Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-609/2024 06.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: növbədənkənar səyyar vergi yoxlamasının aparılmasının əsası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İq tisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-533/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 12 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2021-ci il tarixli **********1151623 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarına əsasən oktyabr 2018-sentyabr 2021 vergi dövrləri üzrə "xxxx" MMC-də nö vbədənkənar vergi yoxlaması təyin edilmişdir. 2. 12 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********162633 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarla "xxxx" MMC azaldılmış vergilər üzrə 45800,13 manat və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 23344,69 manat, Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi hesabatını və ya Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 440 manat vergi məsuliyyətinə cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) biri nci instansiya məhkəməsindəki icraat
3. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli **********162633 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********162633 nömrəli "Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta v ə sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" qərarına əsasən iddiaçıya 21598.30 manat əlavə vergi hesablanmış, 23344.69 manat maliyyə sanksiyası tətbiq edilmişdir. "xxxx" MMC əsasən neft məhsullarının satışı ilə məşğul olur. Əlavə olaraq nəzarət-kassa aparatlarının satışı ilə məşğul olmuşdur. Neft məhsullarının qiyməti dövlət tərəfindən tənzimlənir və buna görə də neft məhsullarını yuxarı qiymətə satmaq qanunla qadağandır. Neft məhsulları müqaviləyə əsasən elektron qaimə faktura əsasında alınır və pərakəndə qaydada əhaliyə satılır. Neft məhsullarının satışını həyata keçirmək üçün cəmiyyət tərəfindən işin yerinə yetirilməsi üçün cəmiyyət işə işçilər qəbul edir və Elektron hökumət portalında yerləşdirilir. Həmdə işçilər barədə hesabatlar dövlət orq anlarına təqdim edilir və verginin internet bazasında bunlar əks etdirilir. Bank xərcləri və kommunal xərclər aidiyyəti orqanlar tərəfindən elektron qaimə faktura ilə təsdiqlənir. Beləliklə, neft məhsullarının alış və satış sənədləri tam rəsmi qaydada vergi orqanının internet bazasında görünür, alınan malların miqdarı da, qiyməti də, alış dəyəri də vardır. Satış qiyməti isə dövlət tərəfindən tənzimləndiyi üçün satış qiyməti də məlumdur. Nəzarət kassa aparatları idxal olunur və ya rəsmi qaydada elektron qaimə faktura ilə alınır. Çünki Nəzarət kassa aparatı Azərbaycanda istehsal olunmur. Ona görə də uçotdan yayındırmaq mümkün deyildir. Yuxarıda qeyd olunduğu kimi alınan bütün mallar rəsmi qaydada alınmışdır. Alınan məhsulların alış dəyəri xərcə aid edilir. Əlavə xərclər əmək haqqı, sosial mü dafiə fondlarına ayırmalar, nəqliyyat xərcləri, bank xərcləri, elektrik enerjisi kimi xərclərdən ibarətdir ki, buda vergi orqanının internet bazasında vardır. Belə olan halda Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə əsasən həmin xərclər satışdan əldə olunan gəlirdən çıxılır və əmələ gələn mənfəətdən 20 faiz dərəcə ilə vergi hesablanıb büdcəyə ödənilir. Səyyar vergi yoxlaması vergi ödəyicisinin yerləşdiyi ünvanda aparılır. Həmin sənədlər yoxlanılmaq üçün yoxlayıcıya təqdim edilir. İddiaçı tərəfindən həmin sənədlərin hamısı yoxlayıcıya təqdim edilmişdir. Yoxlayıcı həmin sənədləri vergi orqanının internet bazasından da əldə edə bilir, həmçinin iddiaçı tərəfindən də təqdim edilə bilir. İddiaçı kağız formatında olan sənədləri kağız formatında, elektron qutuda olan sənədləri isə kompüter bazasından yoxlamaya təqdim etmişdir. Vergi orqanı gəlirlərdən xərc maddələrini çıxmaq əvəzinə qərəzlilik və Vergi Məcəlləsinin tələblərinə zidd olaraq hərəkətliliyə yol vermişlər ki, buda məsuliyyətə səbəb olur. Vergi orqanının nümayəndələri qanuna zidd olaraq Vergi Məcəllənin 83.9-cu maddəsini əsas gətirərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 №-li "Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları"na əsasən müəyyən etmişdilər. Vergi orqanı cəmiyyətin bütün gəlir və xərcləri olduğu halda bu maddəni tətbiq etmək hüququ yoxdur. Neft məhsullarının pərakəndə satışından əldə olunan gəlir neft məhsullarının alış dəyərindən başqa digər xərclər çıxılmadığı halda 8-10 faiz həcmində müəyyən edilmişdir. Beləliklə vergi orqanı tərəfindən Vergi Məcəlləsinin tələblərinə zidd olaraq nəzərə alınmamış, (neft məhsullarının daşınma xərcləri də daxil olmaqla), qanuna zidd olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 55 №-li qərarı tətbiq edilmişdir.
5. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-598/2023 saylı, 03 may 2023-cü il qərarı ilə (hakim X2) iddia tələbi qismən təmin edilmiş, 12 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********162633 nömrəli qərarı qismən, 45800,13 manat vergi borcu, 23344,69 manat maliyyə sanksiyası hissəsində ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
6. İddianın təmin edilən hissəsi ilə əlaqədar olaraq məhkəmə qeyd etmişdir ki, işə əlavə edilmiş 2018, 2019 və 2020-ci illəri (aylar üzrə) əhatə edən “Turan firmasının yanacaq dövriyyəsi haqqında” cədvəllərdən görünür ki, Turan firmasının hər ay satmış olduğu NKA-larının sayı, satış qiyməti, satışdan əldə olunan ümumi məbləğ və hər ayın əvvəlinə və sonuna qalıq aydın şəkildə göstərilmişdir. Belə olduğu təqdirdə satışdan əldə olunan məbləği satılmış NKA-nın sayına bölməklə hər aparatın satış dəyərini müəyyən etmək olardı. Odur ki, cavabdehin vergi borcunu Vergi Məcəlləsinin 67-ci və 83.9-cu maddəsinə uyğun hesablaması əsassız olmuşdur. Bundan əlavə, Vergi Məcəlləsinin 36.3cü maddəsinə əsasən digər vergilərdən fərqli olaraq ƏDV üzrə yoxl ama vergi ödəyicisinin son 3 ildən çox olmayan dövrünü əhatə edə bilər. Maddənin məzmunundan göründüyü kimi digər vergilər təqvim ilinə uyğun yoxlanılır, ƏDV isə təqvim ilinə görə yoxlanılmır. Təqdim edilmiş sənədlərdən görünür ki, vergi yoxlaması xx.xx.2021-ci il tarixli qərara əsasən həyata keçirilmişdir. Səyyar vergi yoxlaması aktından isə görünür ki, ƏDV üzrə yoxlama 2018-ci ilin noyabr ayından başlamalı olduğu halda oktyabr ayını da əhatə etmişdir. Bu hal vergi qanunvericiliyin pozulması deməkdir.
7. İddianın təmin edilməyən hissəsi ilə əlaqədar olaraq məhkəmə qeyd etmişdir ki, iddiaçı özü də 2019, 2020 və 2021-ci illərdə fəaliyyətini dayandırdığı dövrlərdə vergi orqanına qanunla müəyyən edilmiş qaydada arayış təqdim etmədiyini etiraf etmişdir. Bu hal həmin dövrlər üzrə ümumilikdə 440 manat maliyyə sanksiyasının tətbiq edilməsinin əsaslı olmasını deməyə əsas verir.
8. Cavabdeh iddianın təmin edilmiş hissəsindən apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin tamamilə təmin edilməməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
9. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-533/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər X6 /məruzəçi/, X9 və X3) apelyasiya şikayəti təmin edilməmiş, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-598/2023 saylı, 03 may 2023-cü il qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin tam tə min edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3, 16.1.6, 16.1.7, 23.1.1, 58.1, 67.1, 67.14, 83.9, 85.4, 177.2 və 178-ci maddələrinə, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 3.1 və 3.2-ci maddələrinə, eləcə də “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydasının” 2.1 və 2.2-ci bəndlərinə, “Mikro və kiçik sahibkarlıq subyektlərində uçotun aparılması” Qaydalarının 5.1, 5.2 və 5.3-cü bəndlərinə istinad edilərək qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır.
13. Belə ki, iş üzrə cavabdeh ol an 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Gəncə Şəhər Prokurorluğunun məlumatı əsasında Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi ilə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi qərara alınmışdır. xx.xx.2021-ci il tarixli **********151656 nömrəli tələbnamə ilə xx.xx.2018ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə ilkin mühasibat sənədləri, o cümlədən, müqavilələr (əmək, icarə və s.) EVHF-lar, e-qaimələr, ödəniş tapşırıqları, YGBləri, alqı-satqı sənədləri, bank və xəzinə sənədləri, əmək haqqı hesablama cədvəlləri, material hesabatları, dövriyyə cədvəlləri, həmçinin, mənfəət vergisinin yoxlanması məqsədi ilə 01.01,2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gəlir və xərcləri təsdiq edən ilkin mühasibat sənədləri və səyyar vergi yoxlamasın ın keçirilməsi üçün zəruri olan digər sənədlərin 15 iş günü müddətində (Vergi Məcəlləsinin 36.3-cü maddəsində nəzərdə tutulan halda 10 iş günü müddətində), yəni xx.xx.2021-ci il tarixə kimi vergi orqanının yoxlamanı keçirən vəzifəli şəxslərinə və ya 12 saylı Ərazi Vergilər Baş İdarəsinə AZ2000, Gəncə şəhəri, H.Əliyev pr. 87 ünvanında təqdim olunması vergi ödəyicisindən tələb olunmuşdur. Qeyd olunan tələbnamə, xx.xx.2021-ci il tarixli KY211695415 nömrəli “Yoxlamaların qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” və “səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarın bir nüsxəsi cəmiyyətin rəhbəri X4 tərəfindən imzalanaraq və möhürlə təsdiq edilərək götürülmüşdür. Cəmiyyət tərəfindən xx.xx.2021-ci il tarixli **********151656 nömrəli tələbnamə ilə tələb olunan sənədlər yoxlamaya tam təqdim edilmədiyindən Vergi Məcəlləsinin 42.2-ci maddəsinin tələblərinə əsasən akt tərtib edilməsinə zərurət yaranmışdır. Baş idarə tərəfindən "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında" xx.xx.2022-ci il tarixli **********154385 nömrəli Qərar çıxarılmışdır. Yoxlamaya mal-material hesabatları, nəzarət-kassa aparatının çekləri, malların alınmasına dair qaimə-fakturalar, mədaxil qəbzləri, ezamiyyə vərəqləri və biletləri, bank sənədlərinin təsdiq ş üzrə cavabdeh olan olunmuş nüsxələri təqdim edilmiş və xx.xx.2022-ci il tarixli protokolla rəsmiləşdirilmişdir. Lakin idxal edilmiş malların (inşaat, aksesuar və s) material hesabatında silgisi (satışı) ümumi şəkildə aparıldığından, həmin malların satışı ayrı- ayrı tərtib edilm ədiyindən yoxlamaya təqdim edilməmişdir. Bu barədə xx.xx.2022-ci il tarixli imtina aktı tərtib edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə
38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri g östərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cav abların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üzrə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə. 38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatla rı üzrə aparıla bilər; 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə, 38.3.6. cinayət prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; 38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə. 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; 38.3.8-1. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda;
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafi q apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali M əhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. X11 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin "Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
21. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
22. İş materiallarından görünür ki, hazırki iş üzrə iddiaçı "xxxx" firması MMC-də növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş, yoxlama nəticəsində cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********162633 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar əsasında iddiaçıya azaldılmış vergilər üzrə 45800,13 manat və vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə 23344,69 manat vergi borcu hesablanmışdır.
23. İddiaçı vergi orqanının mövqeyini əsassız hesab edərək qəbul edilmiş qərarı mübahisələndirmiş, həm birinci, həm də apelyasiya instansiyası məhkəməsi iddiaçının mövqeyini qismən əsaslı hesab edərək cavabdeh tərəfindən qə bul edilmiş qərarın ləğv edilməsi qənaətinə gəlmişlər.
24. Hazırda cavabdeh apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticənin vergi qanunvericiliyinə ziddi olduğunu hesab edərək həmin qərarı mübahisələndirir.
25. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslıdır. Öz mövqeyini əsaslandırmaq üçün məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi məqsədə müvafiq hesab edir.
26. İş materiallarından görünür ki, vergi orqanının mübahisələndirilən qərarının qəbul edilməsinin əsası xx.xx.2022-ci il tarixli səyyar vergi yoxlamasına dair akt olmuşdur. Həmin aktda vergi yoxlamasının başlanması üçün əsas kimi Vergi Məcəlləsinin 38.3.5-ci ma ddəsinə istinad edilmişdir. Maddəsinin tələbinə görə növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildiyi hallarda keçirilə bilər.
27. Hazırkı iş üzrə isə cavabdeh Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməklə növbədənkənar yoxlama aparsa da, mənbəyi bəlli olan hansı məlumatları əldə etdiyi, həmin məlumatların əsaslılığı və mötəbərliliyi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş və yoxlamanın qanuniliyini əsaslandırmamışdır.
28. Nəzərə almaq lazımdır ki, növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən cavabdehin sadəcə qanunun konkret normasına istin ad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.
29. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq müəyyən edilməsi və bu əsasların siyahısının genişləndirici təfsirə malik olmaması, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir.
30. Məhz bu baxımdan, sahibkarlıq fəaliyyəti subyekt lərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır.
31. Belə ki, yuxarıda istinad olunan normaya (VM-nin 38.3-cü maddəsinə) görə, növbədənkənar yoxlamanın keçirilməsi ilə bağlı cavabdeh diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericilikl ə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz növbədənkənar yoxlamanın təyin edilməsi qaydasında həyata keçirilməsini, yəni növbədənkənar yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır.
32. Səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar yoxlamanın keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü və 14.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsasland ırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur.
33. Hazırkı mübahisəyə münasibətdə isə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul olunmuş qərarını əsaslandırdığı, yoxlamanı n keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanuniliyi iş materialları ilə təsdiq olunmur. Bu mənada, cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir.
34. Bundan əlavə cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, cavabdeh olan 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Gəncə Şəhər Prokurorluğunun məlumatı əsasında Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi ilə növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi qərara alınmışdır.
35. Lakin məhkəmə kollegiyası prokurorluğun məlumatının növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsas hesab etmir. Belə ki, iş mat eriallarına əlavə edilmiş Gəncə Şəhər Prokurorluğunun məktubu aşağıdakı kimi olmuşdur. 36. “ "xxxx" MMC-nin yanacaq doldurma məntəqəsinin operatoru vəzifəsində işləmiş xx.xx.1993-cü il təvəllüdlü X1 yağ satışından əldə olunmuş 8190 manat pulu firmanın hesabına ödəməməsi ilə bağlı edilən müraciət əsasında Gəncə prokurorluğunda araşdırma aparılmışdır. Araşdırma zamanı bir sıra sənədlərin, eləcə də materialla əlaqədar olaraq qaiməfaktura, elektron qaimə və tutuşdurma aktlarının araşdırmaya təqdim olunmaması nəticəsində məhkəmə mühasibatlıq ekspertizası bu barədə müsbət rəy verə bilməmişdir. Qeyd olunan sənədlər təqdim edilmədiyindən cinayət hadisəsinin mövcudluğunu sübuta yetirmək mümkün olmamış, həmçinin MMC-nin vergidən yayınma hallarına yol verməsinə şübhələr yaranmışdır Odur ki, "xxxx" MM C tərəfindən sənədlərin təqdim olunmama məsələsinin, habelə həmin müəssisə tərəfindən vergidən yayınma hallarının olub-olmaması faktının aydınlaşdırılması üçün səlahiyyətiniz hüdudlarında müvafiq vergi yoxlaması həyata keçirilməsini, vergidən yayınma halları müəyyən olunduğu təqdirdə qanuna müvafiq tədbirlər görülməsini xahiş edirəm.”
37. Məhkəmə kollegiyası qeyd edir ki, məktubun məzmunundan da göründüyü kimi orada iddiaçı barəsində gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsi (azaldılmasının) ilə bağlı hallarının əlamətləri əks edilməmişdir. Məktubda "xxxx" MMC tərəfindən vergidən yayınma hallarının olub-olmaması faktının aydınlaşdırılması üçün vergi orqanını səlahiyyəti hüdudlarında müvafiq vergi yoxlaması həyata keçirilməsini, vergidən yayınma halları müəyyən olunduğu təqdirdə qanuna müvafiq tədbirlər görülməsi xahiş edilmişdir. Başqa sözlə hazırki məktub məlumat xarakterli deyil, məlumatın əldə edilmə xarakterinə malik olmuş, özündə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinin tələblərini əks etdirməmişdir.
38. Məhkəmə kollegiyası bəhs olunanlara əsasən hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-533/2023 nömrəli, 28 sentyabr 2023-c ü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.