Məhkəmə qərarları › İş №2-1(102)-606/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-606/2022

19.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-606/2022 19.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh 16 saylı Şəhər Poliklinikasına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh 16 saylı Şəhər Poliklinikasına qarşı (üçüncü şəxs Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) “cavabdehin üzərinə göndərişin göndərilməsi öhdə liyinin qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 noyabr 2021-ci il tarixli, 21(103)-2404/2021 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçılar əlillik dərəcəsinin təyini və dərman təminatı ilə bağlı Bakı şəhər 16 saylı Şəhər Poliklinikasına müraciətlər etmişlər. Müraciətlərinə cavab olaraq bildirilmişdir ki, iddiaçılar hər ay imtiyazlı aptek tərəfindən şəkərsalıcı dərman preparatları ilə təmin olunur və onlara təyin edilmiş diaqnoz Nazirlər Kabinetinin “Əlilliyin və sağlamlıq imkanlarının müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq olunması haqqında 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qəra rında nəzərdə tutulmamışdır. Bu səbəbdən Tibbi Sosial Ekspert Komissiyasına göndərişə əsas yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 16 saylı Şəhər Poliklinikası tərəfindən iddiaçılara xəstəlikləri ilə bağlı tibbi-sosial ekspertiza müayinəsinə göndərişin (forma 88) verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddianın əsaslarına görə, cavabdeh tərəfindən Nazirlər Kabinetinin 30 mart 2016-cı il tarixli 140 nömrəli qərarının tələbləri pozulub. Belə ki, iddiaçılar xəstəlikləri ilə əlaqədar 16 saylı poliklinikanın baş həkiminə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilməsi ilə bağlı 30 mart 2019-cu ildə ərizə ilə müraciət etmişdir. Lakin poliklinikanın baş həkimi onların xəstəlikləri ilə bağlı funksional, diaqnostik, laborator, ambulator, stasionar müayinələrlə bağlı lazımi arayışların poliklinikada qeydiyyat kartasında olmasına baxmayaraq göndərişin verilməsi qaydalarına riayət etməyərək qanunsuz olaraq göndərişin verilməsindən imtina etmişdir. İddiaçılara qoyulmuş diaqnozlar Nazirlər Kabinetinin “Əlilliyin və sağlamlıq imkanlarının müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq olunması haqqında 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarın 2.2.1, 2.2.6, 2.2.7, 2.2.9, 2.2.11-ci bəndlərinə uyğundur.

4. Cavabdeh iddia ərizəsinə qarşı mülahizə təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarına əsasən 16 saylı Şəhər Poliklinikasının həkimlərin rəyi və xəstəxananın yazdığı çıxarışlarda göstərilən diaqnoza əsasən xəstəliyin ağırlaşması və fəsadlaşması olmadığı üçün, 16 saylı Şəhər Poliklinikasının Həkim Məsləhət Komissiyası tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilməsi əsassız hesab edilmişdir.

5. Bakı İnzibati Məhkəməsinin 16 iyun 2021-ci il tarixli 2-1(112)-420/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

6. Məhkəmə hesab etmişdir ki, iddiaçıların əlilliyinin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5-ci bəndində göstərilən əsaslar yoxdur. Belə ki, məhkəmə T 36/2021 nömrəli ekspert rəyinə (iş v. 101-105) istinad edərək qeyd etmişdir ki, iddiaçıların xəstəlikləri və xəstəliklərinin fəsadları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 nömrəli 30 dekabr 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə uyğun gəlmədiyindən əlilliyin təyininə imkan vermir.

7. İddiaçılar apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişlər. b. Apellyasiya instansiyası məhkəməsində icraat

8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 noyabr 2021-ci il tarixli, 2-1(103)-2404/2021 nömrəli qərarı ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 16 iy un 2021-ci il tarixli 2-1(112)-420/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

10. İddiaçılar həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

11. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində qeyd olunanlar təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə (Ali Nəzarət Komissiyasına) iddiaçıların əyani tibbi-sosial müayinəsindən keçməsi və onlarda hər hansı bir xəstəlik aşkar edili b-edilməməsi ilə bağlı rəy verilməsi həvalə edilsə də, həmin Xidmət əyani müayinənin nəticələrini məhkəməyə təqdim etməmişdir. Halbuki, MPM-in 63.2-ci maddəsinə əsasən ekspertizanın aparılması tapşırılan şəxs məhkəmənin çağırışı üzrə məhkəmə iclasına gəlməyə və qarşısına qoyulmuş suallar barədə obyektiv rəy verməyə borclu idi. Hazırkı halda isə məhkəmə bu normanı tətbiq etməmiş və əvəzində iş üzrə maraqlı, cavabdeh Səhiyyə Nazirliyinin tabeliyində olan Məhkəmə-Tibbi Ekspertiza və X1 iddiaçıların təkrar tibbi ekspertizadan keçirilməsini həvalə etmişdir.

12. Qərardadda qoyulmuş suallardan biri də xəstəliklərin iddiaçılara hər hansı bir qrup əlillik verilməsi üçün əsas olub-olmamasıdır. Halbuki, iddiaçılar iddia tələbində əlillik dərəcəsinin verilməsini yox, göndərişin verilməsini xahiş etmiş dir. Həmçinin, Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarına əsasən əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən həyata keçirilir. İddiaçıların həmin Xidmətdə əyani müayinədə olmasından 1 ildən artıq vaxt keçsə də, məhkəmələr həmin Xidmətdən iddiaçıların əyani müalicədən keçməsi ilə bağlı rəyi tələb etməmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun Maddə 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymə tləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Maddə 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 nömrəli 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır.

15. Azərbaycan Respublikası Nazirlər Kabine tinin 30 mart 2016-cı il tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydaları (16 yanvar 2020-ci il tarixli 12 №-li qərarla ləğv edilib) Bənd 1.3. Göndəriş verilməsi üçün əsaslar aşağıdakılardır: 1.3.1. şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması; 1.3.2. əlilliyin və uşaqların sağlamlıq imkanlarının məhdudluğu (bundan sonra əlillik) müddətinin bitməsi; 1.3.3. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.3.4. şəxsin sağlamlıq vəziyy ətində olan dəyişikliklərlə bağlı əlillik müddətinin başaçatma vaxtından əvvəl müayinəsi; 1.3.5. əlillik səbəbinə yenidən baxılması zərurətinin yaranması; 1.3.6. xüsusi nəqliyyat vasitəsinin verilməsinə tibbi göstərişin müəyyən edilməsi.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: Bənd 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyat ında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması.

17. İnzibati Prosessual Məcə llə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Mad də 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi tək rar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məh kəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

19. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi ekspert rəyinə istinadla qeyd etmişdir ki, birinc i instansiya məhkəməsi tərəfindən iddiaçıların əlilliyinin qiymətləndirilməsi üçün tibbi-sosial ekspertiza müayinəsinə göndəriş üçün əsasların mövcud olub-olmamasını, başqa sözlə, cavabdehin imtinasının düzgünlüyünə aydınlıq gətirilməsi üçün işə baxan birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-tibbi ekspertizası təyin olunmuş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE VƏ PAB” PHŞ tərəfindən təqdim edilmiş T 36/2021 nömrəli ekspert rəyinə əsasən aşağıdakılar müəyyən olunmuşdur: -“Ş.H.Bağvanova “şəkərli diabet İİ tip, arterial hipertoniya İİ dərəcə, xroniki hepatopankreatit, kalkulyoz, xolesistit, sağ diz oynağının artrozu, L5-S1 disk degenerativ dəyişikliyi, L5 S1 radikulopatiya ağrı sindromu ilə, sidik ləngiməsi, diabetik sidik kisəsi”; İddiaçı2 isə “şəkərli diabet İİ tip, o rta ağır forma, postravmatik ensefalopatiya, hər iki gözdə miopik astiqmatizm, onurğanın skaliozu, hepatoz, kalkulyoz xolesistit, miokardiodistrofiya” xəstəliklərindən əziyyət çəkirlər. Lakin qeyd edilən xəstəliklərin fəsadları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 413 nömrəli 30.12.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə uyğun gəlmədiyindən, əlilliyin təyininə imkan vermir.”

22. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni və bu nəticə ilə bağlı əsaslandırmasını İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir.

23. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 nömrəli 16 yanvar 2020-ci il tarixli qəra rı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinin tələbinə görə, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən həyata keçirilir. Başqa sözlə, əlilliyin qiymətləndirilməsi tibbi-sosial ekspert komissiyalarının müstəsna səlahiyyətinə aiddir. Həmin orqanın təyinatından da göründüyü kimi, tibbisosial ekspert komissiyaları əlilliyin qiymətləndirilməsini “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirir və bu zaman təkcə tibbi göstərişləri deyil, həm də sosial tələbləri (göstərişləri) nəzərə alır.

24. Digər tərəfdən, iddiaçılar haqlı olaraq bildirirlər ki, onlar cavabdehdən tibb müəssisəsinə əlilliyin qiymətləndirilməsi və təyini üçün deyil, həmin səlahiyyətlərin aid olduğu orqana (TSEK-ə) müvafiq göndərişin göndərilməsini tələb edirlər.

25. Belə olan halda, məhkəmə tərəflərin dəlillərini və işin faktiki hallarını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 nömrəli 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5-ci bəndinin tələblərinə uyğun yoxlamalı və qiymətləndirməli idi. Həmin bəndin 1.5.1-ci yarımbəndinə görə, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndəriş verilməsi üçün əsas hesab edilir.

26. Ekspert rəyində də təsdiq olunur ki, iddiaçılar tibbi sənədlərdə, həmçinin həmin rəydə göstərilən xəstəliklərdən əziyyət çəkirlər, dispanserdə və sahə poliklinikasında qeydiyyatındadırlar, müalicələrini davam etdirirlər.

27. Cavabdeh imtina məktublarında bildirmişdir ki, iddiaçılara təyin edilmiş diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əlilliyin və sağlamlıq imkanlarının müəyyən olunması meyarlarına dair əsasnamə”nin təsdiq olunması haqqında 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarda nəzərdə tutulmamışdır.

28. Cavabdehin imtinasında göndərişin verilməsi əsaslarını müəyyən edən Qaydaların normalarına hər hansı istinadın olmaması cavabdeh tərəfindən həmin Qaydaların tələblərinə uyğun davranmadığı nəticəsinə gəlməyə əsas verir. Apellyasiya instansiyası məhkəməsi də cavabdehin imtinasının qanuniliyinə göstərilən normalara uyğun olaraq qiymət verməli olduğu halda, bunu etməmişdir.

29. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2 və 58.7-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin o lunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 noyabr 2021-ci il tarixli, 2-1(103)-2404/2021 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar