Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-607/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: inzibati orqanın hərəkəti/hərəkətsizliyi nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 say lı Tovuz Ərazi İdarəsinə qarşı “maddi ziyanın, əldən çıxmış faydanın və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-311/2023 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Qazax rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 12 nömrəli qərarı ilə Mehram oğlu Kimid və onun ailə üzvləri X6, Mehram oğlu Svetlana Kimit qızına Qazax rayonu, Qiyasbəyli kəndində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0,63 ha (4292,99 kv.m və 2040,99 kv.m olmaqla) torpaq sahəsi verilmişdir.
2. Qazax Rayon Məhkəməsinin 2-42/2008 nömrəli, xx.xx.200 8-ci il tarixli qətnaməsinə əsasən ərizəçi X8 ilə Mehram oğlu Kimit arasında sonuncuya Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Qazax rayon şöbəsi tərəfindən xx.xx.1998-ci ildə qeydə alınmış JN: 1298 kod ******* nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə ayrılmış 0,63 ha pay torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmış hesab edilməklə həmin torpaq sahəsinin mülkiyyət hüququ ərizəçi X5 verilmişdir.
3. X3 adına Qazax rayonu, Ağköynək kəndində yerləşən 0,43 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
4. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinin (DTXK Qazax rayon şöbəsi tərəfindən verilmiş) xx.xx.2018-ci il ta rixli, 1530 nömrəli arayışına əsasən xx.xx.2018-ci il tarixinə olan məlumata əsasən Məhrəm oğlu Kimit, X6, X2 ümumi birgə mülkiyyətində 0,63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır.
5. Məhrəm oğlu Kimit, X6, X7 tərəfindən iddiaçıya Qazax rayonu, Ağköynək kəndində yerləşən 0,63 ha torpaq sahəsi satılmış, bu barədə tərəflər arasında xx.xx.2018ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış, müqavilə Qazax rayon notariat ofisində təsdiq edilmişdir.
6. İddiaçı Qazax rayonu, Ağköynək kəndində yerləşən 0,63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydə alınması və ya dəymiş ziyanın ödənilməsi ilə bağlı tədbirlər görülməsi barədə cavabdehə müraciət etmişdir.
7. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********5 6 nömrəli məktubunda bildirmişdir ki, qeyd edilən torpaq sahəsi Qazax Rayon Məhkəməsinin 242/2008 nömrəli, xx.xx.2008-ci il tarixli qətnaməsinə əsasən başqa şəxsin adına rəsmiləşdirilmiş və həmin şəxsin sözügedən torpaq sahəsi üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
8. İddiaçı Qazax rayonu, Ağköynək kəndində yerləşən 0,429233 ha və 204099 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdehə təkrar müraciət etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli, **********19 nömrəli məktubu ilə əvvəlki imtinasında olan halları təkrar qeyd etməklə Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən imtina etmişdir.
9. İddia çının qeyd edilən tələblə bağlı digər orqanlara göndərilmiş müraciətlərinə aidiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsində baxılmış, həmin orqan da xx.xx.2022-ci il tarixli, **********81 nömrəli məktubunda qeyd edilən halları sadalamışdır.
10. İddiaçı Qazax Rayon Məhkəməsinin 2-42/2008 nömrəli, xx.xx.2008-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir.
11. Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-42/2008 nömrəli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan verilmiş şikayət Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(104)1722/2022 nömrəli qərardadı ilə təmin edilməmişdir.
12. İddiaçı cavabdehə qarşı “vurulmuş ziyanın qarşılığında 6.300 manat və 174,75 manat pul kompensasiyasının ödənilməsi” tələbi ilə Qazax Rayon Məhkəməsinə müraciət etmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(023)-1202/2022 nömrəli qərardadı ilə yolverilməzliyə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində birinci icraat
13. İddiaçı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi, daha sonra ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən “torpağın dəyəri, qiymət artımına görə vurulan maddi ziyanın qarşılığında 20.475 manatın, torpağın dəyəri və alqı-satqısı üçün ödədiyi 3424,75 manatın, əldən çıxmış faydanın əvəzi kimi 4000 manat miqdarında kompensasiyanın, mənəvi ziyanın qarşılığında 200.000 manat, cəmi 207.445.225 manat miqdarında pul kompensasiyasının cavabdehdən alınıb öd ənilməsi”ni xahiş etmişdir. İddiaçının əsaslandırması:
14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, yaşadığı Qazax rayonu Ağköynək kəndinin ərazisində yerləşən JN-1298 saylı dövlət aktı ilə Mehram oğlu Kimit və onun ailə üzvlərinə məxsus olan 0,63 ha torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında almaq üçün ilk öncə cavabdehin Qazax rayon Şöbəsinin müdiri Faiq Binnətova müraciət etmiş, Faiq Binnətov və Qeydiyyat icraçısı imzası və möhürü ilə təsdiqlədiyi xx.xx.2018-ci il tarixli, 1530 nömrəli "daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış verərək qeyd etmişdir ki, həmin torpaq sahəsi xx.xx.1998-ci il tarixdən 0,63 ha torpaq sahəsi Mehram oğlu Kimit və onun ailə üzvlərinə məxsusdur və hə min torpaq sahəsinin üzərində xx.xx.2018-ci il tarixə kimi məhdudiyyət və yüklülük qeydə alınmayıbdır. Məhz həmin arayışa əsasən iddiaçı Qazax rayon Notariat ofisində xx.xx.2018-ci il tarixdə 4Ə-582 reyestr nömrəli alqı-satqı müqaviləsi (AN-i N-0681370) bağlamışdır. Həmin F-1 arayışına güvənib, əsaslanıb alqı-satqı müqaviləsi bağlayıb, 3250 manat torpağın dəyərini ödəmiş və 143.75 manat müqavilənin dəyəri və 31 manat isə F-1 arayışı üçün rəsmi pul ödəmişdir. Ümumilikdə 3424.75 manat pul ödəmişdir.
15. İddiaçıya ödənilməli olan kompensasiya isə təkcə bu deyildir. Belə ki, onun aldığı torpağın dəyəri qalxmaqla bərabər, o, həmin torpaqdan neçə illərdə istifadə edib, əkibbecərib, fayda əldə edə bilməmişdir. Həmin torpağın 1 sotunun dəyəri hazırda 325 manatdır. Bu isə ümumilikdə 63 sotun qiymət i 20.475 manat təşkil edir. İddiaçının bu gün də çəkdiyi ziyanlığın təqsirkarı cavabdeh orqandır ki, onların verdiyi F-1 arayışına əsasən o, torpağın dəyərini ödəyib, alqı-satqının pulunu ödəyib, ziyan çəkmişdir. Cavabdeh orqan həmin arayışı verdikdə həmin torpaq sahəsinin digər şəxsə məxsus olduğunu arayışında qeyd etsə idi, iddiaçı nə torpağın dəyərini, nə də müqavilənin pulunu ödəyəcəkdi. Təkcə F1 arayışının pulunu ödəmiş olacaqdı və başqa torpaq sahəsi alıb, əkib-becərib, fayda götürəcəkdi. O, indiyə kimi 3 il ərzində 0.63 ha torpaq sahəsini əkib-becərsəydi 4.000 manat qazanc əldə edəcəkdi və buna görə əldən çıxmış faydaya görə cavabdeh orqanın təqsiri ucbatından 4.000 manat ziyanlıq çəkmişdir. Həmçinin cavabdeh orqanın iddiaçıya etdiyi hüquqazidd hərəkətlərinə görə ona 200.000 manat m iqdarında mənəvi zərər dəymişdir. Cavabdehin etirazları:
16. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********34 nömrəli məktubu ilə iddiaya dair münasibət bildirmişdir. Həmin məktubunda cavabdeh imtinanın əsaslarını təkrarlamış və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinə istinad edərək iddianın rədd olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
17. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-255/2023 saylı qərardadı ilə cavabdeh tərəfindən verilmiş yanlış məlumat - arayış əsasında Qazax rayonu, Ağköynək kəndində yerləşən torpaq sahəsinin ilkin mülkiyyətçilər tərəfindən ikinci dəfə İddiaçı satılması faktı aşkar edildiyindən, təqsirkar şəxslər barəsində cinayət işinin başlanması məsələsinə baxılması üçün zəru ri materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi qərara alınmışdır.
18. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-255/2023 saylı qərarı ilə iddiaçının cavabdehə qarşı “torpağın dəyəri, qiymət artımına görə vurulan maddi ziyanın qarşılığında 20.475 manatın, torpağın dəyəri və alqı-satqısı üçün ödədiyi 3424,75 manatın, əldən çıxmış faydanın əvəzi kimi 4000 manat miqdarında kompensasiyanın, mənəvi ziyanın qarşılığında 200.000 manat, cəmi 207.445.225 manat miqdarında pul kompensasiyasının cavabdehdən alınıb ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
19. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya dəymiş zərər mövcuddur. Belə ki, iddiaçı xx.xx.2018-ci il tarixdə 0,63 ha torpaq sahəsinin alınması üçün 3.250 ma nat məbləğində pul ödəmiş olsa da, həmin torpaq sahəsi üzərində hüquqlarını rəsmiləşdirə bilməmişdir.
20. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçıya dəymiş zərər inzibati orqan tərəfindən deyil, müqavilə iştirakçısı olan digər şəxs tərəfindən yerinə yetirilmişdir. Çünki, həmin məbləğ cavabdehə deyil, müqavilə iştirakçısına ödənilmişdir.
21. Məhkəmə hesab edir ki, iddiaçı ona maddi və mənəvi zərər vurmasını iddia etsə də, yuxarıda qeyd olunan hallardan zərərin mövcudluğunu, mövcud olduğu halda, bunun cavabdehin məhz qanunsuz hərəkət (hərəkətsizliyi) nəticəsində vurulduğunu sübut edə bilməmişdir. Beləliklə, iddiaçının iddiası üzrə öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Ona görə də iddia rədd olunmalıdır.
22. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
23. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-311/2023 nömrəli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin alınması qərara alınmış, rəyin verilməsi Dövlət X11nə həvalə edilmiş və mütəxəssis qarşısında aşağıdakı sual qoyulmuşdur: - Qazax rayonu Ağköynək kəndinin ərazisində yerləşən (dövlət aktı JN-1298) 0,63 ha torpaq sahəsi əkin üçün yararlıdırmı, müsbət halda, yararlıdırsa il ərzində mübahisəli torpaq sahəsi ilə yaxın olan ərazidə yonca əkilməsindən əldə olunacaq fayda neç ə manat təşkil edir?
24. Suala cavab olaraq xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində qeyd olunur ki: həmin torpaq sahəsi əkinə yararlıdır; sahəyə yonca bitkisi əkilmişdir; həmin sahədə və ona yaxın olan ərazilərdə hər biçindən sonra suvarılma aparılarsa, 1 (bir) ha yonca sahəsindən 600 ədəd ot bağı götürmək mümkün olduğu nəzərə alınsa, 0,63 ha sahədən bir il ərzində 378 (üç yüz yetmiş səkkiz) ədəd ot bağı götürmək olar; bir bağın qiymətinin 5 (beş) manat olduğu nəzərə alınsa, bir il ərzində 0,63 ha yonca sahəsindən 1890 (bir min səkkiz yüz doxsan) manat gəlir əldə etmək olar.
25. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-311/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tari xli, 2-1(114)-255/2023 saylı qərarı ləğv edilmiş, cavabdehdən əldən çıxmış faydanın əvəzi kimi 6.142,50 manat miqdarında maddi ziyan, 300 manat miqdarında mənəvi ziyan tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya dəymiş zərər mövcuddur və iş materialları ilə də müəyyən edilir ki, iddiaçı yaşadığı Qazax rayonu Ağköynək kəndin ərazisində yerləşən JN-1298 saylı dövlət aktı ilə Mehram oğlu Kimit və onun ailə üzvlərinə məxsus olan 0,63 ha torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında almaq üçün ilk öncə cavabdeh orqanın Qazax rayon Şöbəsinə müraciət etmişdir. Cavabdeh orqanın Qazax rayon Şöbəsi xx.xx.2018-ci il tarixli, 1530 nömrəli "daşınmaz əmlakın təsvirinə, dövlət qeydi yyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış verərək qeyd etmişdir ki, həmin torpaq sahəsi xx.xx.1998-ci il tarixdən 0,63 ha torpaq sahəsi Mehram oğlu Kimit və onun ailə üzvlərinə məxsusdur və həmin torpaq sahəsinin üzərində xx.xx.2018-ci il tarixə kimi məhdudiyyət və yüklülük qeydə alınmayıbdır. Məhz həmin arayışa əsasən iddiaçı Qazax rayon Notariat ofisində xx.xx.2018-ci il tarixdə 4Ə-582 reyestr nömrəli alqı-satqı müqaviləsi (AN-i N0681370) bağlamışdır.
27. Göründüyü kimi, iddiaçı cavabdeh orqanın Qazax rayon Şöbəsi tərəfindən verilmiş arayışa etimad göstərərək, Qazax rayon Notariat ofisində xx.xx.2018-ci il tarixdə 4Ə-582 reyestr nömrəli alqı-satqı müqaviləsini (AN-i N-0681370) bağlamışdır.
28. Apellyasiya instansiyası məhkəməs i hesab etmişdir ki, iddia tələbi qismən yəni, əldən çıxmış faydaya və mənəvi zərərin ödənilməsi hissəsində əsaslıdır. 3 il ərzində 0.63 ha torpaq sahəsinin əkilib-becərilməsinə görə əldən çıxmış fayda ilə bağlı iş materiallarında Qazax Rayon X9 xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi mövcuddur və məhkəmə qeyd olunan rəyi əsaslı hesab edərək göstərir ki, əldən çıxmış faydanın əvəzi kimi 6.142,50 (altı min yüz qırx iki manat əlli qəpik) manat miqdarında maddi ziyan cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
29. Apellyasiya instansiyası məhkəməsi iddianın mənəvi ziyan hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin hissədə iddia tələbi qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məh kəməsinin xx.xx.2002-ci il tarixli qərarında mənəvi ziyanın şərhi ilə bağlı göstərilir ki,..mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Həmçinin, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır”.
30. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehdən 300 manat miqdarında mənəvi ziyan tutularaq iddiaçıya ödənilməlidir.
31. İddiaçı həmin qərardan kassasiya şikayəti vermiş, qərarın dəyişdirilərək iddianın tam təmin edilməsini xahiş etmişdir.
32. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın cavabdehdən əldən çıxmış faydanın əvəzi kimi 6.142,50 manat miqdarında maddi ziyan, 300 manat miqdarında mənəvi ziyanın tutularaq iddiaçıya öd ənilməsinin təmin edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddianın təmin edilməməsi, qalan hissədə qərarın dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) İddiaçının kassasiya şikayətinin dəlilləri
33. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həm in şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
34. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. MM-nin 21-ci maddəsinin tələbinə görə zərərin ödənilməsi üçün bir sıra hüquqi əsasları müəyyən edilmişdir. Həmin hüquqi əsasların hamısı cavabdeh orqanın təqsirli hərəkətləri ilə ona iddia tələbində tələb etdiyi ziyanların hamısını təmin etmək üçün yetərli olsa da, məhkəmənin gəldiyi nəticə AR MM-in 21 və 23-cü maddələrinə ziddir.
35. Cavabdeh orqan digər şəxsin - X1 mülkiyyətində olan 0.63 hektar torpaq s ahəsinin (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış- xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********83 reyestr nömrəli) Kimit Məhrəm oğlu və digərlərinin mülkiyyətində olmasına, həbs altında olmadığına, yüklü olmadığına dair F-1 arayışını verməsəydi, iddiaçı həmin F-1 arayışına etimad göstərib, nə torpaq almayacaq, nə də, pul verməyəcəkdi və iddia tələbində göstərilən ziyanı çəkməyəcəkdi. Göstərilən xüsusatlarla ona dəymiş ziyanın cavabdeh tərəfindən, yəni cavabdehin vermiş olduğu F-1 arayışından ziyan çəkdiyim müəyyən edilir. Qazax Rayon X9 xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, mütəxəssis tərəfindən Qazax rayonu Ağköynək kəndinin ərazisində yerləşən (dövlət aktı JN-1298) 0,63 ha torpaq sahəsinə baxış keçirilmiş. Baxış zamanı məlum olmuşdur ki, həmin sahə əkinə yararlıdır, sahəyə yonca bitkisi əkilmişdir. Həmin sahədə və həmin sahəyə yaxın olan ərazilərdə hər biçindən sonra suvarma aparılarsa 1 ha yonca sahəsindən 600 ədəd ot bağı götürmək mümkün olduğunu nəzərə alınsa, 0,63 ha sahədən bir il ərzində 378 ədəd ot bağı götürmək olar. Bir bağın qiymətinin hal-hazırda 5 manat olduğunu nəzərə alınsa bir il ərzində 0,63 ha yonca sahəsindən 1890 manat gəlir əldə etmək olar. Kollegiya qeyd olunan rəyi qanuni və əsaslı hesab edərək göstərir ki, əldən çıxmış faydanın əvəzi kimi 6.142,50 manat miqdarında maddi ziyan cavabdehdən alınaraq iddiaçıya ödənilməsini qeyd etmişdir.
36. Eyni zamanda, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixol oji reaksiyaya səbəb olur. Buna baxmayaraq, onun uzun müddətdir ki, mübahisəli torpaq sahəsi ilə bağlı məhkəmələrdə iddia ərizəsi, apellyasiya şikayəti və digər yazışmalar verərək, həm psixoloji həmdə fiziki iztirablar çəkərək mənəvi ziyan çəkməyini heç bir obyektiv araşdırma aparmayaraq, əsassız və qanunsuz olarsaq, çox az məbləğdə 300 (üç yüz) manat miqdarında müəyyən etmişdir.
37. İddiaçının aldığı torpağın dəyəri qalxmaqla bərabər, həmin torpaqdan neçə illərdə istifadə edib, əkib-becərib, fayda əldə edə bilməmişdir. Həmin torpağın 1 sotunun bazar dəyəri hazırda 100 manatdır. Bu isə ümumilikdə 63 sotun qiyməti 6.300 manat təşkil edir.
38. Məhkəmənin mübahisələndirilən qərarı maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edilməklə və işin faktiki hallarına və təqdim ed ilmiş mötəbər sübutlarla əsaslandırılmamışdır. Yalnız şəxsi mülahizələr əsasında qəbul edilmişdir. İddianın qismən təmin edilməsinə dair iş materiallarına heç bir sübut, xüsusilə mötəbər sübut yoxdur. Məhkəmə iddianın təmin edilməyən hissələrini ədalətsizliyə yol verməklə təmin etməyərkən (maddi ziyanın qarşılığında 20.475 manatın, torpağın dəyəri və alqısatqısı üçün ödədiyi 3424.75 manatın, əldən çıxmış faydanın əvəzi kimi 4000 manat miqdarında kompensasiyanın, mənəvi ziyanın qarşılığında 200.000 manat, cəmi 207.445.225 manat) nə üçün təmin etmədiyini qərarında əsaslandıra bilməmişdir. Ümumiyyətlə, məhkəmənin qərarı açıq-aydın şəkildə yazılmamış və iddiamı nə üçün qismən təmin etməsini, mənəvi ziyanın niyə 300 manatla ehtiva olunduğunu əsaslandırmamış, simvolik olaraq, 300 manatlıq rəqə m, məbləğ qeyd etmişdir.
39. Ümumilikdə iddianın təmin edilməyən hissələrində qərarı mübahisələndirir, həmin hissələrdə əsassız və qanunsuz olduğu qənaətindədir. Belə ki, məhkəmə iddia ərizəsində qeyd edilmiş və kifayət qədər əsaslandırılmış iddianın təmin edilməyən hissələrinə dair qərarında heç bir əsaslandırma aparmamışdır.
40. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi işin obyektiv həlli üçün iddiaçı tərəfindən təqdim edilmiş mötəbər sübutları tədqiq edərkən obyektiv nəticəyə gəlməyərək iddianı qismən təm in etmişdir. Cavabdehin kassasiya şikayətinin dəlilləri
41. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir.
42. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, Qazax rayonu, Ağköynək kəndində yerləşən, torpağa mülkiyyət hüququna dair JN-1298 nömrəli dövlət aktı ilə, Mehrəm oğlu Kimit, X6 və X2 birgə mülkiyyətində 0.63 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuş, Qazax Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2-42/2008 nömrəli qətnaməsi ilə Qazax rayonu, Ağköynək kəndində yerləşən, Mehrəm oğlu Kimit və ailə üzvlərinin mülkiyyətində olmuş 0.63 ha (0.43 ha və 0.20 ha) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X 3 mülkiyyətinə verilmişdir. Qazax Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli 2-42/2008 nömrəli qətnaməsinə əsasən qeyd edilən 0.43 ha və 0.20 ha torpaq sahəsi üzərində X3 mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **********82 və **********83 reyestr nömrəsi ilə qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilmişdir.
43. Məhkəmə kollegiyası prosessual hüquq normasının pozulmasına yol verərək iddiaçının xx.xx.2018-ci ildə torpaq sahəsinin alqı-satqı etdiyi halda, hüquqlarının dövlət qeydiyyatına alınması üçün 3 (üç) ildən sonra müraciət etməsini araşdırmamış, bu 3 il müddətinə almış olduğu torpaq sahəsində hansı səbəbdən əkin işlərin aparılmamasını, habelə gözləmə mövqeyindən çıxış edərək 3 il müddətində hərəkətsizlik etməsinin səbəbləri aydınlaşdırılmamışdır, son nəticədə iddiaçının hərəkətsizliyinin məsuliyyətini cavabdehin üzərinə qoymaqla əsassız olaraq əldən çıxmış faydanın və mənəvi ziyana görə pulun tutulması barədə iddiaçının xeyrinə qərar çıxarmışdır.
44. Bununla yanaşı, məhkəmə kollegiyası Qazax rayon X9 xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsaslanaraq 0.63 ha sahədən bir il ərzində 378 ədəd ot bağı götürmək olması, bir bağın hazırda 5 manat olması, bir il ərzində 1890 manat gəlir əldə etmək olması, ümumilikdə 6142.50 manat məbləğində maddi ziyanın alınması barədə qərar qəbul edərkən nəzərə almamışdır ki, əvvəla 1 ilə 1890 manat gəlir, 3 ilə 6142.50 manat deyil, 5670 manat təşkil etmiş olardı (1890*3). İkincisi, 1 ot bağının qiyməti 2023-cü ildə 5 manat təşkil etmiş, 2019, 2020 və 2021-ci illərdə (alqı-satqıdan sonrakı dövrlə re yestrdən alınan imtina məktubu verildiyi dövr ərzində) 1 ot bağının qiymətini nə qədər təşkil etdiyi aydınlaşdırılmamışdır. Üçüncüsu, 2019, 2020 və 2021-ci illərdə mövcud olmuş hava şəraiti ilə bağlı əkilmiş yoncadan nə qədər ot bağının götürülməsi aydınlaşdırılmamışdır. Dördüncüsü, 1 ot bağının hazırda 5 manat olması onun satış qiymətini göstərir, bəs onun ot bağına gətirilməsi üçün sərf olunan vəsaitlərin miqdarı barədə heç bir şey göstərilməmişdir. Yəni yonca yabanı bitki deyil, özü-özünə də ot bağı halına çevrilmir. Həmin xərclər nəzərə alındıqda arada yaranan fərdən hesablamalar aparıla bilərdi. Beşincisi, X11 iddiaçının mübahisəli 0.63 ha torpaq sahəsində məhz yonca bitkisinin əkiləcəyini hardan bilmişdir, hansı əsaslarla məhz yoncaya yönəlik hesablaşmalar aparmışdır, yəni bunlar y alnız ehtimallar üzərində qurulmuşdur. Göründüyü kimi, hətta şərti olaraq mütəxəssis rəyini qəbul etmiş olsaq da, rəydə bir sıra uyğunsuzluqları müşahidə olunmuşdur, belə olan halda isə o, etibarlı hesab edilə bilməzdi.
45. Məhkəmə kollegiyası mübahisəli torpaq sahəsinin satıcıları olan Məhrəm oğlu Kimit, X6 və X4 üçüncü şəxs qismində işdə iştiraka cəlb etməli idi. Hazırkı iş üzrə bu baş verməmişdir.
46. Məhkəmə kollegiyası, oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında da qeyd etmişdir ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olubolmadığının müəyyən edilməsindən daha çox, mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə iddiaçının nə dərəcədə haqlı olduğunu müəyyən etməlidir. Hazırkı halda da, ilk növbədə iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu (o cümlədən, iddiaçının öz tələbinin əsası kimi əsaslandığı hüquqmüəyyənedici sənədlərin qanunun tələblərinə uyğunluğu) müəyyən edilməlidir. Yalnız bundan sonra cavabdehin imtinasının əsaslı olub-olmadığına (imtinanın əsası kimi istinad etdiyi hallara) münasibət bildirilməlidir.
47. Məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabde hin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı məhkəməyə bunun əksini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
48. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 49. “Daşınmaz əmlakı dövlət reyestri haqqında” Qanun: Maddə
23. Hüquqların dövlət qeydiyyatı haqqında qanunvericiliyinin pozulmasına görə məsuliyyət 23.1. Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. 23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. 23.3. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. 50. “İnzibati icraat haqqında” Qanun: Maddə
89. İnzibati orqanların məsuliyyəti 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənil məsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.
51. Mülki Məcəllə: Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zə rərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
52. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həd dində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Madd ə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
53. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət mümkün hesab edilmişdir.
54. Apellyasiya instansiyası məhkəməsinin qərarı iddiaçı tərəfindən iddianın təmin edilməyən hissəsində, cavabdeh tərəfindən isə iddianın təmin edilən hissəsind ə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
55. Kassasiya şikayətləri qismən edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
56. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.
57. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, işin hallarının araşdırılması və dinlənilmə hüququnun təmin edilməsi prinsiplərinin tələblərinə görə, məhkəmə tərəflərin verdikləri izahatların üzərindən sükutla keçə bilməz.
58. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, iddiaçıya dəymiş zərər mövcuddur, lakin iddia tələbi qismən yəni, əldən çıxmış faydaya və mənəvi zərərin ödənilməsi hissəsində əsaslıdır. 3 il ərzində 0.63 ha torpaq sahəsinin əkilib-becərilməsinə görə əldən çıxmış fayda ilə bağlı iş materiallarında Qazax Rayon X9 xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi mövcuddur və məhkəmə qeyd olunan rəyi əsaslı hesab edərək göstərir ki, əldən çıxmış faydanın əvəzi kimi 6.14 2,50 (altı min yüz qırx iki manat əlli qəpik) manat miqdarında maddi ziyan cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
59. Apellyasiya instansiyası məhkəməsi iddianın mənəvi ziyan hissəsinə münasibətdə qeyd etmişdir ki, həmin hissədə iddia tələbi qismən əsaslıdır, cavabdehdən 300 manat miqdarında mənəvi ziyan tutularaq iddiaçıya ödənilməlidir.
60. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bununla bağlı əsaslandırmasını İPM-in 12.1, 52, 58.7 və 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Belə ki, məhkəmə əldən çıxmış faydanın əvəzi kimi cavabdehdən tutulmasına qərar verdiyi 6.142,50 manat məbləğin tərkibini, yaranma əsasını qərarında aşkar olaraq göstərməmişdir. Digər tərəfdən, əgər həmin məbləğdə tələb, apellyasiya instansiyası məhkəməsinin qeyd etdiyi kimi, məhz əldən çıxmış faydanın əvəzi kimi təmin edilirsə, bu halda, məhkəmə iddia tələbindən kənara çıxmış olur. Belə ki, iddiaçı əldən çıxmış faydanın əvəzi kimi 4000 manat tələb edir.
61. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi xx.xx.2023cü il tarixli mütəxəssis rəyində qeyd olunur ki, 0,63 ha torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı həmin sahəyə yonca bitkisi əkildiyi müəyyən edilmişdir.
62. İşin materiallarında həmin yonca bitkisinin kimin (iddiaçının və ya digər şəxsin) tərəfindən əkildiyinə dair məlumat yoxdur. İddiaçı isə apellyasiya şikayətində bəyan edir ki, o, həmin torpaq sahəsindən “neçə illərdə istifadə edib, əkib-becərib, fayda əldə edə bilməmişdir”. Apellyasiya instansiyası məhkəməsi şikayətin həmin dəlillərini araşdırmamış, alğı-satqı pr edmeti olmuş 0.63 ha torpaq sahəsinin alğı-satqı müqaviləsi bağlandıqdan sonra iddiaçının sahibliyinə verilib-verilmədiyini, iddia ərizəsində və şikayətdə göstərilən müddətdə iddiaçının faktiki istifadəsində olub-olmadığını, istifadəni və ondan fayda götürülməsini mümkünsüz etmiş səbəbləri, həmçinin onların cavabdehin təqsirli, hüquqazidd hərəkəti və ya hərəkətsizliyi ilə səbəb əlaqəsini müəyyən etməmiş, onları işin digər halları ilə birgə qiymətləndirmədən yuxarıda qeyd olunan nəticəyə gəlmişdir.
63. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, torpaq sahəsinə dair alğı-satqı müqaviləsi xx.xx.2018-ci il tarixdə bağlanmasına baxmayaraq, maddi imkansızlıqdan həmin torpaq sahəsi üzərində hüquqlarını “tanıtdırmaq” üçün 2021-ci ilin dekabrında cavabdehə müraciət etmiş, cavabdehin xx.xx.2021-c i il tarixli məktubu ilə torpaq sahəsinin digər şəxsin adına qeydə alındığı bildirilmişdir.
64. Apellyasiya instansiyası məhkəməsi iddiada qeyd olunan zərərli nəticələrin baş verməsinin məhz cavabdehin təqsirli, hüquqazidd hərəkəti (hərəkətsizliyi) ilə səbəb əlaqəsinin olub-olmadığının müəyyən edilməsi baxımından apellyasiya şikayətindəki həmin dəlillərə münasibət bildirməmiş, onları işdəki digər məlumatlarla birgə, həm də Mülki Məcəllənin 144-cü maddəsinin (torpağa dair müqavilənin bağlandığı vaxtda qüvvədə olan redaksiyada) müddəaları nəzərə alınmaqla tədqiq etməmiş, iddiaçının cavabdehə qeydiyyat üçün ilk dəfə müraciət etdiyi tarixədək iddiaçı ilə bağlanmış müqavilənin Mülki Məcəllənin 144-cü maddəsinin müddəalarının tələbləri qaydasında cavabdehə göndərilib-göndərilmədiyi, müsbət halda, cavabdehin təqdimetmədən sonrakı davranışı (artıq başqa şəxsin adına məhkəmə qətnaməsi əsasında qeydə alınmış eyni torpaq sahəsinə dair əvvəlki mülkiyyətçi ilə digər şəxs /iddiaçı/ arasında əqdin bağlandığının və ikinci hüquqmüəyyənedici sənədin təqdim edildiyinin müəyyən edilməsi, bununla bağlı maraqlı şəxslərin məlumatlandırılması və s.) araşdırma predmeti olmayıb. Bu xüsusatın müəyyən edilməsi təkcə zərərli nəticələrlə hüquqazidd hərəkət (hərəkətsizlik) arasındakı səbəb əlaqəsinin deyil, həm də zərərin tərkibinin (real zərər, əldən çıxmış fayda, mənəvi ziyan) və məbləğinin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edir.
65. İddiaçı haqlı olaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddianı qismən təmin etməsini, mənəvi ziyanı 300 manat məbləğində müəyyən etməsini əsaslandırmamış dır.
66. Öz növbəsində, cavabdeh də haqlı olaraq qeyd edir ki, məhkəmə prosessual hüquq normasının pozulmasına yol verərək, iddiaçının alğı-satqını xx.xx.2018-ci ildə etdiyi halda, torpaq sahəsinə hüquqlarının dövlət qeydiyyatına alınması üçün 3 ildən sonra müraciət etməsinin, torpaq sahəsində əkin işlərinin aparılmamasının, habelə gözləmə mövqeyindən çıxış edərək 3 il müddətində hərəkətsizlik etməsinin səbəblərini araşdırmamış, son nəticədə iddiaçının hərəkətsizliyinin məsuliyyətini cavabdehin üzərinə qoymuşdur.
67. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 52, 58.7, 82, 87.8-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.
68. Ap ellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayətlər digər hissələrdə təmin oluna bilməzlər.
69. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 21(104)-311/2023 saylı qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayətlər qalan hissələrdə təmin edilmir. Qərar qətidir.