Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-609/2023 11.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunu n Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “52 yaşı tamam olduğu xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3020/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilə qədər Sovet ordu sıralarında hərbi xidmət keçmişdir.
2. Diplomun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 1985-ci ildə Azərbaycan Neft və Kimya institutuna daxil olmuş və 1990-c ı ildə (xx.xx.1985xx.xx.1990) elektrik stansiyaları ixtisası üzrə həmin institutu bitirmişdir.
3. İddiaçıya məxsus xx.xx.1982-ci il tarixli, ИТ-İ seriyalı, ******* №-li əmək kitabçasından çıxarışdan və xx.xx.1990-cı ildə verilmiş İT seriyalı ******* №li əmək kitabçasının notarial təsdiq və tərcümə olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1981-ci ildə Əli Bayramlı şəhər İstixanalar və İstilik sistemləri Birliyi İnternat məktəbində istixana çilingəri vəzifəsinə təyin olunmuş, xx.xx.1982-ci ildə mövsümün bitməsi ilə əlaqədar işdən azad olunmuşdur. xx.xx.1984-cü ildə 2 №li trestin 29 saylı tikinti idarəsində 1-ci dərəcəli fəhlə vəzifəsinə qəbul olunmuş, xx.xx.1985-ci ildə tutduğu vəzifədən azad olunmuşdur. xx.xx.1990-cı ildə “Xəzərdənizneftqazsənaye” İB-nin X1 Qazma İdarəsində “Şelf -2” yarımdalma üzən qazma qurğusuna (YDÜQQ) 4-cü bölmənin qazma qurğularına texniki qulluq üzrə elektrik montyoru olaraq gənc mütəxəssis kimi işə qəbul olunmuş, xx.xx.1991-ci ildə eyni qurğuya elektrik avadanlıqlarının təmiri üzrə mexanik vəzifəsinə keçirilmiş, xx.xx.1992-ci ildə “Şelf-5” YDÜQQ qurğuya elektrik avadanlıqlarının təmiri üzrə mexanik, xx.xx.1993-cü ildə eyni qurğuya 4-cü dərəcəli xidmət üzrə elektrik montyoru, xx.xx.1993-cü ildə “Şelf” YDÜQQ qurğuya 5-cidərəcəli xidmət üzrə Nəzarət ölçü cihazları (NÖÇ) avtomatika üzrə çilingər, xx.xx.1994-cü ildən “Şelf-5” YDÜQQ qurğuya elektrik avadanlığının mexaniki, xx.xx.1997-ci ildə “Şelf-5” YDÜQQ qurğuya 5-ci dərəcəli xidmət üzrə NÖÇ avtomatika üzrə çilingər peşəsinə keçirilmiş, xx.xx.1998-ci ildə işdən azad edilmişdir. xx.xx.1998-ci il də “X7”nda takelajçı vəzifəsinə qəbul olunmuş, 27 mart 2000-ci il tarixdə həmin qurğuda elektrik montyoru, xx.xx.2005-ci ildə “Dədə Qorqud” Qurğusunda baş elektrik vəzifəsinə keçirilmişdir. 4. “X2” LTD şirkəti tərəfindən verilmiş 15 aprel 2019-cu il tarixli DDG-002-2019 №li güzəştli arayışda göstərilmişdir ki, İddiaçı yarım batan üzən qazma qurğusunda dənizdə tam iş günü ilə istehsalat peşələrində bilavasitə iştirak edən böyük elektrik -1 vəzifəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarına əsasən, 1 saylı siyahı X-bölmə, Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün) güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı 20 (iyirmi) il 07 (yeddi) ay 09 (doqquz) gün təşkil edir: xx.xx.1998xx.xx.2000 (01 il 06 ay 19 gün); xx.xx.2000-xx.xx.2005 (05 il 03 ay 09 gün); xx.xx.2005xx.xx.2019 (13 il 09 ay 08 gün). Neftin qazılması və hasilatı fəhlələr-1100000a-19861.
5. SOCAR “X5i tresti” tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arxiv arayışında göstərilmişdir ki, İddiaçı xx.xx.1990-cı ildən xx.xx.1998-ci ilə kimi “Xəzərdənizneftqazsənaye” İB-nin X1 Qazma İdarəsində işləmişdir. “Xəzərdənizneftqaz” İB-nin 10 mart 1993-cü il tarixli 78 №li əmrinə əsasən, xx.xx.1993-cü il tarixindən “Xəzərdənizneftqaz” İB-nin “Xüsusiləşdirilmiş Texniki Vasitələrlə” DKQİ-nin adı dəyişdirilərək X1 Qazma İdarəsi adlandırılmışdır. xx.xx.2003-cü il tarixdən SOCAR-ın 28 saylı və “Azneft” İB-nin strukturunun təkmiləşdirilməsi haqqında xx.xx.2003-cü il tarixli 8 №li əmri ilə X1 Qazma İdarəsi Qazma Sexi kimi “Bayıl Limanı” DKQİ-nin tərkibinə verilib. SOCAR-ın xx.xx.2007-ci il tarixli 51 saylı və xx.xx.2007-ci il tarixli 60 saylı əmrləri ilə “X5i” tresti yaradılmışdır və “Bayıl Limanı” DKQİ trestin tabeliyinə verilmişdir. SOCAR-ın xx.xx.2012-ci il tarixli 65 saylı əmri ilə “Bayıl Limanı” DKQİ-nin adı dəyişdirilərək, “Xəzər” X4 İdarəsi adlandırılmışdır. xx.xx.2012-ci il tarixdən SOCAR-ın 101 saylı və “X5i” trestinin strukturunun təkminləşdirilməsi haqqında xx.xx.2012-ci il tarixli 82 saylı əmrinə əsasən, “Xəzər” X4 İdarəsi ləğv edilib və onun arxivi “Sahil” Qazma İşləri İdarəsinə verilmişdir. Qazma İdarəsi ləğv edilib və onun arxivi “Sahil” Qazma İşləri İdarəsinə verilib. SOCAR-ın xx. xx.2013-cü il tarixli, SOCAR/13-1000/01/SM-05-000034 saylı əmrinə əsasən, “Sahil” Qazma işləri İdarəsi ləğv edilmiş və “Bulla, 8 Mart, Ümid” İstehsalat Bölümü kimi fəaliyyət göstərmişdir. “X5i” trestinin “Təşkilatı struktur və ştat cədvəlinin tətbiqi haqqında” xx.xx.2021-ci il tarixli, SOCAR **********0040020A00070 saylı əmrinə əsasən, “Bulla, 8 Mart, Ümid” İstehsalat bölümü hal-hazırda “Sahil” İstehsalat bölümü kimi fəaliyyət göstərir. İddiaçı işlədiyi vəzifələr aşağıdakı kimi olmuşdur: xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək X1 Qazma İdarəsində “Şelf-2” YDÜQQ qurğuya 4cü dərəcəli xidmət üzrə elektrik montyoru peşəsinə qəbul olunmuş; xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək eyni qurğuya elektrik avadanlıqlarının təmiri üzrə mexanik vəzifəsinə keçirilmiş; xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək “Şelf-5” YDÜQQ qurğuya elektrik avadanlıqlarının təmiri üzrə mexanik vəzifəsinə keçirilmiş; xx.xx.1993-cü ildən xx.xx.1993cü ilədək eyni qurğuya 4-cü dərəcəli xidmət üzrə elektrik montyoru peşəsinə keçirilmiş; xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilədək “Şelf” YDÜQQ qurğuya 5-ci dərəcəli xidmət üzrə NÖÇ avtomatika üzrə çilingər peşəsinə keçirilmiş; xx.xx.1994-cü ildən xx.xx.1997-ci ilədək “Şelf-5” YDÜQQ qurğuya elektrik avadanlığının mexanik vəzifəsinə keçirilmiş; xx.xx.1997ci ildən xx.xx.1998-ci ilədək “Şelf5” YDÜQQ qurğuya 5-ci dərəcəli xidmət üzrə NÖÇ avtomatika üzrə çilingər peşəsinə keçirilmiş, xx.xx.1998-ci ildə işdən azad edilmişdir. Bu müddətdə ümumi iş stajı 08 il 01 ay 06 gün, güzəştli iş stajı 08 il 01 ay 06 gün təşkil edir. Arayışın qeyd hissəsində göstərilmişdir ki, Azərb aycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş elektrik montyoru 1100000a-19838, mexaniklər və böyük mexaniklər 1100000b-23485 kodu ilə 08 il, 01 ay 06 gün güzəştli iş stajı təşkil edir.
6. İddiaçı 52 yaşı tamam olduğu tarixdən, yəni 12 fevral 2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavab orqana müraciət etmişdir.
7. Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, Mərkəzi Filiala təqdim olunmuş SOCAR-ın X5 Trestinin İddiaçı dair xx.xx.2021-ci il tarixli arayışında xx.xx.1993-xx.xx.1994-cü il və xx. xx.1997-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər ərzində adıçəkilən trestdə avtomatika üzrə çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, onun yuxarıda qeyd olunan dövrlərdə əmək fəaliyyəti ilə məşğul olduğu zaman işlədiyi avtomatika üzrə çilingər vəzifəsi mədənlərdə tərkibində kükürdlü hidrogen olan (1,5%-dən çox) qazın kompleks qurğularının hazırlanması ilə məşğul olan nəzarət ölçü cihazları və avtomatika üzrə çilingərlər vəzifəsinə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 06 aydan az (5 il 6 ay 28 gün (xx.xx.1990-xx.xx.1993-cü il, xx.xx.1994-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Bundan başqa, əmək kitabçasında xx.xx.1998 - xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində takelajçı işlədiyi qeyd edildiyi halda, “X2” LTD-nin on a dair xx.xx.2019-cu il tarixli DDG-002-2019 nömrəli arayışında həmin dövr ərzində üzən qazma qurğusunda elektrik vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu göstərilmişdir. Göründüyü kimi, təqdim olunmuş sənədlərdə uyğunsuzluq vardır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşının tamam olduğu 12 fevral 2016-cı il tarixdən təyin olunmas ı vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
9. İddiaçı iddia ərizəsini bu qərarın 1-7-ci bəndlərində qeyd olunan məlumatlara istinad etməklə, əmək fəaliyyəti ilə məşğul olduğu müddətlərin, təqdim etdiyi sənədlərə əsasən sübuta yetirildiyi ilə əsaslandırmış və cavabdehin imtinasını əsassız hesab etdiyini bildirmişdir.
10. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı verilmiş yazılı etirazda qeyd edilmişdir ki, iddiaçı güzəştli iş stajını təsdiq edən sənəd kimi ARDNŞ-nin X5 Trestinin xx.xx.2021-ci il tarixli arayışına istinad edir. Arayışda iddiaçının çalışdığı peşələrin NK-nin 320 saylı Qərarı ilə təsdiqlənmiş 1 saylı Siyahıda 1100000a19838 (buruqlara xidmət üzrə elektrik montyorları) və 1100000b-23485 (quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklər və böyük mexaniklər) kodları altında nəzərdə tutulduğu göstərilmişdir. Həmin arayışda iddiaçının xx.xx.1993-xx.xx.1994-cü illərdə (10 ay 5 gün) və xx.xx.1997-xx.xx.1998-ci illərdə (01 il 08 ay 03 gün) Trestdə avtomatika üzrə çilingər vəzifəsində çalışdığı qeyd edilmişdir. Bu peşələrin arayışda istinad edilən kodlardakı peşələrlə üst-üstə düşməsi müəyyən edilmir. Bundan başqa, əmək kitabçasında iddiaçının xx.xx.1998-xx.xx.2000-ci illərdə (01 il 06 ay 20 gün) takelajçı peşəsində çalışdığı qeyd edilmişdir. Lakin “X3 Ltd” MMC-nin verdiyi arayışda həmin peşənin uyğun gəldiyi kod konkret göstərilməmişdir. Ona görə də arayış qeyri-mötəbərdir.
11. Bakı İnzibati Məhkəməsinin (hakim: N.İ.Abıyev) 2-1(112)-6812/2022 nö mrəli, 13 iyul 2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
12. Məhkəmə qeyd etmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajının (iddiaçıya məxsus attestat, əmək kitabçası və hərbi biletdə qeyd olunmuş məlumatlar nəzərə alınmaqla), o cümlədən 10 ildən artıq, güzəştli şərtlərlə iş stajının mövcud olması iş materialları ilə öz təsdiqini tapmışdır. Buna görə də, iddia təmin edilməlidir.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya in stansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən: S.İ.Bəktaşi, hakimlər: A.S.Hüseynov və A.Ə.Hüseyn) 2-1(103)-3020/2022 nömrəli, 20 oktyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmış, iddiaçıya 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq müraciət edildiyi tarixdən 3 il əvvəlki dövr üzrə, yəni xx.xx.2018-ci il tarixdən pensiyanın ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbi nin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
17. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir.
18. Əlavə olaraq bildirilmişdir ki, arayışda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş iddiaçının xx.xx.1990-xx.xx.1991-ci və xx.xx.1993-xx.xx.1993-cü ilədək işlədiyi elektrik montyoru kod 1100000a-19838. xx.xx.1991-xx.xx.1993-cü və xx.xx.1994-xx.xx.1997-ci ilədək mexaniklər və böyük mexaniklər 1100000b-23485 kodu ilə 5 i l 06 av 28 günü güzəştli iş stajı təşkil edir.
19. Göründüyü kimi iddiaçıya güzəştli iş hüququ verən arayışda onun işlədiyi NÖÇ avtomatika üzrə çilingər (xx.xx.1993-xx.xx.1994; xx.xx.1997-xx.xx.1998) peşəsinin güzəştli iş hüququ verən peşə olması müəyyən edilmir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olmasının dəqiq göstərilməli olduğu qeyd edilmişdir.
21. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək ş əraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
23. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
38. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 24. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Həmin Qanun qüvvəyə mindiyi günədək həmin Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 25. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş): Maddə
13. Redaksiyasına əsasən axırıncı i ş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmi n işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır.
26. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apell yasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜY Ü, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
28. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdiri lməsi üçün əsas yoxdur.
30. X6 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Hazırkı işin hallarına əsasən, iddiaçı xx.xx.2021-ci il tarixdə cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin olunmasını xahiş etmişdir.
33. Cavabdeh iddiaçının kifayət qədər güzəştli iş stajına malik olmaması səbəbilə müraciətin təmin olunmasından imtina etmişdir.
34. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı işəgötürən tərəfindən verilmiş arayışlara əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək 13 il 10 ay 10 gün güzəştli iş stajı olması təsdiqini tapmışdır. İş materiallarına əsasən iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 20 il ümumi əmək stajının olması və onun 10 ildən artıq müddətini 1 nömrəli Siyahı üzrə nəzərdə tutulmuş sahədə (kod-1100000a-19838, 1100000a-19861, 1100000b23485) işləməsi tam sübuta yetirildiyindən onun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun (1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş) 13-cü maddəsinə a) bəndinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
35. Beləliklə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əsaslandırmasını düzgün, gəldiyi nəticəni işin faktik hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab edir. Hazırkı mübahisə üzrə iddiaçıya pensiya təyin olunması üçün müvafiq norma ilə nəzərdə tutulmuş dispozisiya şərtləri ödənilm işdir.
36. İşə baxılarkən sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırılmış, sübutlara hüquqi qiymət verilmişdir. İddiaçının tələbi ilə bağlı cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
37. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 oktyabr 2022-ci il tarixli, 21(103)-3020/2022