Məhkəmə qərarları › İş №2-1(102)-61/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-61/2021

10.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-61/2021 10.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, iddiaçının işlədiyi peşələrin siyahıda göstərilən peşələrə uyğun olmaması səbəbindən iddianın təmin olunmaması, əmək şəraiti ağır və zərərli peşə və istehsalat sahələrinin yalnız Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənib siyahıya daxil edildikdən sonra nəzərə alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı əmək pensiyasının yenidən hesablanması və fərqin birdəfəlik ödənilməsi tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2-1(103)529/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1959-cu ildə doğulmuşdur və Bakı şəhərində yaşayır.

2. İddiaçı xx.xx.1975-xx.xx.1977-ci illərdə “Başşərqhidroenerjitikinti”-yə aid tikinti idarəsində dülgər-betonçu, ç ilingər-montajçı işləmiş, xx.xx.1977-xx.xx.1979-cu illərdə hərbi xidmətdə olmuş, xx.xx.1979-cu il tarixdən xx.xx.1998-ci il tarixədək və xx.xx.1998-ci il tarixdən xx.xx.2014-cü il tarixədək Abşeron rayon X1 İdarəsi Çilov adasının Gəmi təmiri Emalatxanasında xarrat peşəsində çalışmışdır.

3. İddiaçı xx.xx.2019-cu ildə ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir.

4. Cavabdeh iddiaçının xahişini təmin etməkdən imtina etmiş və iddiaçıya xx.xx.2019-cu il tarixli məktubla cavab verərək bildirmişdir ki, onun Abşeron rayon X1 İdarəsi Çilov adasının Gəmi təmiri Emalatxanasında işlədiyi xarrat peşəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nə zərdə tutulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı 2019-cu il 11 sentyabr tarixdə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona 50 yaşdan, yəni xx.xx.2009-cu il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10.2 və 27-ci maddələrinin xx.xx.2009-cu il tarixində qüvvədə olan tələblərinə əsasən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yaranmış pensiya fərqinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1975-ci il tarixdən əmək fəaliyyətinə başlamış, xx.xx.1977-ci il tarixədək xarrat peşəsində çalışmışdır. xx.xx.1977-xx.xx.1979-cu illərdə hərbi xidmətdə olmuşdur. xx.xx.1979-xx.xx.1998-ci və xx.xx.1998-xx.xx.2014-cü illərdə Abşeron rayon X1 İdarəsi Çilov adasının Gəmi Təmiri Emalatxanasında xarrat vəzifəsində çalışmışdır. Ümumilikdə 38 il ümumi, 36 il xüsusi stajı vardır. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «a» bəndinə və həmin maddəyə xx.xx.1997-ci il tarixli, 321-İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndi ilə (xx.xx.1997-ci il tarixli 321 İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-ci maddələrində və 90-cı maddəsinin 3- cü, 4-cü, 5ci abzasları nda nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il 6 ay artırılır) edilmiş dəyişikliyə əsasən 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində göstərilir ki, fiziki və hüquqi şəxslərin hüquq i vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bu səbəbdən ona münasibətdə onun iş stajına topladığı dövrdə qüvvədə olan norma tətbiq edilməlidir. Beləliklə, xx.xx.1997-ci il tarixə kimi 20 ildən artıq əmək stajı olduğuna və stajının 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə işlədiyinə, həmçinin xx.xx.2009-cu il tarixdə 50 yaşı tamam olduğuna görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.8-ci bəndinə əsasən həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3931/2019 saylı, x x.xx.2019-cu il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilmiş, İddiaçı 50 yaşdan, yəni xx.xx.2009-cu il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 10.2 və 27-ci maddələrinin xx.xx.2009-cu il tarixində qüvvədə olan tələblərinə əsasən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və yaranmış pensiya fərqinin birdəfəlik ödənilməsi öhdəliyi Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilmişdir. 7.1 Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının xx.xx.1997-ci il tarixə kimi 20 ildən artıq əmək stajı olduğundan və həmin stajın 10 ildən artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli Siyahısı üzrə işlədiyindən, həmçinin xx.xx.2009-cu il tarixdə 50 yaşı tamam oldu ğuna görə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.8-ci bəndinə əsasən həmin tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.

8. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 21(103)-529/2020 nömrəli qərarı ilə (hakimlər E.Nağıyeva (sədrlik edən və məruzəçi), H.Həmidov və V.Məmmədov) cavabdehin apelyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3931/2019 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbinin rədd edilməsi qərara alınmışdır.

10. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmamış və qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərdə onun xx.xx.1979-cu il tarixdən xx.xx.2014-cü il tarixədək olan dövr ərzində “xxxx" QSC-nin Abşeron rayon X2 İdarəsinin Çilov adasının Gəmi Təmiri Emalatxanasında əmək fəaliyyəti ilə məşğul olduğu "xarrat” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiqlənmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nda nəzərdə tutulmamışdır.

11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİR AZİN DƏLİLLƏRİ, İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ MƏHKƏMƏ a. Kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya məhkəməsi maddi hüquq normalarını pozaraq normativ hüquqi aktı düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçı işlədiyi müddətdə tam iş günü ərzində gəmi bölmələrinin daxilində avadanlığın təmiri ilə məşğul olmuşdur. İddiaçının işlədiyi xarrat peşəsi güzəştli peşə olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəl Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 11-ci «Metal emal» bölməsinin 11.10-cu bəndinin «a» yarımbəndində “abraziv məmulatların emalı üzrə xarratlar” peşəsi olaraq göstərilmişdir. Bundan başqa, iddiaçının işlədiyi xarrat peşəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda göstərilmiş abraziv məlumatların emalı üzrə xarratlar peşəsinə aiddir. b. Kasasiya şikayətinə qarşı etirazlar

13. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c. Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı və vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsin xahiş etmişdir. İddiaçı əlavə olaraq göstərmişdir ki, işlədiyi müddətdə əmək funksiyasına həm də gəminin içində izolyasiya işləri aparmaq aid idi.

15. Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdehin vəkili Əliyev Samir Süleyman oğlu kassasiya şikayətinin təmin o lunmamasını, apelyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

17. «Əmək pensiyaları haqqında» Qanun Bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Maddə 1.0.1 əmək pensiyası bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən v ə məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə

3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına satmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imka n vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istsisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2021-ci ilin 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə

30. Əmək pensiyasını təyin edən orqan 30.1. Əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi küçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni hayata keşirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. 18. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanun: Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nöm rəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları Əlavə

2. «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı»... 2.4.1-ci bənd. «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur.

20. İnzibati icraat haqqında qanun Maddə

11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzər də tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə

16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.

21. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələr ində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübah isələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında, yəni apelyasiya instansiyası məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

23. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq müna sibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Belə ki, iddia tələbinin hüquqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin və “Vətəndaşların pensiya təyinatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinin təhlilindən göründüyü kimi o kişilərə güzəştli şərtlərlə əmək pensiyası təyin edilə bilər ki: 50 yaşına çatmış olsun; bu şəxs xx.xx.2006-cı il tarixə azı 20 il sığorta stajına malik olsun; bu müddətin azı 10 ilini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçi lərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nda göstərilən işlərdə işləmiş olsun.

26. Əgər bu şərtlərdən hər hansı biri mövcud olmazsa, qeyd olunan qanun normasına əsasən iddiaçıya 50 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin olunması mümkün olmayacaqdır.

27. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də mübahisənin həllinə bu maddi hüquq normalarını tətbiq etmiş, işin müəyyən olunmuş hallarını bu normaların dispozisiya şərtləri əsasında təhlil edərək iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası apelyasiya instansiyasının gəldiyi nəticə ilə razılaşır.

28. Belə ki, iddiaçının əmək kitabçasında onun Abşeron rayon X1 İdarəsi Çilov adasının Gəmi təmiri Emalatxanasında “xarrat” peşəsində çal ışdığı əksini tapmışdır.

29. Həmçinin “xxxx” QSC-nin Xəzər Dəniz donanması tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışda göstərilmişdir ki, iddiaçının işlədiyi peşələrin Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 11-ci bəndinin (Metal emalı) 11.10 “a” yarımbəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ vardır.

30. Bu arayışın əhəmiyyəti ilə bağlı qeyd olunmalıdır ki, əvvəla “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışının təqdim edilməsi zərurid ir. Bundan başqa, iddiaçının işlədiyi peşə və istehsalat sahəsinin Siyahılarda göstərilən peşə və istehsalat sahələri ilə dəqiqləşdirilməsi üçün bu cür arayış əhəmiyyətlidir.

31. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. İşlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır.

32. Məhkəmə kollegiyası hesab edir ki, həmin arayış iddia tələbinin təmin olunması üçün əsas deyildir. Çünki əvvəla iddiaçıya güzəş tli şərtlərlə 50 yaşdan pensiya təyin olunması üçün onun 2007-ci ildə təsdiqlənmiş Siyahıda deyil, 1993-cü ildə təsdiqlənmiş 1 nömrəli Siyahıda göstərilən peşə və sahələrdə işləməsi zəruri şərtdir.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda isə ümumiyyətlə “xarrat” peşəsi qeyd olunmamışdır.

34. Bu o deməkdir ki, iddiaçıya 1 №-li Siyahıya istinadən, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təyinatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndi rəhbər tutulmaqla pensiya təyin etmək üçün əsas yoxdur.

35. İş materiallarından həmçinin görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müəssisə və təşkilatlarında 2013-cü ilin birinci rübündə müəyyən edilmiş əmək şəraiti ağır və zərərli peşə və vəzifələrin siyahısı təsdiq edilmişdir. Həmin siyahı ARDNŞ-nin əmri ilə yaradılmış “Şirkətin idarəetmə strukturuna daxil olan qurumlarda əmək normalarının, onların təşkilati strukturunun, gəlir və xərclər smetasının müəyyən edilməsi üzrə daimi komissiya”nın qərarı ilə təsdiq edilmişdir. İddiaçı tələbinin təmin olunması üçün həm də bu siyahıya istinad etmiş, işlədiyi peşənin həmin siyahıda göstərildiyini bildirmişdir.

36. Apelyasiya instansiyası məhkəməsi iddiaçının bu əsaslandırmasını qəbul etməmiş və bildirmişdir ki, ARDNŞ tə rəfindən müəyyən olunmuş xx.xx.2013-cü il tarixli siyahı yalnız ARDNŞ üçün məcburidir, işəgötürən tərəfindən öz işçiləri üçün əlavə əmək şəraitinin şərtlərinin yaxşılaşdırılmasına xidmət edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsindəki zərərli iş şəraiti olan peşələrin dairəsini müəyyənləşdirmək səlahiyyəti Nazirlər Kabinetinə məxsusdur və NK-nin də bu barədə məlum qərarı vardır.

37. Apelyasiya instansiyası məhkəməsinin bu mövqeyi də haqlıdır. Çünki yalnız Nazirlər Kabineti tərəfindən təsdiq edildiyi və siyahıya daxil edildiyi halda, həmin peşə güzəştli şərtlərlə pensiya təyin edilməsinə imkan verən peşə kimi qəbul edilə bilər.

38. İddiaçının işlədiyi peşənin 2 nömrəli Siyahıda “2150800a-19160” kodu altında nəzərdə tutulmuş “abraziv məmulatların emalı üzrə xarratlar” peşəsi il ə uyğunluq təşkil etməsi barədə mövqeyi ilə bağlı məhkəmə kollegiyası bildirir ki, əvvəla 2 nömrəli Siyahıda nəzərdə tutulmuş peşələr iddiaçının tələb etdiyi kimi 50 yaşdan deyil 55 yaşdan pensiya təyin olunmasına imkan verir. Bundan başqa, 2 nömrəli Siyahının 11-ci bəndi “Metal emalı”, 11.10cu alt-bəndi isə “Abraziv və qrafit-puta istehsalatı” adlanır. İddiaçının gəmi təmiri emalatxanasında çalışdığı mübahisəsizdir. Lakin “Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri” ilə bağlı peşələr 11.6-cı alt-bəndlə tənzimlənir. Həmin 11.6-cı alt-bənddə “xarrat” peşəsi nəzərdə tutulmamışdır.

39. Göründüyü kimi iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 50 yaşdan pensiya təyin olunması üçün həmin normada nəzərdə tutulan dispozisiya şərtləri mövcud deyil və apel yasiya məhkəməsi də məhz bu əsasla iddianın təmin olunmamasını qanuni hesab etmişdir. Apelyasiya instansiyası məhkəməsi işin hallarını tam müəyyən etmiş və maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin təmin olunması üçün əsaslar yoxdur.

40. İddiaçının gəminin içində izolyasiya işləri aparması barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu xüsusat aşağı məhkəmə instansiyalarında baxışın predmeti olmamış, iddiaçı bu barədə hər hansı sübutu təqdim etməmişdir.

41. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 1(103)-529/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qət

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar