Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-61/2022 19.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: ( güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması, təhsil müddəti ) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güz əştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2042/2021 nömrəli iş üzrə 26.08.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 11.11.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alır.
2. İddiaçı 30 dekabr 1978-ci il tarixdən 24 avqust 1979-cu il tarixə kimi Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Mexanikləşdirmə fakültəsinin hazırlıq şöbəsində, 24 avqust 1979-cu il tarixdən 11 iyul 1984-cü il tarixə kimi Mexanikləşdirmə fakültəsində əyani təhsil almışdır. 3. 25 yanvar 2021-ci ildə iddiaçı ərizə ilə cavabdehə müraciə t edərək, təhsil aldığı həmin müddətlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla 11.11.2014-cü il tarixdən təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.
4. Cavabdeh müraciətin təmin edilməsindən imtina olunduğunu bildirmiş və öz imtinasını “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə istinad etməklə əsaslandırmış və bildirmişdir ki, iddiaçının təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Bakı İnzibati Məhkəməsinə (bundan sonra mətndə-birinci instansiya məhkəməsi) iddia ərizəsi və sonradan iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, 30 dekabr 1978-ci il tarixdən 24 av qust 1979-cu il tarixə kimi Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun hazırlıq şöbəsində, 24 avqust 1979-cu il tarixdən 11 iyul 1984-cü il tarixə kimi Mexanikləşdirmə fakültəsində əyani təhsil aldığı müddətin sosial sığorta stajı kimi nəzərə alınmaqla, ona 11.11.2014-cü il tarixdən təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması və ödənilməyən pensiya məbləğinin 09.10.2017-ci il tarixdən hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 30 dekabr 1978-ci il tarixdən 11 iyul 1984-cü il tarixədək Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun hazırlıq şöbəsi, həmçinin mexanikləşdirmə fakültəsi üzrə əyani təhsil almış, aldığı təhsil 045267 nömrəli diplom ilə rəsmiləşdirilmiş, lakin həmin müddət onun sosial s ığorta stajına daxil edilməmişdir. İddiaçı həmin müddətin sığorta stajına daxil edilərək, pensiyanın yenidən hesablanması ilə bağlı aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsi əsasında onun müraciətindən imtina olunmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini xahiş edir.
7. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmişdir. Etirazın əsası imtina məktubunun məzmununa uyğundur.
8. Birinci instansiya məhkəməsinin 31.05.2021-ci il tarixli, 2-1(112)-5247/2021 nömrəli (hakim Orxan Həsənov) qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 30 dekabr 1978-ci il tarixdən 24 avqust 1979-cu il tarixə kimi hazırlıq şöbəsində, 24 avqust 1979-cu il tarixdən 11 iyul 1984-cü il tarixə kimi mexanikləşdirmə fakultəsində aldığı ə yani təhsil müddəti sosial sığorta stajı kimi nəzərə alınmaqla iddiaçıya 11.11.2014-cü il tarixdə təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması və ödənilməyən pensiya məbləğinin 09.10.2017-ci il tarixdən başlanaraq ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir.
9. Məhkəmə hesab etmişdir ki, istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış əyani təhsil müddətlərinin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir.
10. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv ed ilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.08.2021-ci il tarixli, 2-1(103)-2042/2021 nömrəli (hakimlər Azər Hüseynov - sədrlik edən və məruzəçi, Vidadi Məmmədov və Səadət Bəktaşi) qərarı ilə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 31.03.2021-ci il tarixli, 2-1(112)-5247/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmə hesab etmişdir ki, cavabdehin apelyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
13. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayəti apelyasiya şikayətinin məzmununa uyğundur. Şikayətdə təhsil müddətinin “Əmək pensiyaları haqqında” Qanunun 21-ci maddəsinə əsasən əmək stajına daxil edilmədiyi bildirilir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. İddiaçı etirazda həm təhsil aldığı, həm də ona pensiya təyin olunduğu dövrdə qüvvədə olan qanunvericiliyə görə təhsil müddətinin əmək stajına daxil edildiyini bildirərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.08.2021-ci il tarixli, 2-1(103)2042/2021 nömrəli qərarını n dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
16. Kassasiya mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
17. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38 Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququ na malikdir. 19. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
67. Hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67- ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təh sil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli, 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 21. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) b əndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər.
22. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 109-cu maddəsinin «и» bəndində təsbit edilmişdir ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti ümumi iş stajına daxil edilir.
23. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.2. Şikayətdə mü bahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apelyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin y arandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
25. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
26. Məhkəmə ko llegiyası qeyd edir ki, Avropa İnsan hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq apelyasiya şikayətinin məzmununa uyğun hazırkı kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
27. Hazırkı mübahisəyə münasibətdə cavabdehin kassasiya şikayətinin əsas dəlili qüvvədə olan qanunvericiliyin tələbləri baxımından iddiaçının təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsinin mümkün olmaması ilə bağlıdır.
28. Nəzərə almaq lazımdır ki, iddiaçıya 11 noyabr 2014-cü il tarixində cavabdeh tərəfi ndən “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. 29. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Bu normanın yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə pensiyanın təyin edilməsi ilə bağlı müddəaları həm də iş stajına sayılan dövrlərə və ya müddətlərə münasibətdə də şamil olunmalıdır.
30. Bu baxımdan, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının təhsil aldığı müddətin sosia l sığorta stajına daxil edilməsi ilə bağlı məsələ həll edilərkən, hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları, o cümlədən yuxarıda istinad olunan normaların müddəaları tətbiq edilməlidir. Nəzərə alınmalıdır ki, həm iddiaçının ali təhsil aldığı dövrdə qüvvədə olan, həm də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 01 yanvar 2006-cı il tarixədək qüvvədə olan qanunvericilikdə ali təhsil müəssisələrində əyani təhsil müddətinin iş stajına daxil edilməsi birbaşa təsbit olunmuşdur.
31. İşin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı 30.12.1978-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun hazırlıq şöbəsinə dinləyici qəbul edilmiş, 24.08.1979-cu ildə əyani təhsil forması üzrə həmin instituta daxil olmuş və 11 iyul 1984-ci ildə kənd təsərrüfatının mexanikləşdirilməsi ixtisası üzrə həmin institutu bitirmişdir.
32. Bununla bağlı nəzərə almaq lazımdır ki, bu Qərarın 19-cu bəndində istinad olunan normalara görə, hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir
33. Bu Qərarın 20-ci bəndində istinad olunan normaya görə, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan dig ər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından əmək pensiyası ilə bağlı məsələnin həlli ilə əlaqədar hər bir halda inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə, həmin icraatın yekununda qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırılmış qərar qəbul etməyə borcludur. Şəxs inzibati orqanın hansı hallara və qanunvericilik normalarına söykənərək müvafiq qərarı qəbul etdiyini həmin qərardan aydın görmək imkanına malik olmalıdır. Cavabdehin pensiyanın təyin olunmasından yaxud yenidən hesablanmasından imtina barədə iddiaçıya sadəcə olaraq məktubla cavab verməsi yetərli sayıla bilməz və yolverilməzdir. Belə davranış şəxsin qanunauyğun qərarın qəbuluna, eləcə də obyektiv və lazımi inzibati icraatın aparılmasına olan tələb hüququnun pozulması kimi qiymətləndirilməlidir. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ da tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.
35. Bundan əlavə, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcl udur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin dinlənilmə hüququnu təmin etmək, qəbul olunması nəzərdə tutulan inzibati aktla (bir qayda olaraq əlverişsiz inzibati aktla) bağlı onun mülahizələrini və arqumentlərini dinləmək, habelə onun ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların (arxiv arayışı, iş yerindən arayışı) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.
36. Beləliklə, hazırda qüvvədə olan pensiya qanunvericiliyinə istinadən iddiaçının təhsil müddətinin sosial sığorta stajına daxil edilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz.
37. Məhkəmə kollegiyası hesab edir ki, a pelyasiya məhkəməsinin hazırkı mübahisəyə dair iş üzrə qərarı qeyd olunan səbəblərdən əsaslı və düzgündür. Məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilmir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26.08.2021-ci il tarixli, 2-1(103)-2042/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.