının qatyarım məbləğinin hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə aid hissədə ləğv edilir. İş həmin hissədə təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılır. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar