Məhkəmə qərarları › İş №2-1(102)-606/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-606/2024

14.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-606/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənəvi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 14.02.2024 hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə (üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsi) qarşı “cavabdehin qanunsuz əməlləri nəticəsində ona dəymiş 2700 manat məbləğində maddi və 5000 manat məbləğində mənəvi zərərin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-130/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Hərbi hissənin iddiaçı barəsində tərtib edilmiş çıxarış epikrizindən və xx.xx.2014cü il tarixli 451 №-li xəstəlik haqqında şəhadətnamədən görünür ki, SHXÇDX-nin Zərdab rayon şöbəsi tərəfindən təqdim olunmuş xx.xx.2014-cü il tarixli 24 saylı flüoqramma N saylı hərbi hissənin rentgenoloqu tərəfindən öyrənilmiş ağciyərlərin aşağı payında ocaqlı dəyişikliklərin aşkar olunduğu qeyd edilmişdir.

2. İddiaçıya məxsus hərbi biletdən görünür ki, xidmətə yararlı sayılaraq xx.xx.2014cü il tarixdə hərbi hissəyə göndərilmiş, xx.xx.2014-cü ildə HHK-nın xx.xx.2014-cü il tarixli 451 №-li XHŞ-si əsasında tərxis edilmişdir. HHK-sı tərəfindən xəstəliklər cədvəlinin İİ qrafasının 2 ”b” maddəsinə əsasən sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “cavabdehin qanunsuz əməlləri nəticəsində ona dəymiş 2700 manat məbləğində maddi və 5000 manat məbləğində mənəvi zərərin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, O, 2014-cü ilin yanvar çağırışında Zərd ab rayon Çağırış Komissiyasının Hərbi-Həkim Komissiyasında tibbi şəhadətləndirilərək hərbi xidmətə yararlı bilinmiş, müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. N saylı hərbi hissədə əsgər kimi xidmət edərkən xəstələnməyi ilə əlaqədar olaraq əvvəlcə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında, sonra N saylı hərbi hospitalda müayinə və müalicə almışdır. Ona “hər iki ağ ciyərin aşağı payının ocaqlı vərəmi, sorulma və bərkimə mərhələsində, KB (-) mənfi. 15, 16 və 24-cü dişlərin kariyesi. Xroniki qastroduedonit, remissiya mərhələsində. Veqetativ damar distoniyası. Solterəfli 2-ci dərəcəli varikosele. Ümumi xəstəlikdir” diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2009-cu il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə”n in “Xəstəliklər cədvəli”nin 2 b maddəsinin 2-ci qrafasına uyğun olaraq sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı bilinərək xx.xx.2014-cü ildə N saylı hərbi hissənin hospital hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirilərək ehtiyata tərxis olunmuşdur.

5. Xəstəliyi ilə bağlı məsələnin araşdırılması və ona hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişinin verilməsinə dair müxtəlif dövlət orqanlarına müraciət etmiş, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xəstəliyi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanuna əsasən sığorta hadisəsi sayılmır. Həmçinin, araşdırma zamanı o hal da müəyyən edilmişdir ki, ağciyərində olan vərəm prosesi hərbi xidmətə daxil olmamışdan əvvəl yaranmış, xx.xx.2014-cü il tarixində 24 saylı döş qəfəsi orqanlarının flüroqramı onu şəhadətləndirən səlahiyyətli həkimlər tərəfindən diqqətli öyrənilməmiş, nəticədə o, 2014-cü ilin yanvar çağırışında faktiki olaraq hərbi xidmətə yararsız olduğu halda, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12 və 15-ci maddələrinin tələblərinin pozulması ilə həqiqi hərbi xidmətə çağırılmışdır.

6. Cavabdehin qanunazidd əməlləri nəticəsində onun qanunla qorunan hüquq və mənafelərinə ciddi ziyan vurulmuşdur. O, iddiasında göstərilən üçüncü şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsinə dair müvafiq orqanlara müraciət etmiş, ərizəsi Azərbaycan Respublikası Hərbi Prokurorluğunda araşdırıldıqdan sonra Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Silahlı Qüvvələrdə qanun pozuntuları barədə məlumatların araşdır ılması şöbəsinin prokuroru, ədliyyə polkovnik-leytenantı X1 02 iyun 2015-ci il tarixli Qərarı ilə üçüncü şəxslər barəsində cinayət işinin başlanması rədd edilmişdir. Bununla belə, qeyd edilən qərarla Zərdab rayon Çağırış Komissiyasının üzvü-Hərbi Həkim Komissiyasının sədri X2, həkim-fitiziatrı X4 intizam məsuliyyətlərinə cəlb olunmaları üçün müvafiq təqdimatların verilməsinə dair məsələ qaldırılması qərara alınmışdır.

7. Beləliklə, yuxarıda qeyd edilən qərarla həmin şəxslərin əməllərində cinayət tərkibinin olmadığı müəyyən edilsə də, onun əməlləri nəticəsində hüquqlarının pozulması, mənafeyinə zərər vurulması müəyyən edilmişdir. Belə ki, əgər onlar tərəfindən qanunun tələblərinə uyğun olaraq düzgün şəhadətləndirilmiş olsa idi və həqiqi hərbi xidmətə yararsız olduğu təsdiq edilsəydi, o, hər bi hissədə deyil, öz evində ailəsi ilə yaşamağa, işləyərək hər ay əmək haqqı almağa, ailəsinin və özünün maddi ehtiyaclarını ödəməyə davam edəcəkdi. O, hərbi xidmətə çağırılanadək hazırkı xəstəliyinin olmasından ümumiyyətlə xəbəri olmamışdır. Hərbi xidmətə getməsi və şəraitin belə kəskin şəkildə dəyişməsi onun xəstəliyinə təkan vermiş, vəziyyəti acınacaqlı hala gəlib çıxmışdır. O, müvafiq ərizə ilə cavabdehə müraciət edərək özünə dəymiş zərərin ödənilməsini xahiş etmiş, cavabdeh orqan ona hərbi xidmətə yollanarkən xidmətə yararlı olduğunu bildirmiş və zərərin əvəzinin ödənilməsindən imtina edilmişdir. Hazırkı məsələ ilə məsuliyyəti heç bir dövlət qurumu və ya həkim komissiyasının üzvləri üzərinə götürməsə də, inkar edilə bilməyən fakt odur ki, o, 9 ay ərzində hərbi xidmətdə olduqdan sonra xidmətə yararsız kimi hərbi biletində qeydiyyat aparılıb. O, özünə dəyən zərərin hərbi xidmətə çağırılması, hərbi xidmət keçməsi nəticəsində dəyməsini iddia etmir. O, özünün hərbi xidmətə yararsız olduğu halda həkim komissiyasının səhlənkarlığı, işinə etinasız yanaşması, vəzifə borcunu lazımınca yerinə yetirməməsi nəticəsində qanunsuz olaraq hərbi xidmətə göndərilməyi, 9 ay ərzində xidmətə yararsız olduğu halda hərbi xidmət keçməyi və 9 ay əziyyətindən sonra “xidmətə yararsız” kimi hərbi biletlə evə qayıtmağı ilə bağlı keçirdiyi emosional psixoloji sarsıntı nəticəsində ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsini tələb edir.

8. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı tibbi şəhadətləndirmə zamanı xx.xx.2014-cü il tarixdə Zərdab rayon ç ağırış komissiyası tərəfindən müddətli həqiqi hərbi xidmətə yararlı sayılaraq hərbi xidmətə göndərilmiş, xx.xx.2014-cü il tarixə kimi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət etmişdir. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq, ümumi tibbi müayinədən keçirilmiş, sağlamlığından şikayəti olmadığı, həmçinin dispanser və ya tibb müəssisələrində qeydiyyatda olmadığı üçün hərbi xidmətə yararlı sayılaraq müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılanlar hərbi hissələrə təhvil verilərkən müvafiq olaraq xidmət etdikləri hərbi hissələrin tərkibində olan hərbi- həkim komissiyaları tərəfindən hərbi xidmətə yararlılıqlarının yoxlanılması üçün təkrar müayinədən keçirilirlər. Səhhətlərində hər hansı nasazlıq aşkar olunduqda həmin çağırışçı dərhal çağırıldığı Xidmətin yerli baş idarə, idarə, şöbə və ya bölməsinə geri qaytarılır. İddiaçı 2014-cü ilin yanvar ayında Xidmətin Zərdab rayon bölməsi tərəfindən hərbi hissəyə təhvil verilərkən geri qaytarılmaması, hərbi hissənin həkim mütəxəssislərinə təqdim olunan (döş qəfəsi orqanlarının flüoroqrafiya (rentgenoloji) müayinəsi, qanın ümumi analizi (EÇSnin, hemoqlobinin, leykositlərin təyini), sidiyin ümumi analizi (xüsusi çəkisi, zülal)) zəruri müayinələrə həkim mütəxəssislər tərəfindən baxılması, ancaq buna baxmayaraq çağırışçının təkrar müayinə olunduqdan sonra yararlı olması ilə bağlı qərarın qəbul edilməsi, həmçinin, İddiaçı və yaxınlarının Zərdab rayon çağırış komissiyası tərəfindən barəsində hərbi xidmətə yararlı olması ilə əlaqədar qəbul etdiyi qərara etiraz bildirməməsi, hərbi hissənin hərbi həkim komissiyasına səhhəti ilə bağlı şikayət etməməsi onun 2014-cü ilin yanvar ayında hərbi hissəyə sağlam olaraq təhvil verilməsi faktını təsdiqləyir.

9. Şəki İnzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2-1(116)-1481/2022 nömrəli qərarı ilə (hakim V.Musayev) iddia tələbi qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsinin üzərinə 2700 (iki min yeddi yüz) manat məbləğində maddi ziyan, 1000 (min) manat məbləğində mənəvi ziyanın İddiaçı ödənilməsi öhdəliyinin qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

10. Məhkəmə hesab etmişdir ki, maddi ziyanla bağlı cavabdehdən t utulacaq məbləğ iddiaçının iddia tələbində qeyd etdiyi, yəni iddia ərizəsinin verildiyi tarixdə, yəni 2022-ci il üçün nəzərdə tutulmuş minimum əmək haqqı məbləğində hesablanmalıdır: 9 ay x 300 manat = 2700 manat. Minimum aylıq əmək haqqının məbləğinin artırılması və “Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 18 iyun tarixli 1265 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2022-ci il yanvarın 1-dən 300 manat müəyyən edilmişdir.

11. İddiaçı mənəvi ziyanla bağlı tələbini cavabdehlərin təqsiri üzündən keçirdiyi fiziki və mənəvi iztirablar nəticəsində hərbi xidmətə yararsız olduğu halda həkim komissiyasının səhlənkarlığı, işinə etinasız yanaşm ası, vəzifə borcunu lazımınca yerinə yetirməməsi nəticəsində qanunsuz olaraq hərbi xidmətə göndərilməsi və bunun nəticəsində 9 ay ərzində xidmətə yararsız olduğu halda hərbi xidmət keçməsi və “xidmətə yararsız” hərbi biletlə evə qayıtması nəticəsində emosional psixoloji sarsıntı keçirməsi ilə əsaslandırmışdır.

12. Nəzərə alınmalıdır ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. İddiaçı tələbində 5000 manat mənəvi zərərin ödənilməsini tələb etmiş, mənəvi ziyan məbləğinin məhz 5000 manat məbləğində ifadə olunmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti ver ərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 mart 2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Əsasnaməsinin 1.6-cı bəndinə əsasən, xidmətin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirildiyindən cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsi əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əvəz edilmişdir.

15. Şəki Apellyasiya Məhkəməsinin İ nzibati Kollegiyasının 1 mart 2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsi iş üzrə inzibаti məhkəmə icrааtınа üçüncü şəxs qismində zəruri cəlb edilmişdir.

16. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-130/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.Məlikov və G.Cavadova) apellyasiya şikayəti qismən təmin edilmiş, iddia tələbi qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı 2700 (iki min yeddi yüz) manat məbləğində maddi ziyan, 1000 ( bir min) manat məbləğində mənəvi ziyanın İddiaçı ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölm əsinin üzərinə qoyulması hissədə dəyişdirilmiş, cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin üzərinə 2700 (iki min yeddi yüz) manat məbləğində maddi ziyan, 1000 ( bir min) manat məbləğində mənəvi ziyanın İddiaçı ödənilməsi öhdəliyi qoyulmuşdur.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

19. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasını nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmalıdır.

20. İddiaçı mənəvi ziyana görə 5000 (beş min) manat tələb etsə də, habelə Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən olunan anlamda xərclərə, real zərər və əldən çıxmış faydaya dair məhkəməyə sübut təqdim olunmamış və məhkəmə 1000 (min manat) mənəvi ziyanın təmin edərkən bu hallara diqqət yetirməmişdir.

21. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı ona vurulmuş ziyanla bağlı cavabdehin tə qsirinin olmasına dair hər hansı sübut təqdim etməmişdir, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranmasının əsaslarından biri məhz təqsirin olmasıdır, hazırki iş üzrə 3700 (üç min yeddi yüz) manat vurulmuş maddi ziyana görə cavabdehin təqsirini müəyyən edən heç bir hal və sübut olmadığından mövcud olmamış və bu səbəbdən ziyana görə cavabdehin üzərinə məsuliyyət qoyula bilməz.

22. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 1 mart 2023-cü il tarixli, 21(107)-130/2023 qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsi əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əvəz edilmişdir.

23. Adıçəkilən qərardadla bağlı bildirmək istəyir ki, Azərbaycan Respub likasının Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Lakin, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1 (107)-130/2023 qərardadında cavabdehin əsl cavabdeh ilə əvəz edilməsinə dair heç bir əsas müəyyən edilməmişdir. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 saylı qərarı.

1. Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir.

10. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri ( qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. 26. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.2. Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir. 6.2. Vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında ilkin hərbi qeydiyyata alınarkən onların hərbi xidmətə yararlılığını müəyyən etmək mə qsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həkim mütəxəssislər tərəfindən hökmən tibbi müayinə, habelə hərbi xidmət müddətində onlardan daha məqsədəuyğun istifadə edilməsini müəyyənləşdirmək üçün psixoloji müayinə edilməli, müvəqqəti yararsız hesab edilən şəxslər isə Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına dövlət tibb müəssisələrində mütləq qaydada müalicəyə göndərilməlidirlər. 15.2. Tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada aşağıdakı qərarlardan birini qəbul edir: 15.2.1. müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.2. sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; 15.2.3. sağlamlıq vəziyyətinə görə həqiqi hər bi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; 15.2.4. dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; 15.2.5. həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında.

27. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1 mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Maddə 1097.1 mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1115 zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

28. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsin i yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən ) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlər inin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayətlər təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız h üquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

34. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellya siya məhkəməsi iddiaçıya maddi və mənəvi ziyanın ödənilməsi barədə əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

35. Bununla yanaşı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

36. İddiaçı mənəvi ziyanla bağlı tələbini cavabdehlərin təqsiri üzündən keçirdiyi fi ziki və mənəvi iztirablar nəticəsində hərbi xidmətə yararsız olduğu halda həkim komissiyasının səhlənkarlığı, işinə etinasız yanaşması, vəzifə borcunu lazımınca yerinə yetirməməsi nəticəsində qanunsuz olaraq hərbi xidmətə göndərilməsi və bunun nəticəsində 9 ay ərzində xidmətə yararsız olduğu halda hərbi xidmət keçməsi və “xidmətə yararsız” hərbi biletlə evə qayıtması nəticəsində emosional psixoloji sarsıntı keçirməsi ilə əsaslandırmışdır.

37. Bununla bağlı məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticəni haqlı hesab edərək qeyd edir ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. İddiaçı tələbində 5000 m anat mənəvi zərərin ödənilməsini tələb etmiş, mənəvi ziyan məbləğinin məhz 5000 manat məbləğində ifadə olunmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

38. Bu baxımdan nəzərə alınmalıdır ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında isə qeyd edilir: Məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqları nın və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. 10-cu bənd. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsin ə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

39. Odur ki, məhkəmə kollegiyası maddi zərərlə bağlı dəlilə münasibətdə apellyasiya məhkəməsinin mövqeyini haqlı hesab edərək qeyd edir ki, tələb edilən məbləğ ağlabatan məbləğ deyildir. Eyni zamanda iddiaçı şikayətinin əsası kimi istinad etdiyi halları həmin məbləğə münasibət də əsaslandırmamışdır. Ona görə də cavabdehdən iddiaçının xeyrinə 1000 manat məbləğində mənəvi ziyan tutulması ilə bağlı nəticə əsaslı olmuşdur.

40. Qeyd edilənlərdən əlavə məhkəmə kollegiyası kassasiya şikayətinin cavabdehin əsl cavabdeh ilə əvəz edilməsi dəlilinə münasibət bildirərək hesab edir ki, İnzibati Prosessual Məcəlləyə əsasən cavabdehin belə bir hüququ yoxdur.

41. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən hazırkı mübahisəyə münasibətdə apellyasiya məhkəməsinin qərarı qanunvericiliyin tələblərinə uyğun və əsaslı sayılmalı, kassasiya şikayətləri təmin olunmadan, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Şəki Ap ellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-130/2023 nömrəli, 11 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar