Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-607/2021 30.03.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi; borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehin nümayəndəsi X1, cavabdehin vəkili X4 iştirakı ilə, İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Azər baycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – cavabdeh) qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)-2094/2020 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh vergi orqanı tərəfindən xx.xx.2020-ci il tarixli, **********080100 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərar qəbul edilmiş və həmin qərara əsasən iddiaçıya ümumilikdə 718.165,32 manat əlavə vergi məbləği hesablanmışdır.
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət ed ərək cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, **********342900 nömrəli “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, **********080100 nömrəli “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2020-ci il tarixli, ****** ****080100 nömrəli qərarının ləğv olunması barədə iddia tələbinə mahiyyəti üzrə baxılıb qurtaranadək, müəssisənin hesablarına qoyulmuş sərəncamların geri çağırılması, kameral hesablama ilə yaranmış borca görə iddiaçının hazırda mövcud olan bütün növ əmlakının, xammal, dəzgah, avadanlıqların və digər əmlakların siyahıya alınması və digər məcburiyyət tədbirlərinin tətbiq edilməsinin cavabdehə qadağan edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Ərizə belə əsaslandırlımışdır ki, cavabdeh qanunsuz əməllərini və hərəkətlərini davam etdirərək hazırda müəssisənin işlərini davam etdirməsinə və fəaliyyətinə süni şəkildə mane olur. Dəfələrlə müraciət edilməsinə baxmayaraq cavabdeh tərəfindən qanunsuz hərəkətlər dayandırılmır. İş üzrə yekun qərar çıxarılanadək müəssisənin fəaliyyətinin d ayanmaması, işlərin davam etdirilməsi, istehlakçı və ya sifarişçilərin hüquqlarının pozulmaması, müəssisənin müflis olmaq təhlükəsi ilə üz-üzə qalmaması üçün müəssisənin hesablarına qoyulmuş sərəncamların geri çağırılması, kameral hesablama ilə yaranmış borca görə iddiaçının hazırda mövcud olan bütün növ əmlakının, xammal, dəzgah, avadanlıqların və digər əmlakların siyahıya alınması və digər məcburiyyət tədbirlərinin tətbiq edilməsi cavabdehə qadağan edilməlidir.
6. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5310/2020 saylı qərardadı ilə (hakim Ş.Həsənova) ərizə qismən təmin edilərək hazırkı işə mahiyyəti üzrə baxılıb qurtaranadək cavabdeh vergi orqanı tərəfindən xx.xx.2020-ci il tarixli, **********080100 nömrəli qərarında müəyyən edilmiş borc məbləğinin 105 faizi həcm ində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncamlar istisna olmaqla iddiaçının hesablarına qoyulmuş sərəncamların geri çağırılması, kameral hesablama ilə yaranmış borca görə iddiaçının hazırda mövcud olan bütün növ əmlakının, xammal, dəzgah, avadanlıqların və digər əmlakların siyahıya alınması və digər məcburiyyət tədbirlərinin tətbiq edilməsinin cavabdehə qadağan edilməsi qərara alınmışdır.
7. Məhkəmə qeyd etmişdir ki, cavabdehin mübahisələndirilən qərarı ilə müəyyən edilmiş borcun tutulması ilə bağlı vergi qanunvericiliyində müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi davam etdirildiyi halda, hazırkı iddia tələbi öz əhəmiyyətini artıq itirmiş hesab edilə bilər. Belə ki, tətbiq edilməsi zəruri hesab edilən tədbirlə iddiaçının hüquqlarının qorunması ilə dövl ət büdcəsinə ödənişlərin həyata keçirilməsi arasında tarazlığı apararkən, iddiaçının hüquqlarının qorunması daha üstün hesab edilməlidir. Çünki əgər iddia təmin edilməzsə, cavabdeh qanunvericiliklə ona verilmiş imkanlardan istifadə etməklə sonrakı hərəkətlərin, yəni müəssisənin hesablarına sərəncamların qoyulması, bütün növ əmlakının, xammal, dəzgah, avadanlıqların və digər əmlakların siyahıya alınması, artıq siyahıya alınmış əmlakların ixtisaslaşdırılmış açıq hərracda satılması ilə bağlı verilmiş hüquqların həyata keçirilməsini davam edə bilər. Lakin mübahisələndirilən qərarla bağlı məhkəmə araşdırmasının mövcudluğu anında cavabdeh tərəfindən qərarın tam icrası iddiaçının məhkəmə müdafiəsi hüququnu əhəmiyyətsiz edir.
8. Həmin qərardaddan cavabdeh apellyasiya şikayəti vermişdir. b. Apellya siya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-2094/2020 nömrəli qərardadı ilə (sədrlik edən və məruzəçi – Afaq Nuriyeva, hakimlər – Cahangir Yusifov və Aida Hüseyn) cavabdehin apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-5310/2020 saylı qərardadının dəyişdirilməsi, iddiaçının müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizəsinin qismən təmin edilməsi, iş üzrə yekun məhkəmə qərarı qəbul edilib qanuni qüvvəyə minənədək iddiaçının Yelo Bank ASC-nin bank hesablarına AR İN yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********342900 saylı qərarına əsasən hesablanmış vergilərin və maliyyə sank siyasının dövlət mədaxilinə alınması üçün yeni sərəncamların qoyulması cavabdehə qadağan edilməsi, cavabdehin xx.xx.2020-ci il tarixli, **********342900 nömrəli qərarına əsasən hesablanmış vergilər və maliyyə sanksiyası üzrə ümumi məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatlarının aparılmasının iddiaçıya qadağan edilməsi qərara alınmışdır.
10. Məhkəmə kollegiyası qeyd etmişdir ki, vergi orqanı tərəfindən vergi ödəyicisinə hesablanmış vergi borcları məhkəmə mübahisəsinin predmetidirsə, mübahisəyə baxıldığı dövrdə vergi ödəyicisinin özü əlavə hesablanmış məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulmasını təmin etməlidir. Vergi ödəy icisinin həmin vəzifəsi müqabilində isə vergi orqanının bu cür hüququ müəyyən edilmişdir. Bundan başqa, cavabdeh vergi orqanı tərəfindən iddiaçının əmlaklarının siyahıya alınması barədə xx.xx.2020-ci il tarixli qərar qəbul edildiyindən iddiaçının siyahıya alınmalı əmlakları müəyyən edilməlidir. Ona görə də iddiaçının ərizəsi bu hissədə təmin edilməməlidir.
11. Məhkəmə qərardadının iddiaçıya hansı tarixdə təqdim edildiyini təsdiq edən hər hansı sənəd iş materiallarına əlavə edilməmişdir.
12. İddiaçı həmin qərardaddan xx.xx.2020-ci il tarixində kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(103)2094/2020 nömrəli qərardadının “cavabdehin xx.xx.2020-ci il tarixli, **********342900 nömrəli qərarına əsasən hesablanmış vergilər və ma liyyə sanksiyası üzrə ümumi məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatlarının aparılmasının iddiaçıya qadağan edilməsi, iddiaçının ərizəsinin qalan hissəsində yəni kameral hesablama ilə yaranmış borca görə iddiaçının hazırda mövcud olan bütün növ əmlakının, xammal, dəzgah, avadanlıqların və digər əmlaklarının siyahıya alınması və digər məcburiyyət tədbirlərinin tətbiq edilməsinin cavabdehə qadağan edilməsi hissəsinin təmin olunmaması hissəsində” ləğv edilməsi və Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2094/2020 saylı qərardadının qalan hissələrdə dəyişdirilmədən qüvvədə saxlanılması barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİL ARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçının kassasiya şikayətinin dəlillərinə görə iddiaçı müvəqqəti xarakterli müdafiə tədbirinin görülməsi barədə ərizə təqdim etdikdə həmin ərizədə ifadə olunan istəyin ifadə olunduğu tərzdə qeyd olunmasından asılı olmayaraq həmin istəyin mahiyyətindən irəli gələrək baxılmalıdır. Belə ki, iddiaçı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı mübahisələndirərsə, İPM-in 40-cı maddəsinə əsasən müvəqqəti xarakterli müdafiə tədbiri olaraq inzibati aktın icrasının dayandırılmasını barədə məhkəməyə ərizə ilə müraciət etmək hüququna malikdir. İPM-in 40.3-cü maddəsinə əsasən məhkəmə müvəqqəti xarakterli müdafiə tədbiri qismində cavabdehin üzərinə müəyyən hərəkətləri etmək və müəyyən hərəkətləri etməkdən çəkinmək, yaxud müəyyən hərəkətlərə dözmək barədə vəzifə qoya bilər. Qanuni əsaslar olduğu hallarda məhkəmə üçüncü şəxslərin də üzərinə belə vəzifələr qoya bilər. İddiaçı öz ərizəsində müdafiə tədbiri olaraq cavabdehə müəyyən hərəkətlərin qadağan edilməsi barədə istəyi faktiki olaraq mübahisələndirilən inzibati aktın icrasının dayandırılmasından ibarətdir. Başqa sözlə desək iddiaçının ərizəsində göstərdiyi müdafiə tədbirinə baxılan zaman həmin ərizədə ifadə olunan istək hərfi mənada başa düşülməməlidir. Əgər hesablanmış vergilərə münasibətdə müvəqqəti müdafiə tədbiri olaraq inzibati aktın icrasının dayandırılması barədə məhkəmə qərardad qəbul edirsə, bu tədbirlərə hesablanmış vergilər üzrə borcların dövlət büdcəsinə alınmasını təmin etmək məqsədilə Vergi Məcəlləsində nəzərdə tutulmuş bütün tədbirlərin görülməsi, yəni vergi ödəyicisinin əmlakını siyahıya almaq və siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq, vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhəkmədə iddia qaldırmaq, banklara və ya digər kredit təşkilatlarına icra sənədi olan sərəncam vermək, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək və s. bu kimi hərəkətlərin edilməsinin qadağan olunması deməkdir.
14. Digər məsələ isə ondan ibarətdir ki, Vergi Məcəlləsinin 53.3-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Bu o deməkdir ki, vergi orqanının qərarı məhkəmədə mübahisələndirilirsə həmin qərar əsasında hesablanmış vergilər və tətbiq olunmuş maliyyə sanksiyaları da məhkəmə qərarı ilə təsdiqini tapmalıdır. Mübahisənin getdiyi müddət ərzində isə şəxs təqsirsiz hesab edildiyindən və məhkəmənin qərardadı ilə inzibati aktın icrası dayandırıldığından, həmin şəxs hesablanmış vergi və tətbiq olunmuş maliyyə sanksiyalarının ödənilməsinə məcbur edilə bilməz. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı cavabdeh etiraz təqdim edərək qeyd etmişdir ki, işin faktiki hallarını araşdırmadan, iddianın uğurluluq ehtimalını nəzərə almadan, ilkin məhkəmə araşdırması aparmadan ərizəçinin maddi tələbinin mövcud olması ehtimalını müəyyən etmədən müvəqqəti xarakterli müdafiə tədbiri barədə qərardad qəb ul edilə bilməz. Qərardadın məzmununa nəzər saldıqda ümumiyyətlə məsələnin əsl mahiyyəti, onun detalları, iş üzrə istinad olunan sübutlar, iddiaçı və məhkəmənin mövqeyini təsdiqləyən faktiki hallar barədə heç bir məlumata rast gəlinmir.
16. Mübahisələndirilən vergi məbləğinin vergi ödəyicisi tərəfindən şərtsiz qaydada büdcəyə ödənilməsinə dair qanunvericinin Vergi Məcəlləsinin 63.2-ci maddəsində olan tələbinin əsasları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.2-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinə və 73-cü maddəsinin İİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli qərarında aydın ifadə olunmuşdur.
17. Qəbul edilmiş qərardadla ver gi orqanlarının qanunvericiliklə nəzərdə tutulmuş birbaşa səlahiyyətlərinə müdaxilə edilmişdir. Həmin qərardad iddiaçının vergi öhdəliklərinin alınmasına maneə yaratmışdır. Belə ki, vergi borcunun dövlət büdcəsinə məcburi qaydada alınmasının cavabdehə qadağan edilməsindən sonra vergi orqanının borc məbləğini vergi ödəyicisinin əmlakından tutmaq imkanı məhdudlaşdırılmış və iddiaçının vergi borcu olmasına baxmayaraq mülkiyyətində olan siyahlya alınmış əmlak barəsində hərəkətlər edilməsi qadağan edilmişdir. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq mübahisələndirilən qərarlar ilə bağlı hansı hərəkətlərin aparıldığını müəyyən etmiş və iddiaçının xahiş etdiyi müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqi məsələsini həll etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İddiaç ının nümayəndəsi X5 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir.
19. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 və cavabdehin vəkili X6 izahat verərək kassasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. TƏTBİQ EDİLƏN HÜQUQ
20. Vergi Məcəlləsinin 65.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir.
21. Vergi Məcəlləsinin 65.2-ci maddəsinə görə bu Məcəllənin 65.2.1.1 və 65.2.1.4cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hal larda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Bu zaman kredit təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən bank hesablarında dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir.
22. İnzibati Prosessual Məcəllənin 43.1-ci maddəsinə görə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıda kılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi;
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 44-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Məhkəmələr tərəfindən maraqlı şəxsin inzibati aktın icrasının dayandırılması və ya iddianın təmin edilməsinə yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə ərizəsinə baxılması insan hüquq və azadlıqlarının qısa müddətdə pozulmasının qarşısının alınması üçün inzibati icraatın mühüm hüquqi institutlarından biridir. Müvəqqəti xarakterli müdafiə tədbirinin seçilməsində məqsəd gələcəkdə iddianın təmin ediləcəyi təqdirdə çıxarılmış qərarın icrasını çətinləşdirə biləcək və bərpası mümkün olmayan və ya əhəmiyyətli ziyan hesabına mümkün olan nəticələrin qarşısını əvvəlcədən almaqdır.
24. İnzibati Prosessual Məcəllənin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
26. Apellyasiya i nstansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Hazırkı qərarın 22-23-cü bəndlərində göstərilən normalardan görünür ki, inzibati mühakimə icraatı qaydasında baxılan iş üzrə məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi üçün: 1. işin faktiki v ə hüquqi hallarının ilkin araşdırılması nəticəsində iddianın böyük ehtimalla uğurlu olacağı qənaətinə gəlinməli; 2. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmə zəruri olmalı; 3. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalı müəyyən edilməli; 4. müvəqqəti xarakterli müdafiənin tətbiqi ərizədə aydın şəkildə əsaslandırılmalıdır.
29. İddiaçının kassasiya şikayətinin əsas dəlili də ondan ibarətdir ki, yuxarıda göstərilən 4 əsas hazırkı iş üzrə mövcud olsa da məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiqində səhvə yol verilmişdir.
30. İddiaçının bu dəlilini əsassız hesab edən mə hkəmə kollegiyası qeyd edir ki, işə aşağı instansiya məhkəmələrində baxılarkən göstərilən şərtlərin hazırkı iş üzrə ödənilib ödənilmədiyi yoxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyini haqlı hesab edən məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı qərarın 20-21-ci bəndlərində göstərilən normalardan göründüyü kimi, vergi orqanı tərəfindən vergi ödəyicisinə hesablanmış vergi borcları məhkəmə mübahisəsinin predmetidirsə, mübahisəyə baxıldığı dövrdə vergi ödəyicisinin özü əlavə hesablanmış məbləğin (əgər həmin məbləği könüllü olaraq ödəməmidirsə) 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarda məxaric əməliyyatları üzrə dondurulmasını təmin etməlidir. Vergi ödəyicisinin həmin vəzifəsi müqabilində isə vergi orqanının bu cür hüquq u müəyyən edilmişdir.
31. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi cavabdehin xx.xx.2020-ci il tarixli, **********342900 nömrəli qərarına əsasən hesablanmış vergilər və maliyyə sanksiyası üzrə ümumi məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatlarının aparılmasını iddiaçıya qadağan etməkdə haqlı olmuşdur.
32. Qərardadın digər hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işin apellyasiya instansiyası məhkəməsində araşdırılan hallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçının əmlakının siyahıya alınması barədə vergi orqanı tərəfindən qərar qəbul edilmişdir və bu səbəbdən də iddiaçının siyahıya alınmalı əmlakları müəyyən edilməlidir. Belə olan halda iddiaçının “müəssisənin mövcud olan bütün növ əmla kının, xammal, dəzgah, avadanlıqlarının və digər əmlakların siyahıya alınmasının cavabdehə qadağan edilməsi” barədə tələbi də əsassızdır.
33. Odur ki, apellyasiya instansiyası məhkəməsinin müvəqqəti xarakterli müdafiə tədbirinin tətbiq edilməsi barədə mövqeyi qanunvericiliyin tələblərinə uyğun olduğundan kassasiya şikayəti təmin edilə bilməz.
34. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 21(103)-2094/2020 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.