Məhkəmə qərarları › İş №2-1(102)-609/2021

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-609/2021

07.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-609/2021 07.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kasasiya şikayətinin mümkünlüyü, şikayət üzrə müddətin buraxılması giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu, Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Salmanzadə Kənan Zakir oğlunun katibliyi ilə İddiaçı X1 (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra cavabdeh) qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyası nın 2-1(105)-398/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçının verdiyi kasasiya şikayətinin mümkünlüyünə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmiş, iddiaçı məhkəməyə müraciət edərək “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(118)-536/2020 saylı qərarı ilə iddia rədd edilmişdir.

3. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)398/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi və Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-536/2020 saylı xx xxxx 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

5. İddiaçı ərizə ilə Sumqayıt Apelyasiya Məhkəməsinə müraciət edərək, həmin qərardan kasasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin olunmasını xahiş etmişdir.

6. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin olunmamışdır.

7. Apelyasiya məhkəməsi ərizəni rədd etməsini onunla əsaslandırmışdır ki, iddiaçı işləm ədiyi və ərizəsində göstərdiyi hallarla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

8. İddiaçı xx xxxxxx 2020-ci ildə apelyasiya məhkəməsinin qərardadını almış, qərardaddan verdiyi kasasiya şikayəti xx xxxxxx 2021-ci ildə apelyasiya məhkəməsinə daxil olmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları

9. İddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, onlar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onların iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). Tətbiq edilən hüquq

10. İnzibati Prosessual Məcəllə: Maddə 20.1. Müddətin axımının başlanm asına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 9 4.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.3. Kasasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır...

11. Konstitusiya Məhkəməsi Cavad İsmayılzadənin şikayəti ilə əlaqədar qəbul etdiyi xx xxxxxx 2007-ci il tarixli qərarında qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının mübahisələndirilməsi məsələsinə münasibətini belə ifadə etmişdir: “qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan vəziyyət, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Belə vəziyyətdə cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır”.

12. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Məhkəməsinin Miraqall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiqini nəzərə almalıdırlar. Kasasiya şikayətinin mümkünlüyü

13. Apelyasiya məhkəməsi qərardadın surətini iddiaçıya göndərmiş, iddiaçı xx xxxxxx 2020-ci il tarixdə qərardadı almışdır (səh. 84).

14. İddiaçının xx xxxxxx 2021-ci ildə imzaladığı kasasiya şikayəti xx xxxxxx 2021-ci ildə apelyasiya məhkəməsinə təqdim edilmişdir. Kasasiya məhkəməsinin mövqeyi

15. İddiaçı kasasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə təqdim etmədiyindən şikayətin mümkünlüyünə baxılması zərurəti yaranmış və proses iştirakçılarının dinlənilmə hüququnun təmin olunması məqsədilə kasasiya şikayətinin mümkünlük məsələsinə baxılması x xxxxx 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə, o cümlədən kasasiya şikayətini tərtib etmiş iddiaçıya məhkəmə bildirişi göndərilmişdir.

16. İddiaçı tərəfindən mübahisə olunan məhkəmə sənədi xx xxxxxx 2020-ci ildə ona təqdim edilmişdir. Kasasiya şikayəti isə yuxarıda qeyd edildiyi kimi xx xxxxxx 2021-ci il tarixdə məhkəməyə təqdim edilmişdir.

17. Kasasiya şikayətindən görünür ki, iddiaçı onu xx xxxxxx 2021-ci il tarixdə imzalamış, bundan sonra poçta təqdim etmişdir.

18. İddiaçının kasasiya şikayəti verilməsi ilə bağlı şikayət vermə müddəti (9 və 10 yanvar qeyri-iş günləri olduğundan) xx xxxxxx 2021-ci il tarixdə bitmiş, kasasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulan 10 günlük müddəti ötürmüşdür.

19. Kasasiya şikayəti iddiaçı tərəfindən vaxtında təqdim edilməmişdir.

20. Kasasiya şikayəti vaxtında verilmədiyindən, qe yd olunan prosessual hüquq normalarına və məhkəmə presedentlərinə əsasən kasasiya mümkün sayılmayaraq kasasiya şikayətinin icraata qəbul edilməsindən imtina olunmalıdır

21. Yuxarıda göstərilənlərə və İnzibati Prosessual Məcəllənin 96.3, 96.10 və 98.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-398/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından verilən şikayət üzrə kasasiya mümkün sayılmasın. Kasasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar