Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-607/2017 04.04.2017 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı Cavabdehnə (üçüncü şəxs Gəncə şəhəri Nizami Bələdiyyəsi) qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-607/2017) Bakı şəhəri 04 aprel 2017-ci il giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh) qarşı (üçüncü şəxs Gəncə şəhəri Nizami Bələdiyyəsi-bundan sonra 3-cü şəxs) “fərdi yaşayış evinin sökülməsi və zəbt edilməsi hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdehin üzərinə evin əvvəlki vəziyyətə gətirilməsi vəzifəsinin qo yulması, mənəvi təzminatın ödənilməsi” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 21(104)-354/2016 saylı, 26 oktyabr 2016-cı il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 04 aprel 2017-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Gəncə şəhəri Texniki İnventarlaşdırma bürosu qeydiyyat vəsiqəsinə görə Gəncə şəhəri, Nizami küçəsi,183 A ünvanında yerləşən fərdi yaşayış evi Nizami rayonu XDS İcraiyyə Komitəsinin 25 may 1987-ci il tarixli 77 nömrəli qərarı əsasında qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin məhkəməyə ünvanladığı 07.05.2016-cı il t arixli məktubunda bildirilmişdir ki, Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi, 183 A saylı fərdi yaşayış evi 1 saylı notariat kontorunun 14.03.1996-cı il tarixli alqısatqı müqaviləsinə əsasən iddiaçıya satılmışdır və 15.03.1996-cı il tarixdə qeydiyyata alınmışdır. Mülkün arxiv işində qeydiyyat vəsiqəsinin surəti aşkar edilməmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsi və zəbt edilməsi hərəkətlərinin qanunsuz hesab edilməsi, cavabdehin üzərinə iddiaçıya məxsus fərdi yaşayış evinin əvvəlki vəziyyətə gətirilməsi vəzifəsinin qoyulması, fərdi yaşayış evinin qanunsuz olaraq məhkəmə qərarı olmadan zorakılıqla sökülməsinin, bu söküntü ilə birlikdə ev əşyalarının məhv edi lməsinin, iddiaçı və ailə üzvlərinin 3 ildir ki, mənzildən istifadə edə bilməməsi nəticəsində dəymiş mənəvi zərər olaraq cavabdehin üzərinə 30.000 manat dəyərində mənəvi təzminat kimi ödənilməsi vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Gəncə şəhəri Texniki İnventarlaşdırma bürosu tərəfindən verilmiş qeydiyyat vəsiqəsi əsasında Gəncə şəhəri, Nizami küçəsi, ev 183 A üzərində mülkiyyət hüququna malikdir. İddiaçı bu evi 1996-cı ildə alıb, ailə üzvləri ilə birlikdə göstərilən ünvanda 2012-ci ilin yazına, fərdi yaşayış evinin Gəncə şəhərində Nizami küçəsində hava limanına gedən yolun genişləndirilməsi məqsədi ilə sökülməsinə qədər yaşamışdır. İddiaçıya məxsus fərdi yaşayış evi söküldükdən sonra çoxsaylı şikayətlərə rəğmən iddiaç ının fərdi yaşayış evinin sökülməsi qarşılığında heç bir kompensasiya əldə etməmiş və evsiz qalmışdır. Hal-hazırda Rusiya Federasiyasında kirayə evdə yaşayır və ölkəyə dəfələrlə gəlib evində yerləşməyə cəhd etsə də, yerli icra orqanları tərəfindən yaşamaq üçün yararsız hala salınan fərdi yaşayış evinin qarşılığında adekvat yaşayış yeri üçün kompensasiya ödəmədiyi üçün iddiaçının və onun ailə üzvlərinin hələ də yaşamağa yeri olmamışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 33, 43, Mülki Məcəllənin 21 və 23-cü maddələrinə istinad edilmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsində 08.02.2016-cı il tarixdə keçirilmiş məhkəmə iclasında cavabde hin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, ünvan 6 ünvanında yerləşən ev cavabdeh tərəfindən sökülməmiş və bu barədə onlarda heç bir məlumat yoxdur. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin (hakim X3, 2-1(83)106/2016 saylıiş) 23 iyun 2016-cı iltarixli qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini iddiaçının iddia tələbi ilə bağlı irəli sürdüyü dəlilləri sübut etməli olduğu halda, bunu edə bilməməsi ilə əsaslandırmışdır. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 23 iyun 2016-cı iltarixli qərarı ilə razılaşan Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X4-məruzəçi, X1 və X2, 2-1(104)-354/2016 saylı iş) 26 oktyabr 2016-cı il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayətini təmin etməmiş, qərarı dəyişdirmədən saxlamışdır. İddiaçı 22 dekabr 2016-cı il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, işə yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 92.0.6-cı maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq əsaslandırılması zəruri olan qərarın əsaslandırılmaması məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan biri sayılır. Gəncə Apellyasiya Məhkəməsi hazırda barəsində şikayət edilən qərarında iddiaçı tərəfindən qeyd edilən arqumentlərə münasibət bildirməmiş, onlara hüquqi qiymət verməmişdir. Belə ki, iddiaçıya məx sus ev Gəncə şəhəri Nizami küçəsindən hava limanına gedən yolun genişləndirilməsi məqsədi ilə sökülmüş və qarşılığında mülkiyyətçiyə heç bir kompensasiya ödənilməmişdir. Göründüyü kimi, qoyulan tələblə cavabdehin nəzarətində olması lazım olan texniki prosesin nəticəsində iddiaçıya dəymiş olan ziyanın ödənilməsi tələb edilsə də, məhkəmə cavabdehlərin şifahi izahatlarını əsas gətirərək, heç bir araşdırma aparmamışdır. Halbuki, İnzibati Prosessual Məcəllə ilə inzibati məhkəmə icraatının prinsipləri ilə inzibati işi aparan məhkəmənin üzərinə vəzifə qoymuşdur ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidmət i vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (İPM -12-ci maddə) Aparılmış işdən və çıxarılmış qərardan görünür ki, məhkəmə heç bir sorğu göndərməmiş və iş üzrə zəruri olan sübutları toplamağa cəhd belə göstərməmişdir. Eyni zamanda məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında prose s iştirakçılarına yardım etməyə borcludur. Göründüyü kimi, şəhərin mərkəzində söküntü olması faktının olmasına və ona birbaşa nəzarətin cavabdehin etməsinə baxmayaraq, məhkəmə bu barədə məhkəmə araşdırması aparmaq və qanunvericiliyin tələblərinə uyğun hərəkət etmək əvəzinə cavabdehlərin əsilsiz izahatlarını əsas götürərək qərar çıxarmışdır. əsaslandırma hissəsi: Tərəflər məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəm ə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. Apelyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə qərar qəbul edərkən inzibati prosessual qanunvericiliyin müddəalarına əməl etməmişdir. İddiaçı ona məxsus fərdi yaşayış evinin cavabdeh tərəfindən Gəncə şəhərində Nizami küçəsində hava limanına gedən yolun genişləndirilməsi məqsədilə söküldüyünü bəyan etmişdir. Cavabdehin nümayəndəsi isə məhkəmə iclasında icra hakimiyyəti tərəfindən idd iaçıya məxsus evin sökülməsinə dair heç bir tapşırıq verilmədiyini, icra hakimiyyəti və onun tabeli qurumları tərəfindən ərazidə söküntü işlərinin aparılmadığını bildirmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə işin halları ilə cavabdeh fərdi yaşayış evinin sökülməsi barədə tapşırıq verməmiş, iddiaçı iddia tələbi ilə bağlı irəli sürdüyü dəlilləri sübut etməli olduğu halda, bunu edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin yalnız cavabdehin izahatına əsaslanaraq iddiaçıya məxsus evin sökülməsinə dair cavabdehin heç bir tapşırıq verməməsi və cavabdehə tabe qurumlar tərəfindən həmin ərazidə söküntü işləri aparmaması barədə gəldiyi nəticə səhvdir. İPM-in 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etd ikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. İPM-in 58.2-ci maddəsinə görə məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymtələndirilir. İddiaçıya məxsus yaşayış evinin həqiqətən sökülməsi, yaşayış evinin bütövlükdə, yaxud qismən sökülməsi məhkəmə tərəfindən müəyyən edilməmiş, bu barədə işdə olan sənə dlər, yaşayış evinin texniki pasportu, pasporta olan sxemlə faktiki vəziyyət tədqiq edilməmişdir. İddiaçıya məxsus əmlak söküldüyü halda, sökülən tikilinin yerində hansı işlərin görülməsi, görülən işin hansı orqan tərəfindən edilməsi, həmin orqanın söküntüdə iştirakı məhkəmə tərəfindən araşdırılmamışdır. İddiaçı sökülən əmlakın yerində cavabdehin ona şəhərin kənarında 4 sot torpaq sahəsi təklif etdiyini bildirmişdir. Məhkəmə cavabdehin hansı səbəbə görə iddiaçıya başqa ərazidə torpaq sahəsi təklif etməsinə aydınlıq gətirməmişdir. Məhkəmə işin düzgün həlli məqsədilə söküntü aparılan zaman həmin ərazidə fəaliyyət göstərmiş icra, yerli özünüidarə, hüquq mühafizə orqanlarının nümayəndələrini, habelə digər şəxsləri (qonşuları) müəyyən edib dindirməmişdir. İPM-in 13-cü maddəsinə görə məhkəmə qal dırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı iddia ərizəsinin əvvəlində ərizənin cavabdeh tərəfindən qanunsuz olaraq dağıdılmış mənzilin əvəzinə onunla eyni keyfiyyətdə, eyni ölçüdə və uyğun ərazidə yeni mənzilin verilməsi və ya bazar qiymətlərinə uyğun kompensasiyanın, habelə dəymiş mənəvi zərərin ödənilməsi barədə olduğunu bildirsə də, ərizənin nəticə hissəsində fərdi yaşayış evinin əvvəlki vəziyyətə gətirilməsi öhdəliyi qo yulmuşdur. Məhkəmə İPM-in 13-cü maddəsinin tələbinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı iddiaçıya yardım göstərməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İşdən görünür ki, iddianın qeyd edilən mümkünlük şərtləri məh kəmə tərəfindən yoxlanılmamışdır. İPM-in 87.8-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apelyasiya instansiyası məhkəməsi qərarında şikayətin dəlillərinə münasibət bildirməmişdir. Apelyasiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmadığından, digər zəruri sübutları toplamağa borclu olduğu halda bunu etmədiyindən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymtələndirilmədiyindən kassasiya şikayəti təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respu blikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(104)-354/2016 saylı 26 oktyabr 2016-cı il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir. Sədrlik edən: Hakimlər: R.Nəbizadə N.Rəsulbəyova İ.Hüseynov
Məhkəmə qərarları › İş №2-1(102)-607/2017
Ali Məhkəmə Qərar — İş №2-1(102)-607/2017
04.04.2017 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver