Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-609/2025 10.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Birgə Azərbaycan-İngiltərə MMC cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: müddət bərpa barədə ərizə; kassasiyanın mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı Birgə Azərbaycan-İngiltərə MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın icrasının dayandırılması” tələbinə dair müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 oktyabr 2024-cü il tarixli, 2-1(103)-3430/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiyanın mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 1240303,14 manat əlavə vergi hesablanması barədə hərəkətlərinin və 15 mart 2024-cü il tarixli **********597100 nömrəli qərarının qanunsuz hesab edilməsi, həmin qərarın ləğv olunmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin (hakim: B.M.Cəlalov) 14 iyun 2024-cü il tarixli 21(112)-7880/2024 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
3. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermiş və şikayət iş materialları ilə birli kdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
4. İddiaçı müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə apellyasiya məhkəməsinə müraciət edərək, vergi qərarının icrasının dayandırılmasını xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: P.A.Hüseynov /sədrlik edən və məruzəçi/, Ş.A.Məmmədova və C.B.Məmmədov) 30 oktyabr 2024-cü il tarixli 21(103)-3430/2024 nömrəli qərardadı ilə ərizə təmin edilmişdir.
5. Apellyasiya instansiyası məhkəməsinin qərardadı 04 noyabr 2024-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilməklə imzalanmış, həmin tarixdə də iddiaçı və cavabdehə elektron kabinet vasitəsilə çatdırılmışdır.
6. Cavabdeh 18 noyabr 2024-cü il tarixdə qərardaddan kassasiya şikayəti və 06 dekabr 2024-cü il tarixdə p rosessual müddətin bərpa edilməsi barədə ərizə vermiş, ərizə onunla əsaslandırılmışdır ki, icraatın elektron və ya digər qaydada aparılması iddiaçının (ərizəçinin) seçimi əsasında aparılır. Müvafiq iş üzrə icraatın başlanması üçün ərizəçi tərəfindən məhkəməyə müvəqqəti xarakterli müdafiə barədə ərizə kağız daşıyıcıda təqdim edildiyindən həmin işə dair aparılan icraata elektron qaydada aparılma qaydaları tətbiq oluna bilməz. Əlavə olaraq, xx.xx.2024-cü il tarixində elektron məhkəmənin “məlumatın mətni” hissəsində təqdim edilmiş bildiriş “məhkəmə aktı proses iştirakçısına xx.xx.2024-cü il tarixində imzalandı” məzmunlu olmaqla, qərardadın şəxsi kabinetə yerləşdirilməsi halını özündə əks etdirməmişdir. Göründüyü kimi, qərardadın elektron məhkəmə sisteminə yüklənməsi barədə məlumat yerləşdirilm ədiyindən, həmin müddətdən hesablanmaqla qərardaddan şikayətin verilməməsi üzrlü hesab edilməlidir. TƏTBİQ EDİLƏN HÜQUQ
7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 9-1. İnzibati məhkəmə icraatının elektron qaydada aparılması... 9-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən məhkəmə qərarlarının, qərardadlarının, sərəncamlarının (bundan sonra – məhkəmə aktları), ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 9-1.3. İnzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda hə min icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Maddə
20. Təqdimetmə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur.... Maddə
22. Müddətlər 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdi m edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır.... Maddə
23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır.... Maddə
24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxıl mış prosessual müddəti bərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. … Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.... Maddə
96. Ali Məhkəmədə icraat... 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılm adıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.... KASSASİYANİN MÜMKÜNLÜYÜ
8. Məhkəmə kollegiyası hesab edir ki, prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin edilməməli və şikayət üzrə kassasiya aşağıda qeyd olunan səbəblərdən mümkün sayılmamalıdır.
9. Belə ki, kassasiya şikayəti İPM-in 94-cü maddəsində müəyyən olunmuş müddətlərə riayət olunmaqla verildikdə kassasiya icraatı mümkündür.
10. İPM-in 23.1 və 94.1-ci maddələrinin tələbinə əsasən, məh kəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin, bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
11. Qeyd olunan mümkünlük şərtləri baxımından işin halları araşdırılarkən, kassasiya şikayətinin İPM-in 94-cü maddəsində mü əyyən olunmuş 10 gün müddət ötürülməklə verildiyi müəyyən olunmuşdur.
12. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı 04 noyabr 2024-cü il tarixdə Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilməklə imzalanmış, həmin tarixdə də məhkəmə icraatının iştirakçılarına, o cümlədən cavabdeh vergi orqanına elektron kabinet vasitəsilə çatdırılmışdır. Buna baxmayaraq, cavabdeh həmin qərardaddan kassasiya şikayətini 18 noyabr 2024-cü il tarixdə təqdim etmişdir.
13. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddətin cavabdeh tərəfindən ötürüldüyü mübahisəsizdir.
14. Cavabdeh də kassasiya instansiya məhkəməsinə ünvanlanmış pro sessual müddətin bərpa edilməsi barədə ərizəsində bunu etiraf etmiş, müddətin ötürülməsinin səbəbləri üzrlü hesab edilməklə, buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir.
15. Məhkəmə kollegiyası prosessual müddətin bərpası ilə bağlı ərizənin dəlilinə hüquqi qiymət verərək qeyd edir ki, istənilən fiziki və ya hüquqi şəxs Elektron Məhkəmə İnformasiya Sistemində qeydiyyatdan keçməklə müvafiq elektron kabinet yaratdıqda, inzibati prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə sənədləri həmin şəxsə elektron qaydada həmin kabinet vasitəsilə çatdırılır.
16. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd edir ki, iş üzrə iddiaçı hüquqi şəxs də EMİS-də qeydiyyatdan keçməklə elektron kabinet yaratmışdır və məhkəmə sənədləri sonuncuya həmin elektron kabinet vasitəsilə elektron qaydada çatdırılır. İddiaçı sənədlərin elektron çatdırılması ilə bağlı heç bir narazılığını bildirməmişdir.
17. Məhkəmə kollegiyası ərizənin yerləşdirmə məlumatının mətninin “məhkəmə aktı xx.xx.2024-cü il tarixdə imzalandı” məzmunlu olmaqla, qərardadın şəxsi kabinetə yerləşdirilməsi halını özündə əks etdirməməsi dəlilinə münasibətdə qeyd edir ki, məlumatın mətnində qərardadın elektron imza ilə təsdiq edilməklə cavabdeh vergi orqanının şəxsi elektron kabinetində yerləşdirilməsi qeyd olunmuşdur. Yəni, vergi orqanının qeyd olunan dəlili həqiqəti əks etdirmir.
18. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmiş, müddətin onun təqsiri olmadan buraxılmasına dair üzrlü səbəblər müəyyən edilməmişdir. Müddət bərpası barədə ərizədə də kassasiya şikayəti vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş 10 günlük müddətin üzrlü səbəblərdən ötürülməsinə dair heç bir əsaslı dəlil irəli sürülməmiş, mötəbər sübutlar təqdim edilməmişdir. Odur ki, buraxılmış müddətin bərpasına dair ərizə əsassız olduğundan təmin edilməməli, şikayətin qəbulundan imtina olunmalı, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır.
19. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Müddətin bərpası barədə ərizə təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 oktyabr 2024-cü il tarixli, 2-1(103)-3430/2024 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.