Məhkəmə qərarları › İş №2-1(102)-608/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-608/2022

19.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-608/2022 19.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı işi üzrə QƏRARİ Açar sözlər: yalnız qara mühasibatlıq sənədləri əsasında vergi hesablanmasının yolverilməzliyi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı «qər arın ləğv edilməsi» tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)2669/2021 nömrəli, 30 noyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı 04.08.2006-cı il tarixdə vergi ödəyicisi kimi uçota alınmış, ona ********** nömrəli VÖEN verilmişdir.

2. Cavabdehin 15 yanvar 2019-cu il tarixli qərarı ilə iddiaçı müəssisədə növbəti səyyar vergi yoxlaması keçirilmiş, yoxlamanın nəticəsi 29.01.2020-ci il tarixli “Səyyar vergi yoxlaması” Aktı ilə rəsmiləşdirilmişdir.

3. Həmin akt əsasında qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 16.03.2020-ci tarixli, ******* ***198355 nömrəli qərar ilə 2017-ci ilin mənfəət vergisi üzrə 88913,33 manat, 2017ci ilin ƏDV üzrə 464858,91 manat, 2018-ci ilin ƏDV üzrə 418983,21 manat, 2017-ci il MDSS (işəgötürənlər-muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (0111) ) üzrə 112912,02 manat, 2018-ci ilin MDSS - işəgötürənlər - muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (0111) ) üzrə 90247,60 manat, işsizlik sığortası üzrə rüblük hesabat (hüquqi şəxslər) üzrə 3609,54 manat, 2017-ci il muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə 55919,26 manat, 2018-ci il muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə 49718,59 manat məbləğində əlavə vergi hesablanmış və qeyd edilən vergi məbləğlərinin 50%-i miqdarında maliyyə sanksiyası tətbiq edilmişdir (ümumilikdə, 12851 62,46 manat əsas vergi məbləği və 621663,18 manat maliyyə sanksiyası tətbiq edilmişdir). İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehin **********198355 nömrəli, 16.03.2020-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, səyar vergi yoxlaması 12 ay ərzində aparılmış və vergilər elektron fayllarda olan (mötəbər mənbə hesab edilməyən, ciddi hesabat blanklarında tərtib edilməmiş, iddiaçıya məxsusluğu və aidiyyəti sübuta yetirilməyən) məlumatlara əsasən hesablanmışdır. Halbuki, yoxlama zamanı bütün sənədlər (mühasibat sənədləri, müəssisənin gəlir və xərclərini, mədaxil məbləğlərini göstərən sənədlər, qaimə-fakturalar, müqavilə lər, razılaşma protokolları, təhvil-təslim aktları) təqdim edilmiş, mühasibat sənədləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş ciddi uçot blanklarında tərtib olunmuşdur. Maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən hesabatlar vergi orqanına yoxlama gününədək təhvil verilmişdir. Bundan əlavə, yoxlama zamanı ekspertiza aparılmamış, mütəxəssis dəvət olunmamış və rəy tərtib edilməmişdir.

6. Cavabdeh tərəfindən iddia tələbinə qarşı verilmiş etirazda göstərilmişdir ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin 02.11.2018-ci il tarixli qərarına əsasən İddiaçı MMC-dən elektron daşıyıcılar və sənədlər götürülmüş və 28.11.2018-ci il tarixli akta əsasən cavabdehə 1 qutu sənədlər, 1 ədəd noutbuk və 2 ədəd yaddaş qurğusu (fləş kart) təhvil verlmişdir. Yoxlama ilə məlum olmuşdur ki, müəssisənin mühasibat uçotunda elektron daşıyıcılarda aparılmış səhiyyə xidmətlərinin satışı, eləcə də vergi bəyannamələrində həmin əməliyyatlar üzrə dövriyyələr əks edilməmişdir. Elektron daşıyıcılardakı materialların araşdırılması nəticəsində gəlir və xərclərin aylar üzrə icmal cədvəlinə əsasən müəssisənin gəlirinin 2017-ci il üzrə 2667399,81 manat təşkil etdiyi müəyyən edilmişdir. Ciddi hesabat blanklarından istifadə etməməklə göstərilmiş xidmətlərin alış sənədləri təqdim edilmədiyindən və müəssisədən götürülmüş elektron daşıyıcılarda və sənədlərdə belə sənədlər aşkar edilmədiyindən, müəssisənin mənfəətini birbaşa müəyyən etmək mümkün olmamış, beləliklə şərti rentabellik norması tətbiq edilməklə mənfəət vergisi hesablanmışdır. Bundan əlavə, cavabdehə təhvil verlmiş elektron daşıyıcıd a (fləş kartda) olan məlumatların araşdırılması nəticəsində gəlir və xərclərin aylar üzrə icmal cədvəlinə əsasən müəssisənin yoxlanılan dövrdə ƏDV məqsədləri üçün 18%-lə vergi hesablanan əməliyyatlar üzrə ümumi dövriyyəsi müəyyən edilmiş və müvafiq ƏDV hesablanmışdır. Əlavə olaraq, elektron daşıyıcıda (fləş kartda) olan məlumatlar əsasında məcburi dövlət sosial sığorta üzrə, o cümlədən işsizlikdən sığorta və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə ödənilməli məbləğlər müəyyən edilmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 25.06.2021-ci il tarixli, 2-1(112)-884/2021 nömrəli qərarı ilə (hakim R.Kərimli) iddia təmin edilmiş, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********198355 nömrəli, 16 mart 2020-ci il tari xli qərarı ləğv edilmişdir.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirilən inzibati akt qanunvericiliyin tələblərinə zidd şəkildə qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, cavabdeh səyyar vergi yoxlamasını uzun müddət aparmış yoxlama zamanı 8 dəfə dayandırma qərarı qəbul etsə də, bunun zəruriliyini əsaslandırmamışdır. Bundan əlavə, vergilərin hesablanmasına əsas kimi göstərilmiş elektron daşıyıcıdakı məlumatlar Vergi Məcəlləsinin 67-ci maddəsi baxımından əlaqəli məlumat hesab edilə bilməz. Həmçinin, məhkəmə verilmiş ekspert rəyində əks olunmuş “ elektron daşıyıcıda olan məlumatların ilkin uçot sənədi və ya mühasibat sahəsində nəzərdə tutulan digər sənədlərin tələblərinə cavab verməməsi” mövqeyi ilə razılaşdığını qeyd etmişdir.

9. Məhkəmənin həmin qərarından cavab deh tərəfindən apellyasiya şikayəti verilmiş, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İqtisadi Kollegiyasının 30.11.2021-ci il tarixli, 21(103)-2669/2021 nömrəli qərarı ilə (hakimlər: S.Bəktaşi - sədrlik edən və məruzəçi, A. Hüseynov və A.Hüseyn) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 25.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

13. Kassasiya şikayətində iddia tələbinə etirazdakı dəlillər təkrarlanmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün qiymət verilməmişdir. Belə ki, son dövrlər vergi inzibatçılığı sahəsində həyata keçirilən islahatlara baxmayaraq, vergitutulan əməliyyatların şəffaflaşdırılması prosesinin qarşısında duran ən böyük maneələrdən biri bəzi vergi ödəyicilərinin israrla ikili mühasibatlıq aparmaqda davam etməsidir. Bir qayda olaraq, ikili mühasibatlıq aparan vergi ödəyicilərində həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı real dövriyyələri özündə əks etdirən müəyyən sənədlər aşkar edilir. “Qara mühasibatlıq” sənədləri adlandırılan bu sənədlərin mənbəyi bəlli olduğu, yəni aid olduğu vergi ödəyicisi, götürülmə şəraiti məlum olduğu üçün vergilərin hesablanmasında əlaqəli məlumat kimi həmin sənədlərdə olan məlumatlardan geniş istifadə edilir. Vergidən yayınmağı əsas hədəf kimi müəyyən etmiş belə vergi ödəyiciləri “qara mühasibatlıq” sənədləri əsasında hesablanmış vergiləri məhkəmədə mübahisləndirməklə məsuliyyətdən yayınmağa cəhd edir. Lakin bu tip vergi ödəyiciləri üzrə keçirilmiş səyyar vergi yoxlamaları zamanı aşkar edilərək götürülmüş “qara mühasibatlıq” sənədlərində əks olunmuş məlumatlar əsasında büdcədən yayındırılan külli miqdarda vergilər hesablanaraq büdcəyə bərpa olunur. Hazırkı iş üzrə də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılma sı Baş İdarəsinin 02.11.2018-ci il tarixli **********8115 nömrəli qərarına əsasən iddiaçı müəssisədən elektron daşıyıcılar və sənədlər götürülmüş və 28.11.2018-ci il tarixli "Sənədlərin təhvil verilməsi barədə" akta əsasən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 1 qutu sənədlər, 1 ədəd noutbuk və 2 ədəd yaddaş qurğusu (fləş kart) təhvil verilmişdir. Yoxlama ilə bu elektron daşıyıcılarda (fləş kartda) səhiyyə xidmətlərinin satışının uçotunun aparılması və həmin əməliyyatların müəssisədə aparılan mühasibat uçotunda əks etdirilməməsi, həmin əməliyyatlar üzrə dövriyyələrin təqdim edilmiş vergi bəyannamələrində öz əksini tapmaması müəyyən edilmişdir. Yoxlama ilə bu elektron daşıyıcılarda (fləş kartda) olan materialların araşdırılması nəticəsində əldə edilən məlumatlarla iddiaçının dövriyyəsi m üəyyən edilmiş və müvafiq vergi məbləğləri hesablanmışdır. 14. “Mühasibat uçotu haqqında” Qanunun 2.1.11-ci maddəsinə əsasən, ilkin uçot sənədləri – maliyyə-təsərrüfat əməliyyatlarının aparılması üçün mühasibat uçotu subyektinin rəhbərinin göstərişini təsdiq edən və ya bu əməliyyatların baş verməsinə hüquq verən, habelə mühasibat uçotunun aparılmasına əsas verən yazılı və ya elektron daşıyıcılarda olan təsdiqedici sənədlərdir. Həmin Qanunun 2.1.10-cu maddəsinə əsasən, mühasibat uçotu sənədi - ilkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlərdir. Həmin Qanunun 2.1.10-cu maddəsinin 2.1.11-ci maddəsi ilə qarşılıqlı təhlili nəticəsində formalaşmış hüquqi mövqeyə əsasən, nəzarət tədbirləri zamanı qanuni yolla əldə edilmiş elektron fayllar-cədvəllər ilkin uçot sənədi hesab edilir. Belə olan halda, məhkəmənin dəlil kimi qeyd etdiyi “fləş kart” məlumatları və qara mühasibatlıq sənədləri əsas götürülməklə əlavə hesablamaların aparılması qüvvədə olan mühasibat uçotu haqqında və vergi qanunvericiliyində nəzərdə tutulmamışdır” ifadəsi təkzib edilir. Eyni zamanda, mühasibat uçotu haqqında qanunvericilikdə elektron daşıyıcılarda əks olunan sənədlərə dair hər hansı tələb müəyyən edilməmişdir. Bu baxımdan hesablamaların əsasını təşkil edən sözügedən məlumatların mötəbərliyinin şübhə altına alınması üçün hər hansı əsas yoxdur.Beləliklə, səyyar vergi yoxlaması nəticəsində aparılmış hesablamalar üzrə vergitutma obyekti və vergitutma bazası müəyyən olunmuş və “fləş kart” məlumatları və qara mühasibatlıq sənədləri mənbəyi bəlli olan məlumat olduğu üçün vergi qanunvericiliyinin, həmin sənədlər ilkin uçot sənədi olduğu üçün isə mühasibat uçotu qanunvericiliyinin tələblərinə uyğun olmuşdur.

15. Bundan əlavə, iş üzrə ümumiyyətlə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə əsas olmasa da, belə bir əsas olduğu qənaətinə gəlinmişdirsə, hazırkı ekspert rəyi mötəbər sübut hesab edilməməli və işin həlli üçün məhkəmə tərəfindən ekspert rəyinin müstəsna əhəmiyyət təşkil etdiyi nəticəsinə gəlindiyi təqdirdə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir. Çünki, ekspert tərəfindən heç bir tədqiqat aparılmadığı azmış kimi, səlahiyyətlərindən kənara çıxaraq hüquqi məsələlər barədə rəy verilmişdir. Rəyin məzmununda ekspertin hansı hesablamalar nəticəsində iddiaçının vergidən yayınması ilə bağl ı nəticəyə gəldiyi görünmür. Başqa sözlə, ekspert rəyinin məzmunu qanunvericiliyə aid normalar və səyyar vergi yoxlaması aktının mətninin köçürülməsindən ibarətdir. Halbuki, qanunvericilik normalarına əsaslanmaqla işin hallarına hüquqi qiymət ekspert tərəfindən deyil, yalnız məhkəmə tərəfindən verilə bilər. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Vergi Məcəlləsi (yoxlama aparıldığı qüvvədə olan redaksiya): Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 67.1. bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılma sı zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır:... Maddə 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. 17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtər əfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 47.1. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştira kçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qə rardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hes ab edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə tərkibi hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

22. Belə ki, hazırkı iş üzrə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin (hazırkı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi) 02.11.2018-ci il tarixli **********8115 nömrəli qərarına əsasən iddiaçı müəssisədən elektron daşıyıcılar və sənədlər götürülmüş və 28.11.2018-ci il tarixli "Sənədlərin təhvil verilməsi barədə" akta əsasən Bakı şəhəri Lokal Gəli rlər Baş İdarəsinə 1 qutu sənədlər, 1 ədəd noutbuk və 2 ədəd yaddaş qurğusu (fləş kart) təhvil verlmişdir. Yoxlama ilə bu elektron daşıyıcılarda (fləş kartda) səhiyyə xidmətlərinin satışının uçotunun aparılması və həmin əməliyyatların müəssisədə aparılan mühasibat uçotunda əks etdirilməməsi, həmin əməliyyatlar üzrə dövriyyələrin təqdim edilmiş vergi bəyannamələrində öz əksini tapmaması müəyyən edilmişdir. Yoxlamanın sonunda qəbul edilən və hazırkı iş üzrə mübahisələndirilən qərarla elektron daşıyıcılarda (fləş kartda) olan məlumatlar əsasında iddiaçı müəssisəyə mənfəət vergisi, ƏDV, MDSS (işəgötürənlər - muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (0111) ), işsizlik sığortası üzrə rüblük hesabat (hüquqi şəxslər), muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi hes ablanmışdır.

23. Göründüyü kimi, iddiaçı barəsində aparılmış səyyar vergi yoxlaması nəticəsində hesablanan vergilərin əsasını “qara mühasibatlıq” sənədləri təşkil edir.

24. Cavabdehin qeyd olunan sənədlər əsasında vergi hesablanmasının qanuniliyinə dair əsas dəlili ondan ibarətdir ki, həmin sənədlər vergi ödəyicisinin təsərrüfat subyektindən götürüldüyündən mənbəyi bəllidir və bu sənədlər əsasında iddiaçıya vergilərin hesablana bilməsi vergi qanunvericiliyində birbaşa nəzərdə tutulmuşdur (Vergi Məcəlləsinin 67.1.9-cu maddəsi).

25. Məhkəmə tərkibi kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq qeyd edir ki, şikayətin dəlilləri əsassız olmaqla qanunvericiliyin müddəaları ilə ziddiyyət təşkil edir.

26. Belə ki, İPM-nin 14.1-ci maddəsi baxımından, mübahisələn dirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Cavabdeh iddiaçının “qara mühasibatlıq” sənədləri əsasında dövriyyəsinin bəyan ediləndən daha artıq olması qənaətinə gəlmiş, başqa sözlə, bu əsasla mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməyə çalışmışdır. Lakin cavabdehin istinad etdiyi sənədlərin mötəbər sübut kimi qiymətləndirilməsi yolverilməzdir. Bu onunla əlaqədardır ki, inzibati qanunvericiliyin tələbi baxımından, vergi orqanının inzibati icraat zamanı (bu halda səyyar vergi yoxlaması aparılarkən və müvafiq qərar qəbul edilərkən) işin hallarını obyektiv araşdırmaq vəzifəsi vardır (“İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsi). Nəzərə alınm alıdır ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar isə yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir (“İnzibati icraat haqqında” Qanunun 47.1-ci maddəsi).

27. Hazırkı iş üzrə isə, cavabdeh iddiaçı müəssisədən əldə olunduğunu iddia etdiyi sənədlər (1 qutu sənədlər, 1 ədəd noutbuk və 2 ədəd yaddaş qurğusu) əsasında vergi hesablandığını bildirsə də, iş materiallarında həmin sənədlər yoxdur və məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə, səyyar vergi yoxlaması aktında da əldə edilən materiallarda olan məlumatların hansı sənəd və ya məlumat olması həmin aktda qeyd edilməmişdir. Həmçinin, 28.11.2018-ci il tarixli “sənədlərin təhvil verilməsi barədə” Aktda (iş v.91) 1 qutu sənəd, 1 ədəd noutbuk və 2 ədəd yaddaş qurğusunun götürüldüyü qeyd edilsə də, həmin Aktı imzalayanlar, başqa sözlə, sənədlərin təhvil alınması prosesində iştirak edənlər yalnız cavabdeh orqanın əməkdaşları olmuşlar. Həmin prosesdə iddiaçı müəssisənin səlahiyyətli şəxslərinin (nümyəndələrinin) və ya hər hansı hal şahidinin iştirakı təmin edilməmişdir.

28. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası zamanı, iş üzrə əlavə sənədlərin zəruriliyi ilə bağlı məhkəməyə 21.09.2020-ci il tarixli vəsatət (İddia çı MMC-nin fəaliyyəti üzrə ilkin mühasibat sənədləri (alış və satışa dair VHF, qaimə faktura, ödəniş sənədləri v.s), YGB, gəlirin əldə olunması ilə bağlı digər xərc sənədləri (əmək haqqı xərci, sosial ayırmalar, enerji xərci v.s), kassa məxaric və mədaxil orderləri, bəyannamələr) göndərilmişdir. Həmin vəsatətə əsasən, əlavə sənədlər (qaimə fakturalar, VHF-lər, kassa mədaxil-məxaric orderləri, hesabdan çıxarışlar, əmək müqavilələri bildirişləri, hər bir xərc maddəsi üzrə ilkin sənədlər və s.) təqdim olunsa da, lakin vergi orqanı tərəfindən əlavə olaraq hesablanmış vergilərə və digər əlavə haqlara (MDSS və işsizlik sığortası) görə hesablamaların aparılması üçün mühasibat sənədləri təqdim edilməmişdir.

29. Qeyd edilənlərə əsasən, məhkəmə tərkibi bildirir ki, cavabdeh inzibati orqan həm vergil ərin hesablanmasına əsas olmuş sənədləri təqdim etməmiş, həm də həmin sənədlərin əldə olunması prosesində iddiaçı müəssisənin nümayəndələrinin iştirakını təmin etməmişdir ki, bununla da, cavabdehin Vergi Məcəlləsinin 67.1.9-cu maddəsinə əsasən (vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar) vergi hesablamış olduğu ilə bağlı dəlilləri əsassızdır.

30. Bununla yanaşı, məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqanın dəlilləri o vaxt mötəbər hesab oluna bilərdi ki, yoxlama zamanı “qara mühasibatlıq” sənədləri ilə əldə etdiyi məlumatlarla kifayətlənməmiş olsun, həmin məlumatların həqiqililiyi istiqamətində əlavə araşdırma aparmış olsun, (məs.: izahat almaq, operativ vergi nəzarəti imkanlarından istifadə etmək, müəssisənin qarşılıqlı fəaliyy ətdə olduğu digər müəssisələrdən əlavə məlumat əldə etmək və s.), başqa sözlə, mötəbər, şübhədən kənar sübutlar təqdim etmiş olsun. Hazırkı iş üzrə isə cavabdeh ümumiyyətlə hər hansı sübut təqdim etməmiş, bununla da, cavabdeh qəbul etdiyi (hazırda mübahisələndirilən) qərarın İPM-nin 14.1-ci maddəsi baxımından qanuniliyini sübuta yetirə bilmədiyindən, mübahisələndirilən qərarın ləğv edilməsi barədə birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmaqda apellyasiya instansiyası məhkəməsi haqlı olmuşdur.

31. Yuxarıda göstərilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Şərh edilənlərə əsasən, məhkəmə tərkibi Qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 21(103)-2669/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar