Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-606/2023 10.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mübahisələndirmə haqqında iddia, inzibati aktın ləğv edilməsi, yenidən şəhadətləndirilmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyası, Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı “qərarın ləğv edilməsi, iddiaçının ye nidən şəhadətləndirilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2219/2022 nömrəli, 03 noyabr 2022-ci il tarixli qərarından cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2017-ci il tarixindən 6 aprel 2019-cu il tarixinədək Dövlət Sərhəd Xidmətində müddətli həqiqi hərbi xidmətdə olmuş, xidmət dövründə xx.xx.2018xx.xx.2018, xx.xx.2019-xx.xx.2019 tarixlərində müalicə almışdır.
2. Xidmətdən buraxıldıqdan sonra Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin Mərkəzi Hərbi Həkim Komissiyasında tibbi müayinə olunarkən ona “Xroniki Qlomerilonefrit. Xroniki böyrək xəstəliyi İV mərhələ “diaqnozu qoyulmuşdur.
3. İddiaçı xx.xx.2019-cu il tarixdə xidmətini b aşa vurduqdan sonra, xx.xx.2019-cu il tarixində Müdafiə Nazirliyinin Hərbi həkim Komissiyasında, xx.xx.2019-cu il tarixində “Leyla Şıxlinski” Klinikasında, xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə ATU X1 müayinə və müalicə olunarkən, iddiaçıda “Xroniki Qlomerilonefrit. Xroniki böyrək xəstəliyi İV mərhələ“ diaqnozu ilə xəstəliyin mövcud olduğu aşkar olunmuşdur.
4. İddiaçı xəstəliyinin səbəb əlaqəsinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin göndərişi əsasında 28 fevral 2020-ci il tarixdə cavabdeh Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasında müayinə olunmuşdur. Cavabdehin 10 iyun 2020-ci il tarixli, 162 saylı qərarı ilə iddiaçının xəstəliyinin səbəb əlaqəsi “Ümumi xəstəlikdir” kimi qiym ətləndirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının 10 iyun 2020-ci il tarixi, 162 nömrəli qərarının ləğv edilməsi və “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 7.2-ci bəndinin “e” yarımbəndinin 7.2ci bəndinin “ç” yarımbəndi ilə əvəz olunmaqla qərar qəbul edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, sığorta haqqı və əməliyyata görə lazım olan 25.000 manat pul vəsaitinin ödənilməsi və dövlət hesabına əməliyyatın edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddia tə ləbinin mahiyyəti ondan ibarətdir ki, iddiaçı orta məktəbi bitirdikdən sonra 28 sentyabr 2017-ci il tarixdə müddətli hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin 2001 saylı X5 Diviziyasının 5-ci zastavasında keçmişdir. 2 ay hərbi müdavim olduqdan sonra atıcı peşəsinə yiyələnmişdir. 19 fevral 2018-ci il tarixdən hərbi hissə komandirinin N saylı əmri ilə baş atıcı, 30 oktyabr 2018-ci il tarixdən isə 0256 saylı əmri ilə baş rabitəçi təyin olunmuş və 6 aprel 2019-cu il tarixədək heç bir qüsura yol vermədən və komandirlər tərəfindən heç bir intizam tənbehi almadan hərbi xidməti başa vurmuşdur. Hərbi xidmətdə olduğu müddətdə başında güclü ağrılar, bədənində isə allergiyalar olurdu. Ona görə də hərbi xidmətdə olduğu müddətdə N dəfə hərbi hissəni n tibb məntəqəsində müalicə almışdır. Birinci dəfə 24 mart 2018-ci il tarixdən 3 aprel 2018-ci il tarixədək, ikinci dəfə isə 9 fevral 2019-cu il tarixdən 13 fevral 2019-cu il tarixədək müalicə almışdır. İddiaçı hərbi xidmət başa çatdıqdan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəyə müddətdən artıq xidmət etmək üçün sənədlərini təqdim etmişdir. Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinə – Mərkəzi Hərbi Həkim Komissiyasına göndəriş almışdır. Tibbi müayinə zamanı “Xroniki Qlomerilonefrit. Xroniki böyrək xəstəliyi İV mərhələ“ diaqnozu qoyulmuşdur. Həkim ondan bu vəziyyətdə necə hərbi xidmət keçdiyi barədə məlumat aldıqdan sonra təcili uroloqa deyil, həkim-nefroloqa müraciət etməli olduğunu bildirdi. O, yenidən müayinə olunmaq üçün 8 avqust 2019-cu il tarixdə “Leyla Ş ıxlinskaya” Klinikasına müraciət etmişdir. Daha sonra 16 avqust 2019-cu il tarixdə Azərbaycan Tibb Universitetinin X1 müayinə olunmuş və yuxarıda qeyd olunan diaqnoz orada təsdiq olunmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə onun xidmət zamanı xəstəliyinin səbəb-əlaqəsinin təyin etməsi üçün göndəriş verilməsini xahiş etmişdir. Nəhayət, 28 fevral 2020-ci il tarixdə o, Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyasında müayinə olunmuşdur. 10 iyun 2020-ci il tarixli, 162 saylı qərarda müayinə olunmağı göstərilməmişdir, həmin qərar həqiqəti əks etdirmir və iddiaçı bu qərarla razı deyil. Azərbaycan Tibb Universitetinin X2 26 noyabr 2019-cu il tarixli, 2010 saylı arayışını əsas tutaraq iddiaçıda “Xroniki Qlomerilonefrit. Xroniki böyrək xəstəliyi” olduğu təsdiq olunduğu üçün bu arayış sübut kimi iddia ərizəsinə əlavə edilir. Qeyd olunanlara əsasən iddiaçı xroniki böyrək xəstəliyini hərbi xidmət dövründə qazandığı üçün ona cavabdehlər tərəfindən həm sığorta haqqı, həm də böyrək köçürülməsi zamanı lazım olan maddi vəsait ödənilməlidir. Cavabdehlər onu hərbi xidmətə apararkən və bundan sonra onu vaxtında və düzgün qaydada müayinə və müalicə etmiş olsaydılar, bu gün iddiaçının səhhəti xroniki böyrək çatışmazlığının 4-cü mərhələsinə qədər pisləşməzdi. Belə olduğu halda, artıq son hədd kimi onun böyrək köçürmə əməliyyatı cavabdehlərin üzərinə bir öhdəlik kimi qoyulmalıdır və ona aidiyyəti sığorta məbləği ödənilməklə əməliyyata tələb olunan 25.000 manatla sığorta məbləği arasındakı fərq pulu ödənilməlidir. Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasının 10 iyun 2020-ci il tarixli, 162 saylı qərarı ləğv olunmalıdır. Çünki, bu qərara görə iddiaçının xəstəliyi ümumi xəstəlik kimi yazılmışdır. Həmin qərarda qeyd olunduğu kimi, 6 avqust 2019-cu il tarixdə Silahı Qüvvələrin Baş Klinik Hospitalında hərbi xidmətini başa vurduqdan 3 ay sonra müayinədən keçərkən bu xəstəlik aşkarlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamənin 7.2-ci bəndinin “e” yarımbəndi 7.2-ci bəndinin “ç” yarımbəndi ilə əvəz olunmalıdır. Çünki, həmin bənddə deyilir ki, hərbi xidmət başa çatdıqdan sonra 1 il keçənədək təyin olunmuş xroniki, tədricən proqressivləşən xəstəlik olduqda, həmin xəstəliyin başlan ğıcı hərbi xidmət dövrünə aid edilir.
7. Cavabdeh orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, Dövlət Sərhəd Xidmətinin (2017-2019-cu illər) sabiq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu İddiaçı “Naxçıvan” X3 hərbi xidmətdə olduğu müddətdə 24 mart 2018-ci il tarixdən 3 aprel 2018-ci il tarixədək “allergik dermatit”, 9 fevral 2019-cu il tarixdən 13 fevral 2019-cu il tarixədək “hər iki əlin barmaqlarının səthi mikozu” diaqnozu ilə sərhəd diviziyasının tibb məntəqəsində müalicədə olmuş, yaxşılaşma ilə xidmət yerinə göndərilmişdir. İddiaçı hərbi xidmət dövründə Sərhəd Diviziyasından kənarda heç tibb müəssisəsində müalicədə olmamışdır. Hərbi xidmət etdiyi müddətdə böyrəklə əlaqədar şikayəti olmamışdır. İddiaçının müraciətləri əsasında Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həki m Komissiyasında Beyləqan rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 17 fevral 2020-ci il tarixli, 158 nömrəli göndərişinə əsasən onun “Xroniki qlomerilonefrit. Xroniki böyrək xəstəliyi İV mərhələ” diaqnozlu xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında» Əsasnamə”nin 7.2-ci bəndinin “e” yarımbəndinə əsasən “Ümumi xəstəlik” hesab edilmişdir. Həmin Əsasnamənin 7.2-ci bəndinin “e” yarımbəndində əsasən “Ümumi xəstəlikdir” qərarı aşağıdakı hallarda çıxarılır: əgər şəhadətləndirilən şəxsdə xəsarət, xəstəlik onun hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına, hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qəd ər yaranmışsa və hərbi xidmətkeçmə (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən dərəcəyə çatmamışsa; əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmətdən yayınmaq məqsədilə özünə yetirmişsə; əgər şəhadətləndirilən şəxsin xəstəliyi hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra yaranmışsa və xəstəliyin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət dövrünə aid etməyə əsas yoxdursa. Göründüyü kimi, İddiaçı hazırkı xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsi DSX Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən düzgün tövsif edilmişdir. İddia ərizəsində qeyd edildiyi kimi, iddiaçının hazırkı xəstəliyinin həmin Əsasnamənin 7.2-ci bəndinin “ç” yarımbəndində dəyişilməsi mümkünsüzdür. Belə ki, həmin yarımbənddə “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır” qərarına aşağıdakılar aiddir: əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaralanmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin ed ilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid etmək mümkündürsə. Beləliklə İddiaçı hazırkı “xroniki qlomerilonefrit, xroniki böyrək xəstəliyi İV mərhələ” xəstəliyi onun xidmətkeçmə dövrünə aid edilmir.
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 məhkəməyə daxil olmuş 8 dekabr 2021-ci il tarixli məktubu ilə qurumun T299/2021 saylı, 16 noyabr 2021-ci il tarixli ekspert rəyi təqdim olunmuşdur. Rəyin nəticə hissəsində qeyd olunur ki, 1999-cu il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmətibbi müayinəsinə və 3 sentyabr 2021-ci il tarixli məhkəmə qərardadında göstərilən suallara uyğun komissiya aşağıdakı nəticəyə gəlir:
9. Vətə ndaş İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı bel nahiyəsində sağda aparılmış cərrahi əməliyyat yarasının sağalmış izi olan çapıq toxuma aşkar olundu. ATUnun X1 26 noyabr 2019-cu il tarixdə nefroloq tərəfindən müayinə olunarkən ona “xroniki qlomerilonefrit, xroniki böyrək xəstəliyi İV mərhələ” diaqnozu qoyulmuş və 8 dekabr 2020ci il tarixdə Respublika Diaqnostika Mərkəzinin Böyrək Xəstəlikləri və Transplantasiya şöbəsində böyrək transplantasiyası əməliyyatı icra edilmiş, 15 yanvar 2021-ci il tarixdə TSEK-də müayinə edilərkən isə “Z94.Otransplantasiya olunmuş böyrəyin olması” diaqnozu ilə ona müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. 2 –
4. Vətəndaş İddiaçı 2017-ci ilin oktyabr ayında hərbi xidmətə çağırılarkən hərbi həkim komissiyasında heç bir xəstəliyin aşkar edilmədiyini, düçar olduğu “xroniki qlomerilonefrit” xəstəliyinin törədicilərinin virus, bakteriya, göbələk və sair infeksiyaların olmasını, xəstəliyin patogenez və klinik gedişini, xroniki prosesin yaranmasının 12 aya qədər davam etməsini, böyrək patologiyasının onda 2019-cu ilin avqust ayında laboratorinstrumental müayinə üsulları (qanın, sidiyin analizi, böyrəklərin KT və ultrasonoqrafik müayinələri) ilə aşkar edilməsini nəzərə alaraq qeyd etmək lazımdır ki, o, həmin xəstəliyə hərbi xidmətdə olarkən düçar olmuşdur. Xəstəliyin törədicisi barədə hazırda konkret fikir söyləmək mümkün olmadı. Lakin onun 2019-cu ilin fevral ayında “hər iki əl barmaqlarının səthi mikozu (göbələyi)” xəstəliyindən sonra yaranmasını da inkar etmək olmaz.
10. Vətəndaş İddiaçı 2018-ci və 2019-cu illərdə tibb məntəqəsində müalicədə ol duğu “allergik dermatit və hər iki əl barmaqlarının səthi mikozu (göbələyi)” xəstəlikləri laborator müayinələrin (qan, sidik, nəcis və s.) əsasında deyil, xəstənin şikayətləri və kliniki müayinələri əsasında müəyyən edilmişdir.
11. Bakı İnzibati Məhkəməsinin 21 fevral 2022-ci il tarixli qərardadı ilə iddia - “sığorta haqqı və əməliyyata görə lazım olan pul vəsaitinin ödənilməsi və iddiaçının dövlət hesabına əməliyyat olunması” hissəsində və cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə münasibətdə mümkün sayılmamışdır.
12. Birinci instansiya məhkəməsi bu qənaətə gələrkən hesab etmişdir ki, iddiaçı bir neçə tələbi bir iddiada birləşdirməklə iki cavabdehə qarşı iddia qaldırsa da, iddianın iddiaçının dövlət hesabına əməliyyat olunması” hissəsi üzrə tələbə münasibətdə cavabdehləri n heç biri səlahiyyətli orqan deyil. İddianın “sığorta haqqı və əməliyyata görə lazım olan pul vəsaitinin ödənilməsi” hissəsi mahiyyətinə görə “iddiaçıya dəymiş ziyanın ödənilməsi” kimi qəbul edilə bilər, lakin bununla bağlı iddiaçı cavabdehlərə müraciət etməmişdir. İddianın “qərarın ləğv edilməsi, iddiaçının yenidən şəhadətləndirilməsi” hissəsinə gəldikdə isə, mübahisə predmeti olan 10 iyun 2020-ci il tarixli qərar cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən qəbul olunmuşdur, bu qərarın dəyişdirilməsi və yeni qərarın qəbulu da həmin qurumun səlahiyyətindədir. Digər cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti iddianın həmin hissəsi üzrə cavabdehlik daşımır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-291/2022 nömrəli, xx.xx.2022-c i il tarixli qərarı ilə (hakim R.L.Kərimli) iddiа təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasının 10 iyun 2020-ci il tarixli, 162 nömrəli qərarının ləğv edilməsi və İddiaçı «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə»nin 7.2-ci bəndinin “ç” yarımbəndi üzrə şəhadətləndirilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasının üzərinə qoyulması qərara alınmışdır.
13. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, hazırkı inzibati mübahisə üzrə sübutetmə yükü daşıyan cavabdeh Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyası mübahisə predmeti olan 10 iyun 2020-ci il tarixli, 162 nömrəli qərarın qəbulunu iddiaçının hərbi xidmət dövründə (2018-ci ildə) müvafi q müayinə və müalicədə olsa da, böyrəyi ilə əlaqədar şikayət etməməsi və onun diaqnozunun hərbi xidmətlə əlaqələndirilməsinin mümkün olmaması ilə əsaslandırmışdır. Qeyd olunmalıdır ki, həmin qərarla İddiaçı “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinin “e” yarımbəndi (Ümumi xəstəlikdir) üzrə şəhadətləndirilmişdir. Nəzərə alınmalıdır ki, Əsasnamə sözügedən qərarın qəbulunu aşağıdakı hallardan birinin olması ilə şərtləndirir: 1) şəxsdə xəsarət və xəstəliyin onun hərbi xidmətə çağırılmasına qədər yaranması, xidmətkeçmə dövründə onun hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişən dərəcəyə çatmaması, 2) xəsarəti, xəstəliyi hərbi xidmətdən yayınmaq məqsədi ilə özünə yetirməsi, 3) xəstəliyin hərbi xidmətdən buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra yaranması və xəstəli yin başlanğıcının hərbi xidmət dövrünə aid etməyə əsas olmaması.
14. Lakin məhkəmə icraatında tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 T299/2021 saylı 16 noyabr 2021-ci il tarixli ekspert rəyi cavabdeh inzibati orqanın dəlillərini nəinki təkzib etmiş, hətta iddiaçıda mövcud olan müvafiq xəstəliyə onun hərbi xidmət dövründə düçar olduğunu təsdiqləmişdir. Rəy iddiaçının 2017-ci ilin oktyabr ayında hərbi xidmətə çağırılarkən hərbi həkim komissiyasında heç bir xəstəliyinin aşkar edilməməsi, düçar olduğu “xroniki qlomerilonefrit” xəstəliyinin törədicilərinin virus, bakteriya, göbələk və sair infeksiyaların olması, xroniki prosesin yaranmasının 12 aya qədər davam etməsi, böyrək patologiyasının onda 2019-cu ilin avqust ayında aşkar olunması və s. xüsusatlarla əsaslandırılmışdır.
15. Məhkəmə qeyd etmişdir ki, cavabdeh inzibati orqanın hazırda mübahisələndirilən qərarın, yəni Əsasnamənin 7.2-ci bəndinin “e” yarımbəndi üzrə qərarın qəbulunu şərtləndirən hallara dair yetərli sübutlar təqdim etməməsi onu deməyə əsas verir ki, inzibati orqanda aparılan icraat zamanı işin bütün halları, o cümlədən iddiaçının xeyrinə ehtimal olunan hallar araşdırılmamış və 10 iyun 2020-ci il tarixli, 162 saylı qərar formal mülahizələr əsasında qəbul olunmuşdur. Bununla da «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 11.1, 24, 58.1-ci maddələrinin tələbləri pozulmuşdur.
16. Cavabdehlər ayrı-ayrılıqda, lakin eyni məzmunlu apellyasiya şikayətləri verərək, qərarın ləğv edilməsini xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsində icraat
17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2219/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakimlər C.A.Yusifov/sədrlik edən və məruzəçi/ A.V.Tanrıverdiyev və İ.S.Şirinov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-291/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
18. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, məhkəmə iddiaçının hərbi xidmətdən sonrakı tibbi müayinə sənədləri ilə aşkar olunan məlumatlara, o cümlədən, məhkəmə tibbi ekspertizası rəyində gəlinmiş nəticələrə inandırıcı yanaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən həmin məlumatların, iddiaçının həmin xəstəliyinin hərbi xidmət dövründə alınma sını təsdiq edən sübut əhəmiyyətli məlumatlar kimi, qiymətləndirilməsi əsaslıdır. Belə olan halda isə iddiaçının mübahisələndirilən həmin xəstəliyi “Hərbi həkim ekspertizası haqqında” Əsasnamənin 7.2-ci bəndinin “ç” yarımbəndində təsbit olunan meyarlara uyğun gəlir.
19. Ona görə də iddiaçının tələbində haqlı olduğu sübuta yetirilir. Bu isə onu deməyə əsas verir ki, cavabdehin mübahisələndirən qərarı ilə iddiaçının xəstəliyinin Əsasnamənin 7.2-ci bəndinin “ç” yarımbəndi ilə deyil, “e”(Ümumi xəstəlikdir) yarımbəndi ilə şəhadətləndirilməsi onun qanunla qorunan hüquqlarını pozmuşdur.
20. Cavabdehlər ayrı-ayrılıqda, lakin eyni məzmunlu kassasiya şikayətləri verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ O NA ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
21. Kassasiya şikayətinin dəlilləri iddia tələbinə qarşı etirazın və apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
23. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1-ci hissəsinə görə, bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzif əlilər malikdirlər.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə «Hərbi-həkim ekspertizası haqqında Əsasnamə» Bənd 1.1. Bu Əsasnamə «Əhalinin sağlamlığının qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin Fərmanına, «Hərbi vəzifə və hərbi xidmət haqqında» və «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının qanunlarına əsasən hazırlanmışdır və müvafiq olaraq hərbi-həkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. Bənd 1.5. Tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür. Bənd 1.8. Hərbi tibb müəssisəsində hərbi-həkim ekspertizasının təşkili və keçirilməsinə görə cavabdehlik müəssisə rəisinin tibb hissəsi üzrə müavininə, ştat üzrə rəisin tibb hissəsi üzrə müavini vəzifəsi olmadıqda isə müəssisə rəisinə həvalə olunur. Şəhadətləndirilən şəxsin müayinələrinin vaxtında və tam aparılmasına, müayinələrin nəticələrinə görə həkim-ekspert sənədlərinin hazırlanmasına, rəsmiləşdirilməsinə və hərbihəkim komi ssiyasına təqdim edilməsinə görə məsuliyyət müayinə aparılan tibb bölməsinin rəisinin üzərinə düşür. Bənd 1.9. Vətəndaş hərbi-həkim komissiyasının (həkim uçuş komissiyasının) onun barəsində çıxarılmış qərarından razı olmadıqda, həmin dövlət orqanının yuxarı hərbihəkim komissiyasına (həkim-uçuş komissiyasına) və ya məhkəməyə şikayət verə bilər. Hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) hərbi xidmətə (uçuş işinə), orqanlarda xidmətə yararlılıq kateqoriyası haqqında qərarı həmin qərarda başqa hal nəzərdə tutulmayıbsa, şəhadətləndirilmə anından etibarən bir il müddətində qüvvədədir. Bənd 5.1. Hərbi qulluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi hərbi-həkim komissiyasına həvalə olunur. Bənd 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanış a çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. Bənd 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: “a” yarımbəndi – “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”, “b” yarımbəndi – “Hərbi travmadır. SSRİ-nin müdafiəsi zamanı alınmışdır”, “c” yarımbəndi – “Hərbi travmadır. Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”, “ç” yarımbəndi – “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət d övründə alınmışdır”, “d” yarımbəndi – “Xəstəlikdir, Çernobıl AES-də qəza ilə əlaqədar hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası zamanı alınmışdır”, “e” yarımbəndi – “Ümumi xəstəlikdir”. ç) “Xəstəlikdir, xəsarətdir (yaralanmadır, travmadır, kontuziyadır), hərbi xidmət dövründə alınmışdır” qərarına aşağıdakılar aiddir: - əgər xəstəlik şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, orqanlarda xidmət keçməsi dövründə yaranmışsa, yaxud şəhadətləndirilən şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) və orqanlarda xidmət dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gəti rib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövrünə aid etmək mümkündürsə; - əgər xəstəlik şəhadətləndirilən şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə və ya döyüşən ordunun tərkibinə daxil olmayan orqanlarda xidmət keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; - əgər şəhadətləndirilən şəxs xəsarəti hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; - əgər xəsarət hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə alınmışsa, lakin şəhadətləndirilmə anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa. e) “Ümumi xəstəlikdir” qərarı aşağıdakı hallarda çıxarılır: - əgər şəhadətləndirilən şəxsdə xəsarət, xəstəlik onun hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına, hərbi xidmətə, orqanlarda xidmətə könüllü daxil olmasına qədər yaranmışsa və hərbi xidmətkeçmə (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə onun hərbi xidmətə, orqanlarda xidmətə yararlılıq kateqoriyasını dəyişən dərəcəyə çatmamışsa; - əgər şəhadətləndirilən şəxs xəsarəti, xəstəliyi hərbi xidmətdən yayınmaq məqsədi ilə özünə yetirmişsə; - əgər şəhadətləndirilən şəxsin xəstəliyi hərbi xidmətdən (orqanlarda xidmətdən) buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra yaranmışsa və xəstəliyin başlanğıcını hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət dövrünə aid etməyə əsas yoxdursa. Bənd 7.3. Hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət (hərbi toplanış) keçdiyi hərbi hissənin komandiri, hərbi təşkilatların, hərbi müəssisələrin, digər qoşunların və orqanların rəhbərləri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Arayışda xəsarətin alınma şəraiti, habelə, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə əlaqədar olub-olmaması göstərilir. Bənd 7.4. Hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmətkeçmə dövründə xəsarət almış, lakin bu xəsarətin alınma şəraiti haqqında arayışı olmayan vətəndaşların şəhadətləndirilməsi zamanı hərbi-həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı xəsarətin alınma şəraitini əks etdirən başqa sənədlər əsasında çıxara bilər. Vətəndaşın yaralanma və ya travma alması şəraiti haqqında şahid ifadələri hərbi-həkim komissiyası tərəfindən yalnız onda döyüş əməliyyatları dövründə almış bədən zədələnmələrinin aşkar nəticələri olduğu halda və bu şərtlə qəbul edilə bilər ki, ifadə bədən zədələnməsinin aldığı dövrdə şəhadətləndirilən şəxslə bir yerdə hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmiş iki və daha artıq şahid tərəfindən verilmiş olsun. Şahidlərin ifadələri və şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçmələri faktı şəhadətləndirilən şəxsin hərbi xidmət (hərbi toplanış), orqanlarda xidmət keçdiyi hərbi hissənin komandiri, orqanların rəhbəri və ya şahidlərin yaşayış yeri üzrə rayon (şəhər) hərbi komissarı tərəfindən təsdiq edilir. 25. “İnzibati icraat haqqında” Qanun Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
12. İşin hallarının araşdırılması prinsipi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onları n təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcm də) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Cavabdeh Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasının kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələ blərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
31. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq kassasiya ş ikayətinin mahiyyətcə iddia tələbinə qarşı etirazın və apelyasiya şikayətinin məzmununa əsaslanan dəlilləri üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək və onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşaraq həmin qərarın təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apelyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apelyasiya instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından mübahisələndirilən qərarın ləğv edilməsi və iddiaçının yenidən şəhadətləndirilməsi üçün əsasların mövcudluğu ilə ba ğlı məsələ apelyasiya instansiyası məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
33. Apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apelyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
34. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
35. Bu qə rarın 24-cü bəndində istinad olunan normalara görə, həmin normalar hərbihəkim ekspertizasının təşkili və aparılması qaydalarını, hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya hərbi xidmətə könüllü (bağlaşma əsasında) daxil olan vətəndaşların sağlamlıq vəziyyətinə dair tələbləri müəyyən edir. Həmin normalar anlamında, tibbi şəhadətləndirilmə dedikdə, hərbi xidmətə, ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə təhsilə (xidmətə), orqanlarda xidmətə yararlılığın təyin edilməsi, bu Əsasnamədə nəzərdə tutulmuş digər məsələlərin yazılı qərar çıxarılmaqla həll edilməsi məqsədi ilə vətəndaşların şəhadətləndirilmə anında sağlamlıq vəziyyətinin və fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsi başa düşülür.
36. Hərbi tibb müəssisəsində hərbi-həkim ekspertizasının təşkili və keçirilmə sinə görə cavabdehlik müəssisə rəisinin tibb hissəsi üzrə müavininə, ştat üzrə rəisin tibb hissəsi üzrə müavini vəzifəsi olmadıqda isə müəssisə rəisinə həvalə olunur. Şəhadətləndirilən şəxsin müayinələrinin vaxtında və tam aparılmasına, müayinələrin nəticələrinə görə həkim-ekspert sənədlərinin hazırlanmasına, rəsmiləşdirilməsinə və hərbi-həkim komissiyasına təqdim edilməsinə görə məsuliyyət müayinə aparılan tibb bölməsinin rəisinin üzərinə düşür. Hərbi qulluqçuların şəhadətləndirilməsinin təşkili və keçirilməsi hərbi-həkim komissiyasına həvalə olunur.
37. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir.
38. İstinad olunan normalara görə, vətəndaş hərbi-həkim komissiyasının onun barəsində çıxarılmış qərarından razı olmadıqda, həmin dövlət orqanının yuxarı hərbihəkim komissiyasına (həkim-uçuş komissiyasına) və ya məhkəməyə şikayət verə bilər. Hərbi-həkim komissiyasının (həkim-uçuş komissiyasının) hərbi xidmətə (uçuş işinə), orqanlarda xidmətə yararlılıq kateqoriyası haqqında qərarı həmin qərarda başqa hal nəzərdə tutulmayıbsa, şəhadətləndirilmə anından etibarən bir il müddətində qüvvədədir.
39. Göründüyü kimi, istinad olunan normalara əsasən cavabdeh həmin normalarda müəyyən olunmuş şəxslərə münasibətdə şəhadətləndirilmənin keçirilməsi və onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsinin təyin edilməsi səlahiyyətləri ilə təchiz edilmişdir. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə legitim cavabdeh qismində Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasının tanınması ilə bağlı məhkəmələrin mövqeyi qəbul olunmalı və qeyd edilməlidir ki, Dövlət Sərhəd Xidmətinin strukturuna aid olmasına rəğmən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” də Hərbi Həkim Komissiyası suveren hakimiyyət daşıyıcısı kimi təsbit olunmuşdur, yəni həmin qurum öz adından qərar qəbul etmək və həmin qərara görə cavabdehlik daşımaq keyfiyyətinə malikdir.
40. Bundan əlavə, inzibati akt, hazırkı halda qərar suveren hakimiyyət daşıyıc ısı olan qurum tərəfindən qəbul edildiyindən, həmin qərara görə həm də Dövlət Sərhəd Xidmətinin cavabdeh kimi tanınması yolverilməzdir. Həmçinin, eyni struktura aid olan iki qurum tərəfindən hazırkı mübahisəyə münasibətdə məhkəmə qərarından eyni zamanda şikayət verilməsi də məqbul sayıla bilməz və icra hakimiyyətini təmsilçilik prinsiplərinə ziddir. Göstərilən qaydanın tətbiqi qurumlar arasında tabeçilik münasibətlərinin mövcud olubolmamasından asılı deyildir.
41. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə cavabdehin (Hərbi Həkim Komissiyasının) kassasiya şikayətinin Dövlət Sərhəd Xidmətinin nümayəndəsi tərəfindən imzalanması xidmətin rəisinin səlahiyyətinə aid olan daxili idarəçilik məsələsi kimi qiymətləndirilməli və qurumun təmsilçilik məsələsinin həllin in xidmət rəisinin müvafiq səlahiyyətləri ilə ehtiva olunduğu qəbul olunmalıdır.
42. Beləliklə, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
43. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cаvаbdеh Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasının kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 noyabr 2022-ci il tarixli, 21(103)-2219/2021 saylı qərarı dəyişdirilmədən saxlanılır. Dövlət Sərhəd Xidmətinin kassasiya şikayəti mümkün sayılmır. Şikayətin qəbulundan imtina edilir.