Məhkəmə qərarları › İş №2-1(102)-609/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-609/2022

06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-609/2022 06.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: (57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) (İş № 2-1(102)-609/22) Hakimlər: Kərimov Səyyad Əli oğlu-məruzəçi, Quliyev Zakir Müslüm oğlu, Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə-iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtl ərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə-cavabdeh) qarşı “yaşa görə güzəştli şərtlərlə pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 dekabr 2021-ci il tarixli, 2-1(103)-2488/2021 saylı qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (AZE0*******, FİN:xxxxxxx8,) Naxçıvan şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır.

2. İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuşdur. Hərbi biletə əsasan 4.5.1975-ci il tarixdən 30.4.1977-ci ilədək həqiqi hərbi xidmət keçmişdir. Əmək kitabçalarının təsdiq və tərcümə olunmuş surətlərind ə qeyd olunmuş məlumatlara əsasən iddiaçı 3.7.1972-ci ildə “Azpromelektromontaj” Trestinin 1 saylı X11 İİ dərəcəli elektrik montyoru vəzifəsinə qəbul edilmiş, 5.9.1972-ci ildə tutduğu vəzifədən azad edilmişdir, 6.9.1974-cü ildə İİ dərəcəli elektrik montyoru vəzifəsinə qəbul edilmiş, 28.4.1975-ci ildə tutduğu vəzifədən azad edilmişdir. Hərbi xidmətdən sonra X11 1.6.1977-ci ildə İİ dərəcəli elektrik montyoru vəzifəsinə qəbul edilmiş, xx.xx.1977-ci ildə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1977ci ildə Naxçıvan MSSR Meliorasiya və Su Təsərrüfatı Nazirliyi X12 İdarəsində n/stansiyaları üzrə V dərəcəli böyük montyor vəzifəsinə qəbul olunmuş, 3.5.1978-ci ildə Əzizbəyov nasos stansiyasına mühəndis-elektrik vəzifəsinə keçirilmiş, 22.5.1981-ci ildə tutduğu vəzifədən azad edilmişdir. 5.6.1981-ci ildə “Azpromelektromontaj” X8 Sahəsinə (sonradan yeni adla təsərrüfat hesablı Naxçıvan “Elektrikquraşdırma” Sahəsi) usta vəzifəsinə qəbul edilmiş, 3.4.1995-ci ildə "xxxx" səhmdar cəmiyyətinin “Naxçıvan Quraşdırma İdarəsinə” iş ustası vəzifəsinə keçirilmiş, 31.3.1997-ci ildə tutduğu vəzifədən azad edilmişdir. 1.4.1997-ci ildən Naxçıvan MR "xxxx" Dövlət Şirkətinin “Elektrik və Tikinti Quraşdırma” İdarəsinə iş ustası vəzifəsinə qəbul edilmiş, xx.xx.2001-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir.

3. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 6.11.2020-ci il tarixli arxiv arayışında qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan “X9 İdarəsinin” sənədlərinə əsasən İddiaçı xx.xx.1981-ci il tarixli əmrlə işdən azad edilməsinin əmr kitabl arında göstərildiyi müəyyən olunmuşdur. 1977-1979-cu illər üzrə əmr kitabları Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyindən onun işə qəbul edilməsi haqda məlumat yoxdur. 1977-ci ildən 1978-ci ilin sentyabr ayına qədər əmək haqqı cədvəlləri Arxivə təhvil verilməyib. 1978-ci ilin oktyabr ayında əmək haqqı cədvəlində İddiaçı adına rast gəlinmişdir. Onun Naxçıvan “X2” Sahəsinə xx.xx.1981-ci il tarixli əmrlə usta vəzifəsinə qəbul edilməsi, xx.xx.1991-ci il tarixli əmrlə maddi yardım alanların siyahısında adının olması barədə əmr kitablarında qeydlər vardır. 1972,1974, 1975, 1977-ci illərə dair əmr kitabları Arxivə təhvil verilməmişdir. Əmr kitabları və əmək haqqı cədvəlləri 1991-ci ilə qədər olduğu üçün onun işdən azad edilməsi haqda məlumat yoxdur.

4. X3 tərəfindən 05 mart 1975-ci il tari xdə verilmiş diplomun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, iddiaçı 1971-ci ildə X1 daxil olmuş və 1975ci ildə həmin Texnikumu bitirmiş, ona texnik-elektrik ixtisası verilmişdir.

5. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdehin iddiaçıya göndərdiyi xx.xx.2020-ci il tarixli məktubda 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajının 25 ildən az təşkil etdiyi, eyni zamanda güzəştli iş stajının olmadığı və bu səbəbdən onun müraciətinin təmin olunmasından imtina edildiyi bildirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat

6. İddiaçı 2 fevral 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ona 57 yaşdan, yəni 31.3.2013-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, 3.7.1972-ci il tarixdən xx.xx.2001-ci il tarixədək əmək stajı vardır. 5.6.1981-ci il tarixdən xx.xx.2001-ci tarixədək usta vəzifəsində işləmişdir. Həmin vəzifə həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda (Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri - b) rəhbərlər və mütəxəssislər - tikinti və quraşdırma işlərini n ustaları - 2290000b—23419), həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bəndində (Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri b) rəhbərlər və mütəxəssislər - tikinti və quraşdırma işlərinin ustaları) öz əksini tapmışdır. 1.1.2006-cı il tarixədək 25 ildən çox ümumi və 20 ildən çox xüsusi stajı vardır.

8. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya dair yazılı etirazında göstərmişdir ki, iddiaçının təqdim etdiyi 7 sentyabr 1972-ci il tarixli əmək kitabçasında 5.6.1981-3.04.1995-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" səhmdar fi rmasının “Santexquraşdırma” İstehsalat Birliyinin 1 nömrəli “Bakı quraşdırma idarəsində” işlədiyi qeyd edilmişdir. Adıçəkilən müəssisədə işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə Sığorta Alt Sistemi (monitorinq) proqram təminatında araşdırma aparılmış, həmin müəssisənin xx.xx.2009-cu il tarixindən Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olduğu məlum olmuşdur. İddiaçının işlədiyi dövrdə həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığorta edən kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Bu səbəbdən də 01 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 25 ildən az təşkil edir. Eyni zamanda güzəştli iş stajı yoxdur. Cavabdeh inzibati orqan qeyd olunanları nəzərə alaraq iddianın təmin olunmamasını xahiş etmişdir.

9. Bakı İnzibati Məhkəməsinin (hakim X5) 30 iyun 2021-ci il tarixli, 2-1(112)4067/2021 saylı qərarı ilə iddia təmin edilərək iddiaçıya 57 yaşdan, yəni xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın müraciət edilən tarixdən (xx.xx.2020-ci il) əvvəlki üç il üçün, yəni xx.xx.2017-ci il tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının əmək kitabçasındakı qeydlər və hərbi xidmət dövrü nəzərə alınmaqla, onun xx.xx.2006-cı il tarixədək 25 ildən artıq, yəni 30 il 9 ay 25 gün ümumi iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. İddiaçı xx.xx.1981-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində X4 “Elektrikquraşdırma” Sahəsində ust a vəzifəsinə işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Həmin Siyahıda iddiaçının işlədiyi peşələr nəzərdə tutulmuşdur. Həmçinin iddiaçının işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpas ı və təmiri bölməsi” adlanan 29-cu bölməsində nəzərdə tutulmuş “mütəxəssislər” - tikinti və quraşdırma işləri üzrə ustalar peşəsinə uyğundur.

11. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X6 məruzəçi, X10 və X7) 23 dekabr 2021-ci il tarixli, 2-1(103)- 2488 /2021 saylı qərarı ilə birinci instansiya məhkəməsinin 30 iyun 2021-ci il tarixli qərarı ləğv edilmiş və iddia rədd edilmişdir.

13. Bakı Apelyasiya Məhkəməsi hesab etmişdir ki, iddiaçının təhsil və hərbi xidmət müddəti, əmək kitabçasının 1981-ci ilə kimi olan və 1995-2001-ci illər üzrə qeydləri nəzərə alınmaqla, iddiaçının ümumilikdə 15 il 6 ay 28 gün (9 il 11 ay 20 gün + 5 il 7 ay 17 gün) iş stajının mövcud olduğu müəyyən edilir. Başqa sözlə, tələb olunan azı 25 il ümumi iş stajı toplanmır. Onun əmək fəaliyyətinin 1981-1991-ci illərə düşən dövrünün isə yuxarıda qeyd edilən səbəblərə görə, fasiləsiz iş stajı kimi qəbul edilməsi mümkün deyildir. Hətta həmin müddət, şərti olaraq, onun ümumi əmək stajına daxil edilsə belə, məhkəmə kollegiyasının qənaətinə görə, ona güzəştli pensiya hüququ verən “tikinti və quraşdırma işlərinin ustası” vəzifəsində fasiləsiz iş stajını ehtiva edən mötəbər məlumat kimi qiymətləndirilməsi və qəbul edilməsi istisna edilir. Belə olan halda, ən azından, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbi nəzərə alınmaqla, xx.xx.2006-cı il tarixinə “Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsi nin 1-ci hissəsinin «b» bəndinə müvafiq olaraq azı 12 il 6 ay xüsusi iş stajı toplamadığı üçün onun güzəştli şərtlərlə 57 yaşından pensiya hüququ da yaranmır.

14. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

15. Bakı Apelyasiya Məhkəməsi iddiamı rədd edərkən aşağıdakılara istinad etmişdir: -iddiaçının 1995-ci ildə işdən çıxma əmrində səlahiyyətli şəxsin imzasının və əmrin tarixinin olmaması; -əmək kitabçasında aparılmış qeyddə müəssisənin ləğvi ilə əlaqədar iddiaçının başqa bir işə köçürülməsi əks olunsa da, həmin dördə qüvvədə olan “Əmək qanunları Məcəlləsi”nin 38-ci maddəsinin 1-ci hissəsinin “a” bəndinə əsasən belə bir halın qanunvercilik lə mümkün olmaması; -birinci instansiya məhkəməsi tərəfindən məhkəmə tədqiqatı zamanı Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivindən əldə edilmiş məlumatlar əsasında iddiaçının 1981-ci ildən 1995-ci ilə qədər fasiləsiz əmək fəaliyyəti ilə məşğul olmasının sübut olunmaması; -ümumi iş stajı sübut edilmədiyi üçün həmin dövrlərin güzəştli iş stajı kimi qəbul edilməsinin mümkünsüz olması.

16. Halbuki, X14 tərəfindən verilmiş cavab məktubundan da müəyyən olunur ki. iddiaçının xx.xx.1981-ci il tarixdə həmin müəssisəyə işə daxil olması barədə əmr mövcuddur. 1995-ci ilin əmrlər kitabı arxivə təhvil verilmədiyindən, bu barədə məlumat məhkəməyə təqdim edilməmişdir. Əmək kitabçasında aparılmış və şikayətin 2-ci bəndində istinad edilən qeydlərdəki natamamlıqlar iddiaçının təqsiri ucbatından baş ve rməmişdir və sırf bu əsasla iddiaçının sosial təminat hüququnun pozulması qəbul edilən deyil.

17. Məhkəmə kollegiyası öz qərarında həmin dövrdə qüvvədə olmuş “Əmək qanunları Məcəlləsi”nin 38-ci maddəsinin 1-ci hissəsinin “a” bəndinə istinad etmişdir. Halbuki iddiaçıya məxsus əmək kitabçasına diqqət yetirildikdə, işlər 2 nömrəli, istərsə də 3 nömrəli qeyddə həmin qanunvericilik normasına istinad olunmamışdır.

18. Məhkəmə qeyd etmişdir ki, arxivdən əldə edilmiş sənədlər əsasında iddiaçının 1981-ci ildən 1995-ci ilə qədər fasiləsiz əmək fəaliyyəti ilə məşğul olması sübut edilmir. Qeyd olunmalıdır ki, X14 tərəfindən məhkəməyə ünvanlanmış sorğuya cavab məktubunda iddiaçının orada işləmədiyinə dair hər hansı bir fakt göstərilməmişdir.

19. Həmin sənədlərdən 1981-ci ildə işə qəbul olunmuş şəxsin 1 991-ci ildə həmin müəssisədən maddi yardım alması görünür və bu iddiaçının həmin müəssisədə fasiləsiz işləməsi faktını təsdiq edir. İşəgötürən müəssisə tərəfindən 1995-ci ilə aid əmrlər kitabının arxivə təhvil verilməməsi iddiaçının təqsiri olmamışdır. Eyni zamanda iddiaçıya məxsus əmək kitabçasının 3 nömrəli qeydindən də görünür ki, iddiaçı yeni bir müəssisədə işə qəbul edilmişdir. Yəni əmək kitabçasında 1981-1995-ci illər üzrə əlavə bir qeyd öz əksini tapmamışdır. Bu hal isə iddiaçının təsərrüfat hesablı Naxçıvan “Elektrikquraşdırma” sahəsində fasiləsiz işlədiyinin sübutu sayılmalıdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apelyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hü quq 21. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. (çıxarılıb) b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-ist ehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 22. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. (1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyada) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı sı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1. (1 iyul 2017-ci ildən qüvvədə olan redaksiyada) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 23. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ həmin Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli,12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 ya nvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. 24. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.

25. İnzibati Prosessual Məcəllə (İPM) Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakç ılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. (-). Maddə

58. Sübutların araşdırılması qaydası (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə

91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu g ündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri

26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

27. Kassasiya şikayətində apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən–qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Apelyasiya instansiyası mə hkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə əməl edilməmiş, prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslandığından, şikayət təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

29. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki h alları araşdırmağa borcludur.

30. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid sənədlərin, faktların və digər mübahisəli halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apelyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır.

31. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı hüququnun yarandığı tarixdən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. İddiaçının əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün ona münasibətdə pensiya qanunvericiliyi ilə müəyyən edilmiş dispozisiya şərtlərinin ödənilməsi tələb olunur. Başqa sözlə, iddiaçının 57 yaşı tamam olmalı, 25 il ümumi iş stajına malik olmalı və həmin stajın ən azı 12 il 6 ayını güzəştli pensiya hüququ verən işlərdə qazanmış olmalıdır.

32. İddiaçının 1 yanvar 2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq əmək şəraiti zərərli və ağır olan işlərdə xüsusi iş stajına malik olması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq onun 57 yaşı tamam olduğu vaxt güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamış, iddiaçı xx.xx.2006-cı il tarixinədək tələb edilən 25 il ümumi, o cümlədən 12 il 6 ay güzəştli iş stajını toplamamışdır.

33. Hazırkı mübahisə üzrə araşdırılmalı olan hal iddiaçının xx.xx.2006-cı il tarixinədək tələb olunan xüsusi iş stajını toplaması, yəni güzəştli pensiya hüququ verən peşə və vəzifələrdə (Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş müvafiq Siyahı üzrə) azı 12 il 6 ay iş stajına malik olmasının müəyyən edilməsindən ibarətdir. 34. 11 dekabr 2017-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Başqa sözlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericililiklə təsbit olunmuş istinad olunan tələbə uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində çalışmasına dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.

35. Bu arayışın tələb olunmasında məqsəd, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin yuxarıda istinad olunan siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri ilə və ya peşələrlə uyğunluğunu dəqiqləşdirməkdir. Nəzərə almaq lazımdır ki, həmin arayışda məzmun baxımından sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasının qeyd edilməsi yetərli sayıla bilməz. Arayışda həmçinin işçinin gördüyü işin siyahılara uyğunluğunu məhkəmə tərəfindən qiymətləndirməyə və bununla bağlı müəyyən nəticəyə gəlməyə imkan verən verən zəruri istehsalat-texnoloji məlumatlar, eyniləşdirmə üçün zəruri olan meyarlar əks etdirilməli və əsaslandırılmalıdır.

36. Ali Məhkəmə tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddət lərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apelyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq, işə baxılarkən həmin arayışın məzmununu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiya hüququ verən sahəd ə və peşədə işləyib-işləmədiyini mötəbər qaydada müəyyən etməlidir.

37. Oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyni liyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.

38. Həmçinin qeyd olunmalıdır ki, istinad olunan arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 06 ay) çalışmasını müəyyən etməyə imkan verən məzmunda olmalıdır.

39. Cavabdehin imtinasının və apelyasiya şikayətinin əsas dəlili təqdim olunmuş sənədlərdə iddiaçının xx.xx.1981-xx.xx.1995-ci il tarixləri əhatə edən dövrdə "xxxx" səhmdar firmasının “Santexquraşdırma” İstehsalat Birliyinin 1 nömrəli “Bakı Quraşdırma” İdarəsində işlədiyinin qeyd edilməsinə rəğmən həmin idarənin DSMF-də 2009-cu ilə qədər sığortaolunan kimi qeydiyyatının aşkar olunmadığı, ona görə də məcburi sığorta haqqı ödəmədiyi və bu baxımdan həmin dövrün iddiaçının sığorta stajı kimi qəbul edilməsinin mümkün olmaması ilə bağlıdır.

40. Kassasiya şikayətinə etirazında isə cavabdeh iddiaçının əmək kitabçasına istinadən onun xx.xx.1981-ci il tarixində X4 “Elektrikquraşdırma” Sahəsində usta vəzifəsinə qəbul edildiyini, lakin onun həmin müəssisədən işdən azad olunması barədə müvafiq qeydin olmadığını və sonrakı qeydin xx.xx.1995-ci ilə aid olduğunu göstərmişdir.

41. Apelyasiya məhkəməsi tərəfindən bununla bağlı hərtərəfli araşdırma aparılmamış, iddiaçının 1981-1995-ci il lərə aid əmək fəaliyyəti ilə bağlı bu qərarın 40cı bəndində qeyd olunan ziddiyyətli məqam araşdırılmamış, o cümlədən onun həmin dövrdə eyni zamanda həm "xxxx" Səhmdar Cəmiyyətinin “Santexquraşdırma” İstehsalat Birliyinin 1 nömrəli “Bakı Quraşdırma” İdarəsində, həm də X4 “Elektrikquraşdırma” Sahəsində işləməsinin mümkünlüyü ilə bağlı xüsusatları aydınlaşdırmamışdır. "xxxx" Səhmdar Cəmiyyətinin hansı vaxtdan fəaliyyətə başladığını, iddiaçının həmin müəssisədə işləyib-işləmədiyini, əmək haqqı alıbalmadığını yoxlamamış, bununla bağlı müəssisəyə və aidiyyəti qurumlara müvafiq sorğularla müraciət etməmişdir. "xxxx" ASC-nin ləğv edilməsi məhkəməni iddiaçının həmin müəssisədə əmək fəaliyyətini araşdırmaq və belə hallarda Ali Məhkəmə tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda qeyd o lunan şəkildə davranmaq öhdəliyindən azad edə bilməz. Nəzərə almaq lazımdır ki, "xxxx" Səhmdar Cəmiyyətinin “Santexquraşdırma” İstehsalat Birliyinin 1 nömrəli “Bakı Quraşdırma” İdarəsinin 2009-cu il tarixinə qədər DSMF-də sığortaolunan kimi qeydiyyatının aşkar olunmaması həmin müəssisənin fəaliyyət göstərmədiyi anlamıına gəlmir. Həmçinin nəzərə alınmalıdır ki, müəssisənin qeydiyyatının aşkar olunmaması birmənalı şəkildə onun məçburi dövlət sığorta haqqını ödəmədiyinin sübutu sayıla və iddiaçının ziyanına təfsir oluna bilməz. Məhkəmənin qeyd edilən hallarla bağlı apardığı araşdırma onun iş üzrə gəldiyi qənaətin təsdiqi baxımından yetərli sayıla bilməz.

42. Bundan əlavə, iş üzrə materiallara əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 6.11.2020-ci il tarixli arayışda X9 İdarəsinin 1977-1979-cu illər üzrə əmr kitablarının arxivə təhvil verilmədiyi üçün iddiaçının işə qəbul edilməsi haqda məlumatın aşkar edilmədiyi, 1977-1978-ci ilin sentyabr ayına qədər əmək haqqı cədvəllərinin arxivə təhvil verilmədiyi qeyd olunmuşdur. Eyni zamanda X9 İdarəsinin Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan sənədlərinə əsasən, İddiaçı xx.xx.1981-ci il tarixli əmrlə işdən azad edilməsinin əmr kitablarında qeyd edildiyi,1978-ci ilin oktyabr ayında əmək haqqı cədvəlində iddiaçının adına rast gəlindiyi bildirilmiş, xx.xx.1981-ci il tarixli əmrlə X4 “Elektrikquraşdırma” Sahəsinə usta qəbul edildiyi, xx.xx.1991-ci il tarixli əmrə əsasən, adının əmr kitablarında maddi yardım alanların siyahısında olduğu göstərilmiş, 1972,1974, 1975, 1977-ci illərə dair əmr kitablarının arxivə təhvil verilmədiyi, əmr kitablarının və əmək haqqı cədvəllərinin 1991-ci ilə qədər olan dövrü əhatə etdiyi üçün iddiaçının işdən azad edilməsi haqda məlumat aşkar edilmədiyi bildirilmişdir.

43. Apelyasiya məhkəməsi tərəfindən iddiaçının xx.xx.1981-xx.xx.1995-ci il tarixləri əhatə edən dövrdə "xxxx" Səhmdar Cəmiyyətinin “Santexquraşdırma” İstehsalat Birliyinin 1 nömrəli “Bakı Quraşdırma” İdarəsində və ya X4 “Elektrikquraşdırma” Sahəsində işlədiyi müəyyən edilməli, eləcə də onun X4 “Elektrikquraşdırma” Sahəsində işdən azad olunması barədə əmrin aşkar olunmamasına iddiaçının xx.xx.1981-ci il tarixli əmrlə Naxçıvan X2 Sahəsinə usta qəbul edildiyi və onun adının xx.xx.1991-ci il tarixli əmrə əsasən əmr kitablarında maddi yardım alanların siyahısında olduğu nəzərə al ınmaqla qiymət verilməli idi. İddiaçının adının maddi yardım alanların siyahısında olması faktı onun xx.xx.1981xx.xx.1995-ci il tarixləri əhatə edən dövrə aid əmək fəaliyyətinin sığorta stajına hesablanması ilə bağlı məslənin həlli üçün (sığorta stajına hesablamaqla bağlı) yetərli və hərtərəfli araşdırmanın aparılmadığını göstərir.

44. Bundan başqa, məhkəmə iddiaçının işlədiyi müəssisənin ləğvi ilə əlaqədar onun yeni müəssisəyə köcürülməsi ilə bağlı əmək kitabçasında xx.xx.1995-ci ilə aid aparılmış qeydlərə qiymət verərkən həmin müəssisələrin biri-birinə bağlılığını, yəni yeni yaradılan müəssisənin ləğv edilən müəssisənin bazasında yaradılıbyaradılmadığını, müəssisələrə münasibətdə hüquqi varisliyin mövcud olub-olmadığını araşdırmamış, “Əmək Qanunları Məcəlləsi”nin 38-ci maddəsinin 1-ci hi ssəsinə ümumi istinadla kifayətlənmişdir. Həmçinin "xxxx" Səhmdar Cəmiyyətinin və X4 “Elektrikquraşdırma” Sahəsinin biri-birinə təşkilati-tabeçilik və funksional aidiyyətinin və bağlılığının olub-olmaması da müəyyən edilməlidir. İş üzrə obyektiv qərarın qəbulu baxımından həmin halların araşdırılması xüsusi əhəmiyyət daşıyır. 45. “Azpromelektromontaj” Trestinin X4 “Elektrikquraşdırma” Sahəsi və ya "xxxx" Səhmdar Cəmiyyətinin “Santexquraşdırma” İstehsalat Birliyi tərəfindən iddiaçının güzəştli iş stajı barədə arayış məhkəməyə təqdim olunmamış, bununla bağlı məhkəmə tərəfindən müvafiq arayışın əldə edilməsi üçün Ali Məhkəmənin yuxarıda istinad olunan icmal məktubuna uyğun müvafiq tədbirlər həyata keçirilməmişdir.

46. Beləliklə, apelyasiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən iş üzrə zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz. 47. “N. Əbilovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə akt larında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.

48. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir(“S. Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

49. Avropa İnsan Hüquqları M əhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmələr tərəfindən məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul edilməlidir. (Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarı).

50. Nəzərə almaq lazımdır ki, qeyd olunan halların araşdırılması və müəyyən edilməsi hazırkı mübahisə üzrə obyektiv və qanunauyğun qərarın qəbulu üçün mühüm əhəmiyyət kəsb edir.

51. Məhkəmə kollegiyası yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən əsaslı sayılmalı və qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İ şə təkrar baxılması zamanı apelyasiya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.

52. Yuxarıda şərh olunanlara və İPM-in 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti qismən təmin edilir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 dekabr 2021-ci il tarixli, 21(103)-2488/2021 saylı qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Kassasiya şikayəti qalan hissədə təmin edilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar