Məhkəmə qərarları › İş №2-1(102)-608/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-608/2020

04.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-608/2020 04.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRAR (Açar sözlər: Təhsil hüququ ilə bağlı mübahisələr, diaqnostik qiymətləndirmə) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Fuad Fərhadovun, cavabdehin nümayəndəsi Rasim Hüseynovun və vəkili Haqqı Cəlilovun iştirakı ilə, İddiaçı cavabdeh Təhsil Nazirliyinə qarşı diplomun tanınması barədə şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı Apelyasiya Məhkəməsinin İİK-nın xx xxxxxxx 2019- cu il tarixli 2-1(103)-2250/2019 saylı qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı X4 Universiteti tərəfindən verilmiş xx xxxx 2016-cı il tarixli, AUG 000112 nömrəli diplomun tanınması barədə Şəhadətnamə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi və tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2001-ci ildə X5 Təsərrüfatı Universitetinin X1 pedoqoji fakültəsinə daxil olmuş, 2005-ci il də filologiya, ingilis dili ixtisası üzrə bakalavr tam kursunu bitirmişdir. X4 Universiteti tərəfindən bu təhsilini təsdiq edən xx xxxx 2005-ci il tarixli, SSSSU ******* saylı diplom verilmişdir. 2006-cı ildə isə X3 daxil olaraq ikinci ali təhsil üzrə diplom almış və həmin diplom da yoxlanılaraq Dövlət nümunəli olması təsdiq edilmişdir. Hazırda Şəmkir rayonu Y.Əsgərov adına Koltəhnəli kənd tam orta məktəbində ingilis dili fənni tədris edir və bu məktəbdə 16 ildir pedoqoji fəaliyyət göstərir. Ölkəmizdə təhsil sahəsində aparılan islahatlarla bağlı hazırda müəllimlərin iş yerlərini dəyişməsi, əmək haqlarının artırılmasında test yoxlamaları keçirilməklə diaqnostik qiymətləndirmələr aparılır. O, dəfələrlə dioqnostik qiymətləndirmədə iştirak etmək üçün sənədlərini təqdim etsə də Təhsil Nazirliyi tərəfindən dioqnostik qiymətləndirilmədə iştirak etməyinə razılıq verilməmişdir. Əsas kimi ona rəsmi qaydada bildirilmişdir ki, onun Gürcüstan Respublikasında təhsil almağını təsdiq edən diplom Azərbaycan Respublikasında tanınmamışdır və bu səbəbdən o, dioqnostik qiymətləndirilməyə buraxılmır. Birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(82)-3877/2018 nömrəli (sədrlik edən hakim E.Mustafayev) qərarı ilə iddianın təmin edilməsi, X4 Universiteti tərəfindən İddiaçı verilmiş xx xxxx 2016-cı il tarixli, AUG 000112 nömrəli diplomun Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsiqərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instan siya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) xx.xx.2019-cu il tarixli 2-1(103)173/2019 nömrəli (hakimlər V.Baxışova - sədrlik edən və məruzəçi, E.Nağıyeva və H.Həmidov) qərarı ilə apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, iddianın rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçıkasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməs i barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli 21(102)1880/2019 nömrəli (hakimlər S.Hüseynova - sədrlik edən və məruzəçi, İ.Dadaşov və K.Bədəlov) qərarı iləkasasiya şikayətinin qismən təmin edilməsi, apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Apelyasiya instansiyası məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-1(103)2250/2019 nömrəli (hakimlər K.Abiyeva - sədrlik edən və məruzəçi, M.Tağızadə və Ü.Mayılov) qərarı iləcavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-1(82)-3877/2018 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı «xx xxxx 2016-cı il tarixli, AUG 000112 saylı diplomun tanınması barədə şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi» tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki,İddiaçı 2001-ci ildə X5 Təsərrüfatı Universitetinin X1 pedaqoji fakültəsinə daxil olmuşdur. 2005-ci ildə filologiya, ingilis dili ixtisası üzrə bakalavr tam kursunu bitirmişdir. X4 Universiteti tərəfindən bu təhsilini təsdiq edən xx xxxx 2005-ci il tarixli, SSSSU ******* nömrəli diplom verilmişdir. 2006-cı ildə isə X3 daxil olaraq ikinci ali təhsil üzrə diplom almış və həmi n diplom da yoxlanılaraq Dövlət nümunəli olması təsdiq edilmişdir. Hazırda Şəmkir rayonu Y.Əsgərov adına Koltəhnəli kənd tam orta məktəbində ingilis dili fənni tədris edir və bu məktəbdə 16 ildir pedaqoji fəaliyyət göstərir. Gürcüstan Aqrar Universiteti tərəfindən verilmiş xx xxxx 2016-cı il, AUG 000112 nömrəli tarixli diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı X4 Universitetinin xx xxxx 2005-ci il tarixli qərarı ilə X1 Pedaqogika fakültəsinin filologiya ixtisası üzrə bakalavr dərəcəsi təyin edilmişdir. Eyni zamanda Gürcüstan Respublikasının Təhsil haqqında Qanununa əsasən 5 illik təhsil sistemi ümumiyyətlə ləğv edilmiş, istər əyani, istərsə də qiyabi təhsil sistemi 4 illik müddətdə tədris edilir. İş materialları qəzəli araşdırıldığından iddiaçının dövlət sərhədini keçməsi araş dırılmamış, buna dair aidiyyəti orqanlara sorğular verilməmişdir. Belə ki, iddiaçı az yaşlı olduğundan təhsil aldığı müddətdə 2003-cü il tarixədək atası ilə birgə dövlət sərhədini keçmişdir. Buna dair xx xxxxxx 2019-cu il Dövlət Sərhəd Xidmətinin yazılı arayışı təqdim edilmişdir. Lakin 2003-cü il tarixdən sonra yetkinlik yaşına Çatan iddiaçı özü sərhədi keçdiyindən məhkəmə bunu araşdırmamışdır. Məhkəmə tərəfındən işin qeyd edilən halları araşdırılmadan əsasız olaraq araşdırma aparılmadan qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb e dən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə asasan məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2250/2019·saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Haqqı Cəlilov kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayət inin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi R.Hüseynov da vəkili Haqqı Cəlilovun çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında, eləcə də məhkəmə iclasında vəkillə iştirak etdikdə izahatlar vermək barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçının nümayəndəsi Ramiz Cəfərov məhkəmə iclasına vəkilsiz gəl diyi üçün işə iddiaçının iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin fak tiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2019cu il tarixli, 2-1(103)-2250/2019 saylı qərarla, cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-1(82)-3877/2018 saylı qərarının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı «xx xxxx 2016-cı il tarixli, AUG 000112 saylı diplomun tanınması barədə şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi» tələbinə dair iddiasının təmin edilməməsi qənaətinə gələrkən «Təhsil haqqında» Qanunun 27.4-cü maddəsinə, Nazirlər Kabinetini n xx xxx 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın 1.2, 2.2, 1.6, 3.1, 3.6-cı bəndlərinə əsaslanmışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarla və həmin qərardan iddiaçı tərəfindən verilmiş kasasiya şikayəti ilə əlaqədar ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisə artıq bir dəfə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının məhkəmə baxışında olmuş və bunun nəticəsində Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası tərəfindən xx xxxx 2019-cu il tarixdə 2-1(102)1880/19 saylı qərarı qəbul edilmişdir. Həmin qərarla İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilm iş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(103)-173/2019 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hazırki iş üzrə qəbul etdiyi xx xxxx 2019cu il tarixli, 2-1(102)-1880/19 saylı qərarın «Hüquqi məsələlər» adlanan hissəsində göstərilmişdir ki, «Maddi hüquq normalar yoxlanılarkən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, apelyasiya məhkəməsi iddianın qanuni əsaslarını tam düzgün müəyyən etməmişdir. Apelyasiya məhkəməsi hesab etmişdir ki, Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında qiyabi formada bakalavriat təhsili üçün ümumi normativ müddət ən azı 5 il müəyyən edilmişdir ki, iddiaçının təhsil müddəti həmin müddətdən bir il az ol duğundan, iddiaçının tələbi qanuni olmamışdır. Bu mövqeyi iddiaçı o əsasla mübahisələndirmişdir ki, Gürcüstan Respublikasının təhsil qanunvericiliyinə əsasən istər əyani, istərsə də qiyabi təhsil 4 il müddətinə müəyyən edilmiş, 5 illik təhsil sistemi ümumiyyətlə ləğv edilmiş, lakin məhkəmə tərəfindən işin qeyd edilən halları araşdırılmadan qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası dəlili qismən əsaslı hesab edir. «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə» Azərbaycan Respublikasının xx xxxxxxxx 1997-ci il tarixli Qanunu ilə 1997-ci il aprelin 11-də Lissabon şəhərində imzalanmış «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiya təsdiq edilmişdir. Qeyd olunmuş Konvensiyanın müddəalarında a şağıdakılar nəzərdə tutulmuşdur: - İ fəslinə əsasən, səlahiyyətli tanınma təşkilatı kimi xarici ixtisasların tanınması ilə əlaqədar qərarlarına rəsmən məsuliyyət daşıyan orqan; habelə tanınma kimi təhsil və yaxud iş fəaliyyəti ilə məşğul olmaq imkanı vermək məqsədilə səlahiyyətli təşkilatlar tərəfindən xarici təhsil ixtisasının dəyərliyi barədə rəsmi təsdiqlənmə müəyyən edilmişdir; - İİ fəslin İİ.1-ci maddəsinin 1-ci bəndinə əsasən, tanınma halları zamanı qərarların qəbul edilməsi iştirakçı dövlətin mərkəzi təşkilatlarının səlahiyyətinə aid olduqda həmin dövlət bu Konvensiyada nəzərdə tutulanlarla bağlıdır və onun ərazisində Konvensiyada nəzərdə tutulanların həyata keçirilməsini təmin etməlidir. – İİİ fəslin İİİ.1-ci maddəsinin 2-ci bəndinə əsasən, hər bir Tərəf ixtisasların tanınması ilə bağlı əldə olunmuş bilik və bacarıqların qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir. Azərbaycan Respublikası və Gürcüstan Respublikası istinad edilmiş Konvensiyaya qoşulmaqla ona riayət edilməsi öhdəliyini götürmüşdürlər. «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2000-ci il tarixli, 346 saylı Sərəncamının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Təhsil Nazirliyi «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya»da nəzərdə tutulmuş ali təhsil sahəsində xarici ixtisasların tanınması məsələləri üzrə Azərbaycan Respublik ası tərəfindən səlahiyyətli orqan təyin edilmişdir. Qanunun icrası ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli, 64 saylı qərarı ilə «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları» (bundan sonra – Qaydalar) təsdiq edilmişdir. Həmin Qaydaların: - 1.2-ci bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür, - 1.3-cü maddəsinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir, - 1.6-cı bəndinə əsasən, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. Bu müddəaların ümumiləşdirilmiş təhlilinə görə, xarici dövlət tərəfindən verilmiş diplomun bir halda tanınması, digər halda isə ixtisasının ekvivalentliyinin müəyyən edilməsi üzrə cavabdeh tərəfindən müvafiq araşdırma aparılmaqla iki növ Şəhadətnamələrin verilməsi nəzərdə tutulmuşdur. İxtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamə onun sahibinə keçirilmiş fənlərin müvəffəqiyyətlə verilməsi nəzərə alınaraq təhsilin növbəti pilləsinə qəbul olunmaq hüququ verir (Qaydalara 2 nömrəli əlavə). İxtisaslarının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə is ə Azərbaycan Respublikasında müvafiq ixtisas/istiqamət üzrə uyğun ixtisas dərəcəsi verilən diploma ekvivalentliyi müəyyən edir (Qaydalara 1 nömrəli əlavə), yəni müvafiq işə qəbul olunmaq üçün əsas yaradır. İxtisasların tanınması haqqında prosedurun təşkili Qaydaların İİ hissəsində, ixtisasların ekvivalentliyinin müəyyənləşdirilməsi isə Qaydaların İİİ hissəsində nizamlanmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələb diplomunun tanınması ilə bağlı olduğundan, Qaydaların 2.2-ci bəndində nəzərdə tutulmuşdur ki, xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması proseduru mövcud beynəlxalq sazişlər və tövsiyələr, təhsilin dövlət standartları və Azərbaycan Respublikasının təhsil sistemini tənzimləyən normativ hüquqi aktlar əsasında aparılır. Apelyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının qiyabi formada aldığı təhsil müddəti təhsilin dövlət standartlarına uyğun olmamış və gəldiyi nəticəni apelyasiya məhkəməsi «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 117 saylı, xx xxxx 2010-cu il tarixli qərarı ilə əsaslandırmışdır. İlk olaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya məhkəməsi tərəfindən zamana görə qanunvericiliyin tətbiqində səhvə yol verilmişdir. Belə ki, iddiaçının təhsil aldığı müddət 2001–2005-ci illəri əhatə etdiyi üçün həmin dövr qüvvədə olmuş qanunvericiliyin təhlili zəruri olmuşdur. Digər tərəfdən, iddiaçının qiyabi formada təhsil aldığı barədə işin halını hansı sübut əsasında apelyasiya məhkəməsinin müəyyən etdiyi aydın deyildir. Zamana görə qüvvədə olmuş Azərb aycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli, 217 saylı qərarı ilə «Çoxpilləli ali təhsil sistemində «bakalavr» hazırlığı haqqında Əsasnamə» təsdiq edilmişdir. Həmin Əsasnamənin 1.3-cü bəndinə əsasən, «Bakalavr» hazırlığının təhsil müddəti gündüz şöbəsində istiqamət və ya ixtisasdan asılı olaraq, 3,5 – 4 ildir. Təhsil müddəti tədris planı əsasında müəyyənləşdirilir və Təhsil Nazirliyi tərəfindən təsdiq edilir. Təhsil əyani (gündüz), axşam, qiyabi, həmin formaların birləşdirilməsi və eksternat yolu ilə həyata keçirilir. Əyani (gündüz) təhsil aparıcı rol oynayır. Müddəanın mətnindən göründüyü kimi, bakalavr hazırlığının müddəti əyani təhsil formasına münasibətdə müəyyən edilmiş, qiyabi formada təhsil müddətinin həmin dövr qüvvədə olmuş hansı qanunvericiliklə tənziml ənməsi məsələsi açıq qalmışdır. Qeyd edilmiş halda apelyasiya məhkəməsi məsələnin hansı normativ-hüquqi aktla nizamlanmasının aydınlaşdırılması üçün cavabdehdən müvafiq məlumatın təqdim edilməsini tələb edə bilərdi. Digər tərəfdən, cavabdehin imtina məktubundan, etiraz və apelyasiya şikayətinin dəlillərindən göründüyü kimi, iddiaçının tələbinin təmin edilməməsinin əsası universitetin tədris normativləri üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməyi qeyri–mümkünlüyü ilə əlaqələndirilmişdir. xx xxxxxx 2019-cu il tarixli məhkəmə iclas protokolundan göründüyü kimi, iddiaçının hansı formada təhsil aldığı və hansı tarixlərdə sərhədi keçib-keçmədiyi məhkəmə araşdırmasının predmetin i təşkil etmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə sorğunun verilməsi üçün məhkəmə iclası təxirə salınmış və müvafiq sorğu verilmişdir. Lakin apelyasiya məhkəməsi apardığı araşdırmanı yekunlaşdırmayaraq yuxarıda göstərilmiş qaydada qiymətləndirmə aparmaqla iddia tələbinin əsassız olduğunu bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi tərəfindən qeyd edilmiş halda Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12 və 48-ci maddələrində müəyyən edilmiş «İşin hallarının araşdırılması prinsipi» və apelyasiya məhkəməsinin səlahiyyətləri» ilə bağlı 82-ci maddəsinin tələbləri pozulmuşdur». Məlum olduğu kimi İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instans iyası məhkəmələri üçün məcburidir. Lakin qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi İnzibati Prosessual Məcəllənin 96.11-ci maddəsinə riayət etməyərək, apelyasiya instansiyası məhkəməsi üçün məcburi xarakter daşıyan Ali Məhkəmənin bu iş üzrə hüquqi mövqeyini və verilmiş göstərişləri tam olaraq icra etməmişdir. Belə ki, apelyasiya instansiyası məhkəməsi xx xxxxxxx 2019-cu il tarixli qərarında yazır ki, «araşdırma zamanı Dövlət Sərhəd Xidmətinin xx xxxxxx 2019-cu il tarixli, 33/1162 saylı məktubuna əsasən müəyyən edilmişdir ki, iddiaçının atası X2 xx xxxxxx 2002-ci ildən xx xxxxxx 2002-ci ilədək, xx xxxxxx 2002-ci ildən xx xxxxxx 2002-ci ilədək, xx xxxxxx 2002-ci ildən xx xxxxxx 2003-cü ilədək, xx xxxxxx 2003-cü ildən xx xxxxxx 2003-cu ilədək, xx xxxxxx 2003-cü ildən xx xxxxxx 20 03-cü ilədək, xx xxxxxx 2003-cü ildən xx xxxxxx 2003-cü ilədək, xx xxxxxx 2003-cü ildən xx xxxxxx 2003-cü ilədək, xx xxxxxx 2003-cü ildən xx xxxx 2003-cü ilədək, xx xxxxxxx 2003-cü ildən xx xxxxxx 2003-cü ilədək, xx xxxxxx 2003-cü ildən xx xxxxxx 2003-cü ilədək ölkə xaricinə giriş-çıxışı olmuşdur; Həmin məktubda qeyd olunur ki, 2001–2003-cü il tarixlərdə yetkinlik yaşına çatmayan Azərbaycan Respublikası vətəndaşlarının dövlət sərhədindən hərəkəti zamanı valideyninin şəxsiyyəti barədə məlumatları İAMAS-a qeyd olunmaqla dövlət sərhədindən buraxılırlar. Məhkəmə kollegiyası qeyd edir ki, xx xxxxxx 1985-ci il təvəllüdlü iddiaçının xx xxxxxx 2003-cü ilədək yetkinlik yaşına çatmayan şəxs olması səbəbindən dövlət sərhədini valideyni ilə keçmə ehtimalı nəzərə alınsa belə, onun yetkinlik yaşına çatd ıqdan sonrakı təhsil aldığı dövrü əhatə edən xx xxxxxx 2003-cü il tarixdən 2005-ci ilədək Azərbaycan Respublikası dövlət sərhədindən keçməsi barədə hər hansı sənəd işin materiallarına əlavə edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası iddiaçıya məxsus bakalavr diplomunun ölkə ərazisində tanınması üçün təhsil aldığı ölkədə qısa müddət ərzində olmasına dair cavabdehin imtinasının və apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edir və qeyd edir ki, iddiaçının təhsil aldığı ölkədə qısa müddətdə olması «Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları»nın 2.8-ci bəndində nəzərdə tutulmuş qiyabi təhsil forması üzrə tədris ilinin müddətinə uyğun olmamışdı». Daha sonra apelyasiya instansiyası məhkəməsi xx xxxxxxx 2019-cu il tarixli qərarında göstərir ki, «Kasasiya instansiyası mə hkəməsinin hazırkı iş üzrə qərarında həmçinin göstərilmişdir ki, «...apelyasiya məhkəməsi tərəfindən zamana görə qanunvericiliyin tətbiqində səhvə yol verilmişdir. Belə ki, iddiaçının təhsil aldığı müddət 2001–2005-ci illəri əhatə etdiyi üçün həmin dövr qüvvədə olmuş qanunvericiliyin təhlili zəruri olmuşdur. Digər tərəfdən, iddiaçının qiyabi formada təhsil aldığı barədə işin halını hansı sübut əsasında apelyasiya məhkəməsinin müəyyən etdiyi aydın deyildir». İşə yenidən apelyasiya qaydasında baxılarkən kasasiya instansiyası məhkəməsinin göstərişlərinə müvafiq araşdırma zamanı iddiaçı məhkəmə iclasında verdiyi izahatında qiyabi formada təhsil aldığını təsdiq etmişdir. Hazırkı mübahisəyə zamana görə qanunvericiliyin tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işin yuxarıda qeyd olunan hallarına görə, cavabdeh inzibati orqanın imtinası iddiaçının təhsil aldığı dövrdə qüvvəyə minmiş «Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları»nın Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş) tələblərinə uyğun olmuşdur. Həmin Qaydaların 3.6-cı bəndinə əsasən ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblər uyğun olmalıdır». Bununla əlaqədar olaraq məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin yuxarıda göstərilmiş qənaətləri Ali məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyinə, o cümlədən Ali Məhkəmənin tətbiq etdiyi maddi hüquq normalarına uyğun deyildir, halbuki Ali Məhkəmənin iş üzrə hüquqi mövqeyi apelyasiya instansiyası məhkəməsi üçün məcburidir. Digər tərəfdən, apelyasiya instansiyası məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası tərəfindən İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinin tələblərinə də riayət edilməmişdir. Belə ki, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, İddiaçı X4 Universitetinin xx xxxx 2005-ci il tarixli qərarı ilə X1 Pedaqogika fakültəsinin filologiya ixtisası üzrə bakalavr dərəcəsi verilmiş, 2006-cı ildə iddiaçı X3 daxil olaraq ikinci ali təhsil üzrə diplom almış və həmin diplom da yoxlanılaraq Dövlət nümunəli təsdiq edilmiş və iddiaçı Təhsil Nazirliyinin sistemində olan Şəmkir rayonu Y.Əsgərov adına Koltəhnəli kənd tam orta məktəbində 15 ildən çoxdur ki, ingilis dili fənni tədris edir, yəni, pedaqoji fəaliyyət göstərir. Beləliklə, Təhsil Nazirliyi iddiaçını sözügedən pedaqoji işə götürməklə, faktiki olaraq iddiaçının təhsil sənədlərini tanımışdır. Lakin apelyasiya instansiyası məhkəməsi işin bu halı ilə əlaqədar olaraq ümumiyyətlə heç bir hüquqi araşdırma aparmamış, sübutları tədqiq etməmiş və nəticə etibarı ilə də həmin məsələyə hüq uqi qiymət verməmişdir. Halbuki, İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə, iş üzrə çoxlu sübutların tələb edilərək araşdırılması zərurəti olduğundan təmin edilməməlidir. Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2250/2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar