Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-607/2025 13.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 Shamsan Almaqtari və X1 Thabitin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müvəqqəti yaşamaq üçün icazənin verilməsi; işin hallarının araşdırılması prinsipinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 Shamsan Almaqtari və X1 Thabitin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “müvəqqəti yaşamaq üçün icazənin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyas iya Məhkəməsinin inzibati Kollegiyasının 2-1(103)-2746/2024 nömrəli, 10 sentyabr 2024-cü il tarixli qərarından İddiaçı1 Shamsan Almaqtari tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçılar Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etmişdirlər.
2. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina edilməsi haqqında 19 iyul 2023-cü il tarixli, ******* saylı Qərardan görünür ki, təqdim olunmuş sənədlərə əsasən aparılmış icraat nəticəsində şəxsin rəhbəri olduğu şirkətin fəaliyyətinin olmadığı müəyyən edildiyindən Miqrasiya Məcəlləsinin 50.1.3-cü maddəsinin tələbləri rəhbər tutularaq Yəmən Respublikası vətəndaşı 10384055 nömrəli pasporta malik olan İddiaçı1n müraciəti təmin edilməmişdir.
3. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina edilməsi haqqında 19 iyul 2023-cü il tarixli, ******* saylı Qərardan görünür ki, Miqrasiya Məcəlləsinin 46-cı maddəsində tələb olunan sənədlərdən birini təqdim etmədiyindən Yəmən Respublikası vətəndaşı 10384054 nömrəli pasporta malik olan X1 Thabitin müraciəti təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Dövlət Miqrasiya Xidmətinin 19 iyul 2023-cü il tarixli Qərarlarının və 18 iy ul 2023-cü il tarixli İnzibati Protokolun ləğv edilməsi və Azərbaycan Respublikası ərsazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək tələbin İddiaçı1 Shamsan Almaqtari və X1 Thabita Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəyişdirilməsi icraata qəbul edilmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, 18 iyul 2023-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinin işçisi zəng edərək həyat yoldaşının 11 avqust 2020-ci i l tarixdən, yəni 3 il əvvəldən yaşamaq icazəsi olmadan yaşadığına görə cərimə olunduğunu bildirmişdir. 2017-ci ildə Azərbaycana gəldikdən sonra ölkəni tərk etməsə də, müvəqqəti yaşamaqla bağlı qanunu pozmamışdır. Çünki o, həmin zaman Qətər Səfirliyində işləyir və X2 İşlər Nazirliyi vasitəsilə buna cavabdeh olmuşdur. Buna əsasən bütün əməkdaş və ailələrinin 2024-cü ilin iyul ayına qədər yaşamaq üçün icazəsi olmuşdur. Cəriməni 1 gün sonra, yəni 19 iyul 2023-cü ildə müvəqqəti yaşayış icazəsi almaq ümidi ilə ödəmiş, lakin qanunu pozan hər kəsin müddətin uzadılması və ya yeni yaşayış icazəsi almaq hüququ olduğunu bilə-bilə hamı üçün imtina verildi. “Asan Xidmət”-dən bununla bağlı bildirildi ki, qanunu pozduqlarına görə onların hamısına müvəqqəti yaşayış üçün icazənin verilməsi müddətinin uzadıl masından imtina verilib. 24 iyul 2023-cü ildə poçtla iddiaçıya məlumat verilmişdir ki, 10 gün ərzində hamı Azərbaycanı tərk etməlidir, ya da 30 gün ərzində məhkəməyə verilməlidir. Bundan sonra da şikayət üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, 15 avqust 2023-cü ildə qeyri-qanuni protokolun sənədlərini Dövlət Miqrasiya Xidmətinə təhvil vermiş, lakin onlar iddiaçıya Dövlət Miqrasiya Xidmətinin müdirinə göndərilən məktuba cavab vermək üçün 2 həftə gözlənilməsini istəmiş və iddiaçı da bütün sənədləri Dövlət Miqrasiya Xidmətinin elektron poçtuna göndərmişdir. 21 avqust 2023-cü il tarixində Dövlət Miqrasiya Xidmətinin əməkdaşı zəng vurub yaxınlaşmağını xahiş etmişdir. 4 sentyabr 2023-cü il tarixində şirkətin bank hesabının çıxarılmasını izləmək üçün Kapital Banka getmiş, lakin müvəqqət i yaşamaq üçün icazəsinin olmadığı üçün bank hesabını təhvil verməkdən imtina edilmişdir. 7 sentyabr 2023-cü ildə yenidən Dövlət Miqrasiya Xidmətinə getmiş və cərimə ilə qarşılaşmışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti iddiaçının və ailəsinin viza müddətinin uzadılmasından imtina etmişdir. Səbəb kimi isə yeni yaratdığı "xxxx" MMC-nin fəaliyyətə başlamaması göstərilmişdir. İddiaçı1 Shamsan Almaqtari və ailəsinə Azərbaycan Respublikasını tərk etmək üçün 10 (on) gün vaxt təyin edilmişdir. İddiaçı1 Shamsan Almaqtari ailəsilə (həyat yoldaşı və 4 övladı) birlikdə 20 ildir ki, Azərbaycanda yaşayır, bu müddət ərzində ali məktəbin bakalavr və magistr pillələrini qırmızı diplomla bitirmişdir. 05 may 2021-ci il tarixdən 05 may 2025-ci il tarixinədək fəlsəfə doktoru üzrə qiyabi təhsili ni davam etdirməlidir. Övladlarından ikisi orta məktəbdə təhsil alır, hər ikisi əlaçıdır, digər iki övladı azyaşlıdır. Vətəni Yəmən Respublikasında davam edən müharibədə ata evi yanmış, geri dönüb yaşayacaq yeri yoxdur. Ailəsi ilə birlikdə Azərbaycanı sevir və Azərbaycana bağlıdırlar, buradan getmək istəmirlər. Bir ay öncə yaratdığı "xxxx" MMC-nin fəaliyyətə başlaması üçün vizanın müddətinin uzadılması vacibdir. Son zamanlar ərəb turistlərinin Azərbaycan Respublikasına axınının əhəmiyyətli dərəcədə artdığını nəzərə alaraq, ərəb, azərbaycan, rus və ingilis dillərində sərbəst danışdığı üçün turizm sahəsində iş qurmağı və bununla Azərbaycana fayda gətirəcəyini düşünür. Övladları Azərbaycanda orta məktəbdə təhsil alırlar, onlar ərəb dillərini bilmir və onlar Yəmənə geri döndükləri halda təhsil lərini davam etdirə bilməyəcəklər. Həmçinin ölkəni tərk etdiyi halda 2025-ci ildə fəlsəfə doktoru üzrə nəzərdə tutulan dərəcəsini müdafiə edə bilməyəcək.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2450/2024 saylı, 22 fevral 2024-cü il tarixli qərarı ilə (hakim T.Məlikov) iddia rədd edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçılara Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsindən imtina olunması üçün mövcud qanunvericilikdə nəzərdə tutulan əsaslar olduğundan cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunması haqqında” Qərar qəbul etməkdə haqlı olmuşdur. Odur ki, iddia rədd edilməlidir.
9. İddiaçılar həmin qərardan apellyasiya şikayəti verərək qərarının l əğv edilməsi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin inzibati Kollegiyasının 2-1(103)-2746/2024 nömrəli, 10 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: Ş.Məmmədova sədrlik edən və məruzəçi, P.Hüseynov və K.Əkbərov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçı1 Shamsan Almaqtari həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya ş ikayətinin dəlilləri
13. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Miqrasiya Məcəlləsinin 50.1-ci maddəsində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməmə əsasları müəyyən edilmişdir. Həmin imtina əsasları hazırkı işdə mövcud deyil. Belə olan halda, Bakı Apellyasiya Məhkəməsi tərəfindən Miqrasiya Məcəlləsinin 50.1-ci maddəsinin tələbləri pozulmuşdur.
14. Nərimanov rayon məhkəməsinin 3(005)- 3039/2023 saylı, xx.xx.2023-cü il tarixliqərarı ilə iddiaçının həyat yoldaşı X3 Thabltin şikayəti qismən təmin edilmişdir, Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli MN0545779 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmişdir və işə yenidən baxılması DMX-nə tapşırılmışdır.
15. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 50.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 50.1.2-ci maddəsinin tələbləri də pozulmuşdur. Saxta sənəd və yalan məlumat təqdim edilmədiyi halda ona imtina verilmişdir.
16. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən en azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəx sin rəhbəri və onun müavini vəzifəsini tutduqda bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 45.1.6-1-cimaddəsinin tələbləri açıq şəkildə pozulmuşdur. İddiaçı tərəfindən şirkət təsis edilmişdir. Həmin şirkət isə faktiki fəaliyyət göstərə bilməmişdir. Fəaliyyət göstərə bilməmə səbəbləri məhkəməyə konkret olaraq təqdim edilmişdir. Məhkəmə sübutlara və işin hallarına düzgün hüquqi qiymət verə bilməmişdir.
17. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini x ahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU
18. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əs aslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdi rə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 10 sentyabr 2024-cü il tarixli qərarla yuxarıda göstərilmiş nəticəyə gələrkən, öz qərarında qeyd etmişdir ki, “şəxs "xxxx" MMC-nin rəhbəridir. Aparılmış araşdırma zamanı, şəxsin sözügedən MMC-nin rəhbəri olduğu müəyyən edilsə də, hazırda şirkətin ofisinin, işçilərinin və fəaliyyətinin olmadığı məlum olmuşdur. Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutduqda bu Məcəllənin 50-ci maddə sində nəzərdə tutulmuş hallar istisna olmaqla, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir. (Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci maddəsi və 50.1.2-ci maddəsi).”
22. Daha sonra apellyasiya məhkəməsi sözügedən qərarında göstərmişdir ki, “Apellyasiya məhkəməsi belə qənaətə gəlir ki, iddiaçılara Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsindən imtina olunması üçü n mövcud qanunvericilikdə nəzərdə tutulan əsaslar olduğundan, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunması haqqında” Qərar qəbul etməkdə haqlı olmuşdur. Odur ki, iddia təmin edilməməlidir.”
23. Məlum olduğu kimi, İddiaçı1 Shamsan Almaqtari və X1 Thabit cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Miqrasiya Xidmətinin 19 iyul 2023-cü il tarixli Qərarlarının və 18 iyul 2023-cü il tarixli İnzibati Protokolun ləğv edilməsi və Azərbaycan Respublikası ərsazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
24. İd diaçılar sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək tələbin İddiaçı1 Shamsan Almaqtari və X1 Thabita Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin müvafiq qərardadı ilə iddianın dəyişdirilməsi icraata qəbul edilmişdir.
25. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, 18 iyul 2023-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinin işçisi zəng edərək həyat yoldaşının 11 avqust 2020-ci il tarixdən, yəni 3 il əvvəldən yaşamaq icazəsi olmadan yaşadığına görə cərimə olunduğunu bildirmişdir. 2017-ci ildə Azərbaycana gəldikdən sonra ölkəni tərk etməsə də, müvəqqəti yaşamaqla bağlı qanunu pozmamışdır. Çünki o, h əmin zaman Qətər Səfirliyində işləyir və X2 İşlər Nazirliyi vasitəsilə buna cavabdeh olmuşdur. Buna əsasən bütün əməkdaş və ailələrinin 2024-cü ilin iyul ayına qədər yaşamaq üçün icazəsi olmuşdur. 26. 4 sentyabr 2023-cü il tarixində şirkətin bank hesabının çıxarılmasını izləmək üçün Kapital Banka getmiş, lakin müvəqqəti yaşamaq üçün icazəsinin olmadığı üçün bank hesabını təhvil verməkdən imtina edilmişdir. 7 sentyabr 2023-cü ildə yenidən Dövlət Miqrasiya Xidmətinə getmiş və cərimə ilə qarşılaşmışdır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti iddiaçının və ailəsinin viza müddətinin uzadılmasından imtina etmişdir. Səbəb kimi isə yeni yaratdığı "xxxx" MMC-nin fəaliyyətə başlamaması göstərilmişdir. İddiaçı1 Shamsan Almaqtari ailəsilə (həyat yoldaşı və 4 övladı) birlikdə 20 ildir ki, Azə rbaycanda yaşayır, bu müddət ərzində ali məktəbin bakalavr və magistr pillələrini qırmızı diplomla bitirmişdir. 05 may 2021-ci il tarixdən 05 may 2025-ci il tarixinədək fəlsəfə doktoru üzrə qiyabi təhsilini davam etdirməlidir. Bir ay öncə yaratdığı "xxxx" MMC-nin fəaliyyətə başlaması üçün vizanın müddətinin uzadılması vacibdir.
27. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instanasiyası işin baxılmasına və həll edilməsinə formal və səthi yanaşmış, işin hallarını təşkil edən işdəki sübutları tam və hərtərəfli araşdırmamış, iş üzrə düzgün məhkəmə qərarı qəbul edilməsi üçün əhəmiyyət kəsb edən məlumatların alınması üçün müvafiq dövlət strukturlarına sorğular göndərməmişdir.
28. Belə ki, iş materialları ndan göründüyü kimi, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina edilməsi haqqında 19 iyul 2023-cü il tarixli, ******* saylı Qərarına görə, təqdim olunmuş sənədlərə əsasən aparılmış icraat nəticəsində şəxsin rəhbəri olduğu şirkətin fəaliyyətinin olmadığı müəyyən edildiyindən Miqrasiya Məcəlləsinin 50.1.3-cü maddəsinin tələbləri rəhbər tutularaq Yəmən Respublikası vətəndaşı 10384055 nömrəli pasporta malik olan İddiaçı1n müraciəti təmin edilməmişdir.
29. İddiaçının həyat yoldaşına gəldikdə isə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina edilməsi haqqında 19 iyul 2023-cü il tarixli, ******* saylı Q ərardan görünür ki, Miqrasiya Məcəlləsinin 46-cı maddəsində tələb olunan sənədlərdən birini təqdim etmədiyindən Yəmən Respublikası vətəndaşı 10384054 nömrəli pasporta malik olan X1 Thabitin müraciəti təmin edilməmişdir.
30. Bununla əlaqədar xüsusi olaraq qeyd edilməlidir ki, 1-ci iddiaçıya münasibətdə cavabdehin sözügedən qərarında, imtinanın əsası 1-ci iddiaçının rəhbəri olduğu şirkətin fəaliyyətinin müəyyən edilmədiyi və bu baxımdan Miqrasiya Məcəlləsinin 50.1.3-cü maddəsinin tələblərinə görə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmədiyi göstərilsə də, Miqrasiya Məcəlləsinin 50.1.3-cü maddəsində tamamilə başqa müddəalar nəzərdə tutulmuşdur.
31. Belə ki, Miqrasiya Məcəlləsinin 50.1, 50.1.3-cü maddələrində yazılmışdır ki, aşağıdakı hallarda əcnəbilərə və və təndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda və ya bu Məcəllənin 46-cı maddəsində nəzərdə tutulan sənədlərdən biri və ya bir neçəsi təqdim edilmədikdə (bu Məcəllənin 46.8-ci maddəsi nəzərə alınmaqla).
32. Buna görə də apellyasiya məhkəməsi 1-ci iddiaçının iddiasının təmin edilməməsi nəticəsinə gələrkən, cavabdehin Miqrasiya Məcəlləsinin istinad etdiyi 50.1.3-cü maddəsinə deyil, həmin məcəllənin 50.1.2-ci maddəsinə əsaslanmışdır.
33. Halbuki Miqrasiya Məcəlləsinin 50.1, 50.1.2-ci maddələrində deyilir ki, aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün ic azə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə.
34. Lakin iş materialları ilə 1-ci iddiaçının yaratdığı müəssisə ilə bağlı cavabdehə saxta və ya yalan məlumatlar təqdim etməsi, iş materialları ilə təsdiq olunmur.
35. Əksinə işin 40, 41-ci səhifələrindən görünür ki, 1-ci iddiaçının yaratdığı "xxxx" MMC dövlət vergi orqanında xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında dövlət qeydiyyatına alınmış və müəssisəyə ********** saylı VÖEN verilmişdir. Müəssisənin təsisçisi və qanuni təmsilçisi 1-ci iddiaçıdır.
36. Bu məsələ ilə bağlı apellyasiya məhkəməsi tərəfindən araşdırma aparılmamış, ən azından müvəqqəti yaşamaq hüququ olmayan şəxsin bank hesabı nı aça bilib-bilməməsi barədə AR Mərkəzi Bankına sorğu göndərilməmiş, halbuki işin 42-ci səhifəsində olan Dövlət Vergi Xidmətinin bildirişi ilə müəyyən olunur ki, "xxxx" MMC vergi orqanına müraciət etmiş və müraciətə cavab almışdır. Bu cavabın fiziki şəxs olan 1-ci iddiaçıya aid olubolmaması araşdırılmalıdır.
37. Digər tərəfdən, qeyd edilməlidir ki, 1-ci iddiaçı Azərbaycan Respublikasının Leqal surətdə 20 ilə yaxındır ki, yaşadığını bildirir və bu müddət ərzində Azərbaycan Texniki Universitetində oxuyaraq bakalavr və magistr dərəcələrinə yiyələndiyini bildirmiş (iş səhifələri 46, 47), həmçinin həmin universitetin xx.xx.2021-ci il tarixli, 179-t (s) nömrəli əmrinə əsasən, təhsil müddəti xx.xx.2021-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək olmaqla fəlsəfə doktoru üzrə doktoranturanın 333 8.01-“Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisasında qiyabi təhsil aldığını göstərmişdir (iş səhifəsi 39, arayış №-36, xx.xx.2023-cü il tarixli).
38. Eyni zamanda 1-ci iddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikasında Qətər səfirliyinin köməkçisi vəzifəsində çalışmışdır.
39. Lakin apellyasiya instansiyası məhkəməsi işin sözügedən hallarını ümumiyyətlə nəzərə almayaraq onları araşdırmamışdır.
40. İkinci iddiaçıya gəldikdə isə, qeyd edilməldir ki, cavabdehin ona münasibətdə olan imtina qərarında, yuxarıda artıq göstərildiyi kimi, sadəcə olaraq yazılmışdır ki, Miqrasiya Məcəlləsinin 46-cı maddəsində tələb olunan sənədlərdən biri, 2-ci iddiaçı tərəfindən cavabdehə təqdim edilməmişdir.
41. Cavabdehin sözügedən qərarında göstərilənlər ən azından əsassızdır, belə ki, Miqrasiya Məcəlləsinin 46.1-ci maddəsi 13 bənddən ibarətdir ki, belə olan halda cavabdeh 2-ci iddiaçının hansı bəndi pozduğunu bildirməli idi.
42. Lakin apellyasiya instansiyası məhkəməsi bu məsələni də araşdırmamış və ona hüquqi qiymət verməmişdir.
43. Bununla yanaşı qeyd edilməlidir ki, 2-ci iddiaçı da xx.xx.2020-ci ildən xx.xx.2022ci ilədək 1-ci iddiaçının həyat yoldaşı kimi qeydiyyatdan keçmişdir (iş səh. 35).
44. Həmçinin iş materiallarında olan (iş səh. 192-195) Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(005)-3039/2025 saylı qərarından görünür ki, 2-ci iddiaçının şikayəti qismən təmin edilmiş, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh haqqında qərar ləğv edilmiş və işə yenidən baxılması cavabdehə tapşırılmışdır.
45. Lakin apellyasiya məhkəməsi həmin məsələni nəzərə almamış və onun nə ilə nəticələnəcəyini araşdırmamışdır.
46. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, kassasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı1 Shamsan Almaqtarinin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2- 1(103)2746/2024 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin ed